Türkiyənin məşhur serialı "Uzak şehir"in son bölümündə Azərbaycan bayrağı ilə bağlı anlaşmazlıq yaşanıb.
Musavat.com xəbər verir ki, serialın səhnələrindən birində Azərbaycan bayrağının tərs asıldığı müşahidə olunub.
Bu görüntü izləyicilər tərəfindən sosial mediada geniş şəkildə paylaşılaraq narazılıqla qarşılanıb.
Tamaşaçılar bayrağın bu şəkildə təqdim olunmasını sayğısızlıq kimi qiymətləndirərək serialın yaradıcı heyətindən izahat tələb ediblər. Daha sonra məlum olub ki, bayraq düzgün asılıb və dalğalanan zaman külək onu tərsinə çevirib.
Qeyd edək ki, ekran işinin baş rollarını Sinem Ünsalla Ozan Akbaba canlandırır.