Rusiyanın qərarına İrəvandan şərh: .....                     “PASHA Bank Georgia”nın rəhbərliyində iki mühüm təyinat olub .....                     “Azenco”nun sabiq rəhbəri həbs edilib .....                     Talıstanda meşə torpaqları SATIŞA ÇIXARILIB... .....                     Eldar Əzizov onu rəis təyin etdi .....                     İranın azərbaycanlı generalından Bakıya ikibaşlı REVERANS .....                     Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir .....                     Naxçıvanda fövqəladə vəziyyətdə NAZİRLİYƏ GÜVƏNMƏ... .....                     Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir? .....                     Bakı şərtləri diktə edir: Leyenin Azərbaycana səfərinin pərdəarxası .....                     Dövlət torpaqlarını qanunsuz satanların .....                     “Qumar kralı”nın adamları ilə bağlı qərar ləğv edildi .....                     Tək RUS BAZARINA ümidli olsaq... .....                     Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi .....                     Hüquqları pozulan sakinləır FHN şefindən MƏDƏT UMUR... .....                     Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material .....                     Özü bir yana, köməkçisi də SÜLALƏ HAKİMİYYƏTİ qurub... .....                     Çay evində bakalla müştərinin başına zərbə vuran şəxs .....                     “Rusiya rəhbərliyi işğalçıdır, o, ölkəni məhz bu üsullarla idarə edir” .....                     İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu .....                     Qazaxda POLİS GÜNÜ qeyd olundu .....                     Taksi sürücüsü qısqanclıq zəminində onunla mübahisə edən müştərini bıçaqladı .....                     “Araz”dan oğurladığı 14 manatlıq malı geri qaytarsa da, həbs olundu .....                     Paşinyan ən sadiq adamına - Simonyana qarşı niyə amansız davrandı? .....                     İdmançı qardaşının qisasını alan şəxs: .....                     İrəvan bilməlidir ki, "havayı pendir" tələdə olur .....                     “Azəristiliktəchizat”da 115 milyon manata yaxın zərər yığılıb .....                     Məktəb direktoru dövlətin 71 min manatını necə mənimsəyib? .....                     İşdən qovulanın da doğru-dürüst pulunu vermirlər... .....                     Ermənistan bu gün qarışacaq .....                     Paşinyan Əli Xamenei ilə vida mərasimində iştirak etmək üçün İrana yola düşüb .....                     Tiktoker İlduzə Hacıyevaya verilən həbs hökmünün əsasları açıqlandı .....                     Beynəlxalq silahlı qruplaşma yaradılıb Ukraynaya yeridilsin .....                     Qusarda Əmrullayevin HESABI belə ödənib .....                     Ukraynada hakimiyyət dəyişikliyinə gedilir? .....                     Nəyi hardan nə qədər qazanırıq... HƏLƏ BİLİNMİR Kİ... .....                     Özbaşına qalan GDU rektoru görün, KİMLƏRƏ GÜVƏNİR... .....                     Ədalət onları qətiyyən maraqlandırmır... .....                     Burdan bir məhsul alan bir də almır .....                     Putin getsə... Rusiya SAVAŞDAN ÇƏKİLƏCƏKMİ? .....                 

“Bəlkə də İlham Əliyev olmasaydı, bunlar Qarabağı çoxdan vermişdilər” - İsgəndər Həmidov
Tarix: 4-05-2015, 08:44 | Çap et
“Bəlkə də İlham Əliyev olmasaydı, bunlar Qarabağı çoxdan vermişdilər”
Keçmiş daxili işlər naziri İsgəndər Həmidov “Hürriyyət” qəzeti və Moderator.az saytına müsahibə verib. Onunla söhbəti oxuculara təqdim edirik:

-İsgəndər bəy, nazir olduğunuz vaxt Bəxtiyar Vahabzadənin sizə yazdığı iddia olunan məktubu üzə çıxıb. Məktubda yer alan iddialara münasibətinizi bilmək maraqlı olardı.

-Mənim nəinki hər ay, hər gün Bəxtiyar Vahabzadənin ailəsiylə təmasım var. Bəxtiyar Vahabzadəni mən hər zaman ağsaqqalım və Milli Azadlıq Hərəkatında özümə örnək bilmişəm və bu gün də onu bir ağsqqalım kimi rəhmətlə xatırlayıram. Mən Bəxtiyar müəllimin şeirlərinin təsiri altında Milli Azadlıq Hərəkatına gəlmişəm. Rəhmətliyin həyat yoldaşı da əvəzsiz insandır və onunla da vaxtaşırı zəngləşirik, danışırıq. Bilirsiniz ki, bu gün əziz gündür, Türkçülük Bayramıdır. Ona görə də səhər yerimdən qalxıb əvvəlcə gedib qəbiristanlıqda Əbülfəz bəyi, Bəxtiyar Vahabzadəni, Sara Qədimovanı, Üzeyir bəyi, Xəlil Rzanı ziyarət etmişəm, oradan da Şəhidlər Xiyabanındakı, eləcə də Türk Şəhidliyindəki qardaşlarımızı - şəhidlərimizi ziyarət edib sizinlə görüşə gəlmişəm. Bəxtiyar müəllim nə deyibsə düz deyib, nə edibsə millətin yaxşılığı üçün edib. Bəxtiyar qeyri adi-şəxsiyyət olub və Bəxtiyar zirvəsinə çatmaqdan ötrü ən azı onun keçdiyi keşməkeşli həyat yolundan yetərli məlumatlı olmaq, onun kimi ən çətin məqamda belə mərd kişi olmağı bacarmaq lazımdır. Qaldı ki, guya onun arxivindən mənimlə bağlı hansısa məktubunun mətbuata sızdırılmasına, deyim ki, mənimlə bağlı Bəxtiyar müəllimin arxivində min dənə məktublar var. Niyə onlardan birini verməyiblər? Amma bilməyənlərə deyim ki, Bəxtiyar müəllim ölüm ayağında da mənim xahişimi edib. Əməliyyat stolunda ola-ola Heydər Əliyev onun yanına gedəndə mənim xahişimi edib. Bundan öncə isə mənim azad olunmağımla bağlı Heydər Əliyevə Açıq Məktub da yazıb və bu, mediada da yayımlanıb vaxtilə. Deməyim odur ki, Bəxtiyar müəllim həmişə mənə bir övladı kimi baxıb və aramızda ata-oğul münasibətinə bərabər bir səmimi ünsiyyət olub. Mənə elə gəlir ki, yəqin Bəxtiyar müəllimin alisəi həmin məktubu çap edənlərə cavab verəcəklər.

-Bu barədə heç Bəxtiyar müəllimin ailəsiylə aranızda söhbət olmadı ki?

-Heç nə deməmişəm. Heç narahatçılığım da yoxdur. Çünki onun xanımı və övladları mənim o kişiyə olan münasibətimi təfsilatıyla bilirlər. Çıxıb mətbuata nəsə deyib - deməmələri də önəm kəsb etmir. Əsas odur ki, Allah, bir də ki, mən və onlar həqiqətin harda olduğunu bilirik deyə nigarançılığım yoxdur. Sizə sual verirəm, üstündən 23 il keçdikdən sonra məhz türkçülük bayramı ərəfəsində bu məktubun üzə çıxarılması sizcə təsadüfdürmü? Hər dəfə bizim millətçilər bir balaca aktivləşən kimi olmayan yerdən bir əmma uydurub tapır, mediaya ötürürlər. Özü də həmin məktubu tirajlayanlar heç fərqində də deyillər ki, bununla məni yox, Bəxtiyar müəllimi vurur, onun ruhun narahat edirlər. Yəni Bəxtiyar daxili işlər nazirinin yanına gəlmək istəyib, daxili işlər naziri Bəxtiyarın qəbuluna getməyib. Şair heç kəsin yanına getməz, şairin yanına gedərlər. Yeri gəlmişkən, şeir söyləməyi sevməsəm də bayaq Fəxri Xiyabanda qəbirləri ziyarət edərkən Bəxtiyar müəllimin məzarı üstə qəfildən mərhum kəlbəcərli şair Qəmkeş Allahverdinin bir şeiri yadıma düşdü və qeyri-ixtiyarı onu elə Bəxtiyarın məzarı başında dilə gətirdim:

Bir gün meyl etdim qəbiristanlığa
Orda zaman qışdır, dövran yatıbdı.
Sanki pıçıldayır hər məzar daşı
Şair, asta yeri, insan yatıbdı...

Elə orda da dedim ki, kaş sağ olaydın, özün cavab verəydin bunlara. Özü sağ olsaydı, kimsə buna cürət etməzdi. Yəqin ki, ailə üzvlərindən kimsə nə vaxtsa cavab verəcək. Bəxtiyar müəllimin mənim haqqımda 10-dan çox şeiri var və bunları şəxsən mənə oxuyub. Bəxtiyar müəllim mənim yanıma heç vaxt icazə ilə gəlməyib. (Burada İsgəndər bəy mətbuatda getməsini istəmədiyi bir epizodu danışır və nazir olarkən onu ilk dəfə necə qarşılayıb yola salmasından bəhs edir. Gerçəkdən çox təsirli səhnədir, amma oxucular məni bağışlayar...-Z. H.) Mən Bəxtiyar müəllimin paltosunu tutmuşam, qoymamışam köməkçisi tutsun. Özü də mən həmişə Bəxtiyar müəllimi naziriliyin giriş qapısında şəxsən qarşılamışam. Yəni adam yollamamışam ki, qarşılasın, özüm getmişəm qarşılamağa.

-Yanınıza hansı məsələlərlə bağlı gəlirdi?

-Gəlin bu suala da cavab verməyim. O bir millət sevdalısıydı. Onun bəzi qayğıları və narahatçılıqları da vardı.

-Heç olmasa birini deyin.

-Təsəvvür edin, bir dəfə gəlmişdi ki, bir qohumunu işə qoymuşduq, dedi Ay İsgəndər, onu ora niyə qoymusan, o işləyə bilməz orda. Dedim narahat olmayın, kömək edəcəyik işləyəcək. Deməyim odur ki, onda belə xüsusiyyətlər də vardı. Sözümün canı odur ki, onu məmləkətdə hər kəsdən, hətta doğma övladlarından da artıq sevən, zamanında hörmətini saxlayan bir adam haqqında belə şeyləri yazmaq yaramaz.

-Bu gün Türkçülük günüdür. Türk dünyası bayram ovqatındadırmı? Bu boyda dərd-səri olan bir toplumun bayram yadına düşürmü? Heç olmasa bu gün türk dünyası ayaqdadırmı?

- Bu gün bütün dünyada türklərə qarşı bir amansız basqı var. Təsəvvür edin ki, dünyada kimlər islam haqqında, türkçülük haqqında mənfi obrazda bir cızmaqara yazırsa onu yazana hətta Nobel mükafatı da verirlər. Yəni bu nifrət xristian dünyasından qaynaqlanır və Türkün nəyə qadir olduğunu bilən qərb ideoloqları onun bir daha dirçəlməsinə imkan vermək istəmirlər. Dərd burasındadır ki, türk məmləkəti olan Azərbaycanda türklərə başqı daha eybəcər forma alıb. Belə getsə, deyildiyi kimi 20-30 ildən sonra Azərbaycanda türklərin müdafiə komitəsi yaratmaq zərurəti yaranacaq. Türklər bu gün ayaqda deyillər, amma onu da dost-düşmən bilir ki, bu məmləklət türk məmləkətidir. Bu heç də o demək deyil ki, bununla başqa millətləri aşağılayırıq. əsla. Biz heç vaxt heç bir millətin qüruruna toxunmadıq, onun dəyərlərinə, dini etiqad azadlığına həqarət etmədik, əksinə, aşırı hörmətlə yanaşdıq.

