“Qiymət siyasətini Milli Məclis müəyyən etməlidir, Tarif Şurasında oturanlar yox” - deputat
Tarix: 16-09-2021, 08:23 | Çap et
 “Azərbaycanda qiymət siyasətini Milli Məclis müəyyən etməlidir, Tarif Şurası isə sadəcə məşvərətçi qurum olaraq parlamentə öz təkliflərini təqdim etməlidir”. Bu fikirləri Milli Məclisin deputatı, “Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa Bizimyol.info saytına Tarif Şurasının son qərarını şərh edərkən bildirib.
“Tarif Şurasının son qərarı sanki cəmiyyəti məqsədli şəkildə qıcıqlandırmaq üçün verilib.​ Orda oturan məmurlar sanki başqa ölkədə, başqa dünyada yaşayır, Azərbaycan vətəndaşlarının pandemiya dövründə yaşadığı problemləri görmürlər.​ Pandemiya dövründə cəmiyyəti daha da qıcıqlandırmaq, hansısa vəsaitləri insanların hesabına təmin etmək məsuliyyətsizlikdir.
Prezidentin korrupsiya barədə çıxışından sonra, belə bir qərarın verilməsinin özü korrupsiyaya xidmətdir. Əgər bu illər ərzində Azərbaycanda yüksək oktanlı, keyfiyyətli benzin emal etməyi bacarmamısınızsa, bunun bədəlini niyə vətəndaşlar ödəməlidir? Sanki məmurlar illər ərzində özlərinin edə bilmədiklərinin heyfini xalqdan çıxırlar, vətəndaşları soyurlar”, - deyə deputat qeyd edib.
Onun sözlərinə görə,​ Tarif Şurasının qiymət siyasətilə bağlı yekun qərar vermək üçün hər hansı hüquqi statusu yoxdur: “Əslində nazir müavinlərindən ibarət olan bu Şura məşvərətçi qurumdur, hər hansı inzibati statusu yoxdur. Lakin nədənsə, qərar verilir və dərhal da qiymətlər qalxır, müxtəlif sahələrdə bahalaşma müşahidə olunur. Qiymət siyasətini Milli Məclis müəyyən etməlidir, Tarif Şurası isə sadəcə məşvərətçi qurum olaraq parlamentə öz təkliflərini təqdim etməlidir. Məmurların məsuliyyətsiz hərəkətləri üzündən, cəmiyyət deputatları qınayır, Milli Məclisi günahlandırır. Şübhəsiz ki, bu mövzuda parlamentdə çıxışlar və təkliflər olacaq. İctimaiyyət nümayəndələri dövlət başçısına müraciət edib, qərarın ləğvinə nail ola bilərlər. Hətta düşünürəm ki, bu gedişlə Tarif Şurasının özü də ləğv oluna bilər”.
Vəkil, hüquq müdafiəçisi Əsabəli Mustafayev isə o fikirdədir ki, Tarif Şurasının statusu dəyişərək, məşvərətçi şura olaraq saxlanılmalıdır.
“Bir çox ölkələrdə qiymət siyasətinə parlament qərar verir. Bəzi parlament respublikalarında isə bu qərarı Nazirlər Kabineti verir, çünki nazirlər kabinetini da parlament müəyyən edir. Azərbaycanda qeyri-müəyyən bir durum yaranıb. Tarif Şurasının əslində heç bir inzibati statusu yoxdur, onun qərarlarından da məhkəməyə şikayət etmək mümkün olmur. Təxminən 10 il əvvəl hüquq müdafiəçiləri Tarif Şurasını məhkəməyə vermək istəmişdi, heç bir məhkəmə işə baxmamışdı. Təəssüf ki, Azərbaycanda ictimai qınaq da zəifdir, məhkəmə sistemi də yetərincə müstəqil deyil. Amma bu qərarları Tarif Şurası yox, Nazirlər Kabineti versə, ən azından Konstitusiya Məhkəməsinə şikayət etmək imkanı yaranar”, - deyə hüquqşünas bildirib.
Onun sözlərinə görə, Tarif Şurasında oturan qurumların nümayəndələri əsasən öz təmsil etdikləri nazirlik və təşkilatların maraqlarından çıxış edirlər: “Onlar öz fəaliyyətlərindəki yarıtmazlığı, nöqsanları sanki cəmiyyətin hesabına sığortalayır, guya bu yolla dövlət büdcəsinə vəsait təmin edirlər”.
Hüquq müdafiəçisi Tarif Şurasına ictimai nəzarətin olmaması ilə bağlı məqamı da şərh edib: “Müxtəlif nazirliklərdə ictimai şuralar var, orda QHT nümayəndələri təmsil olunur. Guya nə dəyişdi? Niyə onlar qiymət artımına etiraz etmirlər? Düşünürəm ki, bu qurumun statusuna yenidən baxılmalıdır, daha doğrusu, səlahiyyətləri məhdulaşdırılmalıdır. Tərkibə hər hansı əlavələr etməyə ehtiyac yoxdur”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Keçmiş icra başçısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:00 |
|
|
|
| • “Qaraqan qalib oldu, məni söyürdülər“ - Nigar Köçərli
Bu gün, 09:57 |
|
|
|
| • Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər yenidən məhkəmə qarşısında
Bu gün, 09:10 |
|
|
|
| • “Badam” klinikasının direktoru istefa verdi - BUNA GÖRƏ...
Bu gün, 09:09 |
|
|
|
| • Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Bu gün, 09:04 |
|
|
|
| • 21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:01 |
|
|
|
| • İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən XƏBƏR VAR
Bu gün, 08:33 |
|
|
|
| • Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb
Bu gün, 08:31 |
|
|
|
| • Burda başdan-ayağa qanunsuzluqdur... - ETİRAZ VAR!
Bu gün, 08:29 |
|
|
|
| • "Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR - Vətəndaşın pulunu mənimsəyib?
Bu gün, 08:18 |
|
|
|
| • Oxuyub-yazmağı bacarmayan 6 şagird – Abbaszadə düzmü dedi?
Bu gün, 08:05 |
|
|
|
| • Yaponiya və ABŞ maliyyə nazirləri yenin kəskin ucuzlaşması fonunda danışıqlar aparıblar - KİV
Bu gün, 08:03 |
|
|
|
| • Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları
Bu gün, 08:01 |
|
|
|
| • 75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? - TƏFƏRRÜAT
Bu gün, 07:45 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi QAYÇILAMA ərəfəsində... - İDDİA
Bu gün, 07:41 |
|
|
|
| • "Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - MALƏSƏF...
Bu gün, 07:33 |
|
|
|
| • Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib - PANDEMİYA TƏHLÜKƏSİ?
Bu gün, 07:30 |
|
|
|
| • "Kinos Co" MMC-nin dövlətə 400 min manatdan çox vergi borcu var - Sahibi görün kimdir
Bu gün, 07:26 |
|
|
|
| • Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür - İNCƏLƏMƏ
Bu gün, 07:23 |
|
|
|
| • İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək
Bu gün, 07:20 |
|
|
|
| • İran razılıq verib... - Vens belə deyir...
Bu gün, 07:00 |
|
|
|
| • Almaniyanın Köniqsberqi geri qaytarmaq planları - GƏLİŞMƏ
Bu gün, 06:55 |
|
|
|
| • SOCAR-da Babək Hüseynov QUYUSU: Dövlətə belə ziyan vurulur... - İLGİNC FAKTLAR
Bu gün, 06:51 |
|
|
|
| • Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:40 |
|
|
|
| • Allahın turisti də QAPIMIZI DÖYMÜR... - AXI NİYƏ?..
Bu gün, 06:36 |
|
|
|
| • Bank kartının bloka düşməsini istəmirsənsə... - AKTUAL
Bu gün, 06:30 |
|
|
|
| • Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... - dönə bilmək üçün isə...
Bu gün, 06:25 |
|
|
|
| • Nazirlik də kadrı xaricdən axtarır... - TƏHSİLİN BAŞINI BURAXAQ...
Bu gün, 06:04 |
|
|
|
| • NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... - ÇÜNKİ...
Bu gün, 05:52 |
|
|
|
| • "Əfsələddin Buğayevdən şikayət etsəm də..." - MÜRACİƏT
Bu gün, 05:46 |
|
|
|
| • Xeyir-şər evlərinin də qazını kəsirlər... - GİLEY
Bu gün, 05:28 |
|
|
|
| • Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? - TƏKLİF...
Bu gün, 05:12 |
|
|
|
| • “Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi - DETALLAR
Bu gün, 05:00 |
|
|
|
| • Paşinyana qarşı iki cəbhədən HÜCUM - GƏLİŞMƏ
Bu gün, 04:57 |
|
|
|
| • “Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” - partiya sədri
Bu gün, 04:55 |
|
|
|
| • Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:53 |
|
|
|
| • Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 04:50 |
|
|
|
| • "General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var - FOTO
Bu gün, 04:47 |
|
|
|
| • "Ayna son zamanlar məni çox kövrəldir..."
Bu gün, 04:43 |
|
|
|
| • Erməni analitik erməni xəstəliyinə qarşı... - "Siz bu psixologiya ilə güclü dövlət qurmaq istəyirsiniz?"
Bu gün, 04:40 |
|
|
|
| • “Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər - KİV
Bu gün, 04:37 |
|
|
|
| • İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək
Dünən, 18:00 |
|
|
|
| • İranın “neft hücumu” başladı – Azərbaycanın gəlirləri RİSK ALTINDA?
Dünən, 17:58 |
|
|
|
| • “Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” - Tural Abbaslı
Dünən, 17:53 |
|
|
|
| • Qarabağın əski parçası Ermənistanda yığışdırılır - KİV
Dünən, 17:45 |
|
|
|
| • Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır - MƏQALƏ
Dünən, 17:43 |
|
|
|
| • Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri - İsrafil Kərimovun yazısı
Dünən, 17:41 |
|
|
|
| • Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... - Kəmalə Ağazadədən ilginc açıqlama
Dünən, 17:39 |
|
|
|
| • Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir - Zaxarova
Dünən, 17:30 |
|
|
|
| • İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi - ƏMR
Dünən, 17:27 |
|
|
|
|