Deputatın şirkəti DÖVLƏTƏ BORCLUDUR .....                     "Azərbaycanın təklifini blokladıq, Paşinyan çoxluğu itirdi" .....                     Gizli şəbəkənin dəhşətli əməlləri... .....                     Kamaləddin Qafarov səhiyyə naziri olmaq istəyir? .....                     Balakişi müəllim prosesə daha realist baxır... .....                     Fuad Nəcəfli elə... Ceyhun Cəlilov da belə..! .....                     Dübəndi sahilində FACİƏVİ DURUM... .....                     "Kartıma xəstə övladımın müalicəsi üçün edilən ianələr köçürülür..." .....                     Benzin qıtlığı yaşayan Rusiyanın .....                     Paşinyan Rusiya ilə münasibətləri qaydasına qoymağa çalışır .....                     "Ağılsız müharibədən ağıllı çıxış olmur" .....                     Zay məhsul satıb, aradan çıxırlar... .....                     İflic duruma düşən elektron məhkəmə sistemi .....                     Gələcəkdə belə əsərlər yarana bilərmi? .....                     Erməni adı altında Avropaya sığınan... .....                     Zəlzələn “mübarək”, İqbal Ağazadə! .....                     Ermənistan Avropa ittifaqının tam hüquqlu üzvünə çevrilir .....                     Zülfəlinin buldozerin ağzına verdiyi TARİX .....                     Krasnodarda Krımı Rusiya ərazisi kimi qəbul etmirlər... .....                     Günün fotosu: .....                     Dəfn mərasimi Xameneinin yox... ABŞ-nin nüfuzunun dəfni idi... .....                     Girişi pullu, çıxışı boş ümid dünyası! .....                     İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb .....                     Müxalifət genişmiqyaslı müqavimətə imza atdı: birinci bənd Azərbaycana qarşı... .....                     Ruslar "Şahid"lərdən niyə azad istifadə edir? .....                     AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur .....                     MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... .....                     Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib .....                     Keçmiş deputatın şirkəti DİLƏNÇİLİK EDİR .....                     Rövşən Məmmədov və Balakişi Qasımovun efirdə mübahisəsi .....                     Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb .....                     Zülfəlinin DAHA BİR QURBANI... .....                     İqtisadi suverenliyimizə qəsd: BP-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı şok iddialar .....                     Müharibəyə son qoymaq üçün real perspektiv var .....                     İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib .....                     Azərbaycandan KÖÇ: Axırıncı çıxan QAPINI ÖRTSÜN... .....                     İranda Naxçıvan MR Baş nazirinə hörmətsizlik .....                     "Görürsüz hörmətli qərarverənlər, vəziyyət yaxşı deyil" .....                     Paşinyan Rusiyanın bu təsir rıçağını da bloklayır... .....                     Rusiyada əksər şəhərlər yanacaqsız qalıb .....                 

““Gilan Orchard” şirkəti məzuniyyət pulumuzu ödəmir” - GİLEY
Tarix: 22-05-2021, 10:00 | Çap et
““Gilan Orchard” şirkəti məzuniyyət pulumuzu ödəmir”
İki Göyçay sakini “Gilan Holding”in “Gilan Orchard” şirkətindən məzuniyyət pulunu ala bilmədiklərindən şikayətçidir.

Rayonun Qarabaqqal kənd sakini Namiq Eyvazov deyir ki, onu həm işdən çıxarıblar, həm də son aylarının əmək haqqını və təzminatını ödəməyiblər. Üstəlik, şirkətlə bağladıqları sonuncu müqavilənin sürətini də ala bilməyib:

“Mən tək atayam, yoldaşım rəhmətə gedib, körpə, 5 yaşlı övladım mənim öhdəmdədir. İndi bir tərəfdən də işsiz qalmışam və təzminatımı ala bilmirəm. Mənim ildə 42 gün məzuniyyətim var idi. Toplanmış məzuniyyətlərimin pulunu ödəsəydilər, azı 2500 manat olacaqdı. Bununla xeyli problemimi həll edə bilərdim, ancaq vermirlər”.

Namiq Eyvazov 2012-ci ildən şirkətdə aqronom olaraq çalışıb. Deyir, daha çox meyvəçiliklə məşğul olub, nar yetişdirib:

“Az idi, çox idi, bir əmək haqqı alır, dolanırdıq. 2017-ci ildə yığdılar bizi ofisə və boş kağıza qol çəkdirdilər. Bununla bir şirkətdən işdən çıxdıq, ancaq işimizi görməyə, əmək haqqı almağa davam etdik. Bir neçə ildən sonra başqa bir şirkətə işə qəbul etdilər. Bundan da 3 il sonra ixtisara düşdük. Yenə eyni üsulla. Boş kağıza qol çəkdik, amma bu dəfə birdəfəlik işimizə son verildi. Ancaq bu zaman da yığılıb qalan əmək haqqımızı, məzuniyyət pulumuzu vermədilər. Keçmiş illərin hesabatını 2-3 nəfər tələb etdi, qalanları susdu”.

Namiq Eyvazov deyir ki, pandemiya dövrü işdən çıxarılmağı da qanunsuzdur:

“Halbuki prezidentin bu dövrdə kimsəni işdən çıxarmamaqla bağlı tapşırığı var idi, heç nəyə baxmadılar. Sonradan da hara müraciət etdik, cavab ala bilmədik”.

Fuad Seyidov isə “Gilan Holding”də təchizatçı işləyib. O da işdən çıxarılıb və toplanan məzuniyyətlərinin haqqını ala bilməyib. Deyir, şirkətin ona 3200 manata yaxın verəcəyi var. Fuad Seyidov lap başdan, şirkətin necə yaranmasından və işlədikləri müddətdə qarşılaşdıqları çətinliklərdən danışıb:

“2007-ci ildə Şirvan Meyvəçilik Mərkəzi yarandı. Mayın 1-dən orda işə qəbul oldum. O vaxt heç kimlə müqavilə bağlanmırdı. 2012-ci ilə qədər qeyri-rəsmi işlədik. Ondan sonra şirkətin adını dəyişib MNK etdilər. 23-24 nəfərlə müqavilə bağladılar. Bizimlə yenə müqavilə bağlamadılar. Buna da heç nə deyə bilmədik. Çünki işsiz qalmaq təhlükəsi var idi və indiki dövrdə bilirsiz, iş tapmaq asan deyil”.

Şikayətçi deyir ki, düz 2017-ci ilədək qeyri-rəsmi şəkildə işləyiblər. Sonra bütün işçilərlə müqavilə bağlanıb:

“Sonrakı 3 ili müqavilə ilə işlədim. Ancaq pandemiya yeni yayılanda, 2020-ci il aprelin 30-da bizi işdən azad etdilər. Bizə 2017-ci ildən bu yana olan 3 ilin konpensasiyasını verdilər, qalanını hesablamadılar. Bir sözlə, 10 ilimiz batdı. 13 il mən müqaviləsiz də olsa, işləmişəm və heç vaxt məzuniyyətə çıxmamışam. Məzuniyyətə çıxmamaq da öz seçimim olmayıb, işdən izin verməyiblər. Kənd təsərrüfatı sahəsində daim işdə olmaq lazım olur və “məzuniyyətə çıxma, pulunu alarsan”, - deyirlər. Sənin də başqa çarən qalmır”.

Şikayətçilər məzuniyyətə çıxmadıqları müddətin haqq-hesabını istəyirlər, şirkət rəhbərliyinin isə onların bu istəyinə əməl etmədiyini söyləyirlər. Zənglərini açmır, onlarla görüşmürlər:

“Nə zaman müqavilə tələb etdik “işdən çıxararıq” – hədəsi ilə üzləşdik. Məcbur qalıb səsimizi çıxarmadıq. Elə buna görə də 10 ilimizin məzuniyyət haqqımızı kəsdilər. Azmış kimi ən pis zamanda bizi işsiz qoydular, haqqımızı yedilər, pulumuzu tam vermədilər. Mən orda işləyəndə günün altında qalmaqdan 2 dəfə insult keçirmişəm, bir də gözümün görməsinin 60 faizini itirmişəm. Bunları da nəzərə almırlar. Adamı sonda boş kağız kimi çölə atmazlar ki...”, - Fuad Seyidov əlavə edir.

Şikayətçilər Ombudsman Aparatına, Prezident Administrasiyasına, Vitse Prezident Mehriban Əliyevaya məktublar göndəriblər. Hələlik, bir cavab almayıblar.

Bir neçə ildir ki, Göyçayda “Gilan Holding”in “Gilan Orchard” şirkətindən işdən çıxarılanlar narazılıq edir. Onlar işdən çıxarılarkən məzuniyyət pullarının verilmədiyini söyləyirlər.

Daha öncə də Meydan TV-yə bu şirkətdə çalışmış, işdən çıxarılmış, maaşını ala bilməyən şəxslər müraciət etmişdi. Onlardan kimi pandemiya dövrü işdən çıxarılmadan (https://www.meydan.tv/az/article/goycay-sakini-gilan-orchards-pandemiya-dovrunde-meni-isden-cixardi/?ref=search), kimi də yığılıb qalmış maaşını ala bilməməkdən gileylənib (https://www.meydan.tv/az/article/9-aydir-gilan-orchard-sirketinden-maasimi-ala-bilmirem/?ref=search).

“Gilan Orchards” MMC-dən Meydan TV-yə daha öncə də kimsəni işdən azad etmədiklərini, işçilərin öz ərizələri ilə işdən ayrıldıqlarını bildirmişdilər. Maaşların gecikməsinə gəlincə, belə bir problemin olmadığını, hamının vaxtlı-vaxtında pulunu aldığını bildirmişdilər. Bu dəfə də şirkətin hüquq şöbəsindən oxşar açıqlama verilib:

“Kimsəni işdən çıxarmamışıq, ancaq öz ərizəsi ilə işdən ayrılanlar olub. Hamısının da son maaşları ödənib, problem yoxdur”.

Şikayətçilər isə bildirir ki, onlar öz xoşları ilə ərizə yazmayıblar. İşçilərin hamısının işdən ayrılma ilə bağlı ərizəsinin eyni cümlələrlə başlayıb-bitməsindən də görünür ki, bütün ərizələr bir nəfər tərəfindən hazırlanıb və işçilərdən qol çəkmələri istənilib:

“Biz hardan bilək? Düşündük ki, yəqin həmişəki kimi yenidən işə bərpa edilərik. Nə dedilər etdik. Amma bu dəfə belə olmadı. İşimizi birdəfəlik itirdik və haqqımızı ala bilmədik”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatın şirkəti DÖVLƏTƏ BORCLUDUR - BU DA FAKT...
Bu gün, 06:39
"Azərbaycanın təklifini blokladıq, Paşinyan çoxluğu itirdi" - Ermənistanda təşviş
Bu gün, 06:34
Gizli şəbəkənin dəhşətli əməlləri... - qanunsuz fəaliyyət, dağılan ailələr, məhv olan gənclik
Bu gün, 06:30
Kamaləddin Qafarov səhiyyə naziri olmaq istəyir? - Tibbi təhsili yoxdur
Bu gün, 06:25
Balakişi müəllim prosesə daha realist baxır... - ONA GÖRƏ DƏ...
Bu gün, 05:00
Fuad Nəcəfli elə... Ceyhun Cəlilov da belə..! - "Naxçıvan şəxsi biznes meydanı deyil!"
Bu gün, 04:56
Dübəndi sahilində FACİƏVİ DURUM... - FOTOFAKT
Bu gün, 04:32
"Kartıma xəstə övladımın müalicəsi üçün edilən ianələr köçürülür..." - MÜRACİƏT
Bu gün, 04:26
Benzin qıtlığı yaşayan Rusiyanın BELARUS NƏFƏSLİYİ
Bu gün, 04:14
Paşinyan Rusiya ilə münasibətləri qaydasına qoymağa çalışır - KİV
Bu gün, 04:11
"Ağılsız müharibədən ağıllı çıxış olmur" - partiya sədri
Bu gün, 04:07
Zay məhsul satıb, aradan çıxırlar... - AXI NİYƏ?..
Bu gün, 04:02
İflic duruma düşən elektron məhkəmə sistemi - BU NƏDİ BELƏ?
Bu gün, 03:53
Gələcəkdə belə əsərlər yarana bilərmi? - ARAŞDIRMA
Bu gün, 03:45
Erməni adı altında Avropaya sığınan... - Hansı ədaləti axtarır...
Bu gün, 03:41
Zəlzələn “mübarək”, İqbal Ağazadə! - REPLİKA
Bu gün, 03:37
Ermənistan Avropa ittifaqının tam hüquqlu üzvünə çevrilir - Üzv olmasa belə...
Bu gün, 03:32
Zülfəlinin buldozerin ağzına verdiyi TARİX - və aldadılan vətəndaş, susan hüquq...
Bu gün, 03:23
Krasnodarda Krımı Rusiya ərazisi kimi qəbul etmirlər... - BELƏ ÇIXIR...
Bu gün, 03:08
Günün fotosu: - MALƏSƏF...
Bu gün, 02:59
Dəfn mərasimi Xameneinin yox... ABŞ-nin nüfuzunun dəfni idi... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:55
Girişi pullu, çıxışı boş ümid dünyası! - Xərçəngdən DAHA AMANSIZ
Bu gün, 02:44
İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb - “Bloomberg”
Dünən, 11:01
Müxalifət genişmiqyaslı müqavimətə imza atdı: birinci bənd Azərbaycana qarşı... - NƏ BAŞ VERİR?
Dünən, 10:57
Ruslar "Şahid"lərdən niyə azad istifadə edir? - Səbəb
Dünən, 10:55
AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur - DİQQƏT
Dünən, 09:44
MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... - Tək deyil... cinayət ortaqları var...
Dünən, 09:35
Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib - KİV
Dünən, 09:03
Keçmiş deputatın şirkəti DİLƏNÇİLİK EDİR - BU DA FAKT...
Dünən, 08:38
Rövşən Məmmədov və Balakişi Qasımovun efirdə mübahisəsi - MEDİA MASASI
Dünən, 08:30
Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb
Dünən, 08:23
Zülfəlinin DAHA BİR QURBANI... - BU NƏDİ BELƏ?
Dünən, 08:20
İqtisadi suverenliyimizə qəsd: BP-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı şok iddialar - ARAŞDIRMA
Dünən, 08:11
Müharibəyə son qoymaq üçün real perspektiv var - Zelenski
Dünən, 08:07
İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib - "Haaretz"
Dünən, 08:05
Azərbaycandan KÖÇ: Axırıncı çıxan QAPINI ÖRTSÜN... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:56
İranda Naxçıvan MR Baş nazirinə hörmətsizlik - Günah kimdədir?
Dünən, 07:52
"Görürsüz hörmətli qərarverənlər, vəziyyət yaxşı deyil" - partiya sədri
Dünən, 07:43
Paşinyan Rusiyanın bu təsir rıçağını da bloklayır... - TƏDARÜK
Dünən, 07:40
Rusiyada əksər şəhərlər yanacaqsız qalıb - “Bumaqa”
Dünən, 07:37
"Üfunət iyindən durmaq olmur!" - MÜRACİƏT
Dünən, 07:34
"Daha bunun nəyi SÜRƏTLİ oldu ki?" - ETİRAZ VAR!
Dünən, 07:28
"Bu avtobus sanki heç bir qaydaya tabe deyil..." - NARAZILIQ VAR...
Dünən, 07:20
Xanım işçidən Nail Abdullayevə ETİRAZ! - "BİZDƏN NƏ İSTƏYİRSİNİZ?"
Dünən, 07:08
Ceyhun Cəlilov özünü XAN kimi aparır - Baş redaktor ŞOK FAKTLARI AÇIQLADI
Dünən, 06:50
"Yerdə qalan 6,4 faiz əhali isə böyük ehtimalla işsizlik və sosial probemlərə görə narazı olub" - Sabir Rüstəmxanlı
Dünən, 06:36
Hədiyyə kampaniyası adı ilə insanları aldadırlar? - ÖZBAŞINA QALIBLAR...
Dünən, 06:34
"Gərək sənətkarın enerjisi tükənməsin..." - Xalq artisti
Dünən, 06:32
Azərbaycanın mövqeyi təsir göstərdi: İsraildə kritik "soyqırım" çağırışı - GƏLİŞMƏ
Dünən, 06:26
Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib - "The Sunday Times"
Dünən, 06:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru