SUMQAYITDA İH BİNASINA ETİRAZ YÜRÜŞÜ
Tarix: 21-05-2012, 11:38 |
Çap et
BAZAR İŞÇİLƏRİNİ ÇÖLƏ TÖKÜB, İŞSİZ QOYUBLAR
Sumqayitda 45 iiln bazari kimi taninan "Məhsul bazarı"nın saticilari bu gun saat 9:30-da Sumqayıt Şəhər İcra hakimiyyətinin qarşısına doğru yürüş ediblər.
Hadisə yerindən məlumat verən mənbəmizin xəbərinə görə, satıcıların etiraz aksiyası İH başçısının qanunsuz göstərişlərinə qarşıdır. Belə ki, İH başçısı Eldar Əzizov bazarda çalışan ticarətçilərə alternativ yer vermədən bazarın müdiriyyətinə tapşırıb ki, işçilərin hamısını çölə töksün.
Bir günün içində işsiz-gücsüz qalmış, ailələrini dolandırmaq imkanından məhrum olmuş ticarətçilər göstərişə etiraz olaraq İH binasına doğru yürüş edib, onların taleyinə mənfi təsir göstərən göstərişin ya ləğv edilməsini, ya da onlara başqa bir yerdə öz işləri ilə məşğul olmaq şəraiti yaradılmasını tələb ediblər.
Mənbəmizin verdiyi məlumata görə etiraz yürüşünə qoşulanların sayı təxminən 50-60 nəfər arasında olub. / musavat /