YENİ BAŞÇI ÖZ KOMANDASINI QURUR
Tarix: 1-06-2012, 13:30 |
Çap et
YARDIMLIDA KADR DƏYİŞİKLİYİ BAŞLADI
DİA.AZ: - Yardımlı rayonuna 2 ay öncə icra başçısı təyin edilmiş Sevindik Hətəmov kütləvi kadr dəyişikliyinə başlayıb. Kadr dəyişikliyinin ilk qurbanları RİH-nin 1-ci müavini Azər Xamiyev, ümumi şöbənin müdiri, uzun illər bu sahədə çalışan Zakir İmanov və tikinti və arxitektura şöbəsinin müdiri olub.
DİA.AZ-a rayondakı qaynaqlardan verilən məlumatda deyilir ki, hələlik boş qalan yerlərə təyinatlar olmayıb. Yaxın günlərdə daha bir neçə rəhbər işçinin də vəzifədən uzaqlaşdırılacağı gözlənilir.