BAŞ NAZİRİN MÜAVİNİ SƏRKİSYANA İNANMIR
Tarix: 18-06-2012, 12:20 |
Çap et
“BU REJİM QARABAĞ PROBLEMİNİN HƏLLİNƏ GETMƏYƏCƏK”
Sarkisyan rejimi Dağlıq Qarabağ probleminin həllinə getməyəcək.
Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycanin Baş nazirinin müavini Əli Həsənov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin bugün Parisdə keçiriləcək görüşünə münasibət bildirərkən deyib.
"Ermənistanda Azərbaycanın tökülmüş qanı üzərində hakimiyətə gəlmiş Sarkisyan rejimi var. Onlar heç vaxt bu problemin həllinə getməyəcəklər", - o deyib.
Baş nazirin müavini hesab edir ki, bu məsələdə Rusiya öz mövqeyini ortaya qoymalıdır, təsir göstərməlidir, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri də buna qoşulmalıdır