Keçmiş icra başçısına yeni vəzifə verildi .....                     “Qaraqan qalib oldu, məni söyürdülər“ .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər .....                     “Badam” klinikasının direktoru istefa verdi .....                     Rusiya Belarusdan hücuma keçə bilərmi? .....                     21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir .....                     İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən .....                     Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb .....                     Burda başdan-ayağa qanunsuzluqdur... .....                     "Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR .....                     Oxuyub-yazmağı bacarmayan 6 şagird .....                     Yaponiya və ABŞ maliyyə nazirləri yenin kəskin ucuzlaşması fonunda danışıqlar aparıblar .....                     Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... .....                     75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? .....                     Elm və Təhsil Nazirliyi QAYÇILAMA ərəfəsində... .....                     "Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" .....                     Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib .....                     "Kinos Co" MMC-nin dövlətə 400 min manatdan çox vergi borcu var .....                     Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür .....                     İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək .....                     İran razılıq verib... .....                     Almaniyanın Köniqsberqi geri qaytarmaq planları .....                     SOCAR-da Babək Hüseynov QUYUSU: Dövlətə belə ziyan vurulur... .....                     Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... .....                     Allahın turisti də QAPIMIZI DÖYMÜR... .....                     Bank kartının bloka düşməsini istəmirsənsə... .....                     Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... .....                     Nazirlik də kadrı xaricdən axtarır... .....                     NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... .....                     "Əfsələddin Buğayevdən şikayət etsəm də..." .....                     Xeyir-şər evlərinin də qazını kəsirlər... .....                     Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? .....                     “Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi .....                     Paşinyana qarşı iki cəbhədən HÜCUM .....                     “Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” .....                     Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? .....                     Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi .....                     "General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var .....                     "Ayna son zamanlar məni çox kövrəldir..." .....                     Erməni analitik erməni xəstəliyinə qarşı... .....                 

"Sosial şəbəkələrin statusunu dəqiq müəyyən etməliyik" - deputat
Tarix: 22-09-2021, 08:08 | Çap et
"Sosial şəbəkələrin statusunu dəqiq müəyyən etməliyik"
Milli Məclisdə medianın və sosial şəbəkələrin mövcud durumu müzakirə olunacaq. Bu məsələ parlamentin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyası üçün iş planına daxil edilib. Qeyd edilib ki, sessiya müddətində Ombudsman və Medianın İnkişafı Agentliyinin iştirakı ilə ölkədə medianın, o cümlədən sosial şəbəkələrin mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə və dinləmələrin təşkili, diffamasiya ilə bağlı məsələlərin müzakirəsi həyata keçiriləcək. Eyni zamanda komitədə sessiya müddətində diffamasiya haqda qanunvericilik sahəsində dinləmələrin keçirilməsi də nəzərdə tutulub. Məlumat üçün bildirək ki, sosial şəbəkələrin tənzimlənməsi üçün dünyanın əksər ölkələrində çoxsaylı təkliflər irəli sürülüb, modellər təqdim edilib. Lakin modern dünya üçün uyğun olacaq vahid model formalaşmayıb.

Ayrı-ayrı ölkələrdə, xüsusilə Çin, İran və digərlərində tətbiq edilən modellər sosial şəbəkələrin tənzimlənməsindən daha çox, onların fəaliyyətlərinin məhdudlaşdırılmasına yönəlib. Bu da mütərəqqi dünya tərəfindən məqbul sayılmayıb. Tənzimləməni demokratik prinsiplər çərçivəsində ehtiva edən təşəbbüslər isə Almaniyadan gəlib. Amma “alman modelinin” özü də yarımçıq qalıb və sosial şəbəkələr üçün xarakterik olan problemləri tam əhatə etməyib. Struktur, yayım çevrəsi, məsuliyyət standartları barədə tam təsəvvür formalaşdırmayıb. Türkiyədə 2020-ci ildə qəbul edilən qanun daha əhatəli və mütərəqqi sayılır. Türk modeli sosial şəbəkələrin məhdudlaşdırılmasına deyil, standartların müəyyənləşdirilməsinə yönəlib. Lakin bu model də ideal hesab olunmur. Güman edilir ki, Azərbaycanda da yaxın dönəmdə dünya təcrübəsindən yararlanaraq, sosial şəbəkələrlə bağlı bütün məqamları əhatə edən yeni qanunvericilik təşəbbüsü ortaya çıxacaq.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc “Şərq”ə vurğulayıb ki, sosial şəbəkələr müasir informasiya kommunikasiyası dünyasında öncül yerdədir. Deputatın sözlərinə görə, feysbuk, tvitter və s. tipli platformalar yutubla müqayisədə bir qədər geri qalsa da, istər idarəetmə, istər siyasi və sosial həyatda gündəlik ünsiyyət platforması kimi alternativsizdir:

“Dünya miqyasında bu fenomenlə rəqabət aparmaq faktiki olaraq qeyri-mümkündür. Sosial şəbəkələrin bəşəriyyətin həyatına daxil olması yalnız əlaqələri asanlaşdırmayıb, imkanları genişləndirməyib. Eyni zamanda idarəetmələr üzərində çox böyük təzyiqlər, ictimai təsirlər də yaradıb. Müxtəlif xarici dairələr çox asanlıqla istənilən ölkənin informasiya mühitinə düşür, orada hökmranlıq edə bilirlər. Bu vasitə ilə dövlətlərin içərisində arzuladıqları şəraiti formalaşdırırlar. Vətəndaş cəmiyyətlərini ayağa qaldırırlar, etnik-milli separatizmə səbəb olurlar və s. Bunlar reallıqdır, hansısa sovet yanaşması deyil. Digər məqam isə etik dəyərlərin kütləvi olaraq pozulmasına cəhd edilməsidir. Şəbəkə içərisində elə mühit formalaşıb ki, orada milli ənənələr, cəmiyyətləri ayaqda saxlayan mənəvi prinsiplər qoruna bilmir. Əksinə, bu dəyərləri devolvasiyaya uğradacaq siyasət yürüdülür. Ona görə də Avropa ölkələrində bir sıra tənzimləyici addımlar atıblar”. Z.Oruc qeyd edib ki, Qərb ölkələrində cəmiyyətlərin keçdiyi yol, inkişaf səviyyəsi elə bir durum formalaşdırıb ki, orada siyasiləşmiş sosial şəbəkə mühiti bizdən çox fərqlidir: “Bu, əsla hamının üzərinə total nəzarət qoymaq, buxovlama tədbirləri həyata keçirmək anlamına gəlmir. Sosial şəbəkələrin statusunu dəqiq müəyyən etməliyik. KİV, media quruluşu olub-olmamasını aydınlaşdırmalıyıq. Media qurumlarının fəaliyyətləri hüquqi platformaya dayanır. Sosial şəbəkə isə hələ də tənzimlənməmiş qalmaqdadır. Bizə Komitə üzvlərindən, kənar ictimai-siyasi fəallardan, şəbəkə istifadəçilərindən müraciətlər edilir. Hesab edilir ki, baxışları vahidləşdirməyə, bir-biri ilə uzlaşdırmağa, daha düzgün, obyektiv yekuna gəlməyə ehtiyac var. Bu yöndə səriştəli müzakirələr reallığı dəqiq görməyə imkan verəcək. Həm də müvafiq addımların atılmasını əsaslandıracaq”.

Milli Məclis üzvü bildirib ki, media sahəsində bütün strukturların sosial şəbəkə hesabları var və onlar fikir, söz azadlığının ayrılmaz tərkib hissəsinə çevrilib:

“Normal, hüquqi cəmiyyət qurmaq üçün bütün qüvvələrin üzərinə öhdəliklər düşür. Kimsə özünü kənarda qoymamalıdır. Həmin fəaliyyət sahəsi müxalifətin, mərkəzçi qüvvələrin, dindar kəsimin, o cümlədən ateistlərin də maraqlarını bu və ya digər formada əhatə edir. O baxımdan bu sferanı müəyyən qədər diqqət mərkəzində saxlamaq lazımdır. Məsələnin Komitədə müzakirəsinə qərar verərkən məhz bu amilləri nəzərə almışıq. Əminik ki, kimsə süngüsünü götürüb parlament üzvlərinin üzərinə hücum çəkməyəcək. Çünki burada qəti şəkildə hansısa senzuradan, basqıdan, şəbəkələrin cilovlanmasından söhbət getmir. Sadəcə olaraq dünya praktikasına uyğun tənzimləyici addımlar atılmalıdır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Keçmiş icra başçısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:00
“Qaraqan qalib oldu, məni söyürdülər“ - Nigar Köçərli
Bu gün, 09:57
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər yenidən məhkəmə qarşısında
Bu gün, 09:10
“Badam” klinikasının direktoru istefa verdi - BUNA GÖRƏ...
Bu gün, 09:09
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Bu gün, 09:04
21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:01
İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən XƏBƏR VAR
Bu gün, 08:33
Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb
Bu gün, 08:31
Burda başdan-ayağa qanunsuzluqdur... - ETİRAZ VAR!
Bu gün, 08:29
"Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR - Vətəndaşın pulunu mənimsəyib?
Bu gün, 08:18
Oxuyub-yazmağı bacarmayan 6 şagird – Abbaszadə düzmü dedi?
Bu gün, 08:05
Yaponiya və ABŞ maliyyə nazirləri yenin kəskin ucuzlaşması fonunda danışıqlar aparıblar - KİV
Bu gün, 08:03
Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları
Bu gün, 08:01
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? - TƏFƏRRÜAT
Bu gün, 07:45
Elm və Təhsil Nazirliyi QAYÇILAMA ərəfəsində... - İDDİA
Bu gün, 07:41
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - MALƏSƏF...
Bu gün, 07:33
Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib - PANDEMİYA TƏHLÜKƏSİ?
Bu gün, 07:30
"Kinos Co" MMC-nin dövlətə 400 min manatdan çox vergi borcu var - Sahibi görün kimdir
Bu gün, 07:26
Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür - İNCƏLƏMƏ
Bu gün, 07:23
İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək
Bu gün, 07:20
İran razılıq verib... - Vens belə deyir...
Bu gün, 07:00
Almaniyanın Köniqsberqi geri qaytarmaq planları - GƏLİŞMƏ
Bu gün, 06:55
SOCAR-da Babək Hüseynov QUYUSU: Dövlətə belə ziyan vurulur... - İLGİNC FAKTLAR
Bu gün, 06:51
Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:40
Allahın turisti də QAPIMIZI DÖYMÜR... - AXI NİYƏ?..
Bu gün, 06:36
Bank kartının bloka düşməsini istəmirsənsə... - AKTUAL
Bu gün, 06:30
Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... - dönə bilmək üçün isə...
Bu gün, 06:25
Nazirlik də kadrı xaricdən axtarır... - TƏHSİLİN BAŞINI BURAXAQ...
Bu gün, 06:04
NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... - ÇÜNKİ...
Bu gün, 05:52
"Əfsələddin Buğayevdən şikayət etsəm də..." - MÜRACİƏT
Bu gün, 05:46
Xeyir-şər evlərinin də qazını kəsirlər... - GİLEY
Bu gün, 05:28
Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? - TƏKLİF...
Bu gün, 05:12
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi - DETALLAR
Bu gün, 05:00
Paşinyana qarşı iki cəbhədən HÜCUM - GƏLİŞMƏ
Bu gün, 04:57
“Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” - partiya sədri
Bu gün, 04:55
Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:53
Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 04:50
"General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var - FOTO
Bu gün, 04:47
"Ayna son zamanlar məni çox kövrəldir..."
Bu gün, 04:43
Erməni analitik erməni xəstəliyinə qarşı... - "Siz bu psixologiya ilə güclü dövlət qurmaq istəyirsiniz?"
Bu gün, 04:40
“Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər - KİV
Bu gün, 04:37
İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək
Dünən, 18:00
İranın “neft hücumu” başladı – Azərbaycanın gəlirləri RİSK ALTINDA?
Dünən, 17:58
“Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” - Tural Abbaslı
Dünən, 17:53
Qarabağın əski parçası Ermənistanda yığışdırılır - KİV
Dünən, 17:45
Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır - MƏQALƏ
Dünən, 17:43
Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri - İsrafil Kərimovun yazısı
Dünən, 17:41
Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... - Kəmalə Ağazadədən ilginc açıqlama
Dünən, 17:39
Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir - Zaxarova
Dünən, 17:30
İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi - ƏMR
Dünən, 17:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru