Ermənistanda həbslər davam edir, .....                     Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib .....                     Azərbaycan nefti 79.76 dollara ticarət olunur .....                     ”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu .....                     Rusiyanın Afrikada hədəfi nədir? .....                     400 illik pivə şirkəti müflis oldu .....                     ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd .....                     ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib .....                     Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib .....                     Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı .....                     AMEA-da 200 minlik cari təmir: .....                     Neft 4 aydan sonra yenidən .....                     Tramp Ukrayna üçün hazırdır .....                     DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... .....                     "Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" .....                     Putin artıq xalqı aldada bilmir .....                     Maaş və sosial ödənişlərdə artım olacaq? .....                     Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? .....                     İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? .....                     Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! .....                     Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? .....                     Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər .....                     "Əsl ustad elə Arif Babayevdir" .....                     TRİPP "3+3"-ü arxa plana atdı .....                     Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR .....                     "Son zəng" üçün hər şagirddən 1800 MANAT! .....                     Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir .....                     Kremlin Paşinyanı devirmək planı yoxdur .....                     Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır .....                     Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə .....                     1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR .....                     Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir? .....                     Paşinyana qarşı SƏFƏRBƏRLİK... .....                     "Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi" .....                     Hökumətin icra qolu problemləri etiraf edirsə... .....                     Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR .....                     "Fəhləni ixtisar etməyin, maaşını artırın..." .....                     Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... .....                     Push30'un biabırçı müştəri xidməti .....                     Ronaldo üçün hələ hər şey indi başlayır... .....                 

“Dövlət qurumlarımız yeni mexanizm üzərində işləyir, böyük bir dönüş yaranacaq” - deputat
Tarix: 17-04-2021, 08:10 | Çap et
“Dövlət qurumlarımız yeni mexanizm üzərində işləyir, böyük bir dönüş yaranacaq”
Ölkədə sahibkarlığın inkişafı, onun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun olan cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması və əlverişliyinin daha da artırılması, mütərəqqi tənzimləmə və hüquqi bazanın olması ən vacib məsələlərdir.

Bəs, ölkəmizdə bu cür rəqabət qabiliyyətli investisiya mühitinin yaradılmasına nələr mane olur? Bu cür mühitin yaradılması üçün bizə nələr lazımdır?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Rüfət Quliyev AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda bu istiqamətdə müsbət dönüş var: “Ölkə başçısı kiçik və orta sahibkarlığın inkişafı üçün böyük addımlar atır. Mən tez-tez sahibkarlarla görüşürəm, hətta CBC kanalında “Sahibkar Saatı” adlı verlişim də var. Həmin verlişdə də qeyd edirəm ki, sahibkarların əksəriyyəti bu məsələyə dair məlumatları əldə edə bilmir. Hansı dəyişikliklərin və güzəştlərin olduğu, dövlət orqanları tərəfindən hansı güzəştlərin edildiyi barədə məlumatsızdırlar. Orta sahibkarlıqdan danışmağımın səbəbi isə invesitsiya mühitinin daha çox kiçik və orta sahibkarlığın inkişafı üçün lazım olduğunu bildirməyimdir”.

Deputat bildirib ki, Azərbaycanda rəqabətqabiliyyətli investisiya mühitinin yaradılması məqsədilə “Rəqabət haqqında” Qanun qəbul olunması ilə bağlı gözləntilər var: “Milli Məclisdə bununla bağlı müzakirələr aparılır. Bu qanunun nə zaman Milli Məclisdə gündəmə çıxacağını isə deməyə çətinlik çəkirəm. Sözügedən məsələ millət vəkilləri arasında müzakirə olunur. İkincisi, investisiya mühitinə birbaşa təsir edən bank kreditləridir. Yuxarı faizli kreditlər sahibkarlara heç də kömək edə bilmir. Bu, dünyəvi prosesdir. Sahibkarların illik qazancı 10-12 faizdir. Əgər sahibkar 10-15 faizlə kredit götürürsə, sonra bu qədər krediti qaytara bilmir. Onlar gələcəkdə yeni toksit kreditlərə çevrilir. Əgər iş bu formada davam etsə, iki-üç ildən sonra dövlət bu məsələyə qarışıb bunu öz hesabı ilə tənzimləməyə başlayacaq. Həm maliyyə bloku, həm də iqtisadi blokumuzda böyük islahatlar aparılıb. Həmin blokların içərisində yeni paradiqmalar, siyasətlər, yeni təfəkkür var, yeni insanlar işləyir”.

