Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür .....                     İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək .....                     İran razılıq verib... .....                     Almaniyanın Köniqsberqi geri qaytarmaq planları .....                     SOCAR-da Babək Hüseynov QUYUSU: Dövlətə belə ziyan vurulur... .....                     Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... .....                     Allahın turisti də QAPIMIZI DÖYMÜR... .....                     Bank kartının bloka düşməsini istəmirsənsə... .....                     Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... .....                     Nazirlik də kadrı xaricdən axtarır... .....                     NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... .....                     "Əfsələddin Buğayevdən şikayət etsəm də..." .....                     Xeyir-şər evlərinin də qazını kəsirlər... .....                     Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? .....                     “Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi .....                     Paşinyana qarşı iki cəbhədən HÜCUM .....                     “Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” .....                     Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? .....                     Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi .....                     "General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var .....                     "Ayna son zamanlar məni çox kövrəldir..." .....                     Erməni analitik erməni xəstəliyinə qarşı... .....                     “Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər .....                     İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək .....                     İranın “neft hücumu” başladı .....                     “Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” .....                     Qarabağın əski parçası Ermənistanda yığışdırılır .....                     Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır .....                     Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri .....                     Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... .....                     Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir .....                     İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi .....                     Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR... .....                     Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir .....                     Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? .....                     Azərbaycan təhsili iki yol arasında qalıb: .....                     Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır .....                     Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı .....                     Bakıda 330 kilo çəkisi olan kişi evdən belə çıxarıldı .....                     Ümidsizliyə qapılan XANƏNDƏ: .....                 

“Türkmənçay müqaviləsi bizim yeni bir başlanğıcımızdır və bu tarixə baxış dəyişməlidir” - deputat
Tarix: 5-10-2021, 08:48 | Çap et
“Türkmənçay müqaviləsi bizim yeni bir başlanğıcımızdır və bu tarixə baxış dəyişməlidir”
Son vaxtlar belə iddialar səslənir ki, 19-cu əsrdə Azərbaycanın şimalının Rusiyanın nəzarətində olması bizi cəhalətdən, gerilikdən qurtarıb. Məlum olduğu kimi, 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya-İran arasında bağlanan müqaviləyə əsasən Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İran Azərbaycanın İrəvan, Naxçıvan, Talış xanlığının özlərində qalmış hissəsinin Rus imperiyasının ərazisi olduğunu qəbul edib.

Rusiyaya keçən torpaqlar hazırkı Ermənistan ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinin bir hissəsini və indiki Türkiyə Cümhuriyyətinin ərazisi olan Iğdır bölgəsini əhatə edirdi. Xatırladaq ki, Rusiya tərəfindən işğal olunan ərazilər 1918-1920-ci illər istisna olunmaqla, bir də 1991-ci ildə müstəqil oldu.

Bəs Rusiya bizə nə verdi? Şimali Azərbaycan da İranın əsarətində olsaydı, İran bizə hansı aqibəti yaşadardı?

Mövzu ilə bağlı tarixçi Tofiq Mustafazadə “Yeni Müsavat”a danışıb:

“Təbii ki, Türkmənçay müqaviləsi bütövlükdə Azərbaycan üçün çox mənfi nəticəsi olan müqavilə idi. Yəni hər bir halda ölkənin, xalqın parçalanması birmənalı şəkildə çox pisdir. Biz yüz ildən çox Rus imperiyasının, daha sonra isə Sovetin əsarəti altında qaldıq. Lakin hər bir bəlanın müəyyən bir yaxşı tərəfi də olur. Belə ki, Şimali Azərbaycanın iqtisadi və mədəni inkişafı üçün onun Rusiyaya birləşdirilməsinin müsbət tərəfləri oldu. Məsələn, həmin dövrdən başlayaraq Azərbaycan Rusiya bazarına inteqrasiya olundu. O dövrdə Rusiya da Avropanın bazarına inteqrasiya olmuşdu. Beləliklə, bu da Azərbaycan sənayesinin inkişafına təkan verdi.

Cənubi Azərbaycanda isə biz bunu müşahidə etmirik. Çünki Cənubi Azərbaycanda, bütövlükdə İranda korporativ münasibətlər, bu istiqamətdə inkişaf getmirdi.

Daha bir məsələ, biz rus dili vasitəsilə dünya mədəniyyəti ilə tanış olduq. 19-ci əsrin ikinci yarısı Azərbaycan mədəniyyətinin intibah dövrüdür. Təsəvvür edin, həmin vaxt nə qədər dahilərimiz yetişdi. Milli məfkurə də məhz Şimali Azərbaycanda yaranıb. Rusiyada gedən ictimai-siyasi proseslər istər-istəməz tərkib hissəsi olduğu Azərbaycana da təsir edirdi.

Həmin dövrdə isə Cənubi Azərbaycanda yalnız dini təhsil var idi. Lakin Şimali Azərbaycanda dünyəvi təhsil başlamışdı, rus-tatar məktəbləri, daha sonra gimnaziyalar açılırdı. Rus dili vasitəsilə ziyalılarımız xarici ədəbiyyatdan tərcümələr edirdi. Elə indi də ziyalılarımız dünya mədəniyyəti ilə ya rus, ya da ingilis dili ilə tanış olur. Yəni bizim dildə tərcümələr az idi. Beləliklə, ziyalılarımız rus dili vasitəsilə dünya mədəniyyətini öyrənib, öz millətinə müəyyən qədər də töhfələrini verirdilər".

Millət vəkili Fazil Mustafa da qeyd edib ki, Şimali Azərbaycanın məhz Rusiyanın tərkibində qalmasının bir çox müsbət tərəfləri olub:

“Belə bir fikir var idi ki, ”SSRİ dağılanda və müstəqil Azərbaycan qurulanda biz 20 faiz torpağımızı itirdik". Lakin başqa bir fikir də söyləyirdilər, “heç olmasa 80 faiz torpağımızı götürüb müstəqil ola bildik”. Şükürlər olsun ki, işğalda olan torpaqlarımızı azad edə bildik. Yəni bəzən insanlar mexaniki yaddaşla, baxışla itirdiklərini qazanc olaraq görməkdən özlərini məhrum edirlər.

Türkmənçay müqaviləsi Azərbaycanın yenidən modern cəmiyyətə vəsiqə aldığı bir tarixdir. Yəni bu tarixə “parçalanma”, “ayrılma”, “işğal” kimi yüz ad verə bilərik. Lakin bu tarixin əsl mahiyyəti ondan ibarətdir ki, xalqın müəyyən bir hissəsi dini cəhalətin, bataqlığın içərisindən qurtularaq yeni dünyaya açılış üçün vəsiqə qazandı. Təsəvvür edin, it boğuşduran, xoruz döyüşdürən, uşaq vaxtından xəncəri götürüb başını yaran, dini mərasimlərdə ağlayan, sızlayan, mədrəsələrin qaranlığında çökmüş, heç bir idealı olmayan, idealı ancaq kiminsə düşüncəsini mühakimə etmək olan və hər hansı bir şəkildə kitab, çap mədəniyyəti olmayan, sadəcə, şifahi xalq yaradıcılığı ilə dilini qoruyub saxlamış bir xalqın, cəmiyyətin birdən-birə modern məktəbə açılışı üçün bir fürsət yarandı. Belə ki, 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsindən 2 il sonra, 1830-cu ildə Şuşada ilk rus məktəbi açıldı. Ardınca bu cür məktəblər Gəncədə və digər yerlərdə açılmağa başladı. Yəni ilk öncə bu məktəblərin fərqindən başlamaq lazımdır.

Türkmənçay müqaviləsindən sonra başlanan dövrdə Mirzə Fətəli Axundov kimi Azərbaycan milli düşüncəsinin, əlifbasının, modern fikrinin əsasını qoyan bir şəxsiyyət yetişib. Hətta indiki dindar mühitdə belə onu öldürərdilər. Həmin dövrdə isə onun çiynində rus polkovnikinin, məmurunun rütbəsi, poqonu olmasaydı onu elə o dövrün Azərbaycan insanı öldürərdi. Sabiri, Seyid Əzimi elə o cür insanlar çərlədib öldürdülər. Onları erməni və yaxud rus, gürcü öldürməyib ki.

O dövrün qoçuları mədəniyyətin, təhsilin inkişafına mane olurdu. Niyə mədəniyyət Bakıda deyil, Tiflisdə inkişaf etməyə başlamışdı? Çünki Bakıda ziyalıları öldürür, döyürdülər. Niyə Əhməd Ağaoğlu ilə Əli bəy Hüseynzadə çıxıb getdilər? Onları rus hökuməti öldürmürdü ki. Hətta düşünürdü ki, 5 ziyalı ilə xalqın mədəni dünya ilə uzlaşmasını təmin edə bilsinlər. Lakin belə bir vəziyyətdə hamısı çıxıb getdi. Əhməd bəy Ağaoğlunu hədələyən elə öz qoçularımız, özümüzün cahilləri idi. “Molla Nəsrəddin”i, Mirzə Cəlili də hədələyən onlar idi.

1828-ci ildən 1918-ci ilə qədər 90 il zaman ötür. Necə oldu ki, birdən-birə 90 ilə bu xalq fərqli bir xalq oldu? 1800-cü illərin əvvəlində olan xalq fərqli bir dövlət quracaq xalqa, millətə çevrildi. Böyük repressiyaları, çətinlikləri öz yerində, lakin Sovet dövründən də müəyyən dərəcədə müsbət mənada bəlli bir miras qazandıq. Xüsusən də kadr bazası, düşüncəli savadlı insanların ortaya çıxması, cəmiyyətin kütləvi şəkildə savadsızlıqdan xilas olması kimi amilləri unutmamalıyıq.

Həmin vaxt isə Güneydə fərqli vəziyyət formalaşmışdı.

Məsələn, Güneydə formalaşan Səttarxan üzünü tutmuşdu Nəcəfə və ruhanilərin Nəcəfə verdiyi tapşırıqları yerinə yetirirdi. Həmçinin 20-ci ildə yetişən Xiyabani də Qumdan nə tapşırıq gəlirdisə, onu yerinə yetirirdi. Yəni təfəkkürün fərqini görmək lazımdır. Topçubaşovları, rəsulzadələri, ziyadxanovları yetişdirən mühiti məhz Türkmənçay müqaviləsindən sonra qazandıq.

Əlbəttə ki, mən Azərbaycanın işğal edilməsinə haqq qazandırmaq naminə bu fikirləri demirəm. Lakin bir prosesin, xalqın taleyində oynadığı müsbət rolu kənara qoymaq olmaz. Güney Azərbaycanda 35-40 milyon azərbaycanlı yaşayır. Amma orada kimlər yetişib? Bəlkə də orada bizdən də ağıllı yüzlərlə insan var. Amma onlar hansı mühitdə yetişir? Yetişəni də boğub öldürdülər. Məsələn, Sabirə “babı” deyirdilər. Sabir Güney Azərbaycanda olsaydı, heç 35 yaş da yaşaya bilməzdi. Yəni həmin mühit onu yaşamağa qoymayacaqdı. Və yaxud Mirzə Cəlil Güneydə yalnız 1 il çalışa bildi. Lakin sonra dedilər ki, “öldürülməmək üçün çıx gəl Quzeyə, bir az kommunist rejimi ilə uzlaş və yaşa, yarat”. Sizcə, Axundov Güney Azərbaycanda ola bilərdimi?

Ona görə də bir daha qeyd edirəm ki, Türkmənçay müqaviləsi bizim yeni bir başlanğıcımızdır və bu tarixə baxış dəyişməlidir. Biz tarixdən həm də yaxşı mənada faydalanmalıyıq, özümüz üçün araşdırmalıyıq ki, nəyi əldə etdik, nəyi itirdik, istifadə edə bilmədik. Məsələn, hərbidən istifadə edə bilmədik. Və yaxud təhsilə çox önəm versəydik, rüşvəti universitetlərə buraxmasaydıq, müstəqillik dövründə bizim qarşımızda heç kəs dayana bilməzdi. Lakin universitetlərə oradan-buradan professorları, akademikləri doldurdular. Nəticədə bu gün də cəmiyyətin problemlərini çözə biləcək təfəkkürə malik adamlar tapanda sevinirik. Problem budur".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür - İNCƏLƏMƏ
Bu gün, 07:23
İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək
Bu gün, 07:20
İran razılıq verib... - Vens belə deyir...
Bu gün, 07:00
Almaniyanın Köniqsberqi geri qaytarmaq planları - GƏLİŞMƏ
Bu gün, 06:55
SOCAR-da Babək Hüseynov QUYUSU: Dövlətə belə ziyan vurulur... - İLGİNC FAKTLAR
Bu gün, 06:51
Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:40
Allahın turisti də QAPIMIZI DÖYMÜR... - AXI NİYƏ?..
Bu gün, 06:36
Bank kartının bloka düşməsini istəmirsənsə... - AKTUAL
Bu gün, 06:30
Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... - dönə bilmək üçün isə...
Bu gün, 06:25
Nazirlik də kadrı xaricdən axtarır... - TƏHSİLİN BAŞINI BURAXAQ...
Bu gün, 06:04
NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... - ÇÜNKİ...
Bu gün, 05:52
"Əfsələddin Buğayevdən şikayət etsəm də..." - MÜRACİƏT
Bu gün, 05:46
Xeyir-şər evlərinin də qazını kəsirlər... - GİLEY
Bu gün, 05:28
Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? - TƏKLİF...
Bu gün, 05:12
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi - DETALLAR
Bu gün, 05:00
Paşinyana qarşı iki cəbhədən HÜCUM - GƏLİŞMƏ
Bu gün, 04:57
“Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” - partiya sədri
Bu gün, 04:55
Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:53
Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 04:50
"General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var - FOTO
Bu gün, 04:47
"Ayna son zamanlar məni çox kövrəldir..."
Bu gün, 04:43
Erməni analitik erməni xəstəliyinə qarşı... - "Siz bu psixologiya ilə güclü dövlət qurmaq istəyirsiniz?"
Bu gün, 04:40
“Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər - KİV
Bu gün, 04:37
İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək
Dünən, 18:00
İranın “neft hücumu” başladı – Azərbaycanın gəlirləri RİSK ALTINDA?
Dünən, 17:58
“Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” - Tural Abbaslı
Dünən, 17:53
Qarabağın əski parçası Ermənistanda yığışdırılır - KİV
Dünən, 17:45
Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır - MƏQALƏ
Dünən, 17:43
Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri - İsrafil Kərimovun yazısı
Dünən, 17:41
Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... - Kəmalə Ağazadədən ilginc açıqlama
Dünən, 17:39
Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir - Zaxarova
Dünən, 17:30
İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi - ƏMR
Dünən, 17:27
Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR... - SOCAR Təhlükəsizlik idarəsinin iştirakı ilə...
Dünən, 17:12
Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir - DETALLAR
Dünən, 16:55
Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? – İki istehsalçının “yumurta savaşı”
Dünən, 16:53
Azərbaycan təhsili iki yol arasında qalıb: - Hansını seçsin?
Dünən, 16:38
Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır - Natiq Cəfərli
Dünən, 16:34
Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı məhkəmə istintaqı yenilənib
Dünən, 16:32
Bakıda 330 kilo çəkisi olan kişi evdən belə çıxarıldı - ŞOK VİDEO
Dünən, 16:28
Ümidsizliyə qapılan XANƏNDƏ: - “Yeni nazirdən gözləntilərim çoxdur”
Dünən, 16:25
19 yaşlı qız 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Dünən, 16:23
Qadağa artdıqca, qiymət bahalaşır: - Azərbaycanda maşın bazarı “ölüb”
Dünən, 16:20
“Azərbaycan məktəbi XXI əsrin insanını hazırlaya bilmir… - DİM-in son hesabatı bunu deyir…”
Dünən, 16:04
Paytaxtda tut ağaclarını qurd basıb, təcili müdaxilə tələb edilir - SOS
Dünən, 15:54
“Paşinyanı Bakıya dəvət etməyəcəklər, çağıracaqlar” - Koçaryan
Dünən, 15:51
Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir – Əvvəl Xınalıqda, indi də Lahıcda
Dünən, 15:43
Onların “Qarabağ”dan ayrıldığı rəsmiləşdi - ADLAR
Dünən, 15:40
Vətəndaşlar məhərrəmlik məclislərindəki səs-küydən narazıdırlar -İLAHİYYATÇI MÖVQE BİLDİRDİ
Dünən, 15:34
Məşhur meyvə-tərəvəz istehsalçısının borcu 1 milyonu keçdi
Dünən, 15:28
Pakistan vətəndaşı Azərbaycanda – YENİ ŞİRKƏT YARADIB
Dünən, 15:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru