YENƏ DƏ İŞÇİ ÖLÜMÜ BAŞ VERİB
Tarix: 19-06-2012, 12:04 |
Çap et
GƏNCƏDƏ ZAVODDA FƏHLƏLƏR UÇQUN ALTINDA QALIB
Gəncə şəhərində zavodda uçqun baş verib.
Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Gəncə şəhərində, “Alüminium Zavod” MMC-nin ərazisində yerləşən köhnə poladəritmə sexində söküntü işləri aparılarkən beton tavanın uçması nəticəsində iki nəfər uçqun altında qalaraq ölüb. Uçqun altında qalaraq ölənlərin 1975-ci il təvəllüdlü Vyaçeslav Feyzullayev və 1977-ci ildə anadan olmuş Səlim Seyfullayev olduğu bildirilir.
Faktla əlaqədar Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi üzrə cinayət işi açılıb araşdırma aparılır.