“Biz banklara və maliyyə qurumlarına sual edəndə ki, niyə bank kreditlərinin faizi bu qədər yüksəkdir, onlar depozit faizlərinin yüksək olduğunu (10-11 faiz), insanların bundan faydalanaraq qazanc götürdüyünü deyirlər. Amma depozit faizlərini azaldıb diqqəti daha çox sahibkarlıq fəaliyyətinin inkişafı üçün kreditlərə ayırmaq lazımdır. Başqa maliyyə alətləri düşünmək lazımdır ki, insanlar lazım olmayan vəsaitlərini hansısa maliyyə qurumlarının nümayəndələrinə verib ordan qazanc əldə etsinlər. Bu, dünyanın bütün ölkələrində belədir. Depozit faizləri dünyanın bütün ölkələrində iki-üç faiz, maksimum dörd faizdir. Kredit faizləri də təxminən eynidir, yəni iki-beş faiz arası dəyişir. Bu göstəricilər iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bu cürdür. Bunun üzərində dövlət qurumlarımız işləyir və yeni mexanizm hazırlayıb təqdim edəcəklər. Böyük bir dönüş yaranacaq, investisiya mühitinə birbaşa müsbət təsir göstərəcək”, - deyə Quliyev vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, rəqabət qabiliyyətli investisiya mühitinin yaradılması üçün bir neçə bank lazımdır ki, onlar bilavasitə bu işlə məşğul olub, sahibkarlara tam dəstək verə bilsin: “Burada yalnız banklar deyil, qeyri-bank strukturları da bu işlə məşğul ola bilər. Təbii ki, onların xüsusi lisenziyaları da olacaq. Bu cür imkanlar yaradılanda rəqabət qabiliyyətli investisiya mühitinin yaradılmasına da imkanlar açılacaq. Bu, bazar iqtisadiyyatının əsas meyar və qanunlarından biridir. Tələbat yerində qalanda, təklif çox olanda bu, müsbət formada təsir edəcək”.
İqtisadçı ekspert Ruslan Atakişiyev isə AYNA-ya şərhində qeyd edib ki, ölkədə rəqabət qabiliyyətli investisiya mühitinin formalaşması üçün hələ bir sıra islahatların aparılmasına ehtiyac var: “Birincisi, Azərbaycanda rəqabət mədəniyyəti formalaşmalıdır. Ölkəmizin məhkəmə sistemində ədalətlilik prinsipi, şəffaflıq təmin olunmalıdır, bununla bağlı islahatlar aparılmalıdır. İkincisi, müəllif hüquqularının qorunması, təmin olunması, müəllif hüquqlarının pozulmasına qarşı effektiv mübarizə tədbirləri xarakterizə olunan normativ aktlar hazırlanıb tətbiq olunmalıdır. İnvestisiya mühitinə bağlı olan əmlakın əldə olunması, özününküləşdirilməsi və yaxud da özgəninkiləşdirilməsi prosedurlarının asanlaşdırılması, vəsaitlərin qoyulması-çıxarılması prosedurları və s. kimi məsələlərlə bağlı, eləcə də öhdəliklərin yerinə yetirilməsi və yetirilməməsinə görə cavabdehlik, rəqiblərin məlumatlarından istifadə edilməsi, təkrarlanması, bunlara qarşı mübarizə, demplinq prosesləri, demplinqə qarşı effektiv mübarizə alətləri və bunun kimi ümumi tədbirlər həyata keçirilməlidir”.

Ekspertin sözlərinə görə, bazar mexanizminin tam işlək proseslərə keçməkdə, xüsusilə də normativ aktların vaxtında və operativ hazır olması məsələləri, regionlarda ləngimələr, ayrı-ayrı məmurların baş verən proseslərə uyğun davranmaması səbəbindən ləngimələr, inhisarçılıq meyilləri investisiya mühitinin formalaşmasının qarşısını alır.

“Bütün bunlar həmin prosesin getməsinə maneələr yaradır. Bu cür mühitin yaradılması üçün zamana yox, iradəyə ehtiyacımız var. Düzdür, bu iradənin ortaya qoyulmasına başladılar, amma ayrı-ayrı məmurlara gəldikdə görürük ki, iradənin tam şəkildə həyata keçirilməsində məmurlarda yeni bir şəraitə uyğunlaşma qorxusu var. Həmin qorxu da bu prosesi ləngidir. Bizim artıq vaxtımız yoxdur. Biz, hətta buna çoxdan gecikmişik. Şərqi Avropa ölkələri sosializmdən çıxdıqdan sonra, iyirimi il bundan əvvəl artıq bu sistemdən çoxdan keçib. Bunun üçün sistem tamamilə dəyişdirilməlidir. Məmurun birini çıxarıb yerinə yenisini təyin etmək heç bir dəyişikliyə gətirib çıxarmır. Bu maneələr aradan tez bir zamanda qalxmalıdır, çünki biz onsuz da dünya bazarında baş verən rəqabət məsələlərində geridəyik”, - deyə Atakişiyev fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb
Bu gün, 09:59
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Bu gün, 09:48
Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu gün, 09:45
”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:33
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Bu gün, 09:28
400 illik pivə şirkəti müflis oldu - «Bild»
Bu gün, 09:20
ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd - “Tramp yolu”nda kimlər olacaq?
Bu gün, 09:10
ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
Bu gün, 09:05
Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 09:03
Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 08:10
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
Bu gün, 08:08
Neft 4 aydan sonra yenidən BU QİYMƏTƏ OLDU
Bu gün, 08:06
Tramp Ukrayna üçün hazırdır - Detallar razılaşdırılacaq
Bu gün, 08:04
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
Bu gün, 07:45
"Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" - Zaur GİZLİNLƏRİ AÇDI
Bu gün, 07:38
Putin artıq xalqı aldada bilmir - Britaniyalı polkovnik
Bu gün, 07:31
Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…
Bu gün, 07:30
Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? - Belə deyirlər...
Bu gün, 07:28
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
Bu gün, 07:25
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
Bu gün, 07:15
Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? - TƏBİB ARAŞDIRIR
Bu gün, 07:08
Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər - ARAŞDIRMA
Bu gün, 07:04
"Əsl ustad elə Arif Babayevdir" - Xalq artisti
Bu gün, 06:58
TRİPP "3+3"-ü arxa plana atdı - Görünəni odur ki...
Bu gün, 06:44
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:42
"Son zəng" üçün hər şagirddən 1800 MANAT! - BU NƏDİ BELƏ?
Bu gün, 06:40
Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 06:33
Kremlin Paşinyanı devirmək planı yoxdur - ŞƏRH
Bu gün, 06:31
Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır - DETALLAR
Bu gün, 06:29
Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə - NƏ BAŞ VERİR?
Bu gün, 06:27
1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR - TƏFƏRRÜAT
Bu gün, 06:24
Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir? - AKTUAL
Bu gün, 05:32
Paşinyana qarşı SƏFƏRBƏRLİK... - KREML HƏRƏKƏTDƏ...
Bu gün, 05:24
"Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi" - Bennet deyir ki...
Bu gün, 05:19
Hökumətin icra qolu problemləri etiraf edirsə... - AKTUAL
Bu gün, 05:07
Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:03
"Fəhləni ixtisar etməyin, maaşını artırın..." - ÇAĞIRIŞ
Bu gün, 04:53
Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... - Ekspert deyir ki...
Bu gün, 04:09
Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
Bu gün, 03:59
Ronaldo üçün hələ hər şey indi başlayır... - Çünki indi-indi ipə-sapa yatır...
Bu gün, 03:34
Özbək futbolu ÖLÜB... özü də neçə il əvvəl... - Pulu boşuna sərf etməsinlər...
Bu gün, 03:30
Elə bil Bakı mikrorayonu deyil, Pablo Eskobarın Kolumbiyasıdır... - REPLİKA
Bu gün, 03:27
Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi və qəribə kart bloklama alqoritmi
Bu gün, 03:23
Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... - ONA GÖRƏ DƏ...
Bu gün, 03:12
Başı getmiş Rusiya sülhə məcbur edilir... - GƏLİŞMƏ
Bu gün, 03:10
5 gündür susuz qalan jurnalistdən QARĞIŞ - "...mənə verilən su qədər ömür arzu edirəm"
Bu gün, 03:02
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı - BUNDAN SONRA...
Bu gün, 02:47
18 milyon kapitallı 26 illik şirkət ləğv edilir – 8,5 MİLYON VERGİ BORCU VAR
Dünən, 18:02
Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb
Dünən, 17:57
Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi
Dünən, 17:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru