Bakı–Tbilisi–Bakı qatarına bilet tapılmır: .....                     Putin hədələdi .....                     Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır .....                     Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi .....                     AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə .....                     Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi .....                     Ucuz satılan yumurtalar köhnədir? .....                     Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır? .....                     Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” .....                     Azərbaycanda yeni BOKT yaradılıb .....                     Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq .....                     Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb .....                     Yaxın günlərdə pomidor bahalaşacaq .....                     Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq! .....                     İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub .....                     ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair .....                     Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib .....                     Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib .....                     “Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim, .....                     Neft anbarı, elektrik stansiyası, liman... .....                     İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər .....                     “Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia .....                     “Zirə Sera”nın istixanasında ölüm işi .....                     “ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... .....                     Paşinyan Sarukyanla bağlı verdiyi sözü yerinə yetirir .....                     Mülayim şimal-şərq küləyi əsəcək .....                     Azərbaycanda lizinq şirkəti BOKT yaratdı .....                     Emin Əmrullayev... XOŞ DANIŞIR... amma BOŞ DANIŞIR... .....                     3 ildir UNEC-in Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir? .....                     Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı? .....                     Peşə Təhsili Agentliyində nələr baş verir? .....                     AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub .....                     Rusiya dağılarsa... .....                     "Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu .....                     Rusiyadan ərik və gül zərbəsi .....                     Naxçıvanda MƏMUR ÖZBAŞINALIĞI... .....                     İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ... .....                     Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub .....                     Təkbaşına meşə yaradan adam .....                     Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb .....                 

Sabir Rüstəmxanlının İranla bağlı çıxışı qalmaqal yaratdı - notaya reaksiyalar
Tarix: 18-08-2021, 08:31 | Çap et
Sabir Rüstəmxanlının İranla bağlı çıxışı qalmaqal yaratdı
Xalq şairi, deputat, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlının onlayn keçirilən Azad İran adlı beynəlxalq konfransa qatılması ciddi reaksiyalar doğurub. “Yeni Müsavat”ın məlumatına görə, S.Rüstəmxanlı deyib ki, onun çıxışı İranın hakim dairələrində, həm də xaricdə yaşayan bəzi “milli fəal”lar arasında çaxnaşma salıb və sosial mediada bu işlərdən çox uzaq olan, lakin ona hücum üçün bəhanə gəzən adamların dedi-qodu kampaniyasına çevrilib.

Məsələn, İsveçdə yaşayan Eldar Qaradağlı sosial media hesabında Sabir Rüstəmxanlını ittiham edib: “Rüstəmxanlı çıxışında Xalq Mücahidlərinin lideri ”Xanım Rəcəvi"ni çoxlu tərif edib və bu təşkilatı öyüb. O deyib “İran xalqı” çox böyük və tarixi bir xalqdır və Məryəm Rəcəvi 80 milyonluq İran xalqının yükünü təkbaşına çəkir. O, eləcə də Xalq Mücahidlərinin “Təbrizdəki üzvləri” adına Məryəm Rəcəviyə salam göndərib və daha bir çox heyrətləndirən sözlər..."

S.Rüstəmxanlı isə deyib ki, İran Xarici İşlər Nazirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərib, onun İran hakimiyyətinin düşməni olan Xalq Mücahidlərinin yığıncağında iştirakına və çıxışına etirazını bildirir, bunu İranın daxili işlərinə qarışmaq hesab edib: “Başqa bir yandan da İsveçdə yaşayan tanınmış güneyli soydaşımız Eldar Qaradağlının İranın Xarici İşlər Nazirliyi ilə sinxron səslənən və təxminən eyni mövqedən yazılmış statusu yayılır. İstər-istəməz bir sual yaranır: xeyir olsun, bunlar haçandan belə anlaşıblar?”

Deputat deyib ki, çıxışının əsas hissəsi Güney Azərbaycan və İran xalqlarının taleyi ilə bağlı olub, normal, demokratik bir sistemin qurulması üçün orada bütün xalqların birgə mübarizəsinin vacibliyini və ayrıca Azərbaycan türklərinin bu baxımdan əsas söz sahibi olduğunu qeyd edib.

S.Rüstəmxanlı İrandan gələn rəsmi etirazlara münasibət bildirərək deyib ki, Azərbaycan həmişə İranla xoş qonşuluq münasibətlərinin tərəfdarı olub: “Azərbaycan dövlətinin rəsmi siyasəti İranın daxili işlərinə qarışmamaqdır. Lakin İran həmişə Azərbaycan xalqının və dövlətinin haqlarını görməzdən gəlib, bizə ”şiə qardaş" deyə-deyə xristian erməniyə yardım edib, çünki İranda şiəlik, islam fars-şovinist rejiminin siyasi alətindən başqa bir şey deyil. İran işğalçı Ermənistana 30 il hər cəhətdən dayaq duranda, ona nəfəs verəndə, işğal olunmuş kəndlərimizi bir yerdə yağmalayanda, işğalçıya qardaş deyəndə, onu Tehranda Türkə qarşı yürüşlərə çıxaranda bizim daxili işlərimizə qarışmırdı? Müharibə günlərində öz ərazisindən silah daşınmasına icazə vermək bizim daxili işimizə qarışmaq demək deyil? “Səhər” televiziya kanalında, “Qafqaz” saytında bizi aşağılamaq, haqqımızda böhtanlar yazdırmaq bizim daxili işlərimizə qarışmaq deyil?"

S.Rüstəmxanlıya həm İranın rəsmi dairələri, həm bəzi şəxslər tərəfindən hücumların olmasına görə reaksiyalar gəlməkdədir. Sosial mediada onun mövqeyini müdafiə edənlər var.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Sabir bəyin Azad İran konfransında etdiyi çıxışın mətni ilə tanış olmasa da, onun sonradan verdiyi şərhləri və ittihamlara cavabını oxuyub. F.Ağamalı vurğuladı ki, S.Rüstəmxanlı illər boyu cənublu soydaşlarımızın haqq və hüquqları uğrunda ardıcıl olaraq sözünü deyib, fəaliyyətini ortaya qoyub. F.Ağamalı həmkarının Azərbaycan türkləri ilə bərabər İranda yaşayan digər xalqların hüquqlarından da danışdığını qeyd etdi. Onun fikrincə, S.Rüstəmxanlı bu mövqeyinə görə hücuma məruz qalmalı deyil: “İran molla rejimi 30 ildir ermənilərin yanındadır, bizə müsəlman qardaşı deyib, Ermənistana qucaq açır, nəfəs verir. Biz dəfələrlə məsələ qaldırmışıq ki, İran da qardaş Türkiyə kimi Ermənistanla sərhədini bağlasın. Ancaq təəccüblü budur ki, İran rejimi hələ də Azərbaycan ərazisində separatçıların tör-töküntüləri olan ermənilərə yardımını göstərməkdədir. Halbuki dəfələrlə konkret faktlar sosial şəbəkələrdə göstərilib. Hətta müharibə dövründə Ermənistana gedən yüklərin qarşısının alınması üçün İranda olan dəyərli soydaşlarımız maşınların qabağını kəsdilər, birini də yandırdılar, ondan sonra maşınların girişi dayandırıldı. İndi Sabir bəy haqda sərt fikirlər söyləyənlər zəhmət çəkib buna dair münasibət ortaya qoysunlar - Xankəndi və ətrafda olan ermənilərə daşınan yüklər haqda izahat versinlər, biz də bilək ki, onun içində yanacaqdır, yoxsa nədir...”

Deputat qeyd etdi ki, Azərbaycan tərəfi haqlı olaraq İrana nota göndərib: “Ən müxtəlif kanallarla, diplomatik şəkildə etiraz çatdırıldı, amma yenə bu əməlləri davam etdirirsiniz. Əgər mehriban qonşuluq münasibətlərinin təmin olunmasını istəyirsinizsə, şeytan əməllərindən əl çəkin. Bizim İranın daxili işlərinə qarışmaq ixtiyarımız yoxdur. Sadəcə, insan haqları bəşəri yanaşmadır, biz istəyirik ki, soydaşlarımızın haqqı tanınsın, onların ana dilində təhsil almaq imkanı olsun, məktəbləri açılsın, onların hüquqlarını qoruyan fəal insanlar zindanda çürüdülməsin. Bu, bəşəri yanaşmadır. İstənilən yerdə hüquq tapdalanırsa, biz sözümüzü deməliyik. Avropaya, Amerikaya bundan da sərt çıxışlarımız olub, amma heç vaxt deməyiblər ki, niyə daxili işlərimiz qarışırsınız... İrandan da bunu gözləyirik. Ona görə Sabir Rüstəmxanlıya İran rejiminin hücumunu pisləyirəm”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı “Yeni Müsavat”a qeyd etdi ki, Sabir Rüstəmxanlı onlayn şəkildə bu qurultaya çıxışını göndərib: “Sabir Rüstəmxanlının harada çıxış etməsindən asılı olmayaraq, Bütöv Azərbaycan ideyasını əsas tutduğu hamı üçün bəllidir. Onun İran rejiminin maraqlarına xidmət edəcək bir addım atacağını və ya söz deyəcəyini düşmənləri belə dilə gətirməyib. Çünki buna heç kim inanmaz. Necə deyərlər, belə bir iftira şeytanın da ağlına gəlməzdi ki, bizim güneyli qardaşlarımızın ağlına gəlib və bu iftiranı təhlil edib nəticələr də çıxarıblar”.

N.Şərəfxanlının sözlərinə görə, həmin “politoloq” soydaşlarımız bilsinlər ki, Sabir bəyin həmin çıxışına görə İran rəsmi olaraq dövlət səviyyəsində Azərbaycana etirazını bildirib: “İkincisi, taktiki gedişlərində dəyişiklik edərək, İran rejiminə qarşı olan dünya güclərinin diqqətini öz üzərinə çəkən Xalq Mücahidləri təşkilatı istəsək də, istəməsək də rejimə qarşı beynəlxalq səviyyədə ən böyük gücdür. ”Düşmənimin düşməni mənim dostumdur" prinsipi siyasətin daimi qanunudur. Üçüncüsü, sosial şəbəkələrdə iftira və yersiz ittihamlar səsləndirən soydaşlarımız Güney Azərbaycanın dərdləri ilə bağlı nə zaman böyük bir konfrans və ya qurultay keçiriblər ki, orada ABŞ-ın və ya digər nüfuzlu dövlətin rəsmiləri iştirak etsin? Bilmək istəyirlərsə, Azərbaycanın parçalanma dərdi, İran adlanan yerdə milli və insani hüquqların pozulması haqda ABŞ və Avropa dövlətlərinin rəhbərləri ilə rəsmi görüşlərdə millət vəkili Sabir Rüstəmxanlı söz açıb. Dördüncüsü, Sabir Rüstəmxanlının həmin videoçıxışı zamanı mən şəxsən Sabir bəylə birgə olmuşam və çıxışda İran rejiminin mahiyyətindən, bu rejimin insanların hürriyyət, millətlərin istiqlal haqlarını pozmasından bəhs edib. Burada qəbahətli nə var ki? Azərbaycan ədəbiyyatına “Bütövlük” sözü ilə gəlib, siyasi mübarizəsini Bütöv Azərbaycan üzərində quran bir şəxsi nəinki İran rejiminə xidmət etməkdə, hətta bu rejimə nifrət etməməkdə günahlandırmaq ən yüngül şəkildə ifadə etsək, Allahsızlıqdır!"
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı–Tbilisi–Bakı qatarına bilet tapılmır: - Tur şirkətlərinə satılır?
Bu gün, 15:44
Putin hədələdi – “Nəticələrini bilsəydilər, etməzdilər”
Bu gün, 15:42
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Bu gün, 15:37
Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi – İqtisadçıdan reaksiya
Bu gün, 15:25
AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb
Bu gün, 15:17
Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi - LƏĞV EDİLDİ
Bu gün, 15:15
Ucuz satılan yumurtalar köhnədir? - "Sahibkarlar insanlara görə qiymət endirməyə qorxurlar"
Bu gün, 15:02
Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır? - Professor ELƏ AÇIQLAMALAR VERDİ Kİ...
Bu gün, 14:54
Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” - TƏFƏRRÜAT
Bu gün, 14:51
Azərbaycanda yeni BOKT yaradılıb
Bu gün, 14:50
Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq - İranlı diplomat
Bu gün, 14:01
Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb - TƏFƏRRÜAT
Bu gün, 13:58
Yaxın günlərdə pomidor bahalaşacaq - Fermer səbəbi açıqladı
Bu gün, 13:56
Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq! - Rəhbər heyət artır... işçilər isə ixtisara salınır...
Bu gün, 13:53
İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub - TƏFƏRRÜAT
Bu gün, 13:16
ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair KONFRANS KEÇİRİLƏCƏK
Bu gün, 13:14
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib - ƏMR
Bu gün, 13:13
Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib - TOTAL NARAZILIQ...
Bu gün, 13:10
“Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim, sonradan Mehriban Xanlarova çəkildi”
Bu gün, 13:04
Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
Bu gün, 12:58
İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər - "RİA Novosti"
Bu gün, 12:55
“Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia - 6000 manat ödədi, universitet tanınmadı
Bu gün, 12:54
“Zirə Sera”nın istixanasında ölüm işi - Üç il həbs verildi
Bu gün, 12:52
“ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... - Paytaxt sakinləri susuzluqdan qurtulmağın yollarını axtarır
Bu gün, 12:50
Paşinyan Sarukyanla bağlı verdiyi sözü yerinə yetirir - “Hraparak”
Bu gün, 12:46
Mülayim şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:44
Azərbaycanda lizinq şirkəti BOKT yaratdı
Bu gün, 12:43
Emin Əmrullayev... XOŞ DANIŞIR... amma BOŞ DANIŞIR... - ÇÜNKİ...
Bu gün, 12:39
3 ildir UNEC-in Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir? - BU NƏDİ BELƏ?
Bu gün, 12:32
Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26
Peşə Təhsili Agentliyində nələr baş verir? – Boş ştatlar, müəmmalı təyinatlar və cavabsız suallar
Bu gün, 12:19
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
Bu gün, 12:16
Rusiya dağılarsa... - Vaşinqton, Brüssel və Pekin üçün əsas kabus
Bu gün, 12:12
"Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu - Məsmə Aslanqızı
Bu gün, 12:09
Rusiyadan ərik və gül zərbəsi – erməni fermerlər “qan ağlayır”
Bu gün, 12:03
Naxçıvanda MƏMUR ÖZBAŞINALIĞI... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:56
İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ... - Fars-molla rejimi AĞLINI İTİRİB...
Bu gün, 11:46
Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub - AÇIQLAMA
Bu gün, 11:40
Təkbaşına meşə yaradan adam - FOTO
Bu gün, 11:32
Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb
Bu gün, 11:18
Keçmiş icra başçısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:00
“Qaraqan qalib oldu, məni söyürdülər“ - Nigar Köçərli
Bu gün, 09:57
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər yenidən məhkəmə qarşısında
Bu gün, 09:10
“Badam” klinikasının direktoru istefa verdi - BUNA GÖRƏ...
Bu gün, 09:09
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Bu gün, 09:04
21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:01
İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən XƏBƏR VAR
Bu gün, 08:33
Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb
Bu gün, 08:31
Burda başdan-ayağa qanunsuzluqdur... - ETİRAZ VAR!
Bu gün, 08:29
"Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR - Vətəndaşın pulunu mənimsəyib?
Bu gün, 08:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru