QHT sisteminə DÖVLƏT NƏZARƏT ETMİR? .....                     Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib? .....                     Kubada enerji sistemi çökdü, etirazlar başlayıb .....                     Deputat və rektor Eldar Quliyevin “Para”sı hesabatları niyə gizlədir? .....                     Hətta Adil Vəliyev də ona söz keçirə bilmir .....                     Mirsaleh Seyidovun BAZARI BAĞLANDI .....                     "Necə ola bilər ki, müəllim cəzalandırılsın, dərsi pozan şagird isə toxunulmaz qalsın?” .....                     "İsrailin qarşısında Türkiyədən başqa dura bilən ikinci müsəlman dövləti yoxdur" .....                     Rusiya Paşinyanı devirmək üçün hərəkətə keçib .....                     Naxçıvanda bu nazirlikdə mebel satınalması baş tutmadı .....                     Rəsmi İrəvan rus hərbi bazası ilə bağlı mövqeyini açıqladı .....                     "Biletləri də ucuz qoymuşam ki, hamı konsertimə gələ bilsin" .....                     ABŞ erməni hərbçiləri öyrədir .....                     ABŞ kəşfiyyatının direktoru Kubaya səfər edərək Trampın şərtini açıqlayıb .....                     Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı .....                     Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı .....                     Şagirdlər üçün yeni vəziyyət .....                     Rayonlarda kredit və əmanət faizləri arasında dəfələrlə fərq var .....                     Rusiyadan Ermənistan 5 milyardlıq .....                     DMA-nın bir şöbəsinin müdiri işdən çıxdı, digərinə rəhbər təyin edildi .....                     Paşinyandan KURYOZ manevr: milyonlarını və evli olduğunu NİYƏ açıqladı? .....                     Zərərli çiyələk yetişdirənlər HƏBS olunsun .....                     "E-Kredit" BOKT-un lisenziyası ləğv edilib .....                     30 illik diplomatik riyakarlıq iflas etdi: .....                     Burda sıravi işçinin aqibəti... KİMSƏNİN UMRUNDA BELƏ DEYİL... .....                     AZAL ilə Böyük Britaniya arasında səmərəli əməkdaşlıq müzakirə edilib .....                     AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı: “Mənə cəmi 150 manat verirlər” .....                     Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? .....                     Polkovnikdən ŞOK SÖZLƏR .....                     Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb .....                     Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb .....                     “Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi .....                     Azərbaycanda iki yeni institut yaradılıb .....                     Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq .....                     Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına .....                     BRİKS sammitində gərgin anlar .....                     Ramiz Mehdiyev tək deyil .....                     Paşinyandan Köçəryanla bağlı SƏRT AÇIQLAMA .....                     Mayis Musayev vəzifəsindən ayrıldı .....                     Çin gəmilərinin Hörmüz boğazından keçidi başlayıb .....                 

Əli Həsənovun 40 PİLLƏLİ HÖKMÜ... - İş Avropa Məhkəməsinə DAŞINDI
Tarix: 3-01-2022, 12:06 | Çap et
Əli Həsənovun 40 PİLLƏLİ HÖKMÜ...
Prezidentin keçmiş köməkçisi Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Qarabağ qazilərinin on illərlə istifadələrinə istədikləri zibilxananı ələ keçirib, MTRŞ -yə üzv təyin etdirdiyi dayısı oğlu, keçmiş “JEK” müdiri Cəfərov Məmməd Hüseyn oğlunun adına saxta çıxarışla “40 pillə” kafesinə çevirməsinə hələ də hüquq qiyməti verilməyib.

Səbail RPİ-nin müstəntiqi Fərid Soltanlının bu ilin 10 noyabrında DİN-in baş təşkilat inspeksiya idarəsinin aracılığı ilə verdiyi 25.10.2020 -ci ilə saxtalaşdırdığı qərarla əməldə cinayət tərkibi olmaması “əsası” ilə Cinayət Prosessual Məcəllənin (CPM) 39.1.1 maddəsinin tələbinə uyğun olaraq cinayət işi başlanılmasından imtina edilib. Müstəntiqin qərarının saxtalığı, ilk növbədə, şikayətçi Qarabağ qazilərinin və qarşı tərəfin adi izahatlarını belə almamasında, 18.11.2020-ci ildə Səbail RPİ-yə bölmə rəisi Çinar Nuriyevin zəngi ilə izahat almağa çağırılan qaziyə sonradan bundan bir ay qabaq qərar qəbul edilməsi barədə sübuta ehtiyacı olmayan vəzifə saxtakarlığı ilə ortaya qoyulur. Aydın olsun deyə, 18.11.2020-ci ildə Fərid Soltanlı idarədə Qarabağ qazisinin izahatını almaqdan imtina edib ki, Qaradağa türməyə gedir və ən geci 2 günə izahat alıb, qazilərə yardım ediləcək. 2 gün bir il çəkib və. ..DİN-in baş təşkilat inspeksiya idarəsi müstəntiqin qanunsuzluğuna necə hüquq qiyməti veribsə, elə köhnə tarixə saxta qərarı da elə verib. Qərarın CPM-in tələbinə zidd olması bir yana, hələ üstəlik əsaslandırılması da heç bir normativ hüquqi akta, məntiqə sığmır. Müstəntiq qərarını Əli Həsənovun dayısı oğlu Cəfərov Məmməd Hüseyn oğlunun adına saxta ünvana aldığı saxta çıxarışla əsaslandırıb ki, dövlət qulluqçularının qanunsuz torpaq sahəsi zəbt etmələri sübut edilmir və Cinayət Məcəlləsinin 188-ci maddəsi tətbiq edilə bilməz. Halbuki, burada Cinayət Məcəlləsinin “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslinin 308-ci (“Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”) və digər maddələri ilə cinayət işi başlanılmalıdır və CPM-in 215.3 maddəsinə əsasən ibtidai istintaqı prokurorluq orqanları aparmalıdır. Əli Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət qulluğuna təyin etdirdiyi dayısı oğlunun adına əmlak ələ keçirib . Qanuni və ya saxta çıxarışla əldə edilməsindən asılı olmayaraq, bu fakt korrupsiya cinayətidir! Dövlət qulluqçularının vəzifələrindən sui-istifadə etmələrini, bizneslə məşğul olmalarını , kafe-restoran işlətmələrini, özü də vergi uçotuna dayanmadan kommersiya fəaliyyəti ilə məşğul olmalarını qanunvericilik qadağan edir. Cəfərov Məmməd Hüseyn oğlunun adına olan çıxarışın saxta olmasını isə İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Nigar xanım Alimovanın 23.09.2020 tarixli məktubu sübut edir : “ 40 PİLLƏKƏN KOMPLEKSİ”NİN VƏZİFƏLİ ŞƏXS TƏRƏFİNDƏN QEYRİ -QANUNİ YOLLARLA KAFEYƏ ÇEVRİLMƏSİ barədə müraciət araşdırılarkən məlum olmuşdur ki, SÖZÜGEDƏN OBYEKT ÜZƏRİNDƏ HÜQUQLAR DAŞINMAZ ƏMLAKIN DÖVLƏT REYESTRİNDƏ QEYDƏ ALINMAMIŞDIR.” Bu o deməkdir ki, müstəntiq Fərid Soltanlının Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dayısı oğlu, dövlət qulluqçusu Məmməd Cəfərovun adına aldığı çıxarışın qanuni olmasını qərara almasının özü cinayətkar saxtalıqdır. Nə yazıq, bu açıq-aşkar saxtalığa məhkəmə nəzarəti qaydasında da hüquq qiyməti verilməsindən imtina edilib.

CPM-in 212-ci maddəsinə uyğun olaraq Səbail rayon məhkəməsinə müstəntiq Fərid Soltanlı Qulam oğlunun saxta qərarından şikayət verən Qarabağ qazisinin şikayətini hakim Azər Tağıyev təmin etməyib ki, dövlət qulluqçusu Əli Həsənovun “40 pillə” kafesini dövlət qulluqçusu olan dayısı oğlunun adına sənədləşdirilməsi qanunidir. Özbaşınalığa baxın, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sözügedən obyekt üzərində hüquqların dövlət reyestrində qeydə alınmaması barədə rəsmi məktubu Səbail məhkəməsinin 29.11.2021 tarixli qərarında qeyd edilib, amma əmlakın X nömrəli çıxarışla, Səbail RİH -in məktubu (?-M.B.) ilə özəlləşdirildiyi qanuni sayılıb. Əmlak üzərində hüquqlar reyestrdə qeydə alınmayıbsa, hansı qanuni çıxarışdan söhbət gedə bilər? Nə yazıq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (sədrlik edən Habil Məmmədov) da 06.12.2021 tarixli qərarla Səbail məhkəməsinin 29.11.2021 tarixli qərarını olduğu kimi köçürərək qüvvədə saxlayıb. Yerli məhkəmələr Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini dövlət reyestrində qeydə alınmayan çıxarışın “qanuni” olması ilə qanuni sayıb. Yəqin, Avropa İnsan Hüquqları Məhkəməsi Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mülkiyyət hüququnu pozmasını , hətta qaziyə 9-cu Polis Bölməsində işgəncə verdirməsini araşdırmalı olacaq.

Məğrur BƏDƏLSOY










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
QHT sisteminə DÖVLƏT NƏZARƏT ETMİR? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 05:59
Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib? - BU NƏDİ BELƏ?
Bu gün, 05:47
Kubada enerji sistemi çökdü, etirazlar başlayıb - KİV
Bu gün, 05:43
Deputat və rektor Eldar Quliyevin “Para”sı hesabatları niyə gizlədir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:41
Hətta Adil Vəliyev də ona söz keçirə bilmir - BELƏSİ VARMI?
Bu gün, 05:36
Mirsaleh Seyidovun BAZARI BAĞLANDI - NƏ BAŞ VERİR?
Bu gün, 05:22
"Necə ola bilər ki, müəllim cəzalandırılsın, dərsi pozan şagird isə toxunulmaz qalsın?” - İlqar Orucovdan sərt REAKSİYA
Bu gün, 05:10
"İsrailin qarşısında Türkiyədən başqa dura bilən ikinci müsəlman dövləti yoxdur" - Etibar Məmmədov
Bu gün, 05:07
Rusiya Paşinyanı devirmək üçün hərəkətə keçib - GƏLİŞMƏ
Bu gün, 05:02
Naxçıvanda bu nazirlikdə mebel satınalması baş tutmadı - SƏBƏB
Bu gün, 04:49
Rəsmi İrəvan rus hərbi bazası ilə bağlı mövqeyini açıqladı - Bağlanır, ya yox?
Bu gün, 04:42
"Biletləri də ucuz qoymuşam ki, hamı konsertimə gələ bilsin" - Əməkdar artist
Bu gün, 04:38
ABŞ erməni hərbçiləri öyrədir - FOTO
Bu gün, 04:36
ABŞ kəşfiyyatının direktoru Kubaya səfər edərək Trampın şərtini açıqlayıb - KİV
Bu gün, 04:32
Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı - KİV
Dünən, 17:47
Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı - TƏFƏRRÜAT
Dünən, 17:45
Şagirdlər üçün yeni vəziyyət – 315 manat cərimə gələcək?
Dünən, 17:43
Rayonlarda kredit və əmanət faizləri arasında dəfələrlə fərq var – Tam siyahı
Dünən, 17:32
Rusiyadan Ermənistan 5 milyardlıq ŞANTAJ
Dünən, 17:29
DMA-nın bir şöbəsinin müdiri işdən çıxdı, digərinə rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 17:20
Paşinyandan KURYOZ manevr: milyonlarını və evli olduğunu NİYƏ açıqladı? - İLGİNC
Dünən, 17:14
Zərərli çiyələk yetişdirənlər HƏBS olunsun - ÇAĞIRIŞ
Dünən, 17:06
"E-Kredit" BOKT-un lisenziyası ləğv edilib
Dünən, 17:04
30 illik diplomatik riyakarlıq iflas etdi: - İlham Əliyev Minsk Qrupunun "ölüm hökmü"nü necə imzaladı?
Dünən, 17:00
Burda sıravi işçinin aqibəti... KİMSƏNİN UMRUNDA BELƏ DEYİL... - GİLEY...
Dünən, 16:57
AZAL ilə Böyük Britaniya arasında səmərəli əməkdaşlıq müzakirə edilib - FOTO
Dünən, 16:47
AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı: “Mənə cəmi 150 manat verirlər” - TƏFƏRRÜAT
Dünən, 16:40
Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? - DOSYE
Dünən, 16:39
Polkovnikdən ŞOK SÖZLƏR - "Bizim o bəzi DEPUTATLARA demək lazımdır ki..."
Dünən, 16:37
Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb - DETALLAR
Dünən, 16:34
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb - FƏRMAN
Dünən, 16:32
“Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi – ARDNF-yə də təsir edəcək
Dünən, 15:12
Azərbaycanda iki yeni institut yaradılıb
Dünən, 15:10
Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq - Bu aydan etibarən
Dünən, 15:04
Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi
Dünən, 14:59
BRİKS sammitində gərgin anlar - İran və BƏƏ nümayəndələri üz-üzə gəldi
Dünən, 14:57
Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
Dünən, 14:55
Paşinyandan Köçəryanla bağlı SƏRT AÇIQLAMA - Polis hərəkətə keçdi
Dünən, 14:49
Mayis Musayev vəzifəsindən ayrıldı - AÇIQLAMA
Dünən, 14:48
Çin gəmilərinin Hörmüz boğazından keçidi başlayıb - “Fars”
Dünən, 14:45
Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? – Deputatdan açıqlama
Dünən, 13:17
"Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil"
Dünən, 13:15
Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
Dünən, 13:12
Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?" - NARAZILIQ VAR...
Dünən, 13:03
Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" edən ilk əcnəbi baş məşqçi olub
Dünən, 12:59
Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq - ÇÜNKİ...
Dünən, 12:58
Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib - ADLAR
Dünən, 12:53
İlk tramvay Bakıya nə vaxt qayıdacaq? - AKTUAL
Dünən, 12:51
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Dünən, 12:36
Yeni lizinq şirkəti təsis edildi
Dünən, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru