İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən .....                     Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb .....                     Burda başdan-ayağa qanunsuzluqdur... .....                     "Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR .....                     Oxuyub-yazmağı bacarmayan 6 şagird .....                     Yaponiya və ABŞ maliyyə nazirləri yenin kəskin ucuzlaşması fonunda danışıqlar aparıblar .....                     Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... .....                     75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? .....                     Elm və Təhsil Nazirliyi QAYÇILAMA ərəfəsində... .....                     "Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" .....                     Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib .....                     "Kinos Co" MMC-nin dövlətə 400 min manatdan çox vergi borcu var .....                     Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür .....                     İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək .....                     İran razılıq verib... .....                     Almaniyanın Köniqsberqi geri qaytarmaq planları .....                     SOCAR-da Babək Hüseynov QUYUSU: Dövlətə belə ziyan vurulur... .....                     Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... .....                     Allahın turisti də QAPIMIZI DÖYMÜR... .....                     Bank kartının bloka düşməsini istəmirsənsə... .....                     Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... .....                     Nazirlik də kadrı xaricdən axtarır... .....                     NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... .....                     "Əfsələddin Buğayevdən şikayət etsəm də..." .....                     Xeyir-şər evlərinin də qazını kəsirlər... .....                     Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? .....                     “Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi .....                     Paşinyana qarşı iki cəbhədən HÜCUM .....                     “Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” .....                     Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? .....                     Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi .....                     "General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var .....                     "Ayna son zamanlar məni çox kövrəldir..." .....                     Erməni analitik erməni xəstəliyinə qarşı... .....                     “Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər .....                     İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək .....                     İranın “neft hücumu” başladı .....                     “Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” .....                     Qarabağın əski parçası Ermənistanda yığışdırılır .....                     Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır .....                 

"Bu, nəticə etibarilə bizim mövqelərimizi gücləndirdi" - deputat
Tarix: 28-09-2021, 08:22 | Çap et
"Bu, nəticə etibarilə bizim mövqelərimizi gücləndirdi"
İkinci Qarabağ müharibəsində Azərbaycanın uğurlarından biri də qardaş Türkiyədən ən yüksək səviyyədə siyasi, mənəvi dəstək alması, ən böyük qonşumuz Rusiyanın isə neytrallığının xeyli dərəcədə təmin edilməsi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin uzun illər qonşu Rusiya ilə münasibətlərin inkişafında maraqlı olan strategiyanı həyata keçirməsi, qardaş Türkiyə ilə Rusiya arasında münasibətlərin soyuq fazadan çıxaraq əməkdaşlıq münasibətləri səviyyəsinə gəlməsi üçün etdiyi cəhdlər ikinci Qarabağ savaşında öz nəticəsini verdi. Birinci Qarabağ müharibəsində heç zaman mümkün olmayan Rusiya-Türkiyə tandemi ikinci Qarabağ savaşında meydana gəldi və amil də Azərbaycanın əlavə avantajı idi.

Rusiya prezidenti Vladimir Putinin müharibənin ilk günlərindən Ermənistanı məyus edən mövqe ortaya qoyması - “Müharibə Azərbaycan ərazisində gedir” bəyanatını verməsi sıradan bir hadisə deyildi. Bu, Azərbaycan Prezidentinin uzun müddətdən bəri apardığı diplomatik işin meydana gətirdiyi uğurlarımızdan idi. İlham Əliyev bütün provokasiyalara, çağırışlara, tənqidlərə baxmayaraq, Rusiya ilə münasibətləri yüksək tutdu. Putinlə yaxınlaşdı, dostlaşdı. Azərbaycan müxalifətinin bir qismi açıq şəkildə deyirdi ki, Rusiya ilə dalaşmaq, düşmən olmaq lazımdır. Hələ 2008-ci ilin avqustunda Gürcüstan böhranında Azərbaycan müxalifəti açıq şəkildə təklif edirdi ki, Rusiyaya qarşı savaşa başlasın. 1992-93-cü illərin acı təcrübəsindən dərs çıxarmayanlar Rusiya amilini nədənsə nəzərə almaq istəmirdilər. Zaman onların hesablarının yanlış olduğunu göstərdi və Prezident İlham Əliyevin Rusiya ilə münasibət sisteminin doğru olduğunu isbatladı.

Bütün narazılıqlara, narahatlıqlara, etirazlara rəğmən, biz bu savaşda Rusiyanın dəstəyini gördük. Putinin məlum duruşu, yanaşması olmasaydı, qələbəmizin əldə edilməsi xeyli çətinləşərdi.

Milli Məclisin deputatı Elman Nəsirov bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, müharibədə qələbənin əldə olunmasının şərtlərindən biri regionun iri dövlətlərinin ya dəstəyini əldə etmək, ya da ən azından neytral qalmalarını təmin etməkdir. Bu mənada Azərbaycan ikinci Qarabağ savaşından öncədən bu şərti də demək olar ki, öz xeyrinə həll etməyi bacarmışdı. Qardaş Türkiyə ilə münasibətlər, Türkiyənin Qarabağ məsələsinə münasibəti bəlli idi. Qardaş ölkə birmənalı olaraq yanımızda olub. Mühüm şərtlərdən biri Rusiya faktoru idi ki, Azərbaycan Prezidentinin uzun müddətdən bəri ölkəmizin xarici siyasət xəttində Rusiya ilə münasibətləri prioritetlərdən biri olaraq görməsi bu faktorun da müharibə dövründə xeyli dərəcədə lehimizə çevrilməsi ilə nəticələndi: “Şübhəsiz ki, Azərbaycan Prezidentinin də dediyi kimi, bu müharibədə qələbəni Müzəffər ordumuz, xalqımızın birliyi, xalq-dövlət birliyi təmin edib. Eyni zamanda beynəlxalq birliyin münasibətinin, ətraf ölkələrin tutduğu mövqenin də kifayət qədər lehimizə reallaşdırılması da vacib amillərdən idi və Azərbaycan Prezidenti İlham Əliyev həm də böyük diplomatik bacarığı ilə bu amili də xeyrimizə həll etməyi bacarmışdı. Artıq dünya qələbəmizi qəbul edir və yaratdığımız reallıqları qəbul eləyir.

Prezident İlham Əliyev xalqa müraciətində də Türkiyənin Azərbaycana böyük siyasi, mənəvi dəstək verdiyinə xüsusi diqqət ayırdı. Türkiyə ilə Azərbaycan o dərəcədə bir-birinə bağlıdır ki, müharibənin ilk anındanca Türkiyə birmənalı şəkildə Azərbaycanın yanında olduğunu bəyan etdi. Bu, nəticə etibarilə bizim mövqelərimizi gücləndirdi".

Deputat vurğuladı ki, eyni zamanda cənab Prezidentin yeritdiyi uğurlu xarici siyasət nəticə etibarilə Ermənistanın hər zaman güvəndiyi, arxalandığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı içərisində hərbi müttəfiqi olan Rusiyanın mövqeyini xeyli dəyişdi. Cənab Prezidentin çox böyük diplomatik məharəti sayəsində Rusiya dövləti Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bu müharibəyə Ermənistan tərəfindən qoşulmadı. Rusiyanın maksimum neytrallığı təmin edildi: “Ermənistan cidd-cəhdlə çalışırdı ki, müharibənin mahiyyətini dəyişsin. Bizim yaşayış məntəqələrimizi, dinc insanları raket atəşinə məruz qoymalarında da məqsəd o idi ki, Azərbaycan Ermənistan ərazisinə mülki əhali yaşayan yerlərə adekvat zərbələr endirsin və bundan sonra Ermənistan KTMT-nin, Rusiyanın müharibəyə müdaxiləsini təmin eləsin. Ancaq həm Azərbaycan Ermənistanın ancaq hərbi obyektlərinə zərbələr endirdi, həm də Rusiya heç bir halda Ermənistanın çağırışlarına müsbət reaksiya vermədi. Hətta Ermənistan mətbuatı o zaman bu faktı qabardırdı ki, Nikol Paşinyanın gün ərzində saysız-hesabsız zənglərinə Vladimir Putin cavab vermir. Bu gün də Ermənistanın siyasi dairələri Rusiyadan, Putindən narazılıqlarını ifadə edirlər. Azərbaycan Prezidentinin uğurlu diplomatiyası Ermənistanın əl-qolunu bağladı. Rusiyanın nüfuzlu televiziya kanallarına verdiyi müsahibələrdə cənab İlham Əliyev Rusiya ictimaiyyətinin də mövqeyinə çox ciddi təsir edə bildi.

Bir sözlə, Azərbaycanın Rusiya ilə münasibətlərdə tutduğu əməkdaşlıq xətti öz bəhrəsini həm strateji əhəmiyyətli regional, beynəlxalq əhəmiyyətli iqtisadi, nəqliyyat layihələrində verir, həm də Vətən müharibəsi dövründə sözünü dedi".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən XƏBƏR VAR
Bu gün, 08:33
Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb
Bu gün, 08:31
Burda başdan-ayağa qanunsuzluqdur... - ETİRAZ VAR!
Bu gün, 08:29
"Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR - Vətəndaşın pulunu mənimsəyib?
Bu gün, 08:18
Oxuyub-yazmağı bacarmayan 6 şagird – Abbaszadə düzmü dedi?
Bu gün, 08:05
Yaponiya və ABŞ maliyyə nazirləri yenin kəskin ucuzlaşması fonunda danışıqlar aparıblar - KİV
Bu gün, 08:03
Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları
Bu gün, 08:01
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? - TƏFƏRRÜAT
Bu gün, 07:45
Elm və Təhsil Nazirliyi QAYÇILAMA ərəfəsində... - İDDİA
Bu gün, 07:41
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - MALƏSƏF...
Bu gün, 07:33
Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib - PANDEMİYA TƏHLÜKƏSİ?
Bu gün, 07:30
"Kinos Co" MMC-nin dövlətə 400 min manatdan çox vergi borcu var - Sahibi görün kimdir
Bu gün, 07:26
Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür - İNCƏLƏMƏ
Bu gün, 07:23
İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək
Bu gün, 07:20
İran razılıq verib... - Vens belə deyir...
Bu gün, 07:00
Almaniyanın Köniqsberqi geri qaytarmaq planları - GƏLİŞMƏ
Bu gün, 06:55
SOCAR-da Babək Hüseynov QUYUSU: Dövlətə belə ziyan vurulur... - İLGİNC FAKTLAR
Bu gün, 06:51
Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:40
Allahın turisti də QAPIMIZI DÖYMÜR... - AXI NİYƏ?..
Bu gün, 06:36
Bank kartının bloka düşməsini istəmirsənsə... - AKTUAL
Bu gün, 06:30
Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... - dönə bilmək üçün isə...
Bu gün, 06:25
Nazirlik də kadrı xaricdən axtarır... - TƏHSİLİN BAŞINI BURAXAQ...
Bu gün, 06:04
NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... - ÇÜNKİ...
Bu gün, 05:52
"Əfsələddin Buğayevdən şikayət etsəm də..." - MÜRACİƏT
Bu gün, 05:46
Xeyir-şər evlərinin də qazını kəsirlər... - GİLEY
Bu gün, 05:28
Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? - TƏKLİF...
Bu gün, 05:12
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi - DETALLAR
Bu gün, 05:00
Paşinyana qarşı iki cəbhədən HÜCUM - GƏLİŞMƏ
Bu gün, 04:57
“Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” - partiya sədri
Bu gün, 04:55
Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:53
Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 04:50
"General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var - FOTO
Bu gün, 04:47
"Ayna son zamanlar məni çox kövrəldir..."
Bu gün, 04:43
Erməni analitik erməni xəstəliyinə qarşı... - "Siz bu psixologiya ilə güclü dövlət qurmaq istəyirsiniz?"
Bu gün, 04:40
“Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər - KİV
Bu gün, 04:37
İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək
Dünən, 18:00
İranın “neft hücumu” başladı – Azərbaycanın gəlirləri RİSK ALTINDA?
Dünən, 17:58
“Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” - Tural Abbaslı
Dünən, 17:53
Qarabağın əski parçası Ermənistanda yığışdırılır - KİV
Dünən, 17:45
Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır - MƏQALƏ
Dünən, 17:43
Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri - İsrafil Kərimovun yazısı
Dünən, 17:41
Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... - Kəmalə Ağazadədən ilginc açıqlama
Dünən, 17:39
Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir - Zaxarova
Dünən, 17:30
İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi - ƏMR
Dünən, 17:27
Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR... - SOCAR Təhlükəsizlik idarəsinin iştirakı ilə...
Dünən, 17:12
Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir - DETALLAR
Dünən, 16:55
Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? – İki istehsalçının “yumurta savaşı”
Dünən, 16:53
Azərbaycan təhsili iki yol arasında qalıb: - Hansını seçsin?
Dünən, 16:38
Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır - Natiq Cəfərli
Dünən, 16:34
Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı məhkəmə istintaqı yenilənib
Dünən, 16:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru