"Ayna son zamanlar məni çox kövrəldir..." .....                     Erməni analitik erməni xəstəliyinə qarşı... .....                     “Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər .....                     İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək .....                     İranın “neft hücumu” başladı .....                     “Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” .....                     Qarabağın əski parçası Ermənistanda yığışdırılır .....                     Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır .....                     Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri .....                     Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... .....                     Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir .....                     İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi .....                     Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR... .....                     Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir .....                     Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? .....                     Azərbaycan təhsili iki yol arasında qalıb: .....                     Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır .....                     Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı .....                     Bakıda 330 kilo çəkisi olan kişi evdən belə çıxarıldı .....                     Ümidsizliyə qapılan XANƏNDƏ: .....                     19 yaşlı qız 3-cü mərtəbədən yıxıldı .....                     Qadağa artdıqca, qiymət bahalaşır: .....                     “Azərbaycan məktəbi XXI əsrin insanını hazırlaya bilmir… .....                     Paytaxtda tut ağaclarını qurd basıb, təcili müdaxilə tələb edilir .....                     “Paşinyanı Bakıya dəvət etməyəcəklər, çağıracaqlar” .....                     Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir .....                     Onların “Qarabağ”dan ayrıldığı rəsmiləşdi .....                     Vətəndaşlar məhərrəmlik məclislərindəki səs-küydən narazıdırlar .....                     Məşhur meyvə-tərəvəz istehsalçısının borcu .....                     Pakistan vətəndaşı Azərbaycanda .....                     SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi .....                     ADNSU “Məzun günü” keçirmək üçün Əliağa Kürçaylının şirkətinə 83 min manat ödəyəcək .....                     Sabiq MTN polkovniki həbsxanada dava edib .....                     “Lido” restoranında .....                     Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcək .....                     AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? .....                     Məmur hoteldə səs salan qonşusu ilə dava etdi .....                     Rusiya ordusu Ukraynaya məxsus 700-dən çox dronu vurub .....                     Prezidentə yazılan məktuba sayqısızlıq: Mədəniyyət Nazirliyi bu cürəti kimdən alır? .....                     Əməkdar artistdən TƏSİRLİ çağırış .....                 

"Ağdama səfər edəndə tanımadığım partiya sədrləri gördüm" - Belə də olurmuş...
Tarix: 22-10-2021, 09:33 | Çap et
"Ağdama səfər edəndə tanımadığım partiya sədrləri gördüm"
Son bir həftədə iki partiya-Qubad İbadoğlunun sədr seçildiyi ADR və Demokratik Dəyişim Partiyası (DDP) yaradıldığı elan edilib.

DDP-nin Təşkilat Komitəsinin sədri vəzifəsinə Əli Mustafa seçilib. Yeni Partiyanın təsis edilməsinin əsas məqsədi Azərbaycan xalqının suverenliyinin qorunmasına, ölkədə həqiqi demokratiyanın bərqərar olunmasına və milli maraqların təmin edilməsinə nail olmaqdır. Onun dediyinə görə, yaxın günlərdə təşkilatın regional strukturlarının yaradılması üzrə işlərin həyata keçirilməsi və təsis qurultayının reallaşdırılması nəzərdə tutulur.

Əvvəlki dövrlərdə partiyaların məramnaməsinin əsas bazasını Qarabağ probleminin həlli təşkil edirdi. İndi isə Azərbaycanın belə bir problemi yoxdur. Qarabağ problemi səbəbdən əvvəlki illərdə yaradılan partiyalara diqqət vardı. İndi isə cəmiyyətin partiyalara əvvəlki marağı da qalmayıb. Hakimiyyəti tənqid edəcək sahələr çoxdur, amma kiminsə gəlib bu məsələləri daha yaxşı həll edəcəyinə xalqın inamı qalmayıb.

Bəs yeni partiyaların yaradılması zərurəti haradan doğur? Onilliklərin partiyaları az qala tarixin arxivinə gömüldüyü zaman, yeni partiyaların siyasi uğur qazanması mümkündürmü? Qarabağın işğaldan azad edilməsindən sonra həm indi, həm də illər öncə yaradılmış partiyaların sosial baza toplamaq və hakimiyyətə ciddi alternativ təşkil etmək perspektivi varmı?

YAP-çı deputat Ceyhun Məmmədov bir sıra hallarda müxalifətin qərəzli mövqe sərgilədiyini qeyd etdi: “Hesab edirəm ki, partiyaların əsas məqsədi, hədəfi müstəqilliyimizin daha da möhkəmləndirilməsi, dövlətçiliyimizin gücləndirilməsi olmalıdır. Bu gün Azərbaycanda kifayət qədər partiyalar var. Yeni partiyalar da yaradılmaqdadır. Əvvəlki dövrdə Qarabağ məsələsi əsas idi, prioritet mövzulardan birini təşkil edirdi. Ən çox hakimiyyəti ona görə tənqid edirdilər. Ancaq hazırkı vəziyyətə gəldikdə hesab edirəm ki, bu gün cəmiyyətdə müəyyən sosial problemlər var. Müxalifət partiyalarının əsas işi və funksiyası yalnız iqtidarın səhvlərini tapıb hər şeyi qara rəngdə görməkdən ibarət deyil. Bu gün təəssüflər olsun ki, bir çox hallarda biz bunu görürük. Azərbaycan hökuməti cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə çox böyük işlər görür. Biz bu gün təəssüflə qeyd etməliyəm ki, bir sıra hallarda qələbəmizin gözdən salınması cəhdlərinə rast gəlirik. Burada iqtidarın həyata keçirdiyi siyasət heçə sayılaraq, başqa faktorların qabardılmasına çalışılır. Şübhəsizdir ki, bu qələbənin əsas aparıcı qüvvəsi Prezidentin həyata keçirdiyi siyasət, ulu öndərin illər öncə başlatdığı proses, ordumuzun rəşadəti, vətənpərvər övladlarımızın qəhrəmanlığı oldu. Sosial şəbəkələrdə paylaşımlara baxanda, bir çox məsələləri analiz edəndə görürük ki, bir sıra hallarda müxalifətin ittihamları qərəzlidir. Hər şeyi qara görmək cəhdləri daha çox sezilir. Bəli, bu gün Azərbaycanda da, dünyanın ayrı-ayrı ölkələrində də iqtidarın tənqid olunması mümkündür. Ölkəmizdə də bu, təbii qəbul edilir. Amma tənqidlər obyektiv olmalıdır. Tənqid olarkən qarşı tərəf təkliflərini verməlidir. Cəmiyyətimizi narahat edən sosial məsələlər də var. Müxalifət həm də hesab edirəm ki, iqtidarın bir köməkçisi olmalıdır. O mənadakı ümummilli məsələlərdə vahid bir mövqe nümayiş etdirilməlidir. Hazırkı bir sıra partiyaların iş-gücləri odur ki, ”iqtidarın işləri pisdir, yanlış yoldadır". Bu, ən azından vicdansızlıqdır. Ola bilər ki, müəyyən problemlər olsun. Amma dövlət bunun qarşısını almağa çalışır. Biz son 200 ildə tariximizin ən şərəfli günlərindən birini yaşayırıq, möhtəşəm qələbəmizi təmin etmişik. Burada üzərimizə düşən, qarşımıza qoyduğumuz əsas hədəf odur ki, məqsədlərimizə nail olaq. Addımlarımızı düzgün ataraq, qələbəmizin daha da möhkəmləndirilməsinə, dövlətimizin daha da gücləndirilməsinə töhfəmizi verməyə çalışmalıyıq. Hamının bir məqsədi, məramı olmalıdır".

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev yeni yaradılan partiyalara uğurlar arzuladı: “İnsanların müxtəlif hüquqları, o cümlədən də siyasi fəaliyyətlə məşğul olmaq hüquqları var. Bu baxımdan da hansısa siyasi partiya qurulursa, o partiya qurucularına uğurlar arzulamaq lazımdır. Ölkədə Qarabağla da, sosial-iqtisadi məsələlərlə də, demokratik seçkilərlə də və s. bağlı problemlər var. Kim nəyi önə çəkir, bu başqa məsələ. Ən ciddi məsələ yeni, yüksək təhsilli gənclərin siyasi fəaliyyətdən kənarda qalmalarıdır. Yəni yeni gənclik Azərbaycan siyasətində öz perspektivini görmür. Bu baxımdan da partiya qurucuları içərisində yeni adamlar görünmür. Təəssüf ki, belədir və bunun da öz səbəbləri var. Tənqidlə məsələ həll olunmur. Yeni alternativlər ölkədə köklü dəyişikliyə səbəb ola bilər ki, məncə, o da yeni nəsildir. Təəssüf ki, illərlə siyasi partiyalara qarşı müxtəlif istiqamətlərdə aparılmış, bu gün də davam etdirilən gözdənsalma kampaniyası, alternativ fikir daşıyıcılarına qarşı söyüş, təhqirlər və saxta yolla keçirilən seçkilər Azərbaycan gəncliyinin kütləvi surətdə siyasi fəallığına ciddi mane olur. Məhz bu səbəbdən də gənclər içindən müxtəlif radikal dini və s. kəsimə qoşulanlar çoxalır. Nəhayət, ölkədə keçiriləcək bircə demokratik seçki daşları yerində oturdacaq. Biz buna nail olmalıyıq”.

ALDP rəhbəri Fuad Əliyev isə bunları dedi: “Yeni yaranan partiyalara uğurlar arzulayıram. Partiyanın yaranmasını, məqsədi və məramnaməsini elan etmək olar. Əsas bundan sonrakı fəaliyyətdir, bəyan etdiyin ideyaları həyata keçirməkdir. Ən çətin proses budur. Partiyaların fəaliyyəti, sosial baza toplamaq baxımdan çox çətindir. Çünki vətəndaşı bu gün siyasət maraqlandırmır. Onu bir məsələ maraqlandırır, evə gedəndə əli boş getməsin, nəsə alıb getsin. Gecə-gündüz iş haqqında fikirləşən vətəndaşları siyasət maraqlanmır. Digər tərəfdən, qeydiyyatdan keçən 52 partiya var. Qeydiyyatsız haradasa 15 partiya mövcuddur. Ümumi desək, 67 partiya var. İndi olmasın 67, olsun 69 partiya. Əsas odur ki, aktiv fəaliyyət göstərəsən. Ağdama səfər edəndə tanımadığım partiya sədrləri gördüm. Orada bildim ki, onlar partiya sədrləridir. Onları nə keçirilən seçkilərdə görmüşəm, nə də ki, adları mətbuatda rastıma çıxıb. Bax belə partiyaların qeydiyyatı ləğv olunmalıdır. Tanıdığım Qubad bəy siyasətdə yeni sima deyil, tanınmış siyasətçıdır, özünəməxsus yeri var. ADR partiya elan olunmamışdan qabaq, hərəkat formasında fəaliyyət göstərib. İctimai-siyasi proseslərdə çox aktiv olub və kifayət qədər sosial bazası var. Arzu edirəm ki, DDP Təşkilat Komitəsi yaxın bir zamanda qurultaylarını keçirib ölkəmizin ictimai-siyasi həyatına aktiv formada qatılsınlar”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ayna son zamanlar məni çox kövrəldir..."
Bu gün, 04:43
Erməni analitik erməni xəstəliyinə qarşı... - "Siz bu psixologiya ilə güclü dövlət qurmaq istəyirsiniz?"
Bu gün, 04:40
“Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər - KİV
Bu gün, 04:37
İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək
Dünən, 18:00
İranın “neft hücumu” başladı – Azərbaycanın gəlirləri RİSK ALTINDA?
Dünən, 17:58
“Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” - Tural Abbaslı
Dünən, 17:53
Qarabağın əski parçası Ermənistanda yığışdırılır - KİV
Dünən, 17:45
Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır - MƏQALƏ
Dünən, 17:43
Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri - İsrafil Kərimovun yazısı
Dünən, 17:41
Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... - Kəmalə Ağazadədən ilginc açıqlama
Dünən, 17:39
Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir - Zaxarova
Dünən, 17:30
İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi - ƏMR
Dünən, 17:27
Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR... - SOCAR Təhlükəsizlik idarəsinin iştirakı ilə...
Dünən, 17:12
Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir - DETALLAR
Dünən, 16:55
Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? – İki istehsalçının “yumurta savaşı”
Dünən, 16:53
Azərbaycan təhsili iki yol arasında qalıb: - Hansını seçsin?
Dünən, 16:38
Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır - Natiq Cəfərli
Dünən, 16:34
Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı məhkəmə istintaqı yenilənib
Dünən, 16:32
Bakıda 330 kilo çəkisi olan kişi evdən belə çıxarıldı - ŞOK VİDEO
Dünən, 16:28
Ümidsizliyə qapılan XANƏNDƏ: - “Yeni nazirdən gözləntilərim çoxdur”
Dünən, 16:25
19 yaşlı qız 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Dünən, 16:23
Qadağa artdıqca, qiymət bahalaşır: - Azərbaycanda maşın bazarı “ölüb”
Dünən, 16:20
“Azərbaycan məktəbi XXI əsrin insanını hazırlaya bilmir… - DİM-in son hesabatı bunu deyir…”
Dünən, 16:04
Paytaxtda tut ağaclarını qurd basıb, təcili müdaxilə tələb edilir - SOS
Dünən, 15:54
“Paşinyanı Bakıya dəvət etməyəcəklər, çağıracaqlar” - Koçaryan
Dünən, 15:51
Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir – Əvvəl Xınalıqda, indi də Lahıcda
Dünən, 15:43
Onların “Qarabağ”dan ayrıldığı rəsmiləşdi - ADLAR
Dünən, 15:40
Vətəndaşlar məhərrəmlik məclislərindəki səs-küydən narazıdırlar -İLAHİYYATÇI MÖVQE BİLDİRDİ
Dünən, 15:34
Məşhur meyvə-tərəvəz istehsalçısının borcu 1 milyonu keçdi
Dünən, 15:28
Pakistan vətəndaşı Azərbaycanda – YENİ ŞİRKƏT YARADIB
Dünən, 15:27
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi İMZALAYACAQ
Dünən, 15:20
ADNSU “Məzun günü” keçirmək üçün Əliağa Kürçaylının şirkətinə 83 min manat ödəyəcək - DETALLAR
Dünən, 15:14
Sabiq MTN polkovniki həbsxanada dava edib - cəza tədbiri görülüb...
Dünən, 15:12
“Lido” restoranında MÜƏMMALI ÖLÜM
Dünən, 15:10
Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcək - Peskov
Dünən, 15:06
AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? - "...orqanizm üçün təhlükə yaradır"
Dünən, 15:00
Məmur hoteldə səs salan qonşusu ilə dava etdi - TƏFƏRRÜAT
Dünən, 14:54
Rusiya ordusu Ukraynaya məxsus 700-dən çox dronu vurub - KİV
Dünən, 14:45
Prezidentə yazılan məktuba sayqısızlıq: Mədəniyyət Nazirliyi bu cürəti kimdən alır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:37
Əməkdar artistdən TƏSİRLİ çağırış – “Xadimə də olaram, təki...”
Dünən, 14:34
131 minlik dərman qaçaqmalçılığı - Türkiyə vətəndaşı 10 min ödəyəcək, ölkədən çıxarılacaq
Dünən, 14:32
Tanınmış jurnalist dələduz şəbəkənin QURBANI OLUB... - TƏFƏRRÜAT
Dünən, 14:26
Ermənistandan Moskvaya uçan təyyarə həyəcan siqnalı verib, Mahaçqalaya eniş edib
Dünən, 14:13
2 il əvvəl yaranan şirkət AYNA-dan 110,4 milyon manatlıq sifariş alıb - AY MAŞALLAH...
Dünən, 13:38
Tramp–Meloni gərginliyi böyüyür: - NATO və “foto qalmaqalı”
Dünən, 13:35
Qurban Qurbanov Elvini bağışlayıb? - SƏN DEMƏ...
Dünən, 13:15
Rəşad Dağlı həmin cinayətdən danışdı: - "Dedi ki..."
Dünən, 13:13
“İt” yenə sərsəmlədi: - “3 milyon erməni Azərbaycana qayıtmalıdır”
Dünən, 13:11
“Qanunsuz çempionat keçirilməsinə cəhd edilir” - Araz Musayev Elçin Quliyevə müraciət etdi
Dünən, 13:09
Mingəçevirdə döyülüb öldürülən 34 yaşlı kişinin anası danışdı: Mən də razı deyildim - TƏFƏRRÜAT
Dünən, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru