"Deməli, 25.05.25 tarixində Sumqayıtda "Sevgilim" şadlıq sarayında menyu toyu danışılmışdı. Oranın adminstratoru başda olmaqla, bizə yalan vədlər verdilər, aldatdılar. Təsəvvür edin, 40 manatlıq menyu danışasan... cəmi süfrələrə bir partiya yemək verilə və o da adam sayına..." "DİA-AZ" xəbər veriri ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Kamil İsmayılov adlı istifadəçi ifadə edib.
Narazı vətəndaş daha sorna başına gələnləri belə nəql edir: "Dilinlə ofisianta yemək deyirsən... gedir fırlanır, gətirmir. Administratora deyirsən... düz 1 saat sonra 3 tikə kabab gətirdi. Dedim, bəs toyuq kababı hanı... deyir bişsin gətirəcəyik . Nəsə, baş qarışdı, onu da vermədilər.
Təsəvvür edin, Allahın suyunu tapşırdıq... onu da gətirmədi ofisiant. Stolda gördüm ki 1 tikə tort var... deyirəm tort gətir də... uşaqlara deyir 3 dənədən artıq müdiriyyət icazə vermir. Amma mən 5 dənə gətirdim, siz heç şirinlik də vermədiz... 14 nəfər kişi hərəmiz stola oturan kimi pul yığıb verdik ki, həvəslə işləsin... qulluq etsin. İnanın çooox abırsızcasına, həyəsızcasına yeməkləri kəsdilər stollardan....
Yalandan 50 manatlıq xınayaxdı təşkil edib, davul çağırıb bir də 30 manatlıq albom verəcəyik... bunlar bizdən hədiyyədir demişdilər. "Sevgim" Şadlıq sarayında xeyir işi olanlar... qətiyyən ora getməyin. Getsəniz də mütləq onlarla şərt kəsin... toya da ciddi nəzarət edin..."