Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? .....                     Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır .....                     Erməni generallar barədə fərmanlar verildi .....                     Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə .....                     Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi .....                     Məhərrəmlikdə toy etmək olarmı? .....                     ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir .....                     AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi .....                     Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? .....                     Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... .....                     Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ .....                     Azərbaycanda 3,5 milyona yeni film çəkilir .....                     35 min manatlıq həkim, yalnız morqda işləyə bilər .....                     Bu klinika təzminat ödəyəcək .....                     Brüsselin Bakı kursu dəyişir: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     "UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" .....                     Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm .....                     Özümü Paşinyansız düşünə bilmirəm .....                     İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək .....                     Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq .....                     Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb .....                     Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb .....                     “Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib .....                     Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi .....                     “SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... .....                     Rusiya Xerson vilayətinə zərbə endirib, .....                     Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... .....                     Paşinyan Putindən qorxaraq geri çəkildi: .....                     Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi .....                     Putin Paşinyanın telefonunu niyə götürmədi? .....                     2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik .....                     Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək .....                     İsrail Müctəba Xameneini ölümə məhkum edib .....                     "Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." .....                     ASTANA NƏ EDƏCƏK? .....                     Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu .....                     "Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib .....                     Çatışmazlıqların acı dadı: .....                     Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? .....                 

ADP sədrindən şok dövlət çevrilişi açıqlaması - "İqtidarın içindəki qüvvələr"...
Tarix: 21-10-2015, 09:01 | Çap et
ADP sədrindən şok dövlət çevrilişi açıqlaması
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılmasında daha bir maraqlı məqam diqqət çəkir. Hazırkı situasiya və hakimiyyət daxilində yaşananlar düz 10 il əvvəli xatırladır. 2005-ci ildə də parlament seçkilərinə bir neçə həftə qalmış-məhz 17 oktyabrda iki qüdrətli nazirin həbsi həyata keçirilmişdi.

O zaman iqtisadi inkişaf naziri olan Fərhad Əliyev və səhiyyə naziri Əli İnsanov həbs olunduqdan dərhal sonra geniş kampaniya başladı. Nazirlərin xarici kəşfiyyatla əlaqəli olduğu və ölkədə “narıncı inqilab” etmək istədikləri iddiası irəli sürüldü. Həmin dövrdə Azərbaycan hakimiyyətinə belə bir əməliyyatı keçirmək əmrinin məhz Rusiyadan gəldiyi deyilirdi. Səslənən fərziyyələrdə vurğulanırdı ki, hakimiyyət atdığı bu addımla iqtidar daxilində mərkəzdənqaçmanı dayandırmağa çalışıb.

Maraqlıdır ki, hazırda da E.Mahmudovun vəzifəsindən kənarlaşdırılması prezident İlham Əliyevin MDB dövlət başçılarının zirvə toplantısından qayıtmasından dərhal sonra baş verdi.
Həmin sammitdə Putinlə görüşən İlham Əliyevə çox ciddi informasiyaların da verilməsi istisna edilmir.

Bəs 2005-ci ildə baş verənlərlə indi baş verənlərin arasında oxşar və fərqli tərəflər hansılardır?

ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, 2005-ci ildə baş verən hadisələrlə 2015-ci ildə indi baş verən hadisələrin oxşar tərəfi odur ki, 10 il əvvəl də Azərbaycan iqtidarının daxilində dövlət çevrilişinə hazırlaşan qüvvələr aşkarlanmışdı, indi də dövlət çevrilişinə hazırlıq görən qüvvələr aşkarlanıb: “Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad olunması, MTN zabitlərinə cinayət işinin açılması, həyata keçirilən həbslər, Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin azaldılması, xüsusən də nazirliyin qoçu dəstələrinin ləğvi dövlət çevrilişinə hazırlıq içində olanların ifşası və zərərsizləşdirilməsi prosesinin tərkib hissəsidir. Azərbaycan hakimiyyətinin daxilində çevrilişə hazırlaşan qüvvələr ifşa olunub. 2005-ci ildəkindən fərqli cəhət isə odur ki, o dövrdə Azərbaycan müxalifətinin güclü olması və fəallığı nəticəsində iqtidar daxilində bəzi qüvvələr içəridən çevriliş eləməyə çalışırdılar. İndi isə Azərbaycanda ciddi iqtisadi, sosial böhran yaranmağa başladığı üçün hakimiyyətin zəiflədiyini düşünən iqtidardaxili qruplar gözlənilən hadisələrdən bəhrələnmək istəyinə düşüb çevrilişə hazırlıq görürmüşlər. Bir aksiomdur ki, ağır sosial-iqtisadi böhran olan ölkələrdə birinci siyasi böhran başlayır, siyasi böhranın əlaməti dövlət çevrilişləridir, əgər bunlar baş tutmursa, arxasınca sosial böhran gəlir. Bu da vətəndaş qarşıdurması, xarici müdaxilələr kimi arzuolunmaz hadisələrin inkişaf eləməsidir. Azərbaycanda iqtisadi böhranın başlandığını göstərən çoxlu sayda əlamətləri saymaq olar. Bu iqtisadi böhranın qarşısı alınmasa mütləq siyasi böhrana gətirəcək. Siyasi böhran odur ki, yaranmış iqtisadi durumdan ya müxalifət bəhrələnib hakimiyyəti dəyişmək istəyəcək, ya da hakimiyyətin öz içində olan qüvvələr müxalifətsiz hakimiyyəti dəyişdirmək istəyəcək. 2005-ci ildə Əli İnsanovla Fərhad Əliyev Rəsul Quliyevlə bizim apardığımız mübarizənin üstündə təşəbbüsü ələ almaq istəyirdilər. İndi müxalifətdə ovaxtkı güc və hərəkat yoxdur. Deməli, indiki halda iqtidarın içindəki qüvvələr müxalifətdən yox, yaranmış iqtisadi böhrandan və beynəlxalq situasiyadan istifadə edib hakimiyyəti ələ almaq istəyiblər. Bunun isə üstü açılıb və İlham Əliyev bu şəbəkəyə qarşı tədbirlərə başlayıb”.

S.Cəlaloğlu bəyan etdi ki, çevrilişə hazırlıq görən qüvvələr təkcə MTN naziri və bu strukturda işləyənlər deyil, bu şəbəkənin digər strukturlarda da güclü üzvləri var: “Çox güman ki, digər bəzi nazirlər və bəzi komitə sədrləri də bu işin içindədirlər. Onların sıradan çıxarılması növbəsi çatacaq. Yeni həbs olunan MNT-çilər çox güman ki, əlavə ip ucları verəcəklər və həmin iplərin bir ucu gedib başqa nazirlərin, komitə sədrlərinin, məmurların, deputatların boğazına ilişəcək. Böyük ehtimalla proses Eldar Mahmudovun və digər iri fiqurların da həbsinə gətirib çıxaracaq. Hansı dövlətlərin dövlət çevrilişi hazırlığına xeyir-dua verdiyi də məlum olacaq”.

S.Cəlaloğlu vurğuladı ki, dövlət başçısı İlham Əliyevin Qazaxıstandan gələndən dərhal sonra Eldar Mahmudovla bağlı atdığı addım göstərir ki, bəzi məlumatlar Rusiyanın kəşfiyyat orqanları, bəlkə də şəxsən Putin tərəfindən ona çatdırılıb: “Vaxtilə Tansu Çillərin Azərbaycanda dövlət çevrilişi hazırladığı barədə Heydər Əliyevə Süleyman Dəmirəl tərəfindən məlumat verilmişdi. Yəni bir çox hallarda hakimiyyət özünün içində dövlət çevrilişinə hazırlıq getdiyi barədə informasiyaları məhz xaricdəki mötəbər mənbədən alır”.

ADP sədri onu da dedi ki, müxalifətdən hakimiyyətə neçə aylardan bəri mesajlar verilib ki, baş verənlər Azərbaycanda çox arzuolunmaz hadisələrə gətirib çıxaracaq: “Bizim verdiyimiz bəyanatlarda deyilirdi ki, ayrı-ayrı nazirliklərin qoçu dəstələrinin saxlanması, iş adamlarına divan tutulması, korrupsiya kimi hallar o həddə çatacaq ki, bunu edənlər dövlət çevrilişinə əl atmaqdan çəkinməyəcəklər. Biz həyəcan siqnalı verirdik ki, çox təhlükəli proseslərə hazırlıq gedir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? - AÇIQLAMA
Bu gün, 18:05
Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır - Paşinyan
Bu gün, 18:03
Erməni generallar barədə fərmanlar verildi - KİV
Bu gün, 17:00
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Bu gün, 16:57
Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi - FOTO
Bu gün, 16:55
Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri
Bu gün, 16:50
ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir - Tramp
Bu gün, 16:43
AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi - SİYAHI
Bu gün, 16:39
Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? - GƏLİŞMƏ
Bu gün, 16:37
Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... – YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 16:33
Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ - TƏFƏRRÜAT
Bu gün, 16:33
Azərbaycanda 3,5 milyona yeni film çəkilir
Bu gün, 16:28
35 min manatlıq həkim, yalnız morqda işləyə bilər – REPLİKA
Bu gün, 16:26
Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib
Bu gün, 16:21
Brüsselin Bakı kursu dəyişir: - “Əməkdaşlıq artıq təkcə qaz ixracı ilə məhdudlaşmır”
Bu gün, 16:13
Ucuz neft Azərbaycana problem yaradacaq? - AKTUAL
Bu gün, 14:01
"UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" - AÇIQLAMA
Bu gün, 13:55
Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm - Paşinyan
Bu gün, 13:50
Özümü Paşinyansız düşünə bilmirəm – Simonyandan ETİRAF
Bu gün, 13:49
İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək - Paşinyan
Bu gün, 13:45
Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq - Fon der Lyayen
Bu gün, 13:42
Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb - BŞİH
Bu gün, 13:11
Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb - TƏBİB araşdırır
Bu gün, 13:07
“Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:04
Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi - “Heç prezident də olmaq istəmirəm”
Bu gün, 13:02
“SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... - TƏFƏRRÜAT
Bu gün, 13:01
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Bu gün, 12:59
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...
Bu gün, 12:57
Paşinyan Putindən qorxaraq geri çəkildi: - İrəvandan Moskvaya BÖYÜK JEST
Bu gün, 12:53
Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
Bu gün, 12:50
Putin Paşinyanın telefonunu niyə götürmədi? - NƏ BAŞ VERİR?
Bu gün, 12:47
2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik - Paşinyan
Bu gün, 12:46
Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək - BU NƏDİ BELƏ?
Bu gün, 12:01
İsrail Müctəba Xameneini ölümə məhkum edib - Tehran BMT-yə şikayət etdi
Bu gün, 11:59
"Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." - ETİRAZ
Bu gün, 11:57
ASTANA NƏ EDƏCƏK? - İNCƏLƏMƏ
Bu gün, 11:49
Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu - FOTO
Bu gün, 11:45
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib - QƏRAR
Bu gün, 11:30
Çatışmazlıqların acı dadı: - yanacaq böhranı Kremlin imperiya miflərini məhv edir
Bu gün, 11:27
Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:20
Azərbaycanda 786 min ailənin “evi yoxdur” - RƏSMİ
Bu gün, 11:11
Paşinyan Ursula Fon der Lyayenlə görüşüb
Bu gün, 11:10
"BAX, BU AYRI `LEVEL`DİR..." - pərdəarxası...
Bu gün, 11:03
Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 10:57
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:55
"Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." - Naxçıvanda TALIBOV AB-HAVASI..."
Bu gün, 10:52
Azərbaycanda ət bahalaşa bilər... – Heyvan idxalında yeni qaydalar
Bu gün, 10:45
Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? - "Hraparak"
Bu gün, 10:42
Bloger “Space TV”də yeni veriliş aparacaq
Bu gün, 10:38
Avtomobil bazarında durğunluq var: - Ekspertlər ucuzlaşma olduğunu iddia edir
Bu gün, 10:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru