“BAKI ELEKTRİK ŞƏBƏKƏ”NİN ƏMƏKDAŞINI TOK VURDU
Tarix: 7-06-2012, 12:24 |
Çap et
NƏTİCƏDƏ ELEKTRİK DÜNYASINI DƏYİŞİB
“Bakı Elektrik Şəbəkə” ASC-nin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə iyunun 6-da Binəqədi rayonu ərazisində baş verib. Təmir işləri aparan, “Bakı Elektrik Şəbəkə” ASC-nin elektriki Natiq Şiriyevi elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
İyunun 6-da Masallı rayonunun Digah kəndi ərazisində, rayon sakini Şəhrud Əliyev isə balıq tutarkən elektrik cərəyanı vurması nəticəsində ölüb.