Eldar Əzizov onu rəis təyin etdi .....                     İranın azərbaycanlı generalından Bakıya ikibaşlı REVERANS .....                     Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir .....                     Naxçıvanda fövqəladə vəziyyətdə NAZİRLİYƏ GÜVƏNMƏ... .....                     Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir? .....                     Bakı şərtləri diktə edir: Leyenin Azərbaycana səfərinin pərdəarxası .....                     Dövlət torpaqlarını qanunsuz satanların .....                     “Qumar kralı”nın adamları ilə bağlı qərar ləğv edildi .....                     Tək RUS BAZARINA ümidli olsaq... .....                     Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi .....                     Hüquqları pozulan sakinləır FHN şefindən MƏDƏT UMUR... .....                     Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material .....                     Özü bir yana, köməkçisi də SÜLALƏ HAKİMİYYƏTİ qurub... .....                     Çay evində bakalla müştərinin başına zərbə vuran şəxs .....                     “Rusiya rəhbərliyi işğalçıdır, o, ölkəni məhz bu üsullarla idarə edir” .....                     İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu .....                     Qazaxda POLİS GÜNÜ qeyd olundu .....                     Taksi sürücüsü qısqanclıq zəminində onunla mübahisə edən müştərini bıçaqladı .....                     “Araz”dan oğurladığı 14 manatlıq malı geri qaytarsa da, həbs olundu .....                     Paşinyan ən sadiq adamına - Simonyana qarşı niyə amansız davrandı? .....                     İdmançı qardaşının qisasını alan şəxs: .....                     İrəvan bilməlidir ki, "havayı pendir" tələdə olur .....                     “Azəristiliktəchizat”da 115 milyon manata yaxın zərər yığılıb .....                     Məktəb direktoru dövlətin 71 min manatını necə mənimsəyib? .....                     İşdən qovulanın da doğru-dürüst pulunu vermirlər... .....                     Ermənistan bu gün qarışacaq .....                     Paşinyan Əli Xamenei ilə vida mərasimində iştirak etmək üçün İrana yola düşüb .....                     Tiktoker İlduzə Hacıyevaya verilən həbs hökmünün əsasları açıqlandı .....                     Beynəlxalq silahlı qruplaşma yaradılıb Ukraynaya yeridilsin .....                     Qusarda Əmrullayevin HESABI belə ödənib .....                     Ukraynada hakimiyyət dəyişikliyinə gedilir? .....                     Nəyi hardan nə qədər qazanırıq... HƏLƏ BİLİNMİR Kİ... .....                     Özbaşına qalan GDU rektoru görün, KİMLƏRƏ GÜVƏNİR... .....                     Ədalət onları qətiyyən maraqlandırmır... .....                     Burdan bir məhsul alan bir də almır .....                     Putin getsə... Rusiya SAVAŞDAN ÇƏKİLƏCƏKMİ? .....                     QƏZA İŞTİRAKÇISININ BABASI HÖKUMƏT ÜZVÜ DEYİLSƏ... .....                     "Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik?" .....                     Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? .....                     Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır .....                 

“Heydər Əliyev mənə dedi ki, səni nazirlikdən çıxaran yoxdur, niyə ərizə yazmısan?” - Sabir Rüstəmxanlı
Tarix: 15-05-2015, 09:33 | Çap et
“Heydər Əliyev mənə dedi ki, səni nazirlikdən çıxaran yoxdur, niyə ərizə yazmısan?”
AzVision.az saytının “Deputatın hesabatı” adlı layihəsi davam edir. Bu dəfəki müsahibimiz Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlıdır.

-Sabir bəy, müsahibəyə ənənəvi sualla başlamaq istərdik. Bildiyimiz kimi, bu il deputatlıq fəaliyyətiniz başa çatır. Geridə qoyduğunuz dövrdə hansı işləri gördünüz? Ümumilikdə millət vəkili olaraq fəaliyyətiniz nədən ibarət oldu?

-Bu 5 ili səmərəli illər hesab edirəm. Parlamentin iclaslarında, müzakirələrdə əvvəllər olduğu kimi fəal olmağa çalışmışam. Bunu jurnalist sorğularının nəticələri də göstərir. Adım demək olar ki, bütün 5 ilin fəal deputatları siyahısında olmuşdur. Mənim üçün bunlar önəmli deyil. Önəmli olan qanun yaradıcılığı ilə, ölkənin ümumi ictimai-siyasi vəziyyəti ilə ümumiyyətlə həyatımızla bağlı demək istədiyim fikirləri parlamentdə səsləndirə bilməkdir. Bu cəhətdən sıxıntı çəkməmişəm. Milli Məclisdə demək olar ki, ürəyimdən keçənlərin əksəriyyətini demişəm. Təəssüf ki, fikirlərimiz çox vaxt elə orada qalır, həyata keçmir.

Bu illərdə seçicilərimdən problemlərlə bağlı xeyli müraciətlər daxil olub. Onların həlli üçün hər zaman çalışıram. Əlimdən gələn köməkliyi etmişəm.

Rayonlarımız inkişaf edir, gözəlləşir. Amma işsizlik problemi qalır. Bölgələrdə iş yerləri açılmalıdır. İnsanlara yaşamaq üçün çörək pulu lazımdır. Gənclərə iş lazımdır.

-Milli Məclisdə tez-tez məmurlara iradlarınızı bildirirsiniz. Çıxışlarınızdan birində demişdiniz ki, nazirlər müraciətlərə cavab vermirlər. Onlar hansı nazirlərdir? Bəlkə adlarını açıqlayasınız…

- Ümumiyyətlə Azərbaycanda dövlət idarələri ilə xalq arasında ki, əlaqələrin zəifliyi narahatlıq doğurur. Düzdür, nazirlər rayonlarda qəbullar keçirirlər. O da müəyyən hazırlıqla olur: kimi qəbul etmək olar, kimi qəbul etmək olmaz. Zonalar üzrə qəbul keçirirlər.

Vətəndaş xeyli yol qət edib ora gəlməlidir. Ora gəlməkdənsə, Bakıya gəlsə yaxşıdır.
Düşünürəm ki, görüşlər hər bir rayonda olmalıdır. Qabaqcadan hazırlanan siyahı yığışdırılmalıdır.
Bakıda isə vəziyyət fərqldir. Nazirlər, onların müavinləri, icra başçıları zənglərə cavab vermirlər. Onların əvəzinə katibələri, köməkçiləri telefonun dəstəyini qaldırır.

Köməkçiləri də deyir ki, sonra sizinlə əlaqə saxlayacağıq. Beş-on gün keçir, heç birindən səs-soraq çıxmır.

Biz millət vəkili olduğumuzdan qapılar üzümüzə açıqdır. Amma, vətəndaş icra hakimiyyətinə gedir, polis onun qabağın kəsir. Sual edirlər ki, niyə gəlmisən? kim çağırıb?

Elə icra başçıları var ki, hər mərtəbəyə mühafizəçi qoyurlar. Halbuki, onların borcu vətəndaşların arasında olmaq və onlara xidmət etməkdir.

Ölkəmizdə yeni yaradılan “ASAN Xidmət” bu baxımdan vətəndaşların işini xeyli asanlaşdırıb. Hər birimiz bu xidmətdən razıyıq. Hesab edirəm ki, “ASAN Xidmət”in xidmət dairəsi daha da genişlənməlidir. “ASAN Xidmət” ölkədə süni surətdə yaranan və yaradılan narazılığın qarşısını ala bilən və dövlətə hörmət gətirən, nüfuzunu qaldıran bir idarədir. Kaşki, bütün idarələr “ASAN Xidmət” kimi şəffaf işləyə bilərdi.

Xatırlayırsınızsa, ölkə başçısı İlham Əliyev çıxışlarının birində bildirib ki, “mən millətə xidmət edirəm”.

Amma bəziləri özünü bu millətin böyüyü, ağası kimi aparır. Millətə böyüklük eləmək yox, ancaq xidmət etmək olar.

-Siz məmurlardan söz açmışkən qeyd edə bilərik ki, 5 il keçsə də hələ də üzünü görmədiyimiz deputat həmkarlarınız da var…

-Elə deputatlar var ki, plenar iclaslarda danışmırlar, amma kənarda iş görürülər. Məsələn Elxan Süleymanovun adını çəkə bilərəm. Bilirəm ki, o seçildiyi Şamaxı üçün, həmçinin ölkə üçün xeyli iş görür. Belə deputatlar var. Amma bəziləri də var ki, danışmırlar və heç bir iş də görmürlər. Bu, artıq elə məsələdir ki, onlar özü bunu cavablandırmalıdır.

-Sabir bəy, parlament seçkilərində növbəti dəfə namizədliyinizi irəli sürəcəksizmi? Bu barədə nə deyə bilərsiniz?

-Buna mən yox, partiya qərar verməlidir. Partiyanın qurultayı olacaq. Orada buna qərar veriləcək. Düzü hələ ki, bu haqda düşünürəm.

-Sizcə, növbəti seçkilərdən sonra Milli Məclisin tərkibində dəyişiklik olacaqmı? Yəni, bu gözləniləndirmi?

-Əlbəttə, dəyişiklik olacaq.Əslində parlamentdə 125 deputat o qədər də çox deyil. Əhalisinin sayı bizdən az olan ölkələr var ki, deputatlarının sayı bizdən xeyli çoxdur. Mən deputat sayının artırılmasının o qədər də tərəfdarı deyiləm. Amma keyfiyyət elə olmalıdır ki, 125 deputat bütün işləri çatdıra bilsin. Ölkəmizin beynəlxalq əlaqələri günü-gündən genişlənir. Dünya ölkələri ilə parlamentlərarası qruplar yaranır. Beynəlxalq qurumlarda bizi təmsil edən layiqli deputatlar olmalıdır. Deputatların hər biri işgüzarlığı nəzərə alınmaqla seçilsə, yaxşı olar. Düşünürəm ki, növbəti parlament seçkisində bu nəzərə alınacaq.

-Sizcə, parlamenin tərkibi bir qədər gəncləşməli deyilmi? Dünya təcrübəsi ilə müqayisədə deputatlarımızın çoxu nisbətən yaşlı nəslin nümayəndələridir.

-Bunu problem kimi görmürəm. Cavan adam var ki, düşüncəsinə, ruhuna görə çoxdan qocalıb. Milli Məclisdə gəlib, elə-belə oturur, heç bir iş də görmür. Cavanlığı ancaq yaşında və görkəmindədir. Ruhunda cavanlıq yoxdur. Yaşlı deputat da var ki, o cavanlardan daha artıq iş görür.

-Bəzi həmkarlarınız şəxsi biznesləri olsa da bunu mətbuatdan gizlədirlər. Sizin necə şəxsi biznesiniz varmı?

-Nə öz adıma, nə də başqasının adına biznesim var. Mənim biznesim qələmim, kitablarımdır.
Vaxtilə mətbuat naziri olmuşam və buna imkanlarım olub. Bakıda bu qədər kitab mağazaları əlimdə olub. Bu məsələdə idealistəm. O zaman kitab dükanlarını millət üçün qorunmağının vacibliyini düşünürdüm. Kitab dükanlarının heç birinin satılmağına imkan vermirdim. Hər kəs biznesi keçdiyi yola uyğun qurur. Mənim işim kitab idi. Bizneslə məşğul olmaq mənim işim deyil.
Nazir işləyən vaxt təkliflər də var idi. Fikirləşdim ki, ayrı bir təyinatla doğulmuşam. Bizneslə məşğul olsam, öz təyinatımdan uzaqlaşaram. Buna görə narahat deyiləm və içimdə heç bir sıxıntı da yoxdur. Ömrü boyu aza qane olub, sadə yaşamağa öyrənmişəm.

-Bəs, deputat maaşınız sizi qane edirmi?

-Camaatla müqayisədə deputatların maaşı yaxşıdır. Bir az artım olan kimi mətbuat onu tez hallandırır. Deputatların da maaşı ölkənin insanlarının maaşı ilə paralel artmalıdır. Bizdən qat-qat ağır şəraitdə yaşayan bir sıra ölkələr var ki, biz onlardan iki-üç dəfə az maaş alırıq. Ona görə də bəzən xarici həmkarlarımızla görüşəndə, onlara maaşımızı deməkdən çəkinirik.

-Bu yaxınlarda oğlunuz nəqliyyat naziri tərəfindən yüksək vəzifəyə təyin olundu. Bu haqda müxtəlif söz-söhbətlər gəzirdi. Bildirildi ki, oğlunuzun vəzifəyə gətirilməsi nazir Ziya Məmmədovla qohumluğunuzdan irəli gəlir…

- Diqqətlə araşdırsaq Azərbaycanda hamı bir-birinin qohumudur. İndi neyləyək, uşaqlarımız heç yerdə işləməsinlər?

-Nəqliyyat naziri Ziya Məmmədovla əvvəlcədən əlaqələriniz var idimi? Yoxsa qohum olanda sonra münasibətlər daha da dərinləşdi?

-Ziya müəllimi çoxdan tanıyıram. O, işgüzar, gecə-gündüz çalışan nazirlərdən biridir. İşi də göz qabağındadır. Qohum olmağa gəlincə, onun qardaşı ilə qohum olmuşuq.

Güman edirəm ki, bu işin qohumluğa aidiyyatı yoxdur. Ziya müəllim tələbkar bir adamdır və layiq olmayan birini vəzifəyə gətirməz.

-Ziya müəllimlə şəxsi münasibətiniz necədir, tez-tez görüşə bilirsizmi?

- Biz ancaq dövlət tədbirlərində görüşürük. İldə bir və ya ikin dəfə. Xüsusi görüşləmiz olmur.

-Qardaşlarınız da cəmiyyətdə kifayət qədər tanınmış şəxslərdir. Onlara köməyiniz dəyirmi, ümumiyyətlə münasibətləriniz necədir?

-Qardaşlarımdan biri "Qanun" nəşriyyatında işləyir. İşi göz qabağındadır.Məndən kiçik qardaşım Mədət Rüstəmxanlı Bakı Mexaniki Tökmə zavodunda baş mühasibdir. O, Azərbaycanda ən yaxşı mühəndislərdən biridir. Bu sahədə 40 illik təcrübəsi var. Vaxtilə ona icra hakimiyyətində iş təklif etdilər, amam razı olmadı. Dedi mühəndisəm və öz işimlə məşğul oluram. İndi səhv etmirəmsə, o zavod fəaliyyətini dayandırıb. Mənim üçün əsas olan qardaşlarımın, övladlarımın harda işləməsi yox, mənəvi rahat olmasıdır.

-Yenidən qayıdaq Milli Məclisə. Deputat həmkarlarınızla əlaqələriniz necədir? Dostluq etdiyiniz millət vəkilləri varmı?

-Meydan hərəkatından bir yerdə olduğum həmkarlarımla yaxşı əlaqələrimiz var. Fazil Mustafa, Qüdrət Həsənquliyev, İlyas İsmayılov, İqbal Ağazadə...

Və təkcə parlamentdə yox, həyatda da ən yaxın dostlarımdan biri İsa Həbibbəylidir. Aspiranturada bir yerdə təhsil almışıq. Elmira Axundova, Aqil Abbas sevdiyim yazıçı həmkarlarımdır. Milli Məclisdə olan qələm adamları ilə də sıx əlaqələrim var. YAP- çı və bitiərəf deputatlar arasında da xətrini istədiyim adamlar çoxdur. Bu cür deyib, kiminsə xətrinə dəymək istəmirəm. Ola bilər yadıma düşməyənlər olsun. Dost odur ki, tez-tez görüşəsən. 40 ildən çoxdur daimi görüşdüyüm İsa Həbibbəyli, Fəzail İbrahimli və Rafael Hüseynovdur.

-Sabir bəy, vaxtilə müxalifətin aparıcı üzvlərindən idiniz. İndiki müxalifətlə əlaqələriniz necədir?

-Normal münasibətlərimiz var. Hesab edirəm ki, bütün qüvvələr milli məsələlərdə bir olmalıdır. Fikir müxtəlifliliyi insanları düşmənə çevirməməlidir.

-Bu yaxında iqtidarla müxalifət arasında növbəti dialoqun keçiriləcəyi gözlənilir. Ümumiyyətlə, bu yaxınlığı necə qiymətləndirirsiniz?

-Belə görüşləri yüksək qiymətləndirirəm. Əvvəl də bu cür görüşlər keçirilirdi. Səmərəli bir işdir. Bu, Azərbaycan cəmiyyətində vətəndaş həmrəyliyini, milli birliyi gücləndirmək istiqamətində atılan addımdır. İqtidar da, müxalifət də bir çox məsələlərdə eyni narahatçılığı paylaşır.

- Son illər ölkəmizdə yüksək vəzifələrdə bir neçə kadr dəyişikliyi həyata keçirilib. Buna misal olaraq, təhsil naziri, müdafiə nazirini və digərlərini misal göstərmək olar. Necə düşünürsünüz yenidən belə kadr dəyişiklikləri olmalıdırmı? Hansı nazirlər dəyişdirilə bilər?

-Kadr dəyişikliyi təbii prosesdir və davam edəcək. Kaş yeni gələn nazirlər özündən əvvəlkilərin atasına rəhmət oxutdurmasınlar.

Müdafiə naziri Zakir Həsənov çox uğurlu seçimdir. Orduda hər keçən gün nizam-intizam, səliqə-səhman artır. Çox ciddi dəyişikliklər var. İndi ordu haqqında daha ürəklə danışılır. Zakir Həsənov əsl peşəkardır. Bu baxımdan, deyə bilərəm ki, istənilən məmuru əvəz edə biləcək yeni kadrlar var və dəyişiklik olmalıdır.

-Sabir bəy, deputatlıqdan əlavə yüksək vəzifə gözləyirsinizmi? Bundan sonra hansı vəzifədə çalışmaq istərdiniz?

-Vaxtilə Mətbuat və İnformasiya naziri olmuşam. Zəngin təcrübəm var. Gizlətmirəm bir çox humanitar sahələr var ki, nazir, baş nazirin müavini səviyyəsində ürəklə, çox böyük nəticə ilə işləyə bilərəm. Amma heç nədə gözüm yoxdur. Vaxtilə həm nazir, həm də millət vəkili idim. Mərhum Heydər Əliyev mənə dedi ki, səni nazirlikdən çıxaran yoxdur, niyə ərizə yazmısan? Bildirdim ki, yalnız parlamentdə qalmaq istəyirəm. Bunu heç kim özünü reklam və təklif kimi başa düşməsin. Sadəcə, lazım olarsa, istənilən sahədə xeyir verə bilərəm və indikilərin çoxundan artıq fayda verə bilərəm.

-Belə fikirlər var ki, Sabir müəllim əvvəllər daha sərt çıxışlar edirdi. İndi bu çıxışlar bir qədər səngiyib.

-Son kitablarımdan birinin adı “Dərdə əyilmə”dir. O kitabı vərəqləyən adam görər ki, bizim həyatımızın son 25 ildə elə bir sahəsi yoxdur ki, o barədə fikir deməyim. Bütün sahələrdə yazmışam və danışmışam. Bir şeyi dəfələrlə təkrar etməyə ehtiyac qalmır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Eldar Əzizov onu rəis təyin etdi - ƏMR
Bu gün, 11:10
İranın azərbaycanlı generalından Bakıya ikibaşlı REVERANS - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir - DETALLAR
Bu gün, 11:07
Naxçıvanda fövqəladə vəziyyətdə NAZİRLİYƏ GÜVƏNMƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:03
Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir? - AKTUAL
Bu gün, 10:55
Bakı şərtləri diktə edir: Leyenin Azərbaycana səfərinin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 10:52
Dövlət torpaqlarını qanunsuz satanların MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 10:50
“Qumar kralı”nın adamları ilə bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:49
Tək RUS BAZARINA ümidli olsaq... - BATARIQ!
Bu gün, 10:44
Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi - Digər generala yüksək vəzifə verdi
Bu gün, 10:32
Hüquqları pozulan sakinləır FHN şefindən MƏDƏT UMUR... - Aksiya keçirdilər və...
Bu gün, 10:27
Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material Baş Prokurorluğa göndərilib
Bu gün, 10:23
Özü bir yana, köməkçisi də SÜLALƏ HAKİMİYYƏTİ qurub... - BU NƏDİ BELƏ...
Bu gün, 10:17
Çay evində bakalla müştərinin başına zərbə vuran şəxs məhkəmə zalında HƏBS EDİLDİ
Bu gün, 09:59
“Rusiya rəhbərliyi işğalçıdır, o, ölkəni məhz bu üsullarla idarə edir” - Beqlaryan
Bu gün, 09:54
İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu – İnanılmaz detallar
Bu gün, 09:53
Qazaxda POLİS GÜNÜ qeyd olundu - FOTO
Bu gün, 09:49
Taksi sürücüsü qısqanclıq zəminində onunla mübahisə edən müştərini bıçaqladı - HÖKM
Bu gün, 09:43
“Araz”dan oğurladığı 14 manatlıq malı geri qaytarsa da, həbs olundu - Biri uşaq qolbağıdır
Bu gün, 09:42
Paşinyan ən sadiq adamına - Simonyana qarşı niyə amansız davrandı? - “Joqovurd”
Bu gün, 09:41
İdmançı qardaşının qisasını alan şəxs: - “Heç bir kişi qardaşının ünvanına yazılan söyüşlərə dözməz”
Bu gün, 09:39
İrəvan bilməlidir ki, "havayı pendir" tələdə olur - Slutski
Bu gün, 09:38
“Azəristiliktəchizat”da 115 milyon manata yaxın zərər yığılıb - TƏFƏRRÜAT
Bu gün, 09:36
Məktəb direktoru dövlətin 71 min manatını necə mənimsəyib? – İTTİHAM AKTI
Bu gün, 09:33
İşdən qovulanın da doğru-dürüst pulunu vermirlər... - GİLEY
Bu gün, 09:25
Ermənistan bu gün qarışacaq - hamı bu qərarı gözləyir
Bu gün, 09:06
Paşinyan Əli Xamenei ilə vida mərasimində iştirak etmək üçün İrana yola düşüb
Bu gün, 09:05
Tiktoker İlduzə Hacıyevaya verilən həbs hökmünün əsasları açıqlandı - AKTUAL
Bu gün, 09:03
Beynəlxalq silahlı qruplaşma yaradılıb Ukraynaya yeridilsin - TƏKLİF VAR...
Bu gün, 07:39
Qusarda Əmrullayevin HESABI belə ödənib - ŞOK İDDİA
Bu gün, 07:13
Ukraynada hakimiyyət dəyişikliyinə gedilir? - KİV
Bu gün, 07:01
Nəyi hardan nə qədər qazanırıq... HƏLƏ BİLİNMİR Kİ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:57
Özbaşına qalan GDU rektoru görün, KİMLƏRƏ GÜVƏNİR... - qardaşı vəzifədə olmasa da...
Bu gün, 06:48
Ədalət onları qətiyyən maraqlandırmır... - REPLİKA
Bu gün, 06:41
Burdan bir məhsul alan bir də almır - GİLEY
Bu gün, 01:51
Putin getsə... Rusiya SAVAŞDAN ÇƏKİLƏCƏKMİ? - Görünəni odur ki...
Bu gün, 01:35
QƏZA İŞTİRAKÇISININ BABASI HÖKUMƏT ÜZVÜ DEYİLSƏ... - ədalət mühakiməsinin milli standartları...
Bu gün, 01:25
"Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik?" - ETİRAZ VAR!
Bu gün, 01:19
Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? - AÇIQLAMA
Dünən, 18:05
Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır - Paşinyan
Dünən, 18:03
Erməni generallar barədə fərmanlar verildi - KİV
Dünən, 17:00
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Dünən, 16:57
Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi - FOTO
Dünən, 16:55
Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri
Dünən, 16:50
ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir - Tramp
Dünən, 16:43
AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi - SİYAHI
Dünən, 16:39
Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? - GƏLİŞMƏ
Dünən, 16:37
Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... – YENİDƏN TƏŞKİL EDİLİR
Dünən, 16:33
Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 16:33
Azərbaycanda 3,5 milyona yeni film çəkilir
Dünən, 16:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru