“Yüksək vəzifələrə çəkilmiş elə gənclər var ki, heç JEK-də texnik də işləməyə qadir deyil” - Partiya sədri
Tarix: 28-06-2024, 10:41 | Çap et
 İyunun 27-də Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. İclasda Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğuna dair sorğuya baxılıb. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev alınan qərara əsasən, növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyanın 981-ci maddəsinə uyğun hesab edildiyini deyib. Xatırladaq ki, Milli Məclis Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən bəzi millət vəkillərinin təklifinə əsasən növbədənkənar deputat seçkilərinin keçirilməsi üçün Prezidentə müraciət ünvanlamışdı. Vurğulanmışdı ki, bütün ölkə ərazisində keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması zəruridir. Növbəti seçkilərdə müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar. Parlament seçkilərinin növbədənkənar keçirilməsini zəruri edən əsas səbəb isə seçkilərin vaxtının COP29 sammiti ilə eyni vaxta düşməsidir. Parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli idi. Amma həmin ay Azərbaycanda COP29 keçiriləcək. Belə bir mötəbər tədbirlə eyni vaxtda seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsi mümkün deyil. Seçkilərin vaxtının dəyişməsi həm COP29-u layiqli şəkildə keçirməyə imkan verəcək, həm də bu mötəbər tədbir zamanı ölkə parlamentinin tam fəaliyyətdə olması təmin ediləcək. Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev "Sherg.az"a deyib ki, bu addımlar zərurətdən irəli gəlirdi. Partiya rəhbəri hakim YAP-ın təşəbbüsünü və Milli Məclisin növbədənkənar seçkilərlə bağlı Prezidentə müraciətini doğru və yerində addım sayıram:
"Növbədənkənar prezident seçkisi keçiriləndə də hamıdan əvvəl demişdim ki, bu, önləyici və doğru təşəbbüsdür. İndi də eyni şeyi deyirəm. COP29 çox böyük bir tədbirdir və ölkəyə təxminən 80 min adamın gələcəyi gözlənilir. Bununla yanaşı, Azərbaycan-Ermənistan arasında hələ sülh bağlanmayıb, müəyyən gərginliklər var. O baxımdan seçki vaxtının irəli çəkilməsini doğru hesab edirəm. Ehtimal ki, növbədənkənar parlament seçkisi sentyabr ayının ilk bazar gününə düşəcək ki, o da sentyabrın 1-nə təsadüf edir. Yeni dünya düzəni qurulur, yeni xəritələr cızılır, yaxın regionlarda müharibələr gedir. Belə dövrdə çox çevik hərəkət etmək lazımdır. İdarəetmədə, parlamentdə çevik, enerjili, çalışqan adamlar lazımdır. Amma görünən odur ki, indiki parlamentdə əyləşənlərin əksəriyyəti gözləntilərə adekvat deyil. Mən illərdir siyasətlə məşğulam, deputatların 20-25 nəfərini ancaq tanıyıram. Halbuki 125 dairəni təmsil edən deputatların hamısı tanınmalıdır. Söhbət kiminsə yaşından getmir. Elə gənc deputatlar var ki, özünü yüz yaşlı ağsaqqal kimi aparır, o təfəkkürlə danışır. Yeni düşüncəli, enerjili, müasir dövrün çağırışlarına cavab verən deputatlara ehtiyac var. Niyə Avropa Parlamentində Azərbaycana qarşı qətnamə qəbul olunur və böyük əksəriyyət lehinə səs verir. Çünki parlamentarilərimiz AP üzvləri ilə yaxşı işləmirlər, əlaqələr zəifdir". E.Musayev bəyan edib ki, Milli Məclisi süni surətdə cavanlaşdırmaq olmaz: "Qanunvericilikdən xəbərsiz olan gənclər parlamentin işinə necə töhfə verə bilər?! Yüksək vəzifələrə çəkilmiş elə gənclər var ki, heç JEK-də texnik də işləməyə qadir deyil. Seçilən deputatların da fəaliyyəti iki istiqamətdə olmalıdır. Birinci tərəf qanunvericiliklə məşğul olmaq, ikincisi isə seçicilərlə, yerli sakinlərlə işləməyi, onların problemlərini gündəmə gətirməyi, həll etməyi bacarmalıdır. Böyük Azərbaycan Partiyası hər zaman seçkilərə hazır durumdadır. Təbliğat materiallarımız hazırdır. Prezident seçkisində iştirak edən, parlamentdə təmsil olunmayan yeganə partiya biz idik. Vətəndaşlarla çoxsaylı görüşlər keçirtdik, böyük imkanlar qazandıq, ölkənin hər yerində təmaslarımız, əlaqələrimiz oldu. Bunlar bizə parlament seçkisində də kömək edəcək".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13 |
|
|
|
| • Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04 |
|
|
|
| • Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01 |
|
|
|
| • "Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56 |
|
|
|
| • “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51 |
|
|
|
| • Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35 |
|
|
|
| • Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34 |
|
|
|
| • Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26 |
|
|
|
| • Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22 |
|
|
|
| • Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19 |
|
|
|
| • Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12 |
|
|
|
| • Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10 |
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20 |
|
|
|
| • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14 |
|
|
|
| • “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10 |
|
|
|
| • Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03 |
|
|
|
| • Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
| • 200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51 |
|
|
|
| • Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49 |
|
|
|
| • “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38 |
|
|
|
| • “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37 |
|
|
|
| • Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35 |
|
|
|
| • Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30 |
|
|
|
| • Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23 |
|
|
|
| • Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21 |
|
|
|
| • MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15 |
|
|
|
| • "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14 |
|
|
|
| • Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08 |
|
|
|
| • Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04 |
|
|
|
| • Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58 |
|
|
|
| • Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52 |
|
|
|
|