LERİK SAKİNİ ƏMİSİ OĞLUNU ÖLDÜRDÜ
Tarix: 13-06-2012, 12:32 |
Çap et
HADİSƏ ŞƏXSİ MÜNAQİŞƏ ZƏMİNİNDƏ BAŞ VERİB
Azərbaycanın Lerik rayonunda qətl hadisəsi baş verib.
Rayon prokuroru Salman Səmədovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə iyunun 12-də saat 21.00 radələrində rayonun Murya kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü Asif Süleyman oğlu Hüseynov şəxsi münaqişə zəminində həmkəndlisi və əmisi oğlu olan 1991-ci il təvəllüdlü Ahil Rəhman oğlu İbrahimovun boğaz nahiyəsindən ağac parçası ilə vurub. A.İbrahimov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Qətli törətmiş A.Hüseynov isə polis tərəfindən tutulub.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.