Deputatlığa namizədlər narkoloji və psixoloji müayinədən keçməlidirmi? - AKTUAL
Tarix: 26-07-2024, 08:38 | Çap et
 Qarşıdan parlament seçkiləri gəlir. Bununla belə, indiki bəzi deputatlar öz ailə üzvlərini namizəd kimi təqdim edirlər. Elə bir vəziyyət yaranıb ki, sanki hər kəs bəxtini sınamaq istəyir. Məsələn, deputat Elman Nəsirov mətbuata açıqlamalarından birində qeyd etmişdi ki, deputatın ailə üzvlərinin də deputatlığa namizəd olmasında heç bir qanuni məhdudiyyət yoxdur, "niyə də olmasın?!"... Belə olduğu halda, həm psixoloji, həm də narkoloji problemli adamların da seçkilərə meyl edə biləcəyini, iştirakda həvəsli ola biləcəyini təxmin edirik.
Namizədlər narkoloji və psixoloji müayinədən keçirilməlidirmi? Xarici ölkələrin qanunvericiliyində bu, necə tənzimlənir? Deputatlığa namizədlərin sağlamlıqlarının öncədən yoxlanılmasını zəruri edən səbəblər nələrdir? Məsələn, indi parlamentdə elə deputatlar var ki, onların canlı efirlərə içkili halda çıxmaları haqda sosial şəbəkələrdə yazırlar. Gələcəkdə belə problemlərin olmaması üçün seçki qanunvericiliyində hansı yeniliklər həyata keçirilməlidir?
Milli Məclisin Mətbuat Xidmətindən Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirib ki, belə bir prosedurun tətbiqi Milli Məclisin səlahiyyətində deyil və bu barədə Mərkəzi Seçki Komissiyasına (MSK) üz tutmaq lazımdır. MSK-nın Bizimyol.info xəbər portalına açıqlamasında isə belə bir prosedurun hazırda olmadığı deyilib.
Hüquqşünas Əkrəm Həsənov Bizimyol.info xəbər portalının suallarını şərh edərək, bildirib ki, Azərbaycan reallığına baxdıqda, belə bir qanunun olması gərəklidir.
"Xarici təcrübədə belə bir qaydanın tətbiqi barədə məlumatım yoxdur. Amma tətbiq olunmasında da problem görmürəm. Ola bilər ki, müəyyən müayinələrdən, o cümlədən, psixoloji və narkoloji müayinələrdən keçsinlər. Xaricdə isə bu qaydanı, deputatlara yox, əsasən, dövlət məmurlarına aid edirlər. Çünki orda demokratik seçki var və bu namizədlər xalqın qarşına çıxır, teledebat, görüşlər və sair kimi reallıqlar mövcuddur. Onların psixoloji və digər vəziyyətlərini bilmək olur. İnsanlar kimə səs verdiyini görürlər. Bizdə isə hamımız bilirik ki, Azərbaycanda kollegiyallıq prinsipi yoxdur. Azərbaycanda her yeri bir nəfər idarə edir. İstər təşkilatda, istər partiyada - istənilən qurumda bu, bizim milli psixologiyamızdır. Ona görə ölkədə də real seçkilər ancaq Prezident seçkiləridir ki, xalq gedib səs verir, prezidentini seçir. Amma deputatlar yoxdur, onlar sadəcə olaraq müəyyən olunurlar. Hamımız da bunu bilirik. Ona görə də orda bu risk - narkoloji və psixoloji problemlərin mövcud olması hər zaman var. Çünki bu adamlar təyin olunurlar, seçki yoxdur. Biz özümüz həqiqətən də bu halın şahidi oluruq ki, adamın psixoloji vəziyyəti yerində deyil, amma Parlamentdə oturub. Buna görə də yaxşı olardı ki, deputatlar da, məmurla da bu müayinələrdən keçsinlər. Nəzərə alsaq ki, bütün bunla təyinatlıdır, amma onların necə təyin olunduğu, haradan çıxarıldığı bilinmir. Ona görə də belə bir qaydaya ehtiyac təbii ki, var" - deyə, hüquqşünas qeyd edib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Bu gün, 12:45 |
|
|
|
| • Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Bu gün, 12:41 |
|
|
|
| • Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Bu gün, 12:12 |
|
|
|
| • Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Bu gün, 11:53 |
|
|
|
| • Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Bu gün, 11:52 |
|
|
|
| • Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Bu gün, 11:50 |
|
|
|
| • “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Bu gün, 11:42 |
|
|
|
| • Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Bu gün, 11:41 |
|
|
|
| • Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Bu gün, 11:30 |
|
|
|
| • "Azenco"nun mənfəəti bölüşdürüləcək
Bu gün, 11:28 |
|
|
|
| • Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Bu gün, 11:13 |
|
|
|
| • Vəzifəli şəxs vəfat etdi - FOTO
Bu gün, 11:11 |
|
|
|
| • Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Bu gün, 11:08 |
|
|
|
| • “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Bu gün, 10:40 |
|
|
|
| • Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Bu gün, 10:35 |
|
|
|
| • Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Bu gün, 10:13 |
|
|
|
| • Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Bu gün, 09:53 |
|
|
|
| • Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Bu gün, 09:39 |
|
|
|
| • Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Bu gün, 09:31 |
|
|
|
| • Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Bu gün, 09:27 |
|
|
|
| • Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Bu gün, 08:26 |
|
|
|
| • DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 08:24 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Bu gün, 08:02 |
|
|
|
| • 5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Bu gün, 07:56 |
|
|
|
| • Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Bu gün, 07:35 |
|
|
|
| • Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Bu gün, 07:33 |
|
|
|
| • Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Bu gün, 07:31 |
|
|
|
| • ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Bu gün, 06:22 |
|
|
|
| • ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Bu gün, 06:20 |
|
|
|
| • "Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Bu gün, 02:57 |
|
|
|
| • Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Bu gün, 02:46 |
|
|
|
| • Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Bu gün, 02:41 |
|
|
|
| • "Biz doğru diaqnoz qoya bilməsək, düzgün yolla da gedə bilməyəcəyik" - ÇAĞIRIŞ
Bu gün, 02:38 |
|
|
|
| • Əlavə işçiyə ehtiyac var, amma ixtisar gedir - NARAZILIQ VAR...
Bu gün, 02:28 |
|
|
|
| • Artıq açıq oğurluğa keçiblər - BU DA FAKT...
Bu gün, 02:19 |
|
|
|
| • "Güclü Ermənistan" TRIPP-ə qarşı çıxdı - “Tehran bizə silah verməz”
Bu gün, 02:05 |
|
|
|
| • "Mənim üçün məndən öncə nə olub olub, vecimə deyil..."
Bu gün, 02:03 |
|
|
|
| • Artan iş həcmi... əlavə məsuliyyət VƏ: YERİNDƏ SAYAN MAAŞ! - AXI NİYƏ?..
Bu gün, 01:49 |
|
|
|
| • Rusiyalı generaldan Azərbaycanla bağlı təhlükə XƏBƏRDARLIĞI - NƏ BAŞ VERİR?
Bu gün, 01:41 |
|
|
|
| • Ermənistan qan çanağına dönür: - nümayişçilər MSK üzvlərinə hücum etdi
Bu gün, 01:37 |
|
|
|
| • Paşinyanın tərəfdarları Ermənistan parlamentində 64 mandat qazanıb - YEKUN NƏTİCƏ...
Bu gün, 01:34 |
|
|
|
| • Xameneinin baş müşaviri İsraili yeni raket hücumu ilə hədələdi - KİV
Bu gün, 01:33 |
|
|
|
| • Vaxt çatdı: raketlər hazırdır – İran hücuma başlayır?
Bu gün, 01:31 |
|
|
|
| • Tramp hələ mənimlə prezidentliyə namizədliyimi müzakirə etməyib - Vens
Dünən, 22:00 |
|
|
|
| • Hacıyev Dilicanda tarix yazdı - AKTUAL
Dünən, 21:57 |
|
|
|
| • Ankaradakın subasmada da Eldar Əzizov günahkardır? - REPLİKA
Dünən, 16:58 |
|
|
|
| • Rusiya hər kvadrat kilometrə görə 200 nəfər itirir - Jmaylo
Dünən, 08:31 |
|
|
|
| • Paşinyan xaricdə təhsil alan ermənilərə jest... - İŞ TƏKLİFİ...
Dünən, 08:17 |
|
|
|
| • Space X-in minlərlə əməkdaşı IPO-dan sonra milyonçu oldu - “The New York Times”
Dünən, 08:12 |
|
|
|
| • İndi də müştəriyə belə problem yaradırlar - GİLEY
Dünən, 08:03 |
|
|
|
|