MƏLEYKƏ ABBASZADƏ NAZİR POSTUNA GƏTİRİLİR
Tarix: 29-05-2012, 13:22 | Çap et
MİSİR MƏRDANOVU В«TƏRKİSİLAH PLANIВ» BAŞA ÇATMAQ ÜZƏRƏDİR
DİA.AZ: - Uzun müddətdir ki, Misir Mərdanov hədəfdədir. Bir-birinin ardından səlahiyyətlərini itirən təhsil nazirini sanki tədricən tərkisilah edən rəqibləri, ona həm də mənəvi işgəncə verirmiş kimi davranırlar. Bunun da nəticəsidir ki, Misir Mərdanov özünün vəzifə ehtiraslarını В«Son zəngВ»ə hazırlıq, yeni dərs kitablarının dərci kimi tədbirlərlə bağlı göstərişlər verməklə söndürür.
Gələn məlumatlar da təsdiqləyir ki, əslində Misir Mərdanov öz vəzifə kürsüsündə son günlərini keçirməkdədir və artıq onun gedişi ilə bağlı verilən qərar qətiləşib. Xatırladaq ki, keçən ilin sentyabr ayında da Misir Mərdanov vəzifəsindən azad edilmənin bir addımlığında idi. Amma bəzi qüvvələr bu işə mane oldular.
Daxil olan məlumatlarda deyilir ki, son günlər gərgin anlarını yaşayan təhsil naziri Misir Mərdanov digər tərəfdən də peşmançılıq hissi keçirir. Eəhsil nazirliyindəki qaynaqların söylədiklərindən belə məlum olur ki, artıq günlərin birində və özü də çox yaxın günlərdə vəzifəsini itirəcəyini göz önünə alan Misir Mərdanov ciddi şəkildə duyğusallığa qapılıb: В«Dünənə qədər emosiyalara yox, reallığın diqtəsinə boyun əyən Misir Mərdanovdan əsər-əlamət qalmayıbВ».
Beləcə yetərincə duyğusallaşan Misiri Mərdanovla bağlı DİA.AZ-a ötürülən məlumatda deyilir ki, yola saldığımız bazar gününü təhsil naziri yaxınları ilə birgə bağ evində keçirib və hətta dostlarından bəzilərinin də iştirakı ilə bağ evində ziyafət də təşkil edib.
Həmin ziyafətdə iştirak edən Qərbi Azərbaycan bölgəsi mənsublarından birinin söylədikləri: В«Sanki bir vida mərasimi idi. Özünü şən göstərməyə çalışan Misir müəllim əslində xeyli kövrəldi. В«AvroviziyaВ»dan xeyli danışdı, 28 May Respublika gününü xatırlatdı. Bildirdi ki, bu onun nazir kimi son tədbirləridir. Gah qonaqlara kabab çəkdi, gah nəvələrinə öz əli ilə kabab yedirtdi, gah da çoxlu sayda səhvlərinin olduğunu bildirərək yaxınlarına onun həyatından dərs çıxarmağı, onun yanlışlarını təkrarlamamağı bildirdiВ».
Ziyafət iştirakçısının sözlərindən məlum olur ki, daha sonra Misir Mərdanov 13 saylı cəzaçəkmə müəssisənidə tutuqlu saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanov barəsində də danışmağa başlayıb: В«Misir Mərdanovu ilk dəfə idi ki, belə görürdüm. Əli İnsanovdan danışdı və sonra gözləri doldu. Dedi ki, Əli İnsanov cüzi yanlışının qurbanı olub. Və əgər həmin anı geri qaytarsaydılar, o, tamam fərqli davranardıВ».
Mənbəmiz Misir Mərdanovun В«tamam fərqli davranardımВ» fikrinin ardında hansı məntiqin dayandığını izahlaya bilməsə də, yalnız bunları söylədi: В«Artıq Misir Mərdanov vəzifənin əbədi olmadığını və hər şey demək olmadığını anlamış durumdadır. Və çox güman o, bir zamanlar məhz vəzifədə qala bilməsi üçün Əli İnsanova etdiyi xəyanətindən peşmançlıq hissi keçirirВ».
Onu da xatırladaq ki, artıq bir neçə gündür ki, təhsil naziri Misir Mərdanovun vəzifəsindən gedəcəyi və onun yerinə yeni birisinin gətiriləcəyi barədə söz-söhbətlər gəzir. Ölkə mətbuatının versiyasına görə, yeni nazir BDU-nun prorektoru, Moskva Dövlət Universitetinin Bakı fililalının rektoru Nərgiz Paşayeva olacaq.
Verilən məlumata görə, hal hazırda Misir Mərdanovun vəziyyəti həqiqətən də ağırdır. Keçən il - yəni dərs ilinin başlanğıcında üç müavini ilə vidalaşan nazirin bundan sonrakı günlərdə - yəni dərs ilinin sonunda özünün də postundan gedəcəyi istisna edilmir. Amma hakimiyyətdəki mənbələr yeni nazirin Nərgiz Paşayeva olacağı barədə yayılmış məlumatları təsdiq etmirlər. Onlar bildirirlər ki, indiki məqamda iqtidar mənsubları belə bir addım atmaq fikrində deyillər.
Mənbənin dediyinə görə, hələlik Misir Mərdanovu əvəzləyəcək əsas namizədlər sırasında TQDK rəhbəri Məleykə Abbaszadə başda dayanır. Bu da onunla bağlıdır ki, Abbaszadə faktiki olaraq təhsil sistemini yaxşı bilir və indiyə qədər TQDK rəhbəri olaraq hakimiyyətin bütün tapşırıqlarını həyata keçirməyi bacarıb. Digər tərəfdən, TQDK rəhbərinin də xeyli müddətdir təhsil naziri olmasına dair istəkləri mövcuddur. Və təbii ki, əlverişli məqam yaranacağı təqdirdə bu şansı əldən verməmək üçün addım atacaq. Həmçinin nəzərə alaq ki, Abbaszadə hakimiyyətin aparıcı qruplaşmalarından biri tərəfindən dəstəklənir.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox BORCU VAR
Bu gün, 15:30 |
|
|
|
| • Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir - DETALLAR
Bu gün, 15:27 |
|
|
|
| • Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
Bu gün, 15:25 |
|
|
|
| • Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, ABŞ zərbələri dayandırıb, yeni cəbhələr açılır
Bu gün, 15:23 |
|
|
|
| • MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Bu gün, 12:38 |
|
|
|
| • Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Bu gün, 12:34 |
|
|
|
| • Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Bu gün, 12:28 |
|
|
|
| • Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Bu gün, 11:50 |
|
|
|
| • Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Bu gün, 11:37 |
|
|
|
| • Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Bu gün, 11:31 |
|
|
|
| • İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Bu gün, 11:28 |
|
|
|
| • Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37 |
|
|
|
| • Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32 |
|
|
|
| • İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28 |
|
|
|
| • Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24 |
|
|
|
| • Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19 |
|
|
|
| • "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13 |
|
|
|
| • “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
| • Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05 |
|
|
|
| • Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56 |
|
|
|
| • SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53 |
|
|
|
| • Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35 |
|
|
|
| • Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22 |
|
|
|
| • Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10 |
|
|
|
| • AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06 |
|
|
|
| • Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56 |
|
|
|
| • Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
| • ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26 |
|
|
|
| • "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13 |
|
|
|
| • "Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00 |
|
|
|
| • "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51 |
|
|
|
| • Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47 |
|
|
|
| • Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32 |
|
|
|
| • Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26 |
|
|
|
| • Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
| • Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56 |
|
|
|
| • "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49 |
|
|
|
| • İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45 |
|
|
|
| • Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35 |
|
|
|
| • "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
| • Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19 |
|
|
|
| • Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17 |
|
|
|
| • Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31 |
|
|
|
| • Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05 |
|
|
|
| • Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04 |
|
|
|
| • "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45 |
|
|
|
| • SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35 |
|
|
|
| • Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32 |
|
|
|
| • Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27 |
|
|
|
|