-Niyə dünya türklərinin qorunmasında mənəvi borcu olan Türkiyə Cümhuriyyəti öz missiyasını doğru-dürüst yerinə yetirməkdən boyun qaçırır? Başqa türk cümhirriyyətlərini və toplumlarını bir kənara qoyaq, Azərbaycandakı türklərin hüquqlarının zorlanmasına göz yumurlar...

-Türkiyədə çox mürəkkləb siyasi proseslər gedir. Bir zaman yadınızdadırsa Türkiyədə türkçülük dalğası qalxdı, amma bu prosesin güclənməsindən qorxan antitürk güclər bu prosesi tormozladılar. Bir də ki, Türkiyə cəmiyyəti ilə bu ölkədə hakimiyyətdə olanları bir-birindən ayırmaq lazımdır. Hakimiyyətdə olanlar ifrat demokratiya, ifrat dinçilik, məzhəbçilik, təriqətçilik baxışlarına qəribə yanaşma səırgiləməkdədirlər. Hətta bəziləri dedi ki, biz türk deyilik, türkiyəliyik. Amma mən Türkiyənin içini bilən adamam və əminəm ki, Türk milləti öz sözünü deyəcək, sadəcə geci-tezi var. Şəhidlər Xiyabanındakı türk şəhidliyini ziyarət edəndə də mən qürur və qəhərin təsiri atında idim. Yəni həm adamın ürəyi dağa dönür ki, biz bir millətik və tarixin ən çətin dönəmlərində bir birimizin qardaş harayına, dadına çatdıq, “uf” demədən qanımızı - canımızı verdik, həm də nifərtlə xatırlayırsan ki, axı bir millətin cocuqlarını niyə bu qədər ayrı saldılar, bu gün də parçalamaq üçün dürlü-dürlü məkrli ssenarilər qururlar. Keçmişdə deyirmişlər ki, Xəzər dənizinin səviyyəsi qalxanda məmləkətdə türkçülük da qalxır, enəndə də isə tənəzzül dövrünə qədəm qoyur. Yadınızdadırsa bir müddət öncə Xəzər yenə də qalxmışdı, onda türkçülük meydan suladı, indi aşağı düşüb deyə səsimiz haqq etdiyimiz yerlərdən gəlmir.

-Niyə ki, iki türkün səsi haqq etdiyi torpaqlarda qurulmuş namərd zindanlarından gəlir. Biz onlara yetişə bilməsək, o səsin hənirtisinə doğru irəli durmasaq da. İndi mətbuatda bəzi iddialar tirajlanır ki, guya onları azad etmək üçün alternativ üsusllara baş vurulub...

-Üç qardaşımız-Şahbaz, Dilqəm, Həsən öz dədə-baba yurduna getmişdi. Azərbaycan iqtidarı həmişə bəyan edir ki, Kəlbəcər bizimkidir, biz Dağlıq Qarabağ adlı respublika tanımırıq. Əgər Azərbaycan dövləti və ordusu öz ata-baba yurdundakı məzarlarını ziyarət etməyə gedənləri müdafiə edə bilmirsə, deməli Kəlbəcər hələ bizimki deyil. Yəni boş-boş bəyantlardan imtina edib Kəlbəcəri və yolumuzu intizarla gözləyə digər Vətən torpağını azad etmək üçün müqəddəs savaşa başlamalıyıq. Dilqəmgil girov götürüləndə ilk açıqlamanı da elə sənə vermişdim ki, onları danışıqlar yolu ilə azad etməyi düşünürksə onlardan indidən əlimizi üzməliyik. Onları ermənilərin qandığı dillə danışaraq geri qaytarmaq olar. Qaldı ki, bu xəbərləri mən də eşitmişəm ki, Dilqəmgili azad etmək üçün başqa yollara baş vurulub. Əgər İlham Əliyev belə bir göstəriş veribsə, alqışlayıram. Məndən ötrü Dilqəmlə Şahbazın azadlığı hər şeydən üstündür. Dövlət öz gücünü göstərsə, onları azad etmək məncə mümkünsüz də deyil. Dövlətin gücü onun keçirdiyi hərbi və antiterror əməliyyatlarında bilinir.

-Dövlət də Rusiyanın qorxusundan həmin əməliyyatlara başlamağa ehtiyyat edir...

-Rusdan qorx, farsdan qorx, ingilisdən, amerikandan, ermənidən qorx, onda bu torpaqları biz necə geri qaytaracağıq ki? Azərbaycanın gələcəyi, onun bir dövlət kimi özünü təsdiq etməsi və dünyada gerçək söz sahibi olması ancaq millətin yarısı batsa belə hərbi əməliyyatdan, işğalçının burnunun ovulmasından keçir ki, bu millətin hisləriylə oynamaq istəyənlər öz yüklərini götürsünlər. Bu gün ermənilərin danışıqlardakı ritorikasını görəndə damarlarımda qan donur. Əgər biz bircə rayonu hərbi yolla azad etsək, ermənilərin ritorikası tamam dəyişəcək.

-Bir neçə gün öncə deputat Elman Məmmədov bir maraqlı fikir işlətdi ki, həmsədr demək doğru deyil, danışıqlar 4 üstəgəl bir prinsipi ilə aparılır, yəni hər üç həmsədr də ermənilər tərəfindən çıxış edir.

-Biz indi də, 10-20 il öncə də həmişə dedik ki, ay Azərbaycan hakimiyyəti, bu cür oyuncaq həmsədrlikdən, ikibaşlı vasitəçilikdən imtina etmək lazımdır. Əgər bu gün Azərbaycan hakimiyyəti özündə cəsarət tapıb həmsədrlikdən imtina etdiyini bəyan etsə, inanın ki, gəlib İlham Əliyevin ayağına düşəcəklər. Amma yeri gəlmişkən, bir həqiqəti də demək lazımdır ki, Qarabağ məsələsində bu hakimiyyətdə ən möhkəm dayanan və prinsipiallıq nümayiş etdirən də təkcə İlham Əliyevin özüdür. Bəlkə də İlham Əliyev olmasaydı, bunlar Qarabağı çoxdan vermişdilər. Məlumatlardan da bu qənaətə gəlmək olur, onun danışıqlarından da. Bəli, biz yaxşıya həmişə yaxşı demişik....

Ardı var...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın qərarına İrəvandan şərh: - Təsəvvür edə bilməzsiniz, necə sevindik
Bu gün, 11:37
“PASHA Bank Georgia”nın rəhbərliyində iki mühüm təyinat olub - ADLAR
Bu gün, 11:35
“Azenco”nun sabiq rəhbəri həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:28
Talıstanda meşə torpaqları SATIŞA ÇIXARILIB... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 11:19
Eldar Əzizov onu rəis təyin etdi - ƏMR
Bu gün, 11:10
İranın azərbaycanlı generalından Bakıya ikibaşlı REVERANS - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir - DETALLAR
Bu gün, 11:07
Naxçıvanda fövqəladə vəziyyətdə NAZİRLİYƏ GÜVƏNMƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:03
Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir? - AKTUAL
Bu gün, 10:55
Bakı şərtləri diktə edir: Leyenin Azərbaycana səfərinin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 10:52
Dövlət torpaqlarını qanunsuz satanların MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 10:50
“Qumar kralı”nın adamları ilə bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:49
Tək RUS BAZARINA ümidli olsaq... - BATARIQ!
Bu gün, 10:44
Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi - Digər generala yüksək vəzifə verdi
Bu gün, 10:32
Hüquqları pozulan sakinləır FHN şefindən MƏDƏT UMUR... - Aksiya keçirdilər və...
Bu gün, 10:27
Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material Baş Prokurorluğa göndərilib
Bu gün, 10:23
Özü bir yana, köməkçisi də SÜLALƏ HAKİMİYYƏTİ qurub... - BU NƏDİ BELƏ...
Bu gün, 10:17
Çay evində bakalla müştərinin başına zərbə vuran şəxs məhkəmə zalında HƏBS EDİLDİ
Bu gün, 09:59
“Rusiya rəhbərliyi işğalçıdır, o, ölkəni məhz bu üsullarla idarə edir” - Beqlaryan
Bu gün, 09:54
İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu – İnanılmaz detallar
Bu gün, 09:53
Qazaxda POLİS GÜNÜ qeyd olundu - FOTO
Bu gün, 09:49
Taksi sürücüsü qısqanclıq zəminində onunla mübahisə edən müştərini bıçaqladı - HÖKM
Bu gün, 09:43
“Araz”dan oğurladığı 14 manatlıq malı geri qaytarsa da, həbs olundu - Biri uşaq qolbağıdır
Bu gün, 09:42
Paşinyan ən sadiq adamına - Simonyana qarşı niyə amansız davrandı? - “Joqovurd”
Bu gün, 09:41
İdmançı qardaşının qisasını alan şəxs: - “Heç bir kişi qardaşının ünvanına yazılan söyüşlərə dözməz”
Bu gün, 09:39
İrəvan bilməlidir ki, "havayı pendir" tələdə olur - Slutski
Bu gün, 09:38
“Azəristiliktəchizat”da 115 milyon manata yaxın zərər yığılıb - TƏFƏRRÜAT
Bu gün, 09:36
Məktəb direktoru dövlətin 71 min manatını necə mənimsəyib? – İTTİHAM AKTI
Bu gün, 09:33
İşdən qovulanın da doğru-dürüst pulunu vermirlər... - GİLEY
Bu gün, 09:25
Ermənistan bu gün qarışacaq - hamı bu qərarı gözləyir
Bu gün, 09:06
Paşinyan Əli Xamenei ilə vida mərasimində iştirak etmək üçün İrana yola düşüb
Bu gün, 09:05
Tiktoker İlduzə Hacıyevaya verilən həbs hökmünün əsasları açıqlandı - AKTUAL
Bu gün, 09:03
Beynəlxalq silahlı qruplaşma yaradılıb Ukraynaya yeridilsin - TƏKLİF VAR...
Bu gün, 07:39
Qusarda Əmrullayevin HESABI belə ödənib - ŞOK İDDİA
Bu gün, 07:13
Ukraynada hakimiyyət dəyişikliyinə gedilir? - KİV
Bu gün, 07:01
Nəyi hardan nə qədər qazanırıq... HƏLƏ BİLİNMİR Kİ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:57
Özbaşına qalan GDU rektoru görün, KİMLƏRƏ GÜVƏNİR... - qardaşı vəzifədə olmasa da...
Bu gün, 06:48
Ədalət onları qətiyyən maraqlandırmır... - REPLİKA
Bu gün, 06:41
Burdan bir məhsul alan bir də almır - GİLEY
Bu gün, 01:51
Putin getsə... Rusiya SAVAŞDAN ÇƏKİLƏCƏKMİ? - Görünəni odur ki...
Bu gün, 01:35
QƏZA İŞTİRAKÇISININ BABASI HÖKUMƏT ÜZVÜ DEYİLSƏ... - ədalət mühakiməsinin milli standartları...
Bu gün, 01:25
"Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik?" - ETİRAZ VAR!
Bu gün, 01:19
Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? - AÇIQLAMA
Dünən, 18:05
Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır - Paşinyan
Dünən, 18:03
Erməni generallar barədə fərmanlar verildi - KİV
Dünən, 17:00
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Dünən, 16:57
Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi - FOTO
Dünən, 16:55
Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri
Dünən, 16:50
ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir - Tramp
Dünən, 16:43
AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi - SİYAHI
Dünən, 16:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru