Erməni generallar barədə fərmanlar verildi .....                     Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə .....                     Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi .....                     Məhərrəmlikdə toy etmək olarmı? .....                     ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir .....                     AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi .....                     Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? .....                     Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... .....                     Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ .....                     Azərbaycanda 3,5 milyona yeni film çəkilir .....                     35 min manatlıq həkim, yalnız morqda işləyə bilər .....                     Bu klinika təzminat ödəyəcək .....                     Brüsselin Bakı kursu dəyişir: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     "UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" .....                     Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm .....                     Özümü Paşinyansız düşünə bilmirəm .....                     İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək .....                     Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq .....                     Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb .....                     Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb .....                     “Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib .....                     Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi .....                     “SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... .....                     Rusiya Xerson vilayətinə zərbə endirib, .....                     Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... .....                     Paşinyan Putindən qorxaraq geri çəkildi: .....                     Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi .....                     Putin Paşinyanın telefonunu niyə götürmədi? .....                     2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik .....                     Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək .....                     İsrail Müctəba Xameneini ölümə məhkum edib .....                     "Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." .....                     ASTANA NƏ EDƏCƏK? .....                     Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu .....                     "Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib .....                     Çatışmazlıqların acı dadı: .....                     Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? .....                     Azərbaycanda 786 min ailənin “evi yoxdur” .....                     Paşinyan Ursula Fon der Lyayenlə görüşüb .....                 

“Birləşmək niyyətimiz yoxdur”
Tarix: 26-11-2015, 13:23 | Çap et
“Birləşmək niyyətimiz yoxdur”
Müxalif partiyaların daxilindəki narazılıqlar nəinki səngimir, hətta məsələlər artıq məhkəmə müstəvisində həll olunur. Məsələn, bu günlərdə Binəqədi rayon Məhkəməsində Müsavat Partiyasının son qurultayının nəticələrindən narazı qalan bir qrup şəxsin müraciəti ilə bağlı hazırlıq iclası keçirilib. Narazılar Qubad İbadoğlu tərəfdarları olduğuna görə Müsavat bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) partiyaya qarşı fəaliyyəti hesab etdiyini gizlətməyib. Oxşar proses AXCP-də də yaşanır. Belə ki, onların da məsələsinin məhkəmə müstəvisində həll olunacağı qaçılmaz olub. Əsil AXCP adına iddialı olan Razi Nurullayevin Ədliyyə Nazirliyinə müraciəti cavabsız qalıb. Belə ki, qurum həm R.Nurullayevin, həm də Əli Kərimlinin sənədlərini geri qaytarıb və onlara məsələnin həllini tapması üçün məhkəməyə müraciət etməyi tövsiyə edib.

Sənədləri təsdiqlənməsə də, faktiki olaraq, R.Nurullayev də, ADR də ayrıca təşkilat kimi fəaliyyət göstərməkdədirlər. Bu fonda isə başqa bir mövzu gündəmə gəlib. Belə fikirlər var ki, hər iki partiyanın fəaliyyətindən narazı qalaraq ayrılan təşkilatlar – ADR və R.Nurullayev AXCP-si birləşə bilər. Çünki onların siyasi baxışları və açıqladıqları gələcək fəaliyyət planları uyğundur və bu yolla onlar ölkə müxalifətinin konstruktiv güc mərkəzinə çevrilə bilərlər. Məsələnin nə dərəcədə real olması ilə maraqlandıq. Mövzu haqda fikirlərini “Kaspi”yə açıqlayan R.Nurullayev dedi ki, bu məsələ bir müddət öncə də gündəmə gəlmişdi və AXCP-nin ADR-lə birləşəcəyi deyilirdi: “Təəssüf ki, yanlış anlaşılma olmuşdu. Jurnalist mənə sual vermişdi ki, bizim təşkilat ADR-lə birləşə bilərmi. Mən hazırda belə bir mövzunun gündəmdə olmadığını, müraciət olunacağı təqdirdə isə müzakirəyə çıxarılacağını demişdim. Amma fikirlər bir qədər fərqli yazılmışdı və ideya müəllifi kimi mənim adım qeyd olunmuşdu. Açıq desəm, bu, jurnalistin səhvindən yaranan mövzu idi. Halbuki biz o mövzu haqda heç düşünməmişdik də. Mən siyasi təşkilatların birləşmə meyllərinə, inteqrasiyasına, müxalif cəbhənin daha da güclənmək üçün atdığı addımlara pis baxmıram. ADR hərəkatına da təbii ki, hörmətimiz, izzətimiz var. Əgər onlar gələcəkdə belə bir təşəbbüs irəli sürsələr, sözsüz ki, biz onu müzakirə edəcəyik. Ümumiyyətlə, təşkilatımız ehtiyac yaranacağı təqdirdə mövzunun müzakirə olunmasına, müsbət və mənfi tərəflərinin aydınlaşdırılmasına hər zaman hazırdır. Amma hazırda gündəmimizdə belə bir məsələ yoxdur”.

R.Nurullayevin fikrincə, mövzunun hələ də müzakirə olunması onu göstərir ki, sözügedən təşkilatların birləşməsini istəyənlər var: “Amma hələ ki, bu iki qurumun arasında belə bir mövzu müzakirə olunmayıb. Nə biz buna təşəbbüs göstərmişik, nə də onlar bu məsələ ilə bağlı bizə müraciət ediblər. Yaxın gələcəkdə də belə bir mövzu bizim gündəmimizdə yoxdur. Amma qarşı tərəfdən təklif gəlsə, bunu müzakirə edəcəyimiz mütləqdir. Əgər bu istiqamətdə hansısa qərar verilsə, məlumatlar mətbuata veriləcək. Amma bu gün üçün nə belə bir təklif, nə də onun müzakirəsivar”.

ADR-in sədr müavini Vurğun Əyyub da belə bir məsələnin gündəmdə olmadığını açıqladı: “İlk olaraq, Müsavat Partiyasının bizə qarşı qərəzli mövqeyi haqda fikirlərimi bildirmək istəyirəm. Partiya rəhbərliyindən narazı qalan insanlar məhkəməyə müraciət ediblərsə, bu, onların hüququdur. ADR həmin şəxslərin bu hüququnu məhdudlaşdıra bilməz. Mən özüm də qurultayın nəticələrindən narazı qalan biriyəm, amma mən məhkəməyə müraciət etmədim. Həmin şəxslərin başqa yolu qalmayıb və məhkəməyə müraciət etməyi qərara alıblarsa, bu, sırf onların öz seçimidir. ADR-in bura nə qarışacağı var ki, durub bizi ittiham edirlər, adımızı hallandırırlar. O ki qaldı Razi Nurullayevin AXCP-si ilə birləşməyimizə, hazırda bizim gündəliyimizdə belə bir mövzu yoxdur. Ümumiyyətlə, hərəkatımız ilə Razi Nurullayev AXCP-sini eyni tutmaq düz deyil. Çünki bu iki təşkilat tamamilə fərqli motivlər və yollarla yaranıb. Biz partiyadan narazı qalıb ayrılmışıq və hərəkat kimi fəaliyyət göstəririk. Burada təkcə Müsavat yox, digər siyasi təşkilatların da təmsilçiləri var. Həmçinin biz Müsavat Partiyası adına iddia etmirik. Hərəkat olaraq da heç bir siyasi təşkilatla və ya ictimai hərəkatla birləşmək fikrində deyilik. Çünki qarşımıza belə bir məqsəd qoymamışıq. Yarananda da belə fikirlərimiz, hədəflərimiz yox idi. Təbii ki, birləşib birgə fəaliyyət qurmaqda qəbahət bir şey yoxdur. Belə hallar həmişə olub. Amma bizim bu kimi bir niyyətimiz yoxdur. Hərəkatımıza da bu istiqamətdə müraciətlər daxil olmayıb. Bu barədə fikir söyləyənlər havadan və heç bir əsas olmadan danışırlar”.

V.Əyyub hərəkata belə müraciət daxil olacağı təqdirdə məsələnin müzakirə ediləcəyini bildirdi: “Siyasət şərtlər daxilində danışmağı sevmir. Təbii ki, təklif gəlsə, biz bu haqda qurum daxilində söhbətlər aparacağıq. Amma mən ADR rəhbərlərindən biri kimi sizə açıq deyəcəyəm - ADR-in heç kimlə birləşmək niyyəti yoxdur. Ona görə də belə bir təklif gələrsə belə, düşünürəm ki, onun müsbət cavablandırılması şansı çox azdır”.

Onu da deyək ki, bir müddət öncə ADR sədri Qubad İbadoğlu da ictimai təşkilat olaraq siyasi partiyalarla birləşə bilməyəcəklərini açıqlamışdı: “Bu, bizim nizamnamə öhdəliklərimizə ziddir. Lakin demokratik təsisatlarla əməkdaşlıq şəbəkələnmə fəaliyyətimizin tərkib hissəsi olduğundan, onunla bağlı ayrıca müavinlik institutu yaradılıb. Demokratik təsisatlarla iş üzrə müavinlik institutuna Məlahət Mürşüdova rəhbərlik edir. Bizimlə əməkdaşlıq etmək istəyən təşkilatlardan daxil olan müraciətlər əvvəlcə müavinlikdə, sonra isə ADR Hərəkatının İdarə Heyətində müzakirə olunur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni generallar barədə fərmanlar verildi - KİV
Bu gün, 17:00
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Bu gün, 16:57
Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi - FOTO
Bu gün, 16:55
Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri
Bu gün, 16:50
ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir - Tramp
Bu gün, 16:43
AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi - SİYAHI
Bu gün, 16:39
Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? - GƏLİŞMƏ
Bu gün, 16:37
Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... – YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 16:33
Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ - TƏFƏRRÜAT
Bu gün, 16:33
Azərbaycanda 3,5 milyona yeni film çəkilir
Bu gün, 16:28
35 min manatlıq həkim, yalnız morqda işləyə bilər – REPLİKA
Bu gün, 16:26
Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib
Bu gün, 16:21
Brüsselin Bakı kursu dəyişir: - “Əməkdaşlıq artıq təkcə qaz ixracı ilə məhdudlaşmır”
Bu gün, 16:13
Ucuz neft Azərbaycana problem yaradacaq? - AKTUAL
Bu gün, 14:01
"UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" - AÇIQLAMA
Bu gün, 13:55
Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm - Paşinyan
Bu gün, 13:50
Özümü Paşinyansız düşünə bilmirəm – Simonyandan ETİRAF
Bu gün, 13:49
İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək - Paşinyan
Bu gün, 13:45
Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq - Fon der Lyayen
Bu gün, 13:42
Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb - BŞİH
Bu gün, 13:11
Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb - TƏBİB araşdırır
Bu gün, 13:07
“Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:04
Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi - “Heç prezident də olmaq istəmirəm”
Bu gün, 13:02
“SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... - TƏFƏRRÜAT
Bu gün, 13:01
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Bu gün, 12:59
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...
Bu gün, 12:57
Paşinyan Putindən qorxaraq geri çəkildi: - İrəvandan Moskvaya BÖYÜK JEST
Bu gün, 12:53
Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
Bu gün, 12:50
Putin Paşinyanın telefonunu niyə götürmədi? - NƏ BAŞ VERİR?
Bu gün, 12:47
2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik - Paşinyan
Bu gün, 12:46
Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək - BU NƏDİ BELƏ?
Bu gün, 12:01
İsrail Müctəba Xameneini ölümə məhkum edib - Tehran BMT-yə şikayət etdi
Bu gün, 11:59
"Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." - ETİRAZ
Bu gün, 11:57
ASTANA NƏ EDƏCƏK? - İNCƏLƏMƏ
Bu gün, 11:49
Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu - FOTO
Bu gün, 11:45
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib - QƏRAR
Bu gün, 11:30
Çatışmazlıqların acı dadı: - yanacaq böhranı Kremlin imperiya miflərini məhv edir
Bu gün, 11:27
Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:20
Azərbaycanda 786 min ailənin “evi yoxdur” - RƏSMİ
Bu gün, 11:11
Paşinyan Ursula Fon der Lyayenlə görüşüb
Bu gün, 11:10
"BAX, BU AYRI `LEVEL`DİR..." - pərdəarxası...
Bu gün, 11:03
Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 10:57
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:55
"Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." - Naxçıvanda TALIBOV AB-HAVASI..."
Bu gün, 10:52
Azərbaycanda ət bahalaşa bilər... – Heyvan idxalında yeni qaydalar
Bu gün, 10:45
Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? - "Hraparak"
Bu gün, 10:42
Bloger “Space TV”də yeni veriliş aparacaq
Bu gün, 10:38
Avtomobil bazarında durğunluq var: - Ekspertlər ucuzlaşma olduğunu iddia edir
Bu gün, 10:37
Restoranda açıq geyimə görə QALMAQAL – “Bizdə belə geyinməyin!”
Bu gün, 10:34
Knyaz Həsənov Ermənistan parlamentinin ilk iclasında... - SƏDR KİMİ...
Bu gün, 10:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru