İflic duruma düşən elektron məhkəmə sistemi .....                     Gələcəkdə belə əsərlər yarana bilərmi? .....                     Erməni adı altında Avropaya sığınan... .....                     Zəlzələn “mübarək”, İqbal Ağazadə! .....                     Ermənistan Avropa ittifaqının tam hüquqlu üzvünə çevrilir .....                     Zülfəlinin buldozerin ağzına verdiyi TARİX .....                     Krasnodarda Krımı Rusiya ərazisi kimi qəbul etmirlər... .....                     Günün fotosu: .....                     Dəfn mərasimi Xameneinin yox... ABŞ-nin nüfuzunun dəfni idi... .....                     Girişi pullu, çıxışı boş ümid dünyası! .....                     İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb .....                     Müxalifət genişmiqyaslı müqavimətə imza atdı: birinci bənd Azərbaycana qarşı... .....                     Ruslar "Şahid"lərdən niyə azad istifadə edir? .....                     AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur .....                     MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... .....                     Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib .....                     Keçmiş deputatın şirkəti DİLƏNÇİLİK EDİR .....                     Rövşən Məmmədov və Balakişi Qasımovun efirdə mübahisəsi .....                     Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb .....                     Zülfəlinin DAHA BİR QURBANI... .....                     İqtisadi suverenliyimizə qəsd: BP-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı şok iddialar .....                     Müharibəyə son qoymaq üçün real perspektiv var .....                     İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib .....                     Azərbaycandan KÖÇ: Axırıncı çıxan QAPINI ÖRTSÜN... .....                     İranda Naxçıvan MR Baş nazirinə hörmətsizlik .....                     "Görürsüz hörmətli qərarverənlər, vəziyyət yaxşı deyil" .....                     Paşinyan Rusiyanın bu təsir rıçağını da bloklayır... .....                     Rusiyada əksər şəhərlər yanacaqsız qalıb .....                     "Üfunət iyindən durmaq olmur!" .....                     "Daha bunun nəyi SÜRƏTLİ oldu ki?" .....                     "Bu avtobus sanki heç bir qaydaya tabe deyil..." .....                     Xanım işçidən Nail Abdullayevə ETİRAZ! .....                     Ceyhun Cəlilov özünü XAN kimi aparır .....                     "Yerdə qalan 6,4 faiz əhali isə böyük ehtimalla işsizlik və sosial probemlərə görə narazı olub" .....                     Hədiyyə kampaniyası adı ilə insanları aldadırlar? .....                     "Gərək sənətkarın enerjisi tükənməsin..." .....                     Azərbaycanın mövqeyi təsir göstərdi: İsraildə kritik "soyqırım" çağırışı .....                     Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib .....                     Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil ediləcək .....                     Erməni siyasilər Danelyanı ələ saldılar: .....                 

Özəlləşdirmə maxinasiyaları: vətəndaşların iştirak hüququ məhdudlaşdırılıb - NƏ BAŞ VERİR?
Tarix: 21-07-2021, 15:41 | Çap et
Özəlləşdirmə maxinasiyaları: vətəndaşların iştirak hüququ məhdudlaşdırılıb
Vətəndaşların əlində qalan və heç bir işə yaramaz hala gələn özəlləşdirmə çeklərinin aqibəti barədə dəfələrlə yazılıb, danışılıb. Lakin hələlik ortada ciddi nəticə yoxdur və vətəndaş şikayətlərinin ardı-arası kəsilmir.

Ötən əsrin 90-cı illərinin sonlarında hər bir vətəndaşa əvəzsiz olaraq verilən 4 çekdən ibarət özəlləşdirmə paylarının tədavül müddəti başa çatıb. Lakin yüzminlərlə insan hələ də bu çekləri saxlayır və nə zamansa yenidən işə yaracağına ümid edir.

Hüquqşünas Fərhad Mehdiyev AYNA-ya şərhində deyib ki, özəlləşdirmə çeklərini verməkdə məqsəd sosialist iqtisadiyyatının bazar iqtisadiyyatına keçidi zamanı bütün əmlakın xalq arasında bölüşdürülməsinə nail olmaq idi: “Bunu isə özəlləşdirmə çekləri vasitəsilə həyata keçirməyi planlaşdırırdılar. Bunun nə qədər faydalı olması məsələsinə gəldikdə, onu deyə bilərəm ki, özəlləşdirmə məsələsi çox qeyri-şəffaf həyata keçirildi və çox ciddi qanunsuzluqlar baş verdi. Bunlar necə baş verdi? Müəssisə rəhbərləri təkbaşına, kollektivin əlinə keçmədən öz aralarında paylaşdırdılar. Amma bunun hamısı kiçik müəssisə rəhbələri tərəfindən olmadı. Ciddi oliqarxların özəlləşdirdikləri xeyli müəssisələr var”.

“Misal üçün, sözügedən çeklər vasitəsilə AZAL rəhbərliyinin Naftalanda özəlləşdirdiyi otellər var. Vətəndaşlar özəlləşdirmədə aktiv iştirak etməkdən məhrum olduqdan (həm qeyri-şəffaflıq, həm proseduru bilməməzliyə görə, kənddə yaşayan insan Bakıda özəlləşdirmədə necə iştirak edə bilərdi?) sonra onlar bazarda öz paylarını çox ucuz qiymətə satmağa başladılar. Məsələn, onlara deyilirdi ki, bir özəlləşdirmə çekinin qiyməti maksimum 100 dollardır. Halbuki özəlləşdirmə zamanı onlar heç vaxt o qiymətə hesablana bilməzdi. Onların qiyməti ən azı 1500-1800 dollar idi. Bəzən qiymətlər ondan da yüksək hesablanırdı”, - deyə həmsöhbətimiz bildirib.

Özəlləşdirmə çeklərinin tədavülü məsələsinə toxunan ekspertin sözlərinə görə, birinci özlləşdirmə qanununda özəlləşdirmə çeklərinin son tarixi barədə hər hansı bir məlumat yox idi: “Amma daha sonra müxtəlif hüquqi aktlarla onlara məhdudiyyətlər tətbiq olunmağa başladı. Lakin ilk çıxan özəlləşdirmə çeklərində son tarixin olmaması barədə məlumatı da qeyd etmək lazımdır”.

Hüquqşünas bununla da insanların özəlləşdirmədə iştirak hüququnun məhdudlaşdırıldığını vurğulayıb: “Çünki bir çox iri və ciddi müəssisələr özəlləşdirmə çeklərinin dayandırıldığı müddətə qədər özəlləşdirilmədi. Amma ondan sonra özəlləşdirməyə çıxarıldı. Əvvəl çeklərin tədavül müddəti 2 il, 2 il uzadılırdı. Vətəndaş da gözləyirdi ki, müddət onsuz da yenə uzadılacaq, özlləşdirilən müəssisələr açılacaq və o da iştirak edəcək. Lakin bunların heç biri baş vermədi. Ona görə də deyə bilərəm ki, bununla da vətəndaşların hüquqları məhdudlaşdırılmış oldu”.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Holdinqi (AİH) yaradılıb ki, onun da məqsədi dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsinin həyata keçirilməsidir. Və çeklər paylandığı zaman qanunda belə göstərilirdi ki, dövlət əmlakının özəlləşdirilməsində 65 faiz məhz özəlləşdirilmə çekləri vasitəsilə həyata keçirilməlidir.

AİH-in fəaliyyəti özəlləşdirilmə çeklərindən istifadəni aktuallaşdıra və onların tədavülü bərpa oluna bilərmi? Bu suala cavabında F.Mehdiyev qeyd edib ki, bununla bağlı ya Prezidentin fərmanı, ya da Nazirlər Kabinetinin qərarı olmalıdır: “Çünki İnvestisiya Holdinqinin təkbaşına belə bir məsələni həyata keçirmək səlahiyyəti yoxdur. Dövlət səviyyəsində qərar olmalıdır”.

İqtisadçı ekspert Eldəniz Əmirov isə AYNA-ya açıqlamasında öncə sadə formada səhmin mahiyyətinə toxunub: “Səhm öz sahibinə səhmdar cəmiyyətlərin idarə edilməsində və gəlirlərində şəriklik hüququ verir. Başqa sözlə, səhmdar cəmiyyətin səhmini əldə etmək - onun xalis mənfəətindən müvafiq həcmdə pay əldə etmək deməkdir. Səhmlər müxtəlif formada təsnifləşdirilsə də, sahibinə verdiyi hüquqa görə təsnifi daha əsasdır. Bu baxımdan səhmlər adi və imtiyazlı olur. Adi səhm sahibləri səhmdar cəmiyyətin mənfəətinə uyğun gəlir əldə edirlər. Yəni dividendlərin ödənilməsi barədə qərar qəbul olunduğu təqdirdə, sahib olduğu səhmin həcminə uyğun dividend əldə edir. Lakin imtiyazlı səhm sahiblərində vəziyyət başqadır. Səhmdar cəmiyyətin illik fəaliyyət nəticəsindən asılı olmayaraq, əvvəlcədən müəyyənləşdirilmiş, sabit faizlə dividend əldə edirlər. Digər fərq isə səsvermə hüququ ilə bağlıdır. Adi səhm sahibinin cəmiyyətin idarəçiliyində səsvermə hüququ olur, imtiyazlı səhm sahiblərinin isə belə bir hüququ olmur”.

