İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək .....                     İran razılıq verib... .....                     Almaniyanın Köniqsberqi geri qaytarmaq planları .....                     SOCAR-da Babək Hüseynov QUYUSU: Dövlətə belə ziyan vurulur... .....                     Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... .....                     Allahın turisti də QAPIMIZI DÖYMÜR... .....                     Bank kartının bloka düşməsini istəmirsənsə... .....                     Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... .....                     Nazirlik də kadrı xaricdən axtarır... .....                     NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... .....                     "Əfsələddin Buğayevdən şikayət etsəm də..." .....                     Xeyir-şər evlərinin də qazını kəsirlər... .....                     Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? .....                     “Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi .....                     Paşinyana qarşı iki cəbhədən HÜCUM .....                     “Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” .....                     Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? .....                     Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi .....                     "General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var .....                     "Ayna son zamanlar məni çox kövrəldir..." .....                     Erməni analitik erməni xəstəliyinə qarşı... .....                     “Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər .....                     İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək .....                     İranın “neft hücumu” başladı .....                     “Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” .....                     Qarabağın əski parçası Ermənistanda yığışdırılır .....                     Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır .....                     Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri .....                     Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... .....                     Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir .....                     İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi .....                     Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR... .....                     Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir .....                     Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? .....                     Azərbaycan təhsili iki yol arasında qalıb: .....                     Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır .....                     Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı .....                     Bakıda 330 kilo çəkisi olan kişi evdən belə çıxarıldı .....                     Ümidsizliyə qapılan XANƏNDƏ: .....                     19 yaşlı qız 3-cü mərtəbədən yıxıldı .....                 

"Qoşulmama Hərəkatı bizim üçün vacibdir" - deputat
Tarix: 12-10-2021, 09:16 | Çap et
"Qoşulmama Hərəkatı bizim üçün vacibdir"
Dünən Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı keçirilib. İclasın rəsmi hissəsinə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev sədrlik edib. Dövlət başçısı tədbirdə videoformatda geniş nitq söyləyib və mühüm məqamlara toxunub. Ölkə rəhbəri ilk olaraq vurğulayıb ki, 1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynayıb:

“BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik. Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi”.

Prezident Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləməsini yüksək qiymətləndirib. Bildirib ki, Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin Azərbaycana verdiyi dəstək olduqca dəyərlidir: “Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər”. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır: “Bir həftə bundan əvvəl Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirdi. Mən təklif edirəm ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər. Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcək”.

Ölkə rəhbəri bəyan edib ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi üçün ciddi çalışacaq. Habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcək.

2019-cu ildə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyə başlamasından sonra dünyanın ikinci ən böyük təşkilatında ciddi canlanma baş verib. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə müfəssəl və ambisiyalı qlobal fəaliyyət planı hazırlaması, COVİD-19 pandemiyası ilə bağlı cəld və adekvat reaksiya verilməsi, pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində atılan addımlar Azərbaycan rəhbərliyinin uğuru kimi səciyyələndirilir. Pandemiya ilə bağlı Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına yarısı Qoşulmama Hərəkatının üzvü olan dövlətlər üçün nəzərdə tutulan 10 milyon dollar həcmində könüllü maliyyə töhfə verməsi, ölkə başçısının beynəlxalq kürsülərdə “peyvənd milliyyətçiliyi” mövzusunu qabartması və dünyada vaksinləşmənin qeyri-proporsional şəkildə paylanmasını aktuallaşdırması vacib məqamlardan sadəcə bir neçəsidir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığını “Şərq”ə dəyərləndirən Milli Məclisin üzvü Ceyhun Məmmədov deyib ki, öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq, erməni cinayətlərini daha geniş auditoriyaya çıxartmaq üçün beynəlxalq platformalardan istifadə mütləqdir. Deputat vurğulayıb ki, qlobal platformalar Azərbaycanın mövqeyinin güclənməsində, nüfuzunun artmasında öz mühüm rolunu oynayır:

“Vətən müharibəsi zamanı Azərbaycana qarşı qətnamə qəbul etmək istərkən ilk reaksiya verən və buna qarşı çıxan ölkələr məhz Qoşulmama Hərəkatının üzvləri oldu. Qətnaməyə qarşı çıxış etdilər və bunun yolverilməz olduğunu söylədilər. Hesab edirəm ki, Azərbaycanın sözügedən qlobal platformada təmsilçiliyi tamamilə doğru qərardır. Ölkəmiz qurumdakı missiyasını uğurla həyata keçirir, təşkilatın işinə önəmli töhfələr verir. Qoşulmama Hərəkatı da bizim üçün vacibdir.

O səbəbdən əməkdaşlığımızı daha da gücləndirməliyik. Çoxlu sayda dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatı Azərbaycanın dünyada nüfuzunun artmasına və mövqeyimizin güclənməsinə mühüm töhfə verib və bundan sonra da verəcək. Sədrlik etdiyimiz beynəlxalq platformanın bütün imkanlarından səmərəli istifadə edərək Azərbaycan həqiqətlərinin təbliğatını gücləndirməli, erməni yalanlarını ifşa etməliyik. Fikrimcə, Qoşulmama Hərəkatı ilə bağlı subyektiv yanaşmalara fikir vermək lazım deyil.

Görülən işlər, atılan addımlar və əldə olunan nəticələr göz önündədir. Platforma uğurludur və Prezident İlham Əliyevin hərtərəfli çıxışları böyük əhəmiyyət kəsb edir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək
Bu gün, 07:20
İran razılıq verib... - Vens belə deyir...
Bu gün, 07:00
Almaniyanın Köniqsberqi geri qaytarmaq planları - GƏLİŞMƏ
Bu gün, 06:55
SOCAR-da Babək Hüseynov QUYUSU: Dövlətə belə ziyan vurulur... - İLGİNC FAKTLAR
Bu gün, 06:51
Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:40
Allahın turisti də QAPIMIZI DÖYMÜR... - AXI NİYƏ?..
Bu gün, 06:36
Bank kartının bloka düşməsini istəmirsənsə... - AKTUAL
Bu gün, 06:30
Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... - dönə bilmək üçün isə...
Bu gün, 06:25
Nazirlik də kadrı xaricdən axtarır... - TƏHSİLİN BAŞINI BURAXAQ...
Bu gün, 06:04
NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... - ÇÜNKİ...
Bu gün, 05:52
"Əfsələddin Buğayevdən şikayət etsəm də..." - MÜRACİƏT
Bu gün, 05:46
Xeyir-şər evlərinin də qazını kəsirlər... - GİLEY
Bu gün, 05:28
Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? - TƏKLİF...
Bu gün, 05:12
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi - DETALLAR
Bu gün, 05:00
Paşinyana qarşı iki cəbhədən HÜCUM - GƏLİŞMƏ
Bu gün, 04:57
“Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” - partiya sədri
Bu gün, 04:55
Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:53
Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 04:50
"General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var - FOTO
Bu gün, 04:47
"Ayna son zamanlar məni çox kövrəldir..."
Bu gün, 04:43
Erməni analitik erməni xəstəliyinə qarşı... - "Siz bu psixologiya ilə güclü dövlət qurmaq istəyirsiniz?"
Bu gün, 04:40
“Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər - KİV
Bu gün, 04:37
İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək
Dünən, 18:00
İranın “neft hücumu” başladı – Azərbaycanın gəlirləri RİSK ALTINDA?
Dünən, 17:58
“Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” - Tural Abbaslı
Dünən, 17:53
Qarabağın əski parçası Ermənistanda yığışdırılır - KİV
Dünən, 17:45
Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır - MƏQALƏ
Dünən, 17:43
Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri - İsrafil Kərimovun yazısı
Dünən, 17:41
Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... - Kəmalə Ağazadədən ilginc açıqlama
Dünən, 17:39
Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir - Zaxarova
Dünən, 17:30
İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi - ƏMR
Dünən, 17:27
Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR... - SOCAR Təhlükəsizlik idarəsinin iştirakı ilə...
Dünən, 17:12
Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir - DETALLAR
Dünən, 16:55
Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? – İki istehsalçının “yumurta savaşı”
Dünən, 16:53
Azərbaycan təhsili iki yol arasında qalıb: - Hansını seçsin?
Dünən, 16:38
Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır - Natiq Cəfərli
Dünən, 16:34
Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı məhkəmə istintaqı yenilənib
Dünən, 16:32
Bakıda 330 kilo çəkisi olan kişi evdən belə çıxarıldı - ŞOK VİDEO
Dünən, 16:28
Ümidsizliyə qapılan XANƏNDƏ: - “Yeni nazirdən gözləntilərim çoxdur”
Dünən, 16:25
19 yaşlı qız 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Dünən, 16:23
Qadağa artdıqca, qiymət bahalaşır: - Azərbaycanda maşın bazarı “ölüb”
Dünən, 16:20
“Azərbaycan məktəbi XXI əsrin insanını hazırlaya bilmir… - DİM-in son hesabatı bunu deyir…”
Dünən, 16:04
Paytaxtda tut ağaclarını qurd basıb, təcili müdaxilə tələb edilir - SOS
Dünən, 15:54
“Paşinyanı Bakıya dəvət etməyəcəklər, çağıracaqlar” - Koçaryan
Dünən, 15:51
Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir – Əvvəl Xınalıqda, indi də Lahıcda
Dünən, 15:43
Onların “Qarabağ”dan ayrıldığı rəsmiləşdi - ADLAR
Dünən, 15:40
Vətəndaşlar məhərrəmlik məclislərindəki səs-küydən narazıdırlar -İLAHİYYATÇI MÖVQE BİLDİRDİ
Dünən, 15:34
Məşhur meyvə-tərəvəz istehsalçısının borcu 1 milyonu keçdi
Dünən, 15:28
Pakistan vətəndaşı Azərbaycanda – YENİ ŞİRKƏT YARADIB
Dünən, 15:27
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi İMZALAYACAQ
Dünən, 15:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru