İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb .....                     Müxalifət genişmiqyaslı müqavimətə imza atdı: birinci bənd Azərbaycana qarşı... .....                     Ruslar "Şahid"lərdən niyə azad istifadə edir? .....                     AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur .....                     MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... .....                     Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib .....                     Keçmiş deputatın şirkəti DİLƏNÇİLİK EDİR .....                     Rövşən Məmmədov və Balakişi Qasımovun efirdə mübahisəsi .....                     Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb .....                     Zülfəlinin DAHA BİR QURBANI... .....                     İqtisadi suverenliyimizə qəsd: BP-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı şok iddialar .....                     Müharibəyə son qoymaq üçün real perspektiv var .....                     İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib .....                     Azərbaycandan KÖÇ: Axırıncı çıxan QAPINI ÖRTSÜN... .....                     İranda Naxçıvan MR Baş nazirinə hörmətsizlik .....                     "Görürsüz hörmətli qərarverənlər, vəziyyət yaxşı deyil" .....                     Paşinyan Rusiyanın bu təsir rıçağını da bloklayır... .....                     Rusiyada əksər şəhərlər yanacaqsız qalıb .....                     "Üfunət iyindən durmaq olmur!" .....                     "Daha bunun nəyi SÜRƏTLİ oldu ki?" .....                     "Bu avtobus sanki heç bir qaydaya tabe deyil..." .....                     Xanım işçidən Nail Abdullayevə ETİRAZ! .....                     Ceyhun Cəlilov özünü XAN kimi aparır .....                     "Yerdə qalan 6,4 faiz əhali isə böyük ehtimalla işsizlik və sosial probemlərə görə narazı olub" .....                     Hədiyyə kampaniyası adı ilə insanları aldadırlar? .....                     "Gərək sənətkarın enerjisi tükənməsin..." .....                     Azərbaycanın mövqeyi təsir göstərdi: İsraildə kritik "soyqırım" çağırışı .....                     Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib .....                     Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil ediləcək .....                     Erməni siyasilər Danelyanı ələ saldılar: .....                     “Bütün tələbələrimin sertifikatı ləğv olunsun” .....                     Dövlət qurumu geyim alır .....                     Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək .....                     “Filmdən sonra Fəxrəddinlə məndən soruşurdular ki, aranızda sevgi və eşq yaşanıb?” .....                     Tsarukyan niyə isterik vəziyyətə düşüb? .....                     İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq .....                     Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar .....                     Xameneyinin dəfn mərasimi və regional siyasətin güzgüsü .....                     ABŞ şirkətinin Azərbaycandakı filialı .....                     Azərbaycan - Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri .....                 

Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid - FAKT BUDUR!
Tarix: 28-01-2022, 10:42 | Çap et
Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
Azərbaycanda təhsilin zəif olması, müəllim-şagird davranışlarının düzgün qurulmaması, məktəblərdə pul yığılması, direktorların hegemonluğu, qəbul edilməsində validyenlərin çətinlik çəkdiyi “Valideyn, Müəllim Assosasiyaları” (VMA) və s. və ilaxır zaman-zaman sosial şəbəkələrin qınaq obyektinə çevrilib.
Misir Mərdanov dövründən ölkədəki təhsili nazirin acınacaqlı duruma saldığı iddia edilsə də, nazirlər dəyişdikcə vəziyyətin daha da ağırlaşması, elə ən yaxşısının Misir Mərdanov olduğunu sübut edirdi. Nazirlər dəyişdi, amma nə məktəblərdə pul yığımının qarşısı alındı, nə təhsilin səviyyəsi yüksəldi. Əksinə, məktəblərə elə əvvəldən naqis olan müəllim-şagird münasibətləri bir qədər də acınacaqlı vəziyyət aldı. Bu gün də həmin vəziyyətin şahidi oluruq.

Əvvəlcə məktəb direktorlarından danışaq. Bu vəzifəyə direktorlar təyin edilərkən təkcə savadı, iş təcrübəsi, ona himayədarlıq edən şəxslər və yaxud bu vəzifəyə təklif etdiyi vəsait deyil, insanlığı nəzərə alınmalıdır. Amma təəssüf olsun ki, bu gün məktəb direktorlarının necə təyin edilməsi cəmiyyət üçün sual altındadır. Məsələn, təqaüd yaşı çatmış, ömrünün qalan hissəsini nəvələri ilə keçirməli olan biri əsəblərinə necə sahib olub başqasının uşağının nazını çəkə bilər ki? Məktəb direktorları təyin edilməzdən öncə, onların psixikası da xüsusi komissiyalar tərəfindən yoxlanılmalıdır. Əks halda, vay o məktəbin də, uşaqların da halına.

Etiraf edək ki, bu gün məktəb direktorlarının bəziləri sanki “verdiyi pulu yığmaq” prinsipi ilə çalışır. Müəllimlərə pul yığımı ilə bağlı verilən əmr və tapşırıqlar, danışıq və davranış tonu bunu bir daha sübut edir. Bəzən məktəb direktorları həddi o qədər aşır ki, adi qonşuluq qaydalarında belə əmrlə danışır, sanki məktəbdə işçilərinə əmr edirlər. Şəxsən mən elə birisini tanıyıram. Direktorun dəfələrlə pul yığması barədə mətbuatda məlumatlar yer alsa da, təqaüd yaşını keçsə də, nazirlik direktora “gözün üstə qaşın var” deməyib. O da, sağ olsun, təkcə məktəbdə deyil, həyatda da özünü elə aparır ki, sanki “burda odur, Bağdatda kor xəlifə”...

Və yaxud VMA-lardan danışaq. Deyirlər ki, bu ictimai təşkilatdır və hər kəs bura könüllü şəkildə üzv ola bilər. Könüllü şəkildə üzv olanlar da, könüllü şəkildə pul ödəyirlər. Ancaq nədənsə, bu könüllülük prinsipi bəzi məktəblərə valideynlərin işgəncəsinə çevrilib.

Yığılan məbləğ il üçün böyük olmaya bilər (100-150 manat ). Amma bu məbləğin hara xərcləndiyi valideynlər üçün hər zaman sual olaraq qalıb. Məsələn, hər bir valideyn düşünür ki, ölkədə 9 illik tısil məcburidir və mənim övladım 9-cu sinifə qədər pulsuz oxumalıdır. Belə olan halda mən niyə pul ödəməliyəm? Hə, istədiyim müəllim üçün onun davranışına görə, kiçik hədiyyə ala bilərəm. Amma hara xərclədiyini bilmədiyim bir quruma niyə pul verməliyəm? Belə vəziyyətlə özüm də 3 il əvvəl qarşılaşmışdım.

Və yaxud məktəblərdə müəllim-şagird davranışlarının düzgün qurulmaması məsələsi. Düzdür, müəllimin işi ağırdır, bu danılmazdır. Təsəvvür edin ki, bir sinifdə 30 şagird varsa, bu 30 müxtəlif ailə deməkdir. Və hər ailənin təlim-tərbiyəsi də müxtəlif olduğu üçün müəllim müxtəlif xarakterli uşaqlarla ünsiyyətdə olmaq çətinliyi ilə üz-üzə qalır. Və əgər müəllimin həyatında, şəxsi problemləri varsa, bu müxtəlifliyə dözüm nümayiş etdirə bilmir. Ya arsızlaşıb, hər şeyi buraxır, saatın keçməsini gözləyir, ya da zorakılığa əl atır. Şəxsi həyatında problemi olmayan bir qisim isə uşaqlarla normal davrana bilir.

Bu baxımdan müəllimlər də işə götürülərkən verdikləri imtahanlarla yanaşı, psxixoloji müayinədən keçirilməlidir. Psixi problemləri olan, zorakılıq nümayiş etdirən müəllimlərdən uşaq ancaq aqressiyanı öyrənə bilər.

İndi isə keçək, hörmətli nazir Emin Əmirullayev cənablarına... Gənc, potensiallı olduğu iddia edilən nazirin dəfələrlə brifinqlərinə, onun jurnalistlərlə davranışlarına nəzər salanda elə hiss edirsən ki, yuxarıda qeyd etdiyim məktəb direktorları bu nazirin “əlindən su içib”...

Hörmətli nazirimiz deyir ki, “onun vaxtında da məktəblərdə pul yığımı olub”. Yəni, bu problemi o da yaşayıb. Əvvəllər pul yığımı "pərdəli" aparılırdısa, nazirin bu açıqlamasından sonra təhsilimiz "örtülü bazardan açıq bazara" keçib.

Əgər bu problem nazir özü məktəbli olanda da görübsə, niyə qarşısını almır?
Məktəblərdə yaşanan problemlər yalnız sosial şəbəkələrə düşdükdən sonra həllini tapır. Axı, niyə nazirimiz şəffaf və xüsusilə qeyd edim ki, rüşvətxor olmayan insanlardan təşkil edilmiş bir komissiya yaradıb anidən məktəblərə göndərmir?
Niyə axı məktəblərə komissiya gələcəyi zaman hər kəs bir-birinə “bu yaxınlarda komissiya olacaq, diqqətli olun” deyə xəbərdarlıq edə bilir?
Niyə axı gələcək komissiyadan direktorlar xəbərdar olub, xüsusi "süfrə" açır və hətta gələn "qonaqların" cibinə doldurmaq üçün “nəsə də” hazırlayır?
Ən son isə nazirliyin mətbuat xidmətinə nəzər salaq... İllərdir ki, nazirlər dəyişilsə də, mətbuat xidmətində işçilər yenilənmir. Məsələn, əvvəllər biz deyirdik ki, Bayram Hüseynzadə suallarımıza cavab vermir, sanki nazir budur... İndi isə... Bayramlarda neçə manatlıq hədiyyə kartı və bir dəstə güllə jurnalist kütləsi yığan mətbuat katibi təhsildə olan çatışmazlıqları ört-basdır etməyə çalışır. Hər hansı bir neqativ hal olduğu zaman ancaq öz ətrafında olan jurnalistlərə açıqlamalar verib yazdırır. Əllərində olsa, Azərbaycan təhsilində baş verən neqativ hadisələrin hamısının Papua Yeni Qvineyada olduğunu iddia edərlər. Necə ki, nazirlik az əvvəl Xətai rayonu 165 saylı məktəbdə baş verənlərin "Azərbaycanda baş vermədiyini" bildirmişdi.
Bizimyol.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb - “Bloomberg”
Bu gün, 11:01
Müxalifət genişmiqyaslı müqavimətə imza atdı: birinci bənd Azərbaycana qarşı... - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Ruslar "Şahid"lərdən niyə azad istifadə edir? - Səbəb
Bu gün, 10:55
AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur - DİQQƏT
Bu gün, 09:44
MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... - Tək deyil... cinayət ortaqları var...
Bu gün, 09:35
Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib - KİV
Bu gün, 09:03
Keçmiş deputatın şirkəti DİLƏNÇİLİK EDİR - BU DA FAKT...
Bu gün, 08:38
Rövşən Məmmədov və Balakişi Qasımovun efirdə mübahisəsi - MEDİA MASASI
Bu gün, 08:30
Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb
Bu gün, 08:23
Zülfəlinin DAHA BİR QURBANI... - BU NƏDİ BELƏ?
Bu gün, 08:20
İqtisadi suverenliyimizə qəsd: BP-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı şok iddialar - ARAŞDIRMA
Bu gün, 08:11
Müharibəyə son qoymaq üçün real perspektiv var - Zelenski
Bu gün, 08:07
İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib - "Haaretz"
Bu gün, 08:05
Azərbaycandan KÖÇ: Axırıncı çıxan QAPINI ÖRTSÜN... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:56
İranda Naxçıvan MR Baş nazirinə hörmətsizlik - Günah kimdədir?
Bu gün, 07:52
"Görürsüz hörmətli qərarverənlər, vəziyyət yaxşı deyil" - partiya sədri
Bu gün, 07:43
Paşinyan Rusiyanın bu təsir rıçağını da bloklayır... - TƏDARÜK
Bu gün, 07:40
Rusiyada əksər şəhərlər yanacaqsız qalıb - “Bumaqa”
Bu gün, 07:37
"Üfunət iyindən durmaq olmur!" - MÜRACİƏT
Bu gün, 07:34
"Daha bunun nəyi SÜRƏTLİ oldu ki?" - ETİRAZ VAR!
Bu gün, 07:28
"Bu avtobus sanki heç bir qaydaya tabe deyil..." - NARAZILIQ VAR...
Bu gün, 07:20
Xanım işçidən Nail Abdullayevə ETİRAZ! - "BİZDƏN NƏ İSTƏYİRSİNİZ?"
Bu gün, 07:08
Ceyhun Cəlilov özünü XAN kimi aparır - Baş redaktor ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 06:50
"Yerdə qalan 6,4 faiz əhali isə böyük ehtimalla işsizlik və sosial probemlərə görə narazı olub" - Sabir Rüstəmxanlı
Bu gün, 06:36
Hədiyyə kampaniyası adı ilə insanları aldadırlar? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:34
"Gərək sənətkarın enerjisi tükənməsin..." - Xalq artisti
Bu gün, 06:32
Azərbaycanın mövqeyi təsir göstərdi: İsraildə kritik "soyqırım" çağırışı - GƏLİŞMƏ
Bu gün, 06:26
Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib - "The Sunday Times"
Bu gün, 06:20
Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil ediləcək - DİQQƏT
Bu gün, 06:18
Erməni siyasilər Danelyanı ələ saldılar: - “Olmayan bir şeydən necə istefa vermisən?”
Dünən, 13:23
“Bütün tələbələrimin sertifikatı ləğv olunsun” - Səhiyyə Nazirliyinə qarşı qalmaqallı məhkəmə
Dünən, 13:20
Dövlət qurumu geyim alır – TENDER NƏTİCƏSİ
Dünən, 13:14
Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi
Dünən, 13:07
“Filmdən sonra Fəxrəddinlə məndən soruşurdular ki, aranızda sevgi və eşq yaşanıb?” - Meral Konrat
Dünən, 12:56
Tsarukyan niyə isterik vəziyyətə düşüb?
Dünən, 12:52
İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq - "Haaretz"
Dünən, 12:46
Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?
Dünən, 12:41
Xameneyinin dəfn mərasimi və regional siyasətin güzgüsü - Bu, Bakı üçün nə deməkdir?
Dünən, 12:29
ABŞ şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR
Dünən, 12:27
Azərbaycan - Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri - MƏQALƏ
Dünən, 12:23
“Arzum”un 4 uşağı kimin ümidinə qaldı? – “Qanun bunu tələb edir...”
Dünən, 12:19
Xameneinin dəfninə görə İrana bir həftə vaxt verdi
Dünən, 12:15
Anardan Əkrəm Əylislinin mükafat almasına MÜNASİBƏT
Dünən, 12:11
ŞOK ƏMƏLİYYAT: Azərbaycanlı Kamil və "banda"sı tutuldu -Milyonluq dələduzluq...
Dünən, 12:08
Marketlərdə satılan bu qidaları ALMAYIN - ARAŞDIRMA
Dünən, 11:17
"Arzum"un işi ilə bağlı ŞOK FAKTLAR: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunubmuş - FOTO
Dünən, 11:11
İynə üstündə oturan məmurlar... - HƏR AN QƏRAR VERİLƏ BİLƏR...
Dünən, 10:58
“Rusiya qazı kəsərsə, Azərbaycan qazı almalıyıq” - Koçinyan
Dünən, 10:47
Arayik Arutyunyanla bağlı qərar verildi - TƏFƏRRÜAT
Dünən, 10:46
Çin təhlükəsi Hindistanla Yaponiyanı yaxınlaşdırır - İNCƏLƏMƏ
Dünən, 10:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru