Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.
Musavat.com-un məlumatına görə, dövlət başçısı ilə hərbi forma geyinmiş azyaşlının görüntüləri maraqla qarşılanıb.
Görüşdə sözügedən uşağın da iştirakı ilə aparılmış dialoqu təqdim edirik:
Prezident İlham Əliyev: Birinci gələnlərdənsiniz, elədimi?
Sakin: Bəli, birinci gələnlərdənik.
Sakin: Olar, bəlkə bizim evdə bir şəkil çəkdirək?
Prezident İlham Əliyev: Olar, çəkdirək.
Sakin: Cənab Prezident, bu da xüsusi təyinatlıdır.
Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var?
Sakin: Beş.
Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var.
Sakin: Bəli, bəli.
Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan. Necə yaşayırsınız?
Sakinlər: Çox şükür, yaxşı. Hər şey yaxşıdır. Gözəl havası, gözəl suyu.
Sakin: Biz elə birinci köçənlərdənik, o vaxtdan da burada yaşayırıq.
Prezident İlham Əliyev: Bəli, birinci köçənlərdən.



