Azərbaycanda yağ idxalı artıb .....                     Şəhid övladının belə HAQQINI YEYİRLƏR... .....                     "Əgər Paşinyan tələblərimizi qəbul etməsə, onda Qərbi Azərbaycana..." .....                     "Supertoys"un vergi borcu artmaqda davam edir .....                     149 saylı məktəbin direktorunu kim və necə qoruyur? .....                     Azərbaycanda mobil internet qiymətləri niyə bahadır? .....                     Sülh zəmanəti? .....                     Azərbaycan və Türkiyənin Pakistanla birgə olması həm dostlara, həm də düşmənlərə mesajdır .....                     "Avropaya da gərək 25 dekabrdan sonra gedəsən..." .....                     Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı .....                     Araz Musayevi bıçaqlayıb qaçanlar saxlanıldı .....                     Ukrayna atəşkəs sənədini Rusiyaya təhvil verib .....                     Nazirliyin qərarı narazılıq yaratdı .....                     Araz Musayev vurulmazdan öncə bu məmurla bağlı paylaşım edibmiş .....                     "Tam əminliklə demək olar ki, bu gün..." .....                     “Mən alim axtarmıram, narkoman axtarıram” .....                     Azərbaycan müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb .....                     Zelenski ABŞ Senatını Rusiyaya qarşı sanksiyaları təsdiqləməyə çağırıb .....                     Trampdan İlham Əliyevə XOŞ SÖZLƏR... .....                     Şəhid anası bu başçılardan şikayətçidir... .....                     Trampın bu qadağası azərbaycanlılara problem yarada bilər .....                     "Oğru" adından imtina etdi, .....                     Tramp Rusiya-Ukrayna münaqişəsi barədə kifayət qədər məlumatlandırılmır .....                     Bakının mərkəzində məşhur restoranda “Cümhuriyyət Günü”müzə özəl hörmətsizlik .....                     Azərbaycanlı idmançı Türkiyədə vuruldu .....                     Hakerlər balları artıra bilir? .....                     Bakı ilə Ankaranın mövqeyi GÜN KİMİ AYDINDIR... .....                     Əgər SSRİ hələ də varsa... .....                     "Heç bir qurumla işim yoxdur, jurnalist olaraq faktı deyirəm" .....                     "Bakı kəndlərindən mənə toy təklifləri gəlir, deyirəm ki, mənlik deyil" .....                     Rusiyanın ZƏNGƏZUR MARAĞI... .....                     Sumqayıtda evdə doğulan körpə öldü .....                     "Mənim qədər qazanan aparıcı yox idi, hamısını geyimə xərcləmişəm" .....                     TƏBİB sədri onu işdən çıxardı .....                     "Oğlum Türkiyədə oxuyur, dərsləri var, Bakıya gətirə bilmirəm" .....                     “Yaşımla əlaqədar isti havalarda Həcc ziyarətinə gedə bilmirəm...” .....                     Təklif gəlmədi, 3,5 milyon manatlıq tenderlər getdi! .....                     "Bilirsiniz sizi nə gözləyir?" .....                     Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     Azərbaycan müdafiə naziri Pakistan Quru Qoşunları komandanı ilə görüşüb .....                 

Azərbaycan ilk dəfə Ukraynaya açıq dəstək verir, Rusiya susur - NƏ BAŞ VERİR?
Tarix: Dünən, 02:06 | Çap et

Ukraynanın xarici işlər naziri Andrey Sibiha Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirib. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Nazirliyin məlumatına əsasən, tərəflər Ukrayna ilə Azərbaycan arasındakı ikitərəfli münasibətləri və beynəlxalq gündəmin aktual məsələlərini açıq və ətraflı şəkildə müzakirə ediblər. Görüşdə xüsusi olaraq Rusiyanın təcavüzünün dayandırılması və ədalətli, davamlı sülhün bərqərar olunması məsələlərinə diqqət yetirilib.

Andrey Sibiha Azərbaycan Prezidentinə Ukraynanın ərazi bütövlüyünə verdiyi prinsipial dəstəyə, eləcə də qış mövsümündə göstərilən humanitar və enerji yardımına görə təşəkkür edib.

Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı ilə bağlı gələcək addımlar da müzakirə olunub. Xarici işlər naziri bildirib ki, bu istiqamətdə növbəti mühüm mərhələ Azərbaycanın 10–11 iyul tarixlərində Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında iştirakıdır.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin başladığı vaxtdan etibarən bu, Kiyev tərəfindən Bakıya ilk yüksək səviyyəli səfər kimi qiymətləndirilir. Azərbaycan rəhbərliyi müharibə şəraitində olan Ukraynaya humanitar yardım göstərməkdən heç vaxt çəkinməyib. Amma, məsələn, bu ölkənin təcavüzə qarşı mübarizə hüququnun müdafiəsini hədəfləyən beynəlxalq konfranslarda iştirakdan və bu mövzuda açıq şəkildə həmrəylik bəyan etmədən çəkinirdi.

Və indi biz ilk dəfə eşidirik ki, Bakı 10–11 iyul tarixlərində Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında iştirak edəcək.

Bütün bunlar nə deməkdir? Həm Ukrayna XİN rəhbərinin səfəri, həm də konfransda iştirakla bağlı razılıq – bunlar Moskvaya ünvanlanmış mesajdırmı? Azərbaycan rəhbərliyi Kremlə göstərmək istəyir ki, artıq heç bir formada ondan asılı deyil? Yoxsa bu addımlar başqa cür şərh olunmalıdır?

Pressklub.az saytı bu sualları təhlükəsizlik və müdafiə sahəsi üzrə tanınmış ukraynalı ekspert Oleq Starikova ünvanlayıb.

O, dərhal qeyd edib ki, nə indi, nə də əvvəl Azərbaycan Respublikasının rəsmi hakimiyyəti tərəfindən kiməsə nəyisə sübut etmək niyyətini müşahidə etməyib: “Prezident İlham Əliyev uzun illərdir ki, ölçülüb-biçilmiş, ağıllı diplomatik xətt aparır, ikitərəfli münasibətləri milli maraqlar əsasında qurur. Bu baxımdan, Ukrayna Azərbaycanın təcrübəsindən çox şey öyrənə bilər. Emosiyalar deyil, ağıl, hay-küylü deyil, həqiqətən intellektual diplomatiya – bu, Azərbaycanın strategiyasıdır. Bu xətti Heydər Əliyev qoyub, İlham Heydər oğlu isə onu daha da gücləndirib”, – analitik bildirib.

Onun sözlərinə görə, Azərbaycan həqiqətən də hər zaman Ukraynanın ərazi bütövlüyü, suverenliyi, öz müqəddəratını təyinetmə hüququ və sərhədlərinin toxunulmazlığı məsələlərində onun tərəfində olub.
“Biz, həmçinin, sistemli şəkildə həm humanitar, həm də hərbi əməkdaşlıq sahəsində – xüsusən də məsləhət dəstəyi üzrə yardım alırıq. Keçid dövrünün müharibələrində – istər Rusiya-Ukrayna müharibəsi, istərsə də Qarabağın işğaldan azad edilməsi – PUA-lardan ilk dəfə Azərbaycan ordusu uğurla istifadə etdi. 2020-ci ildə döyüş sahəsində və hərbi sahədə inqilab baş verdi. Biz həmin vaxt dronların tətbiqi təcrübəsini diqqətlə öyrəndik. Məhz bu, bizim Silahlı Qüvvələrimizin cəbhə xəttində PUA-ları bu qədər tez tətbiq etməsinə imkan verdi.

İqtisadi komponentə gəldikdə, biz artıq uzun illərdir ki, həm hökumətlər səviyyəsində, həm də sahəvi klasterlər üzrə əlaqələr qurmuşuq.

Və əlbəttə, gözləyirik ki, Azərbaycan da müharibədən sonra Ukraynanın bərpasında iştirak edəcək ölkələr sırasına daxil olacaq.

Postsovet məkanında Ukrayna ilə Azərbaycan arasında ən yaxşı və sıx münasibətlər mövcuddur. Bütün bu illər ərzində Azərbaycan öz torpaqları uğrunda mübarizə apararkən Ukrayna onu beynəlxalq qurumlarda dəstəkləyib. Və bu əməkdaşlıq mütləq davam etdirilməlidir.

Ukraynanın bərpasına, onun qlobal infrastruktur layihələrinə maraq – bu, ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığıdır və bu əməkdaşlıq ancaq alqışlanmalıdır.

Sizin ölkənizin tarixi 5000 ildən çoxdur, Respublika isə yaxın günlərdə 107 illiyini qeyd edəcək. Bununla əlaqədar sizin medianızın bütün oxucularını ayrıca təbrik etmək istəyirəm”, – deyə Starikov fikrini tamamlayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda yağ idxalı artıb - SƏBƏB
Bu gün, 05:49
Şəhid övladının belə HAQQINI YEYİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 01:46
"Əgər Paşinyan tələblərimizi qəbul etməsə, onda Qərbi Azərbaycana..." - GƏLİŞMƏ
Bu gün, 01:39
"Supertoys"un vergi borcu artmaqda davam edir - 2.3 milyona yaxındır
Bu gün, 01:37
149 saylı məktəbin direktorunu kim və necə qoruyur? - Bakı təhsilinin 30 illik toxunulmazı
Bu gün, 01:33
Azərbaycanda mobil internet qiymətləri niyə bahadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
Sülh zəmanəti? – Paşinyan “müharibə olmayacaq deyir
Bu gün, 00:48
Azərbaycan və Türkiyənin Pakistanla birgə olması həm dostlara, həm də düşmənlərə mesajdır - Tural Abbaslı
Bu gün, 00:42
"Avropaya da gərək 25 dekabrdan sonra gedəsən..." - Xalq artisti
Bu gün, 00:39
Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı
Bu gün, 00:02
Araz Musayevi bıçaqlayıb qaçanlar saxlanıldı - VİDEO
Dünən, 23:58
Ukrayna atəşkəs sənədini Rusiyaya təhvil verib
Dünən, 23:56
Nazirliyin qərarı narazılıq yaratdı - Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?
Dünən, 18:37
Araz Musayev vurulmazdan öncə bu məmurla bağlı paylaşım edibmiş - ŞOK DETALLAR
Dünən, 18:23
"Tam əminliklə demək olar ki, bu gün..." - deputat
Dünən, 18:04
“Mən alim axtarmıram, narkoman axtarıram” - Nail Kəmərli
Dünən, 18:02
Azərbaycan müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb
Dünən, 17:58
Zelenski ABŞ Senatını Rusiyaya qarşı sanksiyaları təsdiqləməyə çağırıb - “European Pravda”
Dünən, 17:53
Trampdan İlham Əliyevə XOŞ SÖZLƏR... - "Bundan sonra da..."
Dünən, 17:49
Şəhid anası bu başçılardan şikayətçidir... - MÜRACİƏT
Dünən, 17:42
Trampın bu qadağası azərbaycanlılara problem yarada bilər – Kritik gəlişmə
Dünən, 17:33
"Oğru" adından imtina etdi, "Yaşasın Putin!" qışqırdı
Dünən, 17:27
Tramp Rusiya-Ukrayna münaqişəsi barədə kifayət qədər məlumatlandırılmır - Kreml
Dünən, 17:14
Bakının mərkəzində məşhur restoranda “Cümhuriyyət Günü”müzə özəl hörmətsizlik - FOTOFAKT
Dünən, 17:13
Azərbaycanlı idmançı Türkiyədə vuruldu - VİDEO
Dünən, 17:06
Hakerlər balları artıra bilir? - DİM-dən cəlbedici təkliflərə CAVAB
Dünən, 17:00
Bakı ilə Ankaranın mövqeyi GÜN KİMİ AYDINDIR... - BUNA GÖRƏ DƏ...
Dünən, 16:54
Əgər SSRİ hələ də varsa... – Absurd təhdid
Dünən, 16:50
"Heç bir qurumla işim yoxdur, jurnalist olaraq faktı deyirəm" - ETİRAZ
Dünən, 16:49
"Bakı kəndlərindən mənə toy təklifləri gəlir, deyirəm ki, mənlik deyil"
Dünən, 16:40
Rusiyanın ZƏNGƏZUR MARAĞI... və yaxud ZƏNGƏZUR ƏNDİŞƏSİ
Dünən, 16:37
Sumqayıtda evdə doğulan körpə öldü
Dünən, 15:15
"Mənim qədər qazanan aparıcı yox idi, hamısını geyimə xərcləmişəm"
Dünən, 15:11
TƏBİB sədri onu işdən çıxardı - FOTO
Dünən, 13:08
"Oğlum Türkiyədə oxuyur, dərsləri var, Bakıya gətirə bilmirəm"
Dünən, 13:05
“Yaşımla əlaqədar isti havalarda Həcc ziyarətinə gedə bilmirəm...” – Hacı Qalib bu dəfə imtina etdi
Dünən, 13:00
Təklif gəlmədi, 3,5 milyon manatlıq tenderlər getdi! - DETALLAR
Dünən, 12:56
"Bilirsiniz sizi nə gözləyir?"
Dünən, 12:38
Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:34
Azərbaycan müdafiə naziri Pakistan Quru Qoşunları komandanı ilə görüşüb
Dünən, 12:31
Tramp Putin üçün BİR FÜRSƏTDİR... - AMMA...
Dünən, 12:12
9,7 milyonluq xəstəxana layihəsinə nəzarət əngəli gəldi - TENDER LƏĞV OLUNDU
Dünən, 12:06
Qurban Pirimovun nəvəsi agentlikdə vəzifə aldı - ƏMR
Dünən, 12:04
Sibiqanın səfəri ətrafında “stəkanda fırtına” cəhdi - NƏ BAŞ VERİR?
Dünən, 12:00
Sülh sazişi imzalanandan sonra... - AKTUAL
Dünən, 11:43
1-ci qrup hərbi əlil ACINACAQLI DURUMDA - Snayper gülləsi ilə başından ağır yaralansa da...
Dünən, 11:38
Elmar Məmmədyarov yubiley planını açıqladı – “Bakıda yox…”
Dünən, 11:33
Alman nasistlərin erməni əlaltısının adı əbədiləşdirilir - FOTO
Dünən, 11:32
“Bərdə Broyler”in vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 11:27
Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşı həbs edildi - TƏFƏRRÜAT
Dünən, 11:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru