14 YAŞLI MƏKTƏBLİ KANALDA BOĞULDU
Tarix: 26-06-2012, 11:17 |
Çap et
ONUN MEYİTİ BU GÜN SƏHƏR ÇIXARILIB
Samur-Abşeron kanalının Quba rayonu, Hacıhüseynli kəndi ərazisindən keçən hissəsində batan 14 yaşlı yeniyetmənin meyiti bu gün səhər saatlarında tapılıb.
APA-nın şimal bürosunun məlumatına görə, 14 yaşlı Quba rayonu, Hacıhüseynli kənd sakini Mahmud Əhməd oğlu Maqsudovun meyiti kanalın rayonun Küpçal kəndi ərazisindən keçən hissəsində çıxarılıb.
Qeyd edək ki, hadisə ötən gün baş verib. Cəsədin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunmuşdu.