"Nə qədər ki gec deyil, İran..." - Pənah Hüseyn
Tarix: 12-10-2021, 12:58 | Çap et
 Azərbaycanın Xarici İşlər Nazirliyi İranın anti-Azərbaycan fəaliyyətinə və ona qarşı səsləndirdiyi böhtan xarakterli ittihamlara cavab verib. Nazirlikdən vurğulanıb ki, anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Qeyd olunub ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır: “İran Xarici İşlər Nazirliyi Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir.
Bu kimi ittihamları qətiyyətlə rədd edirik. Biz, 44 günlük müharibə dövründə bəyan etmişdik, indi də növbəti dəfə vurğulayırıq ki, Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur. Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayıb”. XİN rəsmisi vurğulayıb ki, Azərbaycan öz torpaqlarını şəhidlərinin qanı və canı bahasına işğaldan azad edib: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 100 mindən çox Orduya malik olan Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Təəccüblüdür ki, İran tərəfindən müharibə zamanı belə ittihamlar irəli sürülməyib. Müharibədən sonra ölkədə yeni hökumət hakimiyyətə gələnə qədər bu xüsusda heç bir narahatlıq doğuran məsələ olmayıb. Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar”. Xatırladırıq ki, hələ ötən ilin oktyabr ayında Azərbaycan tərəfi o zaman işğal altında olan ərazilərdə gedən döyüşlərdə erməni muzdlularının iştirakına dair konkret faktları diplomatik korpusa, o cümlədən İran səfirliyinə təqdim edib.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Şərq”ə bildirib ki, o, İranın Azərbaycana qarşı fəaliyyətini, hərəkətlərini, rəsmi şəxslərin açıqlamalarını Bakıya dost olmayan bir ölkənin düşmən mövqeyi kimi dəyərləndirir:
“İran öz silahları, çoxsaylı ordusu və zorbalığı ilə qürurlanır. Azərbaycan isə öz torpağı, Vətəni və namusu uğrunda can verməyə və can almağa qadir xalqına, qəhrəman əsgərinə, dar gündə yanımızda olan dostlarına güvənir. AXP-nin ümumi konseptual baxımdan mövqeyi bundan ibarətdir.
Prinsip etibarı ilə İranın düşmənçilik hərəkətlərinə qarşı Azərbaycan dövlətinin və xalqının etirazını, hiddət və qəzəbini bölüşürük.
Bu məsələdə hamımız birlikdəyik. Bununla yanaşı, Türkiyə və Azərbaycan rəhbərliyi tərəfindən irəli sürülmüş “Altılıq platforması” ideyasının da reallaşmasının tərəfdarıyıq. Nə qədər ki gec deyil, İran öz düşmənçilik hərəkətlərindən əl çəkməlidir. Çünki bu, çox yanlış strategiyadır. ABŞ və İsrailin bitirə bilmədiyi İranı, Tehranın bizə qarşı fəaliyyəti və Azərbaycana düşmənçiliyi bitirə bilər”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İran razılıq verib... - Vens belə deyir...
Bu gün, 07:00 |
|
|
|
| • Almaniyanın Köniqsberqi geri qaytarmaq planları - GƏLİŞMƏ
Bu gün, 06:55 |
|
|
|
| • SOCAR-da Babək Hüseynov QUYUSU: Dövlətə belə ziyan vurulur... - İLGİNC FAKTLAR
Bu gün, 06:51 |
|
|
|
| • Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:40 |
|
|
|
| • Allahın turisti də QAPIMIZI DÖYMÜR... - AXI NİYƏ?..
Bu gün, 06:36 |
|
|
|
| • Bank kartının bloka düşməsini istəmirsənsə... - AKTUAL
Bu gün, 06:30 |
|
|
|
| • Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... - dönə bilmək üçün isə...
Bu gün, 06:25 |
|
|
|
| • Nazirlik də kadrı xaricdən axtarır... - TƏHSİLİN BAŞINI BURAXAQ...
Bu gün, 06:04 |
|
|
|
| • NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... - ÇÜNKİ...
Bu gün, 05:52 |
|
|
|
| • "Əfsələddin Buğayevdən şikayət etsəm də..." - MÜRACİƏT
Bu gün, 05:46 |
|
|
|
| • Xeyir-şər evlərinin də qazını kəsirlər... - GİLEY
Bu gün, 05:28 |
|
|
|
| • Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? - TƏKLİF...
Bu gün, 05:12 |
|
|
|
| • “Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi - DETALLAR
Bu gün, 05:00 |
|
|
|
| • Paşinyana qarşı iki cəbhədən HÜCUM - GƏLİŞMƏ
Bu gün, 04:57 |
|
|
|
| • “Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” - partiya sədri
Bu gün, 04:55 |
|
|
|
| • Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:53 |
|
|
|
| • Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 04:50 |
|
|
|
| • "General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var - FOTO
Bu gün, 04:47 |
|
|
|
| • "Ayna son zamanlar məni çox kövrəldir..."
Bu gün, 04:43 |
|
|
|
| • Erməni analitik erməni xəstəliyinə qarşı... - "Siz bu psixologiya ilə güclü dövlət qurmaq istəyirsiniz?"
Bu gün, 04:40 |
|
|
|
| • “Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər - KİV
Bu gün, 04:37 |
|
|
|
| • İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək
Dünən, 18:00 |
|
|
|
| • İranın “neft hücumu” başladı – Azərbaycanın gəlirləri RİSK ALTINDA?
Dünən, 17:58 |
|
|
|
| • “Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” - Tural Abbaslı
Dünən, 17:53 |
|
|
|
| • Qarabağın əski parçası Ermənistanda yığışdırılır - KİV
Dünən, 17:45 |
|
|
|
| • Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır - MƏQALƏ
Dünən, 17:43 |
|
|
|
| • Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri - İsrafil Kərimovun yazısı
Dünən, 17:41 |
|
|
|
| • Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... - Kəmalə Ağazadədən ilginc açıqlama
Dünən, 17:39 |
|
|
|
| • Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir - Zaxarova
Dünən, 17:30 |
|
|
|
| • İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi - ƏMR
Dünən, 17:27 |
|
|
|
| • Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR... - SOCAR Təhlükəsizlik idarəsinin iştirakı ilə...
Dünən, 17:12 |
|
|
|
| • Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir - DETALLAR
Dünən, 16:55 |
|
|
|
| • Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? – İki istehsalçının “yumurta savaşı”
Dünən, 16:53 |
|
|
|
| • Azərbaycan təhsili iki yol arasında qalıb: - Hansını seçsin?
Dünən, 16:38 |
|
|
|
| • Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır - Natiq Cəfərli
Dünən, 16:34 |
|
|
|
| • Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı məhkəmə istintaqı yenilənib
Dünən, 16:32 |
|
|
|
| • Bakıda 330 kilo çəkisi olan kişi evdən belə çıxarıldı - ŞOK VİDEO
Dünən, 16:28 |
|
|
|
| • Ümidsizliyə qapılan XANƏNDƏ: - “Yeni nazirdən gözləntilərim çoxdur”
Dünən, 16:25 |
|
|
|
| • 19 yaşlı qız 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Dünən, 16:23 |
|
|
|
| • Qadağa artdıqca, qiymət bahalaşır: - Azərbaycanda maşın bazarı “ölüb”
Dünən, 16:20 |
|
|
|
| • “Azərbaycan məktəbi XXI əsrin insanını hazırlaya bilmir… - DİM-in son hesabatı bunu deyir…”
Dünən, 16:04 |
|
|
|
| • Paytaxtda tut ağaclarını qurd basıb, təcili müdaxilə tələb edilir - SOS
Dünən, 15:54 |
|
|
|
| • “Paşinyanı Bakıya dəvət etməyəcəklər, çağıracaqlar” - Koçaryan
Dünən, 15:51 |
|
|
|
| • Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir – Əvvəl Xınalıqda, indi də Lahıcda
Dünən, 15:43 |
|
|
|
| • Onların “Qarabağ”dan ayrıldığı rəsmiləşdi - ADLAR
Dünən, 15:40 |
|
|
|
| • Vətəndaşlar məhərrəmlik məclislərindəki səs-küydən narazıdırlar -İLAHİYYATÇI MÖVQE BİLDİRDİ
Dünən, 15:34 |
|
|
|
| • Məşhur meyvə-tərəvəz istehsalçısının borcu 1 milyonu keçdi
Dünən, 15:28 |
|
|
|
| • Pakistan vətəndaşı Azərbaycanda – YENİ ŞİRKƏT YARADIB
Dünən, 15:27 |
|
|
|
| • SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi İMZALAYACAQ
Dünən, 15:20 |
|
|
|
| • ADNSU “Məzun günü” keçirmək üçün Əliağa Kürçaylının şirkətinə 83 min manat ödəyəcək - DETALLAR
Dünən, 15:14 |
|
|
|
|