Eldar Əzizov onu rəis təyin etdi .....                     İranın azərbaycanlı generalından Bakıya ikibaşlı REVERANS .....                     Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir .....                     Naxçıvanda fövqəladə vəziyyətdə NAZİRLİYƏ GÜVƏNMƏ... .....                     Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir? .....                     Bakı şərtləri diktə edir: Leyenin Azərbaycana səfərinin pərdəarxası .....                     Dövlət torpaqlarını qanunsuz satanların .....                     “Qumar kralı”nın adamları ilə bağlı qərar ləğv edildi .....                     Tək RUS BAZARINA ümidli olsaq... .....                     Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi .....                     Hüquqları pozulan sakinləır FHN şefindən MƏDƏT UMUR... .....                     Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material .....                     Özü bir yana, köməkçisi də SÜLALƏ HAKİMİYYƏTİ qurub... .....                     Çay evində bakalla müştərinin başına zərbə vuran şəxs .....                     “Rusiya rəhbərliyi işğalçıdır, o, ölkəni məhz bu üsullarla idarə edir” .....                     İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu .....                     Qazaxda POLİS GÜNÜ qeyd olundu .....                     Taksi sürücüsü qısqanclıq zəminində onunla mübahisə edən müştərini bıçaqladı .....                     “Araz”dan oğurladığı 14 manatlıq malı geri qaytarsa da, həbs olundu .....                     Paşinyan ən sadiq adamına - Simonyana qarşı niyə amansız davrandı? .....                     İdmançı qardaşının qisasını alan şəxs: .....                     İrəvan bilməlidir ki, "havayı pendir" tələdə olur .....                     “Azəristiliktəchizat”da 115 milyon manata yaxın zərər yığılıb .....                     Məktəb direktoru dövlətin 71 min manatını necə mənimsəyib? .....                     İşdən qovulanın da doğru-dürüst pulunu vermirlər... .....                     Ermənistan bu gün qarışacaq .....                     Paşinyan Əli Xamenei ilə vida mərasimində iştirak etmək üçün İrana yola düşüb .....                     Tiktoker İlduzə Hacıyevaya verilən həbs hökmünün əsasları açıqlandı .....                     Beynəlxalq silahlı qruplaşma yaradılıb Ukraynaya yeridilsin .....                     Qusarda Əmrullayevin HESABI belə ödənib .....                     Ukraynada hakimiyyət dəyişikliyinə gedilir? .....                     Nəyi hardan nə qədər qazanırıq... HƏLƏ BİLİNMİR Kİ... .....                     Özbaşına qalan GDU rektoru görün, KİMLƏRƏ GÜVƏNİR... .....                     Ədalət onları qətiyyən maraqlandırmır... .....                     Burdan bir məhsul alan bir də almır .....                     Putin getsə... Rusiya SAVAŞDAN ÇƏKİLƏCƏKMİ? .....                     QƏZA İŞTİRAKÇISININ BABASI HÖKUMƏT ÜZVÜ DEYİLSƏ... .....                     "Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik?" .....                     Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? .....                     Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır .....                 

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?
Tarix: 23-04-2024, 11:04 | Çap et
Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ
Zaqatala təbiəti, əhalinin etnik tərkibinin zənginliyi və turizm potensialına görə Azərbaycanın ən cəlbedici bölgələrindən biridir. Ancaq təəssüflər olsun ki, son 15 ildə rayonda hansısa inkişafdan danışmaq çətindir. Bu günlərdə Zaqatalada səfərdə olarkən, bunun bir daha şahidi oldum. Nəinki inkişaf, hətta bir çox cəhətlərə görə, Zaqatalanın xeyli gerilədiyi açıq-aydın hiss olunur. Şəhər sanki qocalıb. İcra başçısı Mübariz Əhmədzadə kimi. 1947-ci ildə anadan olan Mübariz Əhmədzadə Azərbaycanda ən yaşlı icra başçısıdır, 77 yaşlı iki icra başçısından biridir. Bu gün Zaqatala da elə Mübariz Əhmədzadə kimi yorğun görünür...



İcra başçısının mərkəzi mətbuatda "rayonda dinamik inkişaf", "yeni iş yerlərinin açılması" kimi nağıllarla zəngin məqalələr dərc etdirməsinə rəğmən, Zaqatalada olarkən, bunun əksini müşahidə etdim. Digər rayonlarda olduğu kimi, burada da gənclərin əksəriyyəti iş üçün paytaxta və ya Rusiyaya üz tuturlar.
Əvvəllər abadlığı, səliqə-səhmanı ilə seçilən Zaqatalada bu gün səliqəsizlik, bərbad vəziyyət hökm sürür. Şəhərin mərkəzində - Bayraq meydanına yaxın yeraltı keçid günlərlə yığışdırılmır. Bu bir yana, burada dilənçi əlindən tərpənmək mümkün deyil. Düzü, əvvəllər Zaqatalada dilənçilərlə rastlaşmamışdım. Bu dəfə isə onlar hər addımda qarşıma çıxırdılar.
Rayona gələn turistlərin ən çox baş çəkdiyi məkanlardan biri də Zaqatala bazarıdır. Burada illərdir xaos davam edir. Bazara gedən yoldakı asfalt örtüyü son 15 ildə bir dəfə də olsun, dəyişdirilməyib. Ərzaq, xüsusən də, ət, ədviyyat və meyvə-tərəvəz satılan örtülü bazarda isə tam bir antisanitariya şəraiti hökm sürür. Kəsif qoxu adamı oradan qaçmağa məcbur edir.
Yeri gəlmişkən, yerli sakinlər Mübariz Əhmədzadədən fərqli olaraq, 2006-2009-cu illərdə Zaqatalanın icra başçısı olmuş Asif Əsgərovun fəaliyyətindən hələ də razılıq edirlər. Söhbət zamanı sakinlərdən biri dedi ki, Asif Əsgərov rayona icra başçısı gələndə elektrik enerjisi ilə bağlı ciddi problemlər olub:
"O ilk növbədə bu problemi aradan qaldırdı. Zibilin daşınması ilə bağlı problem də onun dövründə tam həll edildi. İndi isə şəhəri inək və qoyunlar zəbt eləyib. Əvvəllər şəhərdə yaşıllaşmaya və təmizliyə ciddi nəzarət var idi. İndi hər yeri zibil basıb. Zibil qabları dolub-daşır, şəhərin küçələri günlərlə yığışdırılmır, zibil daşınmır".

Zaqatalanın kəndlərində yaşayan sakinlərin üzləşdiyi ən ciddi problemlərdən biri də marşrut məsələsidir. Bu, onlara öz məhsullarını bazara çıxarmağa, yaxud da alış-veriş üçün şəhərə gəlməyə çətinlik yaradır. Kəndlərə işləyən "Qazel"lər o qədər köhnədir ki, çox vaxt yarı yolda xarab olur və sakinlərin saatlarla vaxt itirməsinə səbəb olur. Kənd avtobuslarının dayanacağında, hətta Nuh əyyamından qalma "Ural" yük-sərnişin avtobusu ilə də qarşılaşdım. Rayon icra başçısı kənd yollarını təmir etdirməkdənsə, onları hələ də, ötən əsrdə tarixin arxivinə verilən "РЈral 3255"-dən istifadə etməyə məcbur edir. Sakinlər yayın istisində də şəhərə sovet dövrünün məhbus daşıyan avtomobillərini xatırladan "Ural" avtobusu ilə gəlib-gedirlər.
Yol məsələsindən söz düşmüşkən, Mübariz Əhmədzadə icra başçısı təyin olunduqdan sonra Bakı-Zaqatala və Zaqatala-Bakı marşrutlarının yolu da dəyişdirilib. Əvvəllər Zaqataladan birbaşa Şəkiyə (şəhərə daxil olmadan) işləyən marşrutlar 10 ildən artıqdır ki, Şəki və Qaxdan keçməyə məcbur edilir. Yollar dar olduğundan qəzaların sayının artdığı deyilir. Xüsusən də, yolun Qaxın Güllük kəndindən keçən hissəsi dar və dolanbac olduğundan burada hərəkət etmək çox təhlükəlidir. Sakinlər yolun dəyişdirilməsinin səbəbini icra başçısının biznes marağı ilə əlaqələndirirlər. İddia edirlər ki, Mübariz Əhmədzadənin obyektləri Qaxda olduğu üçün Zaqatalaya giriş yolunu oradan etdirib. Belə ki, indiki halda Bakıdan gələn turistlər birinci Qaxa gəlməli olur. İcra başçısının öz turizm obyektlərinə görə "köhnə bazara təzə nırx" qoyması nəticəsində neçə ildir baxımsız qalan 100 km-dən artıq yolun tamamilə yarasız vəziyyətə düşdüyü bildirilir.
Yollardan söz düşmüşkən, Azərbaycanın ilk qadın mexanizatoru Sevil Qazıyeva və "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovla tanıdığımız Aşağı Tala kəndinin yolları da bərbad vəziyyətdədir. Mübariz Əhmədzadə "Qarabağ"ın hər qələbəsindən sonra hamıdan qabaq Qurban Qurbanova zəng edib onu təbrik etsə də, icra başçısının bu "təəssübkeşlik və vətənpərvərliyi" deyəsən, elə bir telefon zəngindən artıq deyil. Hə, bir də o, futbolçunun evinin olduğu küçəyə (100-150 metr hissəyə) asfalt örtüyü çəkdirib. 7 min nəfərə yaxın əhalinin yaşadığı kəndin digər küçə və yolları isə çala-çuxurlarla doludur. Sakinlər sonuncu dəfə yolun nə vaxt təmir edildiyini belə xatırlamırlar.

Yeri gəlmişkən, bu, icra başçısının ilk belə ayrı-seçkiliyi deyil. Bir müddət əvvəl mətbuatda icra başçısı Mübariz Əhmədovun şəhidlər arasında ayrı-seçkilik etdiyi üçün narazılıq yarandığına dair xəbərlər yayılmışdı. Qeyd olunurdu ki, başçı və İcra Hakimiyyətinin rəsmiləri Novruz Bayramı ilə əlaqədar rayonda 44 günlük Qarabağ müharibəsi zamanı şəhid olmuş qəhrəmanların məzarlarını ziyarət ediblər. Məzarlıqda olarkən, müavinlərindən biri ona Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını da ziyarət etməyi təklif edib. Mübariz Əhmədov isə “Onlar köhnə şəhidlərdir, ziyarətə ehtiyac yoxdur”, deyib. Onun bu sözlərinin şəhid ailələri arasında ciddi narazılıq doğurduğu, icra başçısının bu ayrı-seçkiliyə görə qınandığı qeyd olunurdu.
Zaqatala sakinlərinin əsas narazılığı icra başçısının rayonun problemlərini həll etmək əvəzinə öz biznesinin qayğısına qalması, şəhər və kəndlərdəki torpaq sahələrini satması, gəlirli obyektlərə nəzarəti öz əlinə keçirməsi, sahibkarlara ciddi problemlər yaratması ilə bağlıdır. On beş ildir Zaqatalaya rəhbərlik edən Mübariz Əhmədzadənin hətta bir müddət öncə Zaqatalanın Bəhmətli kəndində Vətən müharibəsi qazilərinə aid torpağı da satdığı iddia edilirdi.
Onun həmçinin rayonunun Əliabad kəndinin də ümumi istifadədə və bələdiyyə fondunda olan torpaq sahələrini 49 illiyinə məmurlara satdığı da yayılan iddialar arasındadır.

Bütün bunlardan sonra keçmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin qardaşı, Qaxda yüksək vəzifələrdə çalışan, bir neçə il icra başçısı işləyən, 15 ildir isə Zaqatalaya rəhbərlik edən Mübariz Əhmədzadənin biznes imperiyasına dair söylənilənlərin həqiqət olduğuna inanmaya bilmirsən. Yeri gəlmişkən, bir müddət əvvəl dərc olunan həmin siyahını bir daha təqdim edirik:
Qaxda "El Resort” otel kompleksi, Qaxın İlisu kəndində "Yurd Hotel" istirahət kompleksi, İlisu kəndində "Yaşıl Park” otel kompleksi, "Səngər Qala” otel kompleksi, "Ulu Dag” oteli, Qax Fındıq Zavodu, Qax rayon taxıl məhsulları kombinatı, Eden Park Hotel Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan "Residence” ailəvi istirahət mərkəzi, Bakıda Koroğlu Rəhimov küçəsindəki "Növbahar" və "Zakura Yapon mətbəxi" restoranı.
Bu əlbəttə, bir neçə il əvvəl tərtib edilən və Mübariz Əhmədzadənin bütün biznesini əhatə edən tam siyahının yalnız bir hissəsidir. Onun müxtəlif adlarla qeydiyyatdan keçən xeyli şirkəti və bir sıra xarici ölkələrdə biznesinin olduğu da bildirilir.
Maraqldır, zaqatalalılar bu sömürgəçiliyə nə vaxta qədər dözməlidirlər? 77 yaşlı qocanı pensiyaya göndərməyin vaxtı çatmayıbmı?

BakuPost.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Eldar Əzizov onu rəis təyin etdi - ƏMR
Bu gün, 11:10
İranın azərbaycanlı generalından Bakıya ikibaşlı REVERANS - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir - DETALLAR
Bu gün, 11:07
Naxçıvanda fövqəladə vəziyyətdə NAZİRLİYƏ GÜVƏNMƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:03
Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir? - AKTUAL
Bu gün, 10:55
Bakı şərtləri diktə edir: Leyenin Azərbaycana səfərinin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 10:52
Dövlət torpaqlarını qanunsuz satanların MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 10:50
“Qumar kralı”nın adamları ilə bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:49
Tək RUS BAZARINA ümidli olsaq... - BATARIQ!
Bu gün, 10:44
Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi - Digər generala yüksək vəzifə verdi
Bu gün, 10:32
Hüquqları pozulan sakinləır FHN şefindən MƏDƏT UMUR... - Aksiya keçirdilər və...
Bu gün, 10:27
Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material Baş Prokurorluğa göndərilib
Bu gün, 10:23
Özü bir yana, köməkçisi də SÜLALƏ HAKİMİYYƏTİ qurub... - BU NƏDİ BELƏ...
Bu gün, 10:17
Çay evində bakalla müştərinin başına zərbə vuran şəxs məhkəmə zalında HƏBS EDİLDİ
Bu gün, 09:59
“Rusiya rəhbərliyi işğalçıdır, o, ölkəni məhz bu üsullarla idarə edir” - Beqlaryan
Bu gün, 09:54
İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu – İnanılmaz detallar
Bu gün, 09:53
Qazaxda POLİS GÜNÜ qeyd olundu - FOTO
Bu gün, 09:49
Taksi sürücüsü qısqanclıq zəminində onunla mübahisə edən müştərini bıçaqladı - HÖKM
Bu gün, 09:43
“Araz”dan oğurladığı 14 manatlıq malı geri qaytarsa da, həbs olundu - Biri uşaq qolbağıdır
Bu gün, 09:42
Paşinyan ən sadiq adamına - Simonyana qarşı niyə amansız davrandı? - “Joqovurd”
Bu gün, 09:41
İdmançı qardaşının qisasını alan şəxs: - “Heç bir kişi qardaşının ünvanına yazılan söyüşlərə dözməz”
Bu gün, 09:39
İrəvan bilməlidir ki, "havayı pendir" tələdə olur - Slutski
Bu gün, 09:38
“Azəristiliktəchizat”da 115 milyon manata yaxın zərər yığılıb - TƏFƏRRÜAT
Bu gün, 09:36
Məktəb direktoru dövlətin 71 min manatını necə mənimsəyib? – İTTİHAM AKTI
Bu gün, 09:33
İşdən qovulanın da doğru-dürüst pulunu vermirlər... - GİLEY
Bu gün, 09:25
Ermənistan bu gün qarışacaq - hamı bu qərarı gözləyir
Bu gün, 09:06
Paşinyan Əli Xamenei ilə vida mərasimində iştirak etmək üçün İrana yola düşüb
Bu gün, 09:05
Tiktoker İlduzə Hacıyevaya verilən həbs hökmünün əsasları açıqlandı - AKTUAL
Bu gün, 09:03
Beynəlxalq silahlı qruplaşma yaradılıb Ukraynaya yeridilsin - TƏKLİF VAR...
Bu gün, 07:39
Qusarda Əmrullayevin HESABI belə ödənib - ŞOK İDDİA
Bu gün, 07:13
Ukraynada hakimiyyət dəyişikliyinə gedilir? - KİV
Bu gün, 07:01
Nəyi hardan nə qədər qazanırıq... HƏLƏ BİLİNMİR Kİ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:57
Özbaşına qalan GDU rektoru görün, KİMLƏRƏ GÜVƏNİR... - qardaşı vəzifədə olmasa da...
Bu gün, 06:48
Ədalət onları qətiyyən maraqlandırmır... - REPLİKA
Bu gün, 06:41
Burdan bir məhsul alan bir də almır - GİLEY
Bu gün, 01:51
Putin getsə... Rusiya SAVAŞDAN ÇƏKİLƏCƏKMİ? - Görünəni odur ki...
Bu gün, 01:35
QƏZA İŞTİRAKÇISININ BABASI HÖKUMƏT ÜZVÜ DEYİLSƏ... - ədalət mühakiməsinin milli standartları...
Bu gün, 01:25
"Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik?" - ETİRAZ VAR!
Bu gün, 01:19
Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? - AÇIQLAMA
Dünən, 18:05
Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır - Paşinyan
Dünən, 18:03
Erməni generallar barədə fərmanlar verildi - KİV
Dünən, 17:00
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Dünən, 16:57
Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi - FOTO
Dünən, 16:55
Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri
Dünən, 16:50
ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir - Tramp
Dünən, 16:43
AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi - SİYAHI
Dünən, 16:39
Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? - GƏLİŞMƏ
Dünən, 16:37
Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... – YENİDƏN TƏŞKİL EDİLİR
Dünən, 16:33
Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 16:33
Azərbaycanda 3,5 milyona yeni film çəkilir
Dünən, 16:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru