
Bu gün AĞ Partiyanın Seçki Qərargahı, Mərkəzi Seçki Komissiyasına 1
Sentyabr 2024-cü ildə keçiriləcək parlament seçkiləri ilə əlaqədar ilkin
sənədləri , səlahiyyətli nümayəndələrin siyahılarını və onların
məlumatlarını təqdim edib .
Bu barədə Dia-az.İnfo-ya qurumdan xəbər verilib.
Yaxın günlərdə partiyanın İdarə Heyətinin iclası keçiriləcək və yekün
namizədlər siyahısı təsdiq olunacaq . Artıq sabahdan təsdiq olunmuş
namizədlərin siyahıları və sənədləri aidiyyatı üzrə Dairə Seçki
Komissiyalarına təqdim olunacaq .