NAZİRİMİZ İRANLI HƏMKARINA CAVAB VERƏCƏKMİ?
Tarix: 24-05-2012, 11:48 |
Çap et
ƏLİ ƏKBƏR ÖZ AYRANINA TURŞ DEMƏDİ
İranın xarici işlər naziri Əli Əkbər Salehi son günlər İranla Azərbaycan arasında yaranan gərginliyə münasibət bildirib.
İRİB-in verdiyi məlumata görə, Salehi deyib ki, İranın Bakıdakı səfirliyinin binası qarşısında son günlər xoşagəlməz və yanlış hərəkətlər baş verib: “Ümid edirik ki, Azərbaycan hökuməti İranın Bakıdakı səfirliyinin binası qarşısında baş verən yanlış hərəkəti qınayacaq və bu cür hərəkətlərin təkrarlanmasına icazə verməyəcək”.
Əli Əkbər Salehinin bu şəkildə danışacağı gözlənilən idi. Hər halda İran XİN-in başçısı Təbrizdə Azərbaycan əleyhinə təşkil olunan aksiyalardan, İranın «Etimad» qəzetində Azərbaycan türklərinin təhqir olunmasından, İranın ayrı-ayrı xəbər portallarında dövlətimizə və millətmizə qarşı aparılan həqarət kampaniyasından danışası deyildi.
İndi lazımdır ki, Elmar Məmmədyarov da öz həmkarına eyni tonda və eyni ruhda cavab versin.