Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... .....                     Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... .....                     1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? .....                     Ukraynanın Moskvaya qisas hücumu .....                     "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." .....                     Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... .....                     İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... .....                     Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur .....                     Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... .....                     Bakının dərdi var... Bakı xəstədir... .....                     AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                 

TELEKANALDAN NAZİRƏ ŞİKAYƏT OLUNDU
Tarix: 18-06-2012, 15:33 | Çap et
TELEKANALDAN NAZİRƏ ŞİKAYƏT OLUNDU

LAÇINDAN OLAN MƏCBURİ KÖŞKÜN SMS DAVASINDAN USANIB

Redaksiyamıza Laçın rayonundan olan məcburi köçkün, hazırda Sumqayıt şəhəri “Sarıqaya” yaşayış massivi “Şəfəq” düşərgəsində məskunlaşan Həşimov Şəfa Aslan oğlu tərəfindən Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevə ünvanlanmış məktub daxil olub. Bir surəti də DİA.AZ-a ünvanlanan həmin məktubu diqqətinizə çatdırırıq:

“Hörmətli Əbülfəz bəy. Sizə bu müraciəti Laçın rayonundan olan məcburi köçkün, hazırda Sumqayıt şəhəri “Sarıqaya” yaşayış massivi “Şəfəq” düşərgəsində məskunlaşan Həşimov Şəfa Aslan oğlu ünvanlayır. İnanıram ki, mənim bu müraciətimlə tanış olduqdan sonra problemimizin həllinə yardım edəcək, üzləşdiyimiz ədalətsizliyin aradan qaldırılması üçün bütün zəruri göstərişləri verəcəksiniz.

Dəyərli vaxtınızı alaraq diqqətinizə çatdırıram ki, mənim şikayətim İctimai Televiziyanın “Pöhrə-2012” müsabiqəsi və həmin müsabiqədə yaşanan ədalətsizliklərlə bağlıdır. Məlumat üçün qeyd edim ki, təxminən 4 ay bundan öncə start verilən müsabiqə başlamazdan öncə biz valideynlərə layihə rəhbəri Azər müəllim tərəfindən verilən izahatda bu müsabiqənin istedadlı azyaşlıların üzə çıxarılması məqsədilə keçirildiyi vurğulanmış, iştirakçıların qiymətləndirilməsinin isə münsiflər heyəti tərəfindən həyata keçiriləcəyi qeyd olunmuşdur. Habelə, vurğulanmışdır ki, müsabiqə tam ədalətli şəkildə, heç bir sms yarışması olmadan həyata keçiriləcək ki, bu da iştirakçıların yalnız öz istedad və bacarıqlarına görə, sms amili olmadan seçilməsinə yardım edəcəkdir. Fəqət layihənin I turu başa çatandan sonra bəlli oldu ki, layihə rəhbərliyi ilkin qaydaların əksinə olaraq, sənət yarışmasını sms yarışmasına çevirib. I turun başa çatmasından sonra digər iştirakçıların valideynləri kimi mənim də mobil telefonuma iştirakçıların səs faizi ilə bağlı mütəmadi məlumatlar daxil olur və həmin məlumatlarda məndən öz övladımı dəstəkləmək xahiş olunurdu.

Zaman keçdikcə sms amilinin önə çəkilməsi, qaliblərin sıralanmasının məhz bu əsasda həyata keçirilməsi diqqətimi cəlb etsə də, İctimai Televiziyanın nüfuzuna, layihənin ciddiliyinə və layihə rəhbərinin verdiyi sözə etibar edərək övladımın müsabiqədə sona qədər iştirakını təmin etdim. Lakin cari ilin 1 iyun tarixində keçirilən final zamanı bəlli oldu ki, münsiflərin tam heyətlə birinciliyə layiq gördüyü övladım Qalib Həşimov, ekspertlərin iradəsinin əksinə olaraq ikinci yerə layiq görülüb. Birincilik isə ən çox sms sahibi kimi başqa bir şəxsə verilib ki, onun da nəinki birinciliyə, ümumiyyətlə ilk üçlüyə layiq olmadığını münsiflərin özü də etiraf edir.

Mən baş verənlərə etiraz əlaməti olaraq müsabiqənin ikincisi kimi övladıma təqdim edilən iki diplom və müxtəlif hədiyyələri üzləşdiyimiz ədalətsizliyə etiraz əlaməti olaraq İctimai Televiziyaya təqdim etmişəm. Sizin qarşısınızda isə bəyan edirəm ki, artıq nə sözügedən layihə, nə də onun rəhbərliyinə heç bir etimadımız qalmayıb və ümumiyyətlə məlum müsabiqəni qeyri-ciddi, bir qrup insanın sms xətrinə təşkil etdiyi bir şou hesab edirəm. Hesab edirəm ki, sənət yarışması adına həqarət olan, son, həlledici sözün sənətə deyil, pula məxsus olduğu bu yarışmanın hətta birincisi olmaq belə fəxr ediləsi bir uğur deyil. Məhz buna görə də bildirirəm ki, Sizi narahat etməkdə məqsədim heç də övladımın layiq olduğu birinciliyin ona verilməsini təmin etmək deyil, bu cür üzdəniraq, dırnaqarası sənət yarışması təşkil edənlərin cəzalandırılmasına nail olmaq, onların iç üzünü ifşa etməkdir.

Hörmətli Əbüllfəz bəy. Müsabiqə başa çatsa da, onun nəticələri ilə bağlı övladımın suallarını cavablandıra, bütün münsiflərin ondan yana səs verməsinə baxmayaraq, niyə onun deyil, bir başqasının birinciliyə layiq görüldüyünü ona anlatmağa söz tapa bilmirəm. Mən həqiqəti deməklə qəlbi və şüuru dövlət və millət sevgisi ilə yenicə nurlanan bir azyaşlının könlündə bu sevgiyə yara vurmaq istəmirəm. Mən istəmirəm ki, övladım bu ölkədə pulun hər cür fitri istedaddan üstün olduğunu düşünsün. Mən istəmirəm ki, oğlum düşünsün ki, həmin müsabiqədə öz haqqını ala bilməməsinin səbəbi atasının sıradan bir zəhmət adamı olması, yetərincə maddi imkana malik olmaması ilə bağlıdır. Mən istəmirəm ki, onun sənətə olan sevgisi pula olan sevgi ilə əvəz olunsun. Mən istəmirəm ki, övladım düşünsün ki, Azərbaycan adlı məmləkətdə hörmətə layiq olan yeganə dəyər məhz puldur və qalan bütün amillər bu dəyərin kölgəsində qərarlaşır. Ümumiyyətlə, hesab edirəm ki, sənət adına keçirilən istənilən yarışmada sms amili ortadan qaldırılmalı, müsabiqə iştirakçıları layiq olduğu pilləyə maddi imkanları deyil, istedadları hesabına yüksəlməlidir. Zənnimcə, bu həssaslığın yeniyetmələr arasında keçirilən müsabiqədə xüsusilə nəzərə alınması vacibdir.

Hörmətli Əbüllfəz bəy. Mən “Pöhrə-2012” müsabiqəsi və onunla bağlı yaranan mövcud situasiyanı həmin proseslərin içindən keçmiş bir vətəndaş olaraq Azərbaycanda sənət adına təhlükə hesab edirəm. Hesab edirəm ki, istedadlı yeniyetmələrə dəstək olmaqdan daha çox onları ruhdan salmağa xidmət edən bu cür layihələr yeni formalaşan nəslin düşüncəsinə inamsızlıq, ümidsizlik və qeyri-maddi dəyərlərə etimadsızlıq toxumu səpir ki, bu da bütövlükdə Azərbaycan dövləti və dövlətçiliyinin gələcəyi baxımından olduqca təhlükəlidir.

Odur ki, Sizdən bu təhlükəli tendensiyanın qarşısını almağı xahiş edir, övladıma və onun qismində bütün istedadlı Azərbaycan gəncliyinə qarşı yol verilən bu böyük haqsızlığı aradan qaldırmanızı təvəqqe edirəm. Sizə əminlik hissi ilə bildirirəm ki, övladım istənilən tərkibdə təşkil olunacaq komissiya qarşısında imtahan verməyə, “Pöhrə-2012” müsabiqəsi fonunda keçirilən yarışmada birinciliyə layiq alternativsiz yeganə şəxs olduğunu sübut etməyə hazırdır. Düşünürəm ki, ədalətin bu şəkildə bərpası bütövlükdə gənc istedadlara dayaq, onların haqqının müdafiəsi baxımından həyata keçirilən nümunəvi və təsəlliverici bir addım ola, bu və ya digər şəkildə ədalətsizliklə üzləşən bütün yeniyetmələrin sənətə bağlılığının möhkəmlənməsinə təkan verə bilər.

Diqqətiniz və hədsiz qayğıkeşliyiniz üçün Sizə öz dərin təşəkkürümü bildirirəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
16-05-2026, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
16-05-2026, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
16-05-2026, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
16-05-2026, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
16-05-2026, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
16-05-2026, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
16-05-2026, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
16-05-2026, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
16-05-2026, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
16-05-2026, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
16-05-2026, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
16-05-2026, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
16-05-2026, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
16-05-2026, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
16-05-2026, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
16-05-2026, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
16-05-2026, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
16-05-2026, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
16-05-2026, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
16-05-2026, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
16-05-2026, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
16-05-2026, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru