“İt” yenə sərsəmlədi: .....                     “Qanunsuz çempionat keçirilməsinə cəhd edilir” .....                     Mingəçevirdə döyülüb öldürülən 34 yaşlı kişinin anası danışdı: Mən də razı deyildim .....                     Krım xaos içində: .....                     "Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu .....                     Milyardlar ölkədən necə çıxarılır? .....                     Kremllə Pekin arasında sərin yellər əsir... .....                     Kriminal avtoritet "Antikvar"ın vəziyyəti ağırlaşdı .....                     Qardaşının evinə qonaq getmişdi .....                     “2019-cu ildən işsiz kimi qeydiyyatdayam, hələ işlə təmin olunmamışam” .....                     Xəyyam Əlizadə yüksək vəzifəyə gətirildi .....                     Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu .....                     Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək .....                     Kəmaləddin Heydərov onu Bakı alayının komandiri təyin etdi .....                     Orden qalmaqalı BÖYÜYÜR .....                     “Tacirə əsəbləşirəm, çox eqoist adamdır, .....                     Neyrocərrahiyyə Xəstəxanasının direktoru ABŞ-da təhsil alan gənci niyə oraya buraxmır? .....                     Sərxoş tanışının təhqirinə görə bıçağa əl atdı, 3 il həbs cəzası aldı .....                     “Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI .....                     Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdi .....                     GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ... .....                     “Huawei Azərbaycan”ın direktoru dəyişdirilib .....                     Molla rejimi süquta doğru .....                     Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal .....                     AYNA yollarda nişanlanma işlərinə .....                     “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb .....                     1 qəpiklik yumurtalar yenidən 19 qəpiyə kimi bahalaşdı .....                     Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur .....                     Deputat ATV-ni saxtakarlıqda .....                     “Ruslanın qisasını aldım” .....                     Moskva merinin "Telegram" kanalı ələ keçirildi .....                     Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, .....                     Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR .....                     AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq .....                     “Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı .....                     Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? .....                     Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub .....                     Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… .....                     AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub .....                 

Milli Məclisdə unudulmuş mandatlar: müxalifət tələb edir, hökumət tələsmir - NƏ BAŞ VERİR?
Tarix: 7-02-2022, 10:31 | Çap et
Milli Məclisdə unudulmuş mandatlar: müxalifət tələb edir, hökumət tələsmir
2020-ci il fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar seçkilərdən sonra Mərkəzi Seçki Komissiyası (MSK) 4 dairənin nəticələrini ləğv etdi. Belə ki, MSK-nın 13 fevral 2020-ci il tarixində keçirilən iclasında qəbul olunan qərara əsasən, 80 saylı İmişli-Beyləqan seçki dairəsində, 74 saylı Lənkəran kənd seçki dairəsində, 35 saylı Xətai üçüncü seçki dairəsində və 33 saylı Xətai birinci seçki dairəsində nəticələr ləğv olundu. Ötən il avqustun 4-də Fəttah Heydərovun vəfat etməsi və Eldəniz Səlimovun həbs edilməsi ilə Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 6-ya çatıb.

Artıq üzərindən 2 il vaxt keçməsinə baxmayaraq, boş qalan deputat yerləri üzrə hələ də yeni seçkilər təyin olunmayıb. Bu, həmin dairələr üzrə seçicilərin hüquqlarının qanunvericiliyin tələblərinə uyğun qorunub-qorunmamasını sual altına alır. Mövcud qanunvericilik parlament seçkilərinin təyin olunması səlahiyyətini Prezidentə, keçirilməsi vəzifəsini isə MSK-a verib. Sözügedən səlahiyyət və vəzifə müvafiq olaraq, Konstitusiyanın 109-cu və Seçki Məcəlləsinin 25-ci maddələri ilə müəyyənləşdirilib. Seçki Məcəlləsinin 176-cı maddəsinə əsasən, hansısa deputat mandatından məhrum edildiyi halda, Milli Məclisə əlavə seçkilər təyin olunur.

Hansısa səbəb üzündən deputatın mandatdan məhrum olunduğu hallar Konstitusiyanın 89-cu maddəsində öz əksini tapıb. Həmin maddədə qeyd olunur ki, seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda, deputat ölkə vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), özü imtina etdikdə, Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini, deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda mandatdan məhrum olunur. Deputatın mandatdan məhrum olunması haqda qərar MSK və ya müvafiq məhkəmə tərəfindən verilir. Deputatın bu qərardan məhkəməyə müraciət edə bilmə hüququ da qanunda tanınır.

Seçki Məcəlləsinin 176.4-cü maddəsinə əsasən, deputat mandatının boş qalmasından sonra 1 ay müddətində müvafiq seçki dairəsi üzrə yeni seçkilər təyin edilməlidir. Milli Məclisə təkrar seçkilər isə Seçki Məcəlləsinin 172-ci maddəsi ilə müəyyənləşdirilib. Həmin maddəyə əsasən, Dairə Seçki Komissiyası (DSK) və ya MSK birmandatlı seçki dairəsi üzrə seçkiləri etibarsız sayarsa və ya Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq etməzsə, MSK təkrar seçkilər keçirir. Həmçinin, deputat qanunvericiliklə ondan tələb olunan sənədləri 60 gün ərzində MSK-ya təqdim etməsə, MSK həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət edir və təkrar seçkilər keçirir.

Bununla belə, qanunvericilikdə təkrar seçkilərin təyini üçün hər hansı müddət müəyyənləşdirilməyib. Prezident əlavə seçkiləri 1 ay müddətində təyin etməli olduğu halda, təkrar seçkilərin təyini ilə bağlı belə bir müddət nəzərdə tutulmayıb. Prezident hətta Milli Məclisin hazırkı çağırış müddətinin bitməsinə qədər təkrar seçkiləri təyin etməyə bilər.

Xatırladaq ki, boş qalan dairələr üzrə seçkilərin 2021-ci ildə baş tutacağı daha çox gözlənilirdi. Çünki ötən ilin dövlət büdcəsi ilə bağlı layihədə "seçkilərin keçirilməsi və statistika tədbirləri" haqqında bölümdə 19 milyon 631 min 038 manat vəsait nəzərdə tutulmuşdu. Belə bir vəsaitin hansı məqsədə sərf ediləcəyi açıqlanmasa da, bunun boş qalan dairələrlə bağlı olduğu təxmin edilirdi. Amma 2021-ci il arxada qaldı və seçki keçirilmədi.

Ötən ilin dekabr ayının ortalarında MSK sədri Məzahir Pənahov boş qalan dairələrə seçki keçiriləcəyi ilə bağlı açıqlama verdi. MSK sədri açıqlamasında seçkilərin yaxın vaxtlarda baş tutacağını və bunun Azərbaycan üçün taleyüklü məsələ olduğunu vurğuladı.

Bu il yanvarın 20-də isə Pənahov jurnalistlərin bu barədə sualına belə cavab verdi: "Niyə narahat olursuz? Seçki elan olunanda eşidəcəksiniz. Ondan sonra bir yerdə işləyəcəyik".

Azərbaycanda siyasi partiya liderləri hesab edirlər ki, boş qalan yerlərə seçkilərin tezliklə keçirilməsi lazımdır. Və iddia edirlər ki, 6 dairə üzrə seçkilərin təşkili hökumət üçün elə də çətin deyil. DİA.AZ xəbər verir ki, AYNA məsələyə siyasilərin münasibətini öyrənib.

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, seçkilərin keçirilməməsi üçün heç bir əsas yoxdur: "Mən inanmıram ki, 6 dairədə seçkinin keçirilməsi bu qədər çətin olsun. Hesab edirəm ki, boş qalan dairələrə seçkinin keçirilməməsi, qərar verilməsinin bu qədər uzanması anormaldır. Bilmirəm, niyə keçirmədiklərinə dair məlumatım yoxdur. Amma seçkilərdən 2 il keçir və hələ də dairələrin deputatsız olması normal deyil".

Ağazadə rəhbərlik etdiyi partiyanın seçkilərdə iştirakda maraqlı olduğunu söyləyin: "Seçkilərin tarixi bəlli olsun, partiya qərar verəcək. Seçkidə iştirak mənim yox, Ümid Partiyasının verəcəyi qərardan asılıdır. Onu deyə bilərəm ki, partiyamız seçkilərə qatılmağın tərəfdarıdır".

Müsavat Partiyasının başqanı Arif Hacılı isə deyib ki, boş qalan dairələrə yox, ümumiyyətlə, növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac var: "Hesab edirəm ki, nəinki boş qalan 6 dairəyə seçki keçirilməsinə, Milli Məclisin bu çağırışını buraxmağa, yeni, demokratik seçkilərin keçirilməsinə lüzum var. Çünki bu çağırış Milli Məclis də əvvəlki çağırışlar kimi antidemokratik yolla formalaşıb".

"Qaldı ki, boş qalan yerlərə seçkilərin keçirilməsi çətin deyil. Bunun üçün şərait də, resurs da var", - deyə o vurğulayıb.

Müsavat Partiyasının boş qalan dairələrə seçkilərdə iştirak edib-etməyəcəyinə gəlincə, Hacılı qeyd edib ki, bu, partiyanın aidiyyəti strukturlarının qərarından asılıdır: "Partiya Divanı nə qərar verərsə, ona uyğun addım atılacaq".

Respublikaçı Alternativ Partiya (REAL) da deputatsız qalan dairələrə seçkilərin tezliklə keçirilməsinin tərəfdarıdır. Partiyanın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli hesab edir ki, 6 dairədə seçki keçirmək üçün uzun zaman gözləmək lazım deyildi: "Artıq iki il keçir ki, nəticəsi ləğv edilən dairələrə seçki keçirilməyib. Bu, absurddur. Pandemiya bəhanə gətirilməməlidir. Pandemiya dövründə bir çox ölkələrdə seçkilər keçirilib, həm də ləğv edilmiş dairələrə yox, söhbət ölkə miqyaslı seçkilərdən gedir. Koronavirusun tüğyan etdiyi dövrdə prezident, parlament seçkiləri keçirilmiş ölkələr var. Dediyim odur ki, bu, bəhanə olmamalıdır".

"MSK sədri bu yaxınlarda boş qalan dairələrə seçkilərin keçiriləcəyini bildirdi. Güman edirəm ki, yaz aylarında seçkilərin keçiriləcəyi barədə qərar verilə bilər", - deyə siyasətçi bildirib.

REAL-ın iştirakına gəlincə, Cəfərlinin sözlərinə görə, təmsil olunduğu təşkilat hər zaman seçki tərəfdarı kimi çıxış edir: "Dəyişikliklər, demokratikləşmə, inkişaf seçkilərdən keçir. Əlbəttə, seçkilərdə iştirak edəcəyik".

Öz növbəsində Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də o fikirdədir ki, parlamentdə boş qalmış yerlər üzrə seçkilər keçirilməlidir: “Boş qalan yerlərə ədalətli və demokratik seçkilərin keçirilməsi Azərbaycanın imici üçün də yaxşı olardı. Konstitutsiyaya görə Milli Məclisdə 125 deputat olmalıdır. Parlamentdə 5 nəfər yoxdur, bir nəfərin işi də məhkəmədədir. Hazırda Milli Məclisdə 6 boş yer var. Qanuna görə, altı boş yerə seçki keçirilməlidir".

O, fikrini belə davam etdirib: "Əvvəl koronavirus tüğyan edirdi, başa düşdük. Sonra müharibə şəraiti oldu, bunu da başa düşdük. Amma indiki halda 5-6 yerə seçki keçirmək elə də problem olmamalıdır. Dairələrdə seçkilər tam demokratik, şəffaf keçirilməlidir".

Lakin hakim Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, deputat Elman Nəsirov tələsməyə lüzum görmür: “MSK sədri bu yaxınlarda boş qalan dairələrə seçkilərlə bağlı açıqlama verdi, yaxın zamanlarda seçkilərin keçiriləcəyini bildirdi. Bilirsiniz, 2 ildir ki, təkcə Azərbaycan yox, dünya pandemiyanın cəngindədir. Bu müddətdə nə qədər dövlət tədbirləri təxirə salındı, işlər məsafədən həyata keçirildi. Seçki elədir ki, səsvermə zamanı sıxlıq olur. Pandemiya şəraitində seçki keçirmək insanlarımız üçün risklidir".

"Boş qalan dairələrə seçkilərdə YAP iştirak edəcəkmi" sualına Nəsirov belə cavab verib: "YAP avanqard təşkilat olaraq bütün seçkilərdə favorit olub. Əlbəttə, seçkilər təyin olunacağı təqdirdə, YAP toplantısını keçirəcək, qərar qəbul edəcək. Qərara uyğun olaraq da addım atılacaq. Çox güman ki, YAP seçkilərdə iştirak edəcək".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İt” yenə sərsəmlədi: - “3 milyon erməni Azərbaycana qayıtmalıdır”
Bu gün, 13:11
“Qanunsuz çempionat keçirilməsinə cəhd edilir” - Araz Musayev Elçin Quliyevə müraciət etdi
Bu gün, 13:09
Mingəçevirdə döyülüb öldürülən 34 yaşlı kişinin anası danışdı: Mən də razı deyildim - TƏFƏRRÜAT
Bu gün, 13:06
Krım xaos içində: - Yarımadada turizm də dayandırıldı
Bu gün, 13:03
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu - BUNDAN SONRA...
Bu gün, 13:00
Milyardlar ölkədən necə çıxarılır? - AKTUAL
Bu gün, 12:56
Kremllə Pekin arasında sərin yellər əsir... - İNCƏLƏMƏ
Bu gün, 12:54
Kriminal avtoritet "Antikvar"ın vəziyyəti ağırlaşdı – Həbsdən təcili xəstəxanaya aparıldı
Bu gün, 12:49
Qardaşının evinə qonaq getmişdi - 8-ci mərtəbədən yıxılıb öldü
Bu gün, 12:47
“2019-cu ildən işsiz kimi qeydiyyatdayam, hələ işlə təmin olunmamışam” - GİLEY
Bu gün, 12:42
Xəyyam Əlizadə yüksək vəzifəyə gətirildi - ƏMR
Bu gün, 12:40
Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 12:29
Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Bu gün, 12:26
Kəmaləddin Heydərov onu Bakı alayının komandiri təyin etdi - FOTO
Bu gün, 12:22
Orden qalmaqalı BÖYÜYÜR - Zelenskidən Polşaya SƏRT XƏBƏRDARLIQ
Bu gün, 12:20
“Tacirə əsəbləşirəm, çox eqoist adamdır, Kənan mənim ifama görə tanındı, utanmırsan xalqı aldadırsan?”
Bu gün, 12:16
Neyrocərrahiyyə Xəstəxanasının direktoru ABŞ-da təhsil alan gənci niyə oraya buraxmır? - TƏFƏRRÜAT
Bu gün, 12:09
Sərxoş tanışının təhqirinə görə bıçağa əl atdı, 3 il həbs cəzası aldı – QƏRAR
Bu gün, 12:01
“Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI - NARAZILIQ VAR...
Bu gün, 11:59
Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdi - BAZARI KİM QARIŞDIRIR?
Bu gün, 11:53
GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ... - İLGİNC FAKTLAR...
Bu gün, 11:42
“Huawei Azərbaycan”ın direktoru dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 11:27
Molla rejimi süquta doğru - İranın dağılması niyə qaçılmazdır?
Bu gün, 11:25
Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal – Bakıdan REAKSİYA
Bu gün, 11:22
AYNA yollarda nişanlanma işlərinə 29,4 milyon manat xərcləyəcək
Bu gün, 11:20
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Bu gün, 11:18
1 qəpiklik yumurtalar yenidən 19 qəpiyə kimi bahalaşdı
Bu gün, 10:59
Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur - FOTO
Bu gün, 10:56
Deputat ATV-ni saxtakarlıqda İTTİHAM ETDİ
Bu gün, 10:54
“Ruslanın qisasını aldım” - Orxan Hacıyevin qatilinə hökm oxundu
Bu gün, 10:47
Moskva merinin "Telegram" kanalı ələ keçirildi - "Moskva yanacaq" (FOTO)
Bu gün, 10:44
Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, misirli dənizçi ölüb
Bu gün, 10:42
Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR - NARAZILIQ VAR...
Bu gün, 10:37
AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 10:29
“Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” - Xalq artisti
Bu gün, 10:26
İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı QƏRAR
Bu gün, 10:23
Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? – İDDİA
Bu gün, 10:20
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub - ƏMR
Bu gün, 10:13
Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… - KİV
Bu gün, 10:12
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub - FOTO
Bu gün, 10:09
1 qəpiyə yumurta alasan, o da xarab çıxa... - MALƏSƏF...
Bu gün, 10:01
Bu xanıma yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:58
Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:56
Nail Abdullayev dövlət büdcəsini NECƏ MƏNİMSƏYİR... - Bütün bunları bir araşdıran olarsa...
Bu gün, 09:48
Naxçıvanda MEŞƏSALMA YEYİNTİSİ... - Kağız üzərində hər şey gözəldir...
Bu gün, 09:25
“Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” - UŞAKOV
Bu gün, 08:28
"Bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə!" - ÇAĞIRIŞ
Bu gün, 08:22
"Bu o demək deyil ki, hər şey alınacaq.." - partiya sədri
Bu gün, 08:16
Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir - TƏFƏRRÜAT
Bu gün, 08:09
Moskvaya hücum: - Putin niyə susur?
Bu gün, 08:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru