"İcra hakimiyyətinə gedib-gəldik ki, heç olmasa bizə də bir sığınacaq verin..." - Gəncədən ŞİKAYƏT
Tarix: 24-11-2021, 09:44 | Çap et
 “Raket bizim evin 30 metrliyinə düşmüşdü, evimiz dağılmışdı. Bizə “yataqxanada boş yer yoxdur” deyib, yer vermədilər. İndi də deyirlər, yataqxanadan kənarda qalanlara kirayəhaqqı verilmir”.
Ötən il İkinci Qarabağ Müharibəsi zamanı, oktyabrın 17-də Gəncəyə endirilən raket zərbələri nəticəsində evindən didərgin düşənlərdən biri də Zeynalovlar ailəsidir. Gəncə şəhəri, Muxtar Hacıyev küçəsi, 2-ci döngə, ev 8 ünvanında yerləşən ikimərtəbəli şəxsi mülk raketin düşdüyü nöqtədən 30 metr aralıda – hadisə baş verən ən yaxın ərazidə olub.
Şahnaz Zeynalova deyir, onun evinə yaxın bir neçə ev tamamilə dağılıb, onun evi isə yaşamaq üçün yararsız vəziyyətə düşüb:
“Hadisənin üstündən 1 il keçir, bu müddət ərzində cəmi iki ev tikilib, şəxsən bizim evin tikintisinə hələ bu ilin sentyabrından başlayıblar. Bunu da keçək, iş orasındadır ki, bizə heç kirayəhaqqı da ödənilmir. Evimiz dağılandan sonra 3 ay qapılarda qaldıq, icra hakimiyyətinə gedib-gəldik ki, heç olmasa bizə də bir sığınacaq verin, evimiz tikilənədək küçədə qalmayaq, dedilər, imkan yoxdur, qohumlarınızın evində qalın”.
Şahnaz Zeynalovanın sözlərinə görə, icra hakimiyyətinin bu ailəyə əl tutmamasının səbəbi yataqxanada qalmamaqları olub:
“Ev dağıldı, övladım baş vermiş hadisədən psixoloji sarsıntı keçirtdi, məcbur olub Bakıya apardıq, başımız iki ay onun sağlamlığının bərpasına qarışdı. Gəncəyə qayıtdıq, evləri dağılan ailələri yataqxanaya yerləşdirmişdilər, biz də yataqxanaya yerləşmək istədik, dedilər ki, gec müraciət etmisiz, yer yoxdur. Dəfələrlə icra hakimiyyətinə müraciət etsək də, bizə yataqxanadan yer verilmədi, eləcə, dedilər, bir qohum evi tapın, eviniz düzələnəcən orda yaşayın. Qohum da adamı 3-5 gün saxlayar. Məcbur olduq ki, öz dağılmış evimizin ətrafını, üstünü sellofanlayaq, orada yaşayaq. Elə də etdik. Sentyabr ayınadək o dağılmış evdə zülm çəkdik”.
Bu il sentyabrın ortaları ailə dağılmış evindən də çıxarılıb, sentyabrın 25-dən isə keçmiş evin yerində yenisinin tikintisi başlanıb. İndi də Zeynalovlara kirayə köçdükləri evin kirahaqqısı ödənilmir:
“Elə deyirlər, yataqxanaya yerləşmədiyiniz üçün sizə heç bir maddi yardım düşmür. Halbuki, dediyim kimi, bizi yataqxanaya özləri yaxın buraxmadılar. Küçəmizdə bizdən başqa daha üç ailəyə heç bir maddi yardım olunmur. Ancaq bizdən və raketin düşdüyü nöqtədən aralıda bina evinin qırılmış şüşələrinə görə hər yardımı etdilər o binalarda yaşayanlara… İcra hakimiyyəti zərərçəkmiş vətəndaşlar arasında ayrı-seçkilik edir”.
Zeynalovlar hər ay 250 manat kirayəhaqqı ödəyirlər. Evlərinin tikintisinin nə zaman başa çatacağını bilmirlər. Gəncədəki məlum dağıntılarla bağlı sakinlərdən Meydan TV-yə vaxtaşırı narazılqılar daxil olur. Məsələn, bu yaxınlarda Aida İmanquliyeva küçəsinin sakinləri tikinti işlərinin ləğn getməsindən gileylənib. Bir qisim sakin isə kompensasiyaların ödənilməsində ayrı-seçkiliyə yol veriliyini dilə gətirib.
Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, müharibə zamanı zərər görən yaşayış obyektlərinin tikintisinə Dövlət Şəhərsalama və Arxitektura Komitəsi nəzarət edir.
Ötən il Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncəyə raket atılması nəticəsində təxminən 3800 tikili ya tamamilə dağılıb, ya da qismən qəzalı vəziyyətə düşüb. 35-ə yaxın ev yenidən tikilir. 2300 tikilinin təmiri başa çatıb. Qalan evlərin təmir-bərpası işləri davam etdirilir. Kompensasiyalar yalnız az zərərçəkmiş tikililərin sahiblərinə ödənilib.
Muxtar Hacıyev küçəsi, 2-ci döngə, ev 8 ünvanında yerləşən və raket atılması nəticəsində qəzalı vəziyyətə düşmüş ikimərtəbəli şəxsi tikilinin yerində də yeni ev inşasına başlanılıb. Zeynalovlar ailəsinin kirayəhaqqıyla bağlı dediklərinə gəlincə, icra hakimiyyətindən bildirilib ki, vətəndaş müraciət etsə, məsələyə aydınlıq gətirilər.
Prezident İlham Əliyev zərər çəkmiş binalarda yaşayan əhalinin şəxsi əşyalarına dəymiş ziyanın dərhal ödənilməsi ilə əlaqədar 2020-ci ilin dekabrın 14-də Sərəncam imzalamışdı. Həmin sərəncama görə, qəzalı vəziyyətə düşmüş yaşayış evlərinə dəymiş ziyanla əlaqədar hər ailəyə 6000, hər ailə üzvünə 1500 manat və ziyan dəymiş digər ailələrə 1000 manat ayrılması nəzərdə tutulmuşdu. //gozetci.az//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb - “Bloomberg”
Bu gün, 11:01 |
|
|
|
| • Müxalifət genişmiqyaslı müqavimətə imza atdı: birinci bənd Azərbaycana qarşı... - NƏ BAŞ VERİR?
Bu gün, 10:57 |
|
|
|
| • Ruslar "Şahid"lərdən niyə azad istifadə edir? - Səbəb
Bu gün, 10:55 |
|
|
|
| • AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur - DİQQƏT
Bu gün, 09:44 |
|
|
|
| • MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... - Tək deyil... cinayət ortaqları var...
Bu gün, 09:35 |
|
|
|
| • Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib - KİV
Bu gün, 09:03 |
|
|
|
| • Keçmiş deputatın şirkəti DİLƏNÇİLİK EDİR - BU DA FAKT...
Bu gün, 08:38 |
|
|
|
| • Rövşən Məmmədov və Balakişi Qasımovun efirdə mübahisəsi - MEDİA MASASI
Bu gün, 08:30 |
|
|
|
| • Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb
Bu gün, 08:23 |
|
|
|
| • Zülfəlinin DAHA BİR QURBANI... - BU NƏDİ BELƏ?
Bu gün, 08:20 |
|
|
|
| • İqtisadi suverenliyimizə qəsd: BP-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı şok iddialar - ARAŞDIRMA
Bu gün, 08:11 |
|
|
|
| • Müharibəyə son qoymaq üçün real perspektiv var - Zelenski
Bu gün, 08:07 |
|
|
|
| • İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib - "Haaretz"
Bu gün, 08:05 |
|
|
|
| • Azərbaycandan KÖÇ: Axırıncı çıxan QAPINI ÖRTSÜN... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:56 |
|
|
|
| • İranda Naxçıvan MR Baş nazirinə hörmətsizlik - Günah kimdədir?
Bu gün, 07:52 |
|
|
|
| • "Görürsüz hörmətli qərarverənlər, vəziyyət yaxşı deyil" - partiya sədri
Bu gün, 07:43 |
|
|
|
| • Paşinyan Rusiyanın bu təsir rıçağını da bloklayır... - TƏDARÜK
Bu gün, 07:40 |
|
|
|
| • Rusiyada əksər şəhərlər yanacaqsız qalıb - “Bumaqa”
Bu gün, 07:37 |
|
|
|
| • "Üfunət iyindən durmaq olmur!" - MÜRACİƏT
Bu gün, 07:34 |
|
|
|
| • "Daha bunun nəyi SÜRƏTLİ oldu ki?" - ETİRAZ VAR!
Bu gün, 07:28 |
|
|
|
| • "Bu avtobus sanki heç bir qaydaya tabe deyil..." - NARAZILIQ VAR...
Bu gün, 07:20 |
|
|
|
| • Xanım işçidən Nail Abdullayevə ETİRAZ! - "BİZDƏN NƏ İSTƏYİRSİNİZ?"
Bu gün, 07:08 |
|
|
|
| • Ceyhun Cəlilov özünü XAN kimi aparır - Baş redaktor ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 06:50 |
|
|
|
| • "Yerdə qalan 6,4 faiz əhali isə böyük ehtimalla işsizlik və sosial probemlərə görə narazı olub" - Sabir Rüstəmxanlı
Bu gün, 06:36 |
|
|
|
| • Hədiyyə kampaniyası adı ilə insanları aldadırlar? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:34 |
|
|
|
| • "Gərək sənətkarın enerjisi tükənməsin..." - Xalq artisti
Bu gün, 06:32 |
|
|
|
| • Azərbaycanın mövqeyi təsir göstərdi: İsraildə kritik "soyqırım" çağırışı - GƏLİŞMƏ
Bu gün, 06:26 |
|
|
|
| • Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib - "The Sunday Times"
Bu gün, 06:20 |
|
|
|
| • Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil ediləcək - DİQQƏT
Bu gün, 06:18 |
|
|
|
| • Erməni siyasilər Danelyanı ələ saldılar: - “Olmayan bir şeydən necə istefa vermisən?”
Dünən, 13:23 |
|
|
|
| • “Bütün tələbələrimin sertifikatı ləğv olunsun” - Səhiyyə Nazirliyinə qarşı qalmaqallı məhkəmə
Dünən, 13:20 |
|
|
|
| • Dövlət qurumu geyim alır – TENDER NƏTİCƏSİ
Dünən, 13:14 |
|
|
|
| • Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi
Dünən, 13:07 |
|
|
|
| • “Filmdən sonra Fəxrəddinlə məndən soruşurdular ki, aranızda sevgi və eşq yaşanıb?” - Meral Konrat
Dünən, 12:56 |
|
|
|
| • Tsarukyan niyə isterik vəziyyətə düşüb?
Dünən, 12:52 |
|
|
|
| • İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq - "Haaretz"
Dünən, 12:46 |
|
|
|
| • Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?
Dünən, 12:41 |
|
|
|
| • Xameneyinin dəfn mərasimi və regional siyasətin güzgüsü - Bu, Bakı üçün nə deməkdir?
Dünən, 12:29 |
|
|
|
| • ABŞ şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR
Dünən, 12:27 |
|
|
|
| • Azərbaycan - Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri - MƏQALƏ
Dünən, 12:23 |
|
|
|
| • “Arzum”un 4 uşağı kimin ümidinə qaldı? – “Qanun bunu tələb edir...”
Dünən, 12:19 |
|
|
|
| • Xameneinin dəfninə görə İrana bir həftə vaxt verdi
Dünən, 12:15 |
|
|
|
| • Anardan Əkrəm Əylislinin mükafat almasına MÜNASİBƏT
Dünən, 12:11 |
|
|
|
| • ŞOK ƏMƏLİYYAT: Azərbaycanlı Kamil və "banda"sı tutuldu -Milyonluq dələduzluq...
Dünən, 12:08 |
|
|
|
| • Marketlərdə satılan bu qidaları ALMAYIN - ARAŞDIRMA
Dünən, 11:17 |
|
|
|
| • "Arzum"un işi ilə bağlı ŞOK FAKTLAR: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunubmuş - FOTO
Dünən, 11:11 |
|
|
|
| • İynə üstündə oturan məmurlar... - HƏR AN QƏRAR VERİLƏ BİLƏR...
Dünən, 10:58 |
|
|
|
| • “Rusiya qazı kəsərsə, Azərbaycan qazı almalıyıq” - Koçinyan
Dünən, 10:47 |
|
|
|
| • Arayik Arutyunyanla bağlı qərar verildi - TƏFƏRRÜAT
Dünən, 10:46 |
|
|
|
| • Çin təhlükəsi Hindistanla Yaponiyanı yaxınlaşdırır - İNCƏLƏMƏ
Dünən, 10:43 |
|
|
|
|