“Qiymətli kağızlar bazarında adətən açıq səhmdar cəmiyyətlərin adi səhmlərinin sərbəst alqı-satqısı mümkündür. Səhmin nominal dəyəri isə səhmin dəyərinin cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş pul ifadəsidir və bu dəyər Azərbaycan Respublikasının milli valyutası ilə ifadə olunur. Qanunvericiliyə əsasən, açıq səhmdar cəmiyyətlərinin səhmlərinin yerləşdirilməsi fond birjası vasitəsi ilə həyata keçrilir. Azərbaycanda isə əsas fond birjası Bakı Fond Birjasıdır (BFB). Burada qiymətli kağızların əldə edilməsi və BFB tərəfindən təşkil edilmiş bazarlarda iştirak birja üzvləri vasitəsi ilə həyata keçirilir. Bunun üçün arzu edilən birja üzvünə müraciət etmək gərəklidir. Sadəcə bir məsələ var ki, xarici və yerli səhm bazarları arasında kəskin fərqlər hələ də qalmaqdadır. Bunun da öz obyektib və subyektiv səbəbləri var. Qısaca desək, bizdə səhm bazarı yox səviyyəsindədir”, - deyə iqtisadçı söyləyib.

Özəlləşdirmə çekləri ilə bağlı məsələyə gəldikdə, Əmirovun dediyinə görə, 90-cı illərdə əhali sayına uyğun hər bir vətəndaşa 4 çekdən ibarət özəlləşdirmə payı verildi: “Bu, ümumilikdə 31,9 milyon özəlləşdirmə çeki demək idi. Bunların istifadə müddəti bir neçə dəfə artırıldıqdan sonra, nəhayət 2011-ci il yanvar ayının 1-də başa çatdı. Lakin bu çeklərin hələ də 6,38 milyonu istifadə olunmayıb. Qalan çeklərin yenidən istifadə edilməsi üçün yenidən fərman imzalanmalıdır. Üstəlik qabaqkı özəlləmə prosesi zamanı ciddi qanunsuzluqlar yaşandı. Məsələn, bəziləri düşünürdü ki, böyük şirkətlərdə pay əldə etməklə varlanacaqlar. Sonradan məlum oldu ki, özəlləşdirilən müəssisələrin çoxu “ölü”dür. Bu səbəbdən əgər yerdə qalan çeklərin tədavülü bərpa olunacaqsa, tamam şəffad mexanizm yaradılmasa, yenə ciddi problemlər ortaya çıxacaq”.

Mütəxəssis problemin kökündə normal səhm bazarının olmamasının dayandığını qeyd edib: “Bu, əslində səhm bazarı məsələsi idi. Normal səhm bazarının olmadığı bir ortamda bu cür özəlləşmə çekləri fayda vermir. Çünki özəlləşmə çeklərini hansısa bir müəssisənin özəlləşdirilməsində pay olaraq qoyub, oradan dividend götürmək üçün səhm bazarı, şəffaf bir ortam olmalıdır ki, ondan istifadə edən vətəndaş da payçı olaraq öz gəlirini götürə bilsin. Ona görə də vətəndaşların əksəriyyəti həmin çekləri dəyər-dəyməzinə satdı”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İflic duruma düşən elektron məhkəmə sistemi - BU NƏDİ BELƏ?
Bu gün, 03:53
Gələcəkdə belə əsərlər yarana bilərmi? - ARAŞDIRMA
Bu gün, 03:45
Erməni adı altında Avropaya sığınan... - Hansı ədaləti axtarır...
Bu gün, 03:41
Zəlzələn “mübarək”, İqbal Ağazadə! - REPLİKA
Bu gün, 03:37
Ermənistan Avropa ittifaqının tam hüquqlu üzvünə çevrilir - Üzv olmasa belə...
Bu gün, 03:32
Zülfəlinin buldozerin ağzına verdiyi TARİX - və aldadılan vətəndaş, susan hüquq...
Bu gün, 03:23
Krasnodarda Krımı Rusiya ərazisi kimi qəbul etmirlər... - BELƏ ÇIXIR...
Bu gün, 03:08
Günün fotosu: - MALƏSƏF...
Bu gün, 02:59
Dəfn mərasimi Xameneinin yox... ABŞ-nin nüfuzunun dəfni idi... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:55
Girişi pullu, çıxışı boş ümid dünyası! - Xərçəngdən DAHA AMANSIZ
Bu gün, 02:44
İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb - “Bloomberg”
Dünən, 11:01
Müxalifət genişmiqyaslı müqavimətə imza atdı: birinci bənd Azərbaycana qarşı... - NƏ BAŞ VERİR?
Dünən, 10:57
Ruslar "Şahid"lərdən niyə azad istifadə edir? - Səbəb
Dünən, 10:55
AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur - DİQQƏT
Dünən, 09:44
MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... - Tək deyil... cinayət ortaqları var...
Dünən, 09:35
Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib - KİV
Dünən, 09:03
Keçmiş deputatın şirkəti DİLƏNÇİLİK EDİR - BU DA FAKT...
Dünən, 08:38
Rövşən Məmmədov və Balakişi Qasımovun efirdə mübahisəsi - MEDİA MASASI
Dünən, 08:30
Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb
Dünən, 08:23
Zülfəlinin DAHA BİR QURBANI... - BU NƏDİ BELƏ?
Dünən, 08:20
İqtisadi suverenliyimizə qəsd: BP-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı şok iddialar - ARAŞDIRMA
Dünən, 08:11
Müharibəyə son qoymaq üçün real perspektiv var - Zelenski
Dünən, 08:07
İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib - "Haaretz"
Dünən, 08:05
Azərbaycandan KÖÇ: Axırıncı çıxan QAPINI ÖRTSÜN... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:56
İranda Naxçıvan MR Baş nazirinə hörmətsizlik - Günah kimdədir?
Dünən, 07:52
"Görürsüz hörmətli qərarverənlər, vəziyyət yaxşı deyil" - partiya sədri
Dünən, 07:43
Paşinyan Rusiyanın bu təsir rıçağını da bloklayır... - TƏDARÜK
Dünən, 07:40
Rusiyada əksər şəhərlər yanacaqsız qalıb - “Bumaqa”
Dünən, 07:37
"Üfunət iyindən durmaq olmur!" - MÜRACİƏT
Dünən, 07:34
"Daha bunun nəyi SÜRƏTLİ oldu ki?" - ETİRAZ VAR!
Dünən, 07:28
"Bu avtobus sanki heç bir qaydaya tabe deyil..." - NARAZILIQ VAR...
Dünən, 07:20
Xanım işçidən Nail Abdullayevə ETİRAZ! - "BİZDƏN NƏ İSTƏYİRSİNİZ?"
Dünən, 07:08
Ceyhun Cəlilov özünü XAN kimi aparır - Baş redaktor ŞOK FAKTLARI AÇIQLADI
Dünən, 06:50
"Yerdə qalan 6,4 faiz əhali isə böyük ehtimalla işsizlik və sosial probemlərə görə narazı olub" - Sabir Rüstəmxanlı
Dünən, 06:36
Hədiyyə kampaniyası adı ilə insanları aldadırlar? - ÖZBAŞINA QALIBLAR...
Dünən, 06:34
"Gərək sənətkarın enerjisi tükənməsin..." - Xalq artisti
Dünən, 06:32
Azərbaycanın mövqeyi təsir göstərdi: İsraildə kritik "soyqırım" çağırışı - GƏLİŞMƏ
Dünən, 06:26
Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib - "The Sunday Times"
Dünən, 06:20
Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil ediləcək - DİQQƏT
Dünən, 06:18
Erməni siyasilər Danelyanı ələ saldılar: - “Olmayan bir şeydən necə istefa vermisən?”
4-07-2026, 13:23
“Bütün tələbələrimin sertifikatı ləğv olunsun” - Səhiyyə Nazirliyinə qarşı qalmaqallı məhkəmə
4-07-2026, 13:20
Dövlət qurumu geyim alır – TENDER NƏTİCƏSİ
4-07-2026, 13:14
Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi
4-07-2026, 13:07
“Filmdən sonra Fəxrəddinlə məndən soruşurdular ki, aranızda sevgi və eşq yaşanıb?” - Meral Konrat
4-07-2026, 12:56
Tsarukyan niyə isterik vəziyyətə düşüb?
4-07-2026, 12:52
İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq - "Haaretz"
4-07-2026, 12:46
Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?
4-07-2026, 12:41
Xameneyinin dəfn mərasimi və regional siyasətin güzgüsü - Bu, Bakı üçün nə deməkdir?
4-07-2026, 12:29
ABŞ şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR
4-07-2026, 12:27
Azərbaycan - Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri - MƏQALƏ
4-07-2026, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru