Sabir Rüstəmxanlı seçicilərə müraciət etdi
Tarix: 27-10-2015, 12:31 |
Çap et
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı Xətai rayon seçicilərinə Milli Məclisə seçkilərdə deputatlığa namizəd Əli Hacı Ağaevliyə səs vermək üçün müraciət edib.
Axar.az-a daxil müraciətdə deyilir: “Azərbaycan ictimai-siyasi həyatında mühüm hadisə, növbəti beş il üçün ölkəmizin inkişaf yoluna təsir edəcək parlament seçkiləri ərəfəsindəyik. Hər kəsin düzgün seçim etməsi həm də bir vətəndaşlıq borcudur. VHP 34 saylı Xətai ikinci seçki dairəsinın seçicilərinə müraciət edərək onları deputatlığa namizəd, Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar İnistitutunun direktoru, DAK Məşvərət Məclisi sədrinin birinci müavini, şair Əli Hacı Ağaevliyə səs verməyə çağırıram.
Əli Hacını tanıyanların hamısı onun sədaqətli dost, xeyirxah insan, dönməz əqidə sahibi olduğunu inamla vurğulayırlar. Elə bu cəhətləri onu gənclik çağlarında milli azadlıq mücadiləsinə, sonradan isə millətin haqlarının dünyada tanınması uğrunda mübarizə yoluna gətirib çıxarıb. Bu gün də Əli Hacı gəncliyində başladığı mücadilənin əsgəridir. Şeirləri min illik poeziyamızın ruh çeşməsindən su içdiyi kimi, mücadilə iradəsi də tariximizin ləyaqət, kişilik örnəklərinə söykənir. Bu baxımdan Əli Hacı ömrünün böyük bir hissəsini öz xalqının vəkili olaraq yaşamış bir şəxsiyyətdir”.