Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır .....                     "Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     CERT göstərişlərinə əməl etməyən .....                     "Azərbaycan İstehlakçılar Şurası" yaradılıb .....                     “Jurnalist-bloger” həbs edildi .....                     ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? .....                     Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun .....                     “TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi .....                     Ermənistanda həbslər davam edir, .....                     Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib .....                     Azərbaycan nefti 79.76 dollara ticarət olunur .....                     ”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu .....                     Rusiyanın Afrikada hədəfi nədir? .....                     400 illik pivə şirkəti müflis oldu .....                     ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd .....                     ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib .....                     Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib .....                     Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı .....                     AMEA-da 200 minlik cari təmir: .....                     Neft 4 aydan sonra yenidən .....                     Tramp Ukrayna üçün hazırdır .....                     DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... .....                     "Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" .....                     Putin artıq xalqı aldada bilmir .....                     Maaş və sosial ödənişlərdə artım olacaq? .....                     Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? .....                     İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? .....                     Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! .....                     Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? .....                     Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər .....                     "Əsl ustad elə Arif Babayevdir" .....                     TRİPP "3+3"-ü arxa plana atdı .....                     Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR .....                     "Son zəng" üçün hər şagirddən 1800 MANAT! .....                     Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir .....                     Kremlin Paşinyanı devirmək planı yoxdur .....                     Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır .....                     Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə .....                     1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR .....                 

"Türkiyənin bizə dəstəyinə kim mane ola bildi ki, bundan sonra da olsun?" - deputat
Tarix: 10-04-2021, 09:05 | Çap et
"Türkiyənin bizə dəstəyinə kim mane ola bildi ki, bundan sonra da olsun?"
Aprelin 8-dən ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb. Rəsmi məlumata görə, təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir. Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Aprelin ilk günlərində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri də keçirilmişdi. Həmin təlimlərdə müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçiriləcək təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunub.

Xatırladaq ki, bu ilin fevral ayında Türkiyədə ilk dəfə olaraq “Qış təlimi-2021" birgə təlimləri uğurla başa çatmışdı. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından hələ də imtina etməyən Ermənistan və onun havadarlarına bu təlimlər ciddi xəbərdarlıqdır. Ancaq Azərbaycanda əksəriyyət hesab edir ki, ölkəmizdə Türkiyənin hərbi bazasının olması gələcək təhlükələrdən sığortalanmağınız üçün vacib addım olardı. Hətta Rusiya sülhməramlıları ilə yanaşı, Türkiyənin hərbi kontingentinin də Qarabağda yerlədirilməməsi bir çox vətəndaşlarımızda məyusluq doğurmuşdu, ancaq sonrakı dönəmdə Ağdamdakı Birgə Monitorinq Mərkəzində qardaş ölkənin də kontingentinin yerləşdirilməsi müəyyən rahatlıq yaratdı. Lakin Türkiyənin ölkəmizdəki hərbi varlığına qarşı mövqelər də yox deyil.

“Türkiyə ordusu ilə birlikdə təlimlər keçirə bilərik, zabitlərimiz orada təhsil ala bilər. Hərbi əməkdaşlığımız inkişaf edə bilər. Amma Türkiyə Ordusunun hərbi bazasının Azərbaycanda yerləşməsi üçün siyasi və hərbi zərurətin olduğunu görmürəm”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Son vaxtlar artan birgə hərbi təlimlər fonunda Türkiyənin Azərbaycanda hərbi mövcudluğu mövzusu tez-tez gündəmə gəlir və Türkiyənin ölkəmizdə hərbi bazasının qurulmasından da bəhs olunur. Bu yanaşmanın müəllifləri hesab edirlər ki, Rusiyanın Ermənistanda hərbi bazası olduğu kimi, Türkiyənin də Azərbaycanda hərbi mövcudluğu olmalıdır, bu, milli təhlükəsizliyimizin təminatı ilə yanaşı, balansın yaranması üçün vacib məsələdir. Amma A.Əlizadə kimi azsaylı ekspertlər də var ki, bu ideyalara qarşı çıxırlar.
Deputat, BQP başqanı Fazil Mustafa “Yeni Müsavat”a dedi ki, əslində Zərdüşt Əlizadənin bu açıqlaması normaldır: “Dünya yalnız bizdən və Türkiyədən ibarət deyil. Bir ölkənin ərazisində başqa bir ölkənin, hətta qardaş olsa belə, hərbi bazasının yerləşməsi olduqca ciddi siyasi hadisədir, bunun mənfi və müsbət nəticələrini doğru proqnozlaşdırmaq vacibdir. Əlbəttə, könül istər ki, Türkiyənin hərbi bazası elə Qarabağın mərkəzində yerləşsin və bəlkə də ən kritik anlarda buna qərar da verə bilərik. Ancaq indi daha real yolları izləməliyik. Qarabağ savaşında ərazimizdə hərbi bazası olmayan Türkiyənin bizə dəstəyinə kim mane ola bildi ki, bundan sonra da olsun? Faktiki olaraq Türkiyə bu savaşın bir tərəfidir, həm də bizimlə iç-içə olan bir tərəfdir”.

F.Mustafa hesab edir ki, biz bazadan daha vacib olan bir məsələni həll etməliyik: “Ordumuzdakı ”5-ci kolon"un təsirini azaltmaq üçün bir çox hərbi strukturlarımızı Türkiyədən olan hərbçilərə həvalə etməliyik. Necə ki, bunun effektini adını xatırlatmaq istəmədiyim bir sıra proseslərdə görmüşük. Daha intizamlı və təcrübəli ordu qurmaq, xüsusi təyinatlılar formalaşdırmaq istəyiriksə, türk hərbçilərinin təlim sistemini Azərbaycana tam şəkildə gətirməliyik. Bu, hərbi bazadan da zəruri məsələdir".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə tam fərqli düşünür. O hesab edir ki, Azərbaycan üçün ən böyük risk Rusiya-Ermənistan hərbi ittifaqıdır: “Bunun qarşısında yalnız Azərbaycan-Türkiyə hərbi ittifaqı duruş gətirə bilər və əgər Rusiyanın Ermənistanda hərbi bazaları varsa, eyni ilə müttəfiqimiz Türkiyənin də Azərbaycanda hərbi bazaları olmalıdır. Rusiya qarşısıında real güc görməlidir, əks halda ”İsgəndər" raketləriylə bağlı təxribatlarla gələcəkdə də üzləşə bilərik".

E.Şahinoğlu bir az da irəli gedərək Türkiyənin Şuşada hərbi qarnizonunun olmasını təklif etdi: “Bu, bir neçə səbəbdən bizim üçün vacibdir. Birincisi, Azərbaycan ordusu müharibədə qələbə qazanaraq Şuşanı azad etsə də, erməni separatizmi tarixi şəhərimizi ”nə zamansa geri qaytarmaq" haqqında düşüncələrindən əl çəkən deyil. Şuşada ötən əsrin əvvəllərindən qısa fasilələrlə baş verənlər də bundan xəbər verir. Deməli, biz Şuşanı var gücümüzlə qorumalı və bir daha düşmən əlinə keçməsinə imkan verməməliyik. Azərbaycan ordusuyla yanaşı, Şuşada Türkiyənin hərbi qarnizonun varlığı bu şəhərin təhlükəsizliyini daimi edəcək. İkincisi, aydındır ki, Türkiyənin Şuşada hərbi qarnizon yaratması Ermənistan və Rusiyanı narahat edəcək, həm İrəvan, həm də Moskva buna mane olmağa çalışacaq. Ancaq biz istəyəndən sonra Türkiyənin Şuşada hərbi qarnizonunu formalaşdırmağa heç nə mane ola bilməz".

Politoloq xatırlatdı ki, Rusiyanın Azərbaycana qarşı təxribatları göz qabağındadır: “Şuşaya atılan ”İsgəndər" raketlərindən tutmuş, Xankəndidə rus hərbçiləri üçün artan modul yerləşim yerlərinə qədər “addımlar”ı görürük. Biz Rusiya hərbçilərinin 5 illik müddət bitdikdən sonra Qarabağı tərk etməsini istəyirik. Ancaq ruslarla ermənilər əllərindən gələn edəcəklər ki, bu, baş verməsin. Əgər onlar Şuşada Türkiyə hərbi qarnizonunun əleyhinədirlərsə, bu məsələnin həll yolu var: Rusiya və Türkiyə ordusu eyni zamanda Qarabağı tərk edirlər. Əks halda, Rusiya hərbçiləri Qarabağda qalıcı olacaqlarsa, Türkiyə ordusu da Qarabağda, o cümlədən Şuşada qalıcı olmalıdır!"

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu məsələ ilə bağlı dövlətimizin mövqeyini aşağıdakı kimi ifadə edib: “Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim hərbi işbirliyimiz gündən-günə möhkəmlənir. Türkiyədən yeni silahların alınması istiqamətində işlər aparılır. O silahlar yaxın zamanlarda gələcək. Bizim ordumuz daha güclü daha çağdaş olmalıdır. Türkiyə Silahlı Qüvvələrinin modeli bizim üçün ən məqbul modeldir. Bu istiqamətdə də bundan sonra bərabər çalışacağıq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Bu gün, 11:12
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Bu gün, 11:10
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Bu gün, 11:02
CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
Bu gün, 11:00
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Bu gün, 10:59
“Jurnalist-bloger” həbs edildi - 10-dan çox şikayətçi var
Bu gün, 10:54
ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? - Bred Şerman yenə yalanları sıralayıb
Bu gün, 10:18
Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı?
Bu gün, 10:10
“TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - 4 il həbs cəzası
Bu gün, 10:05
Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb
Bu gün, 09:59
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Bu gün, 09:48
Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu gün, 09:45
”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:33
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Bu gün, 09:28
400 illik pivə şirkəti müflis oldu - «Bild»
Bu gün, 09:20
ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd - “Tramp yolu”nda kimlər olacaq?
Bu gün, 09:10
ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
Bu gün, 09:05
Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 09:03
Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 08:10
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
Bu gün, 08:08
Neft 4 aydan sonra yenidən BU QİYMƏTƏ OLDU
Bu gün, 08:06
Tramp Ukrayna üçün hazırdır - Detallar razılaşdırılacaq
Bu gün, 08:04
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
Bu gün, 07:45
"Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" - Zaur GİZLİNLƏRİ AÇDI
Bu gün, 07:38
Putin artıq xalqı aldada bilmir - Britaniyalı polkovnik
Bu gün, 07:31
Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…
Bu gün, 07:30
Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? - Belə deyirlər...
Bu gün, 07:28
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
Bu gün, 07:25
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
Bu gün, 07:15
Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? - TƏBİB ARAŞDIRIR
Bu gün, 07:08
Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər - ARAŞDIRMA
Bu gün, 07:04
"Əsl ustad elə Arif Babayevdir" - Xalq artisti
Bu gün, 06:58
TRİPP "3+3"-ü arxa plana atdı - Görünəni odur ki...
Bu gün, 06:44
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:42
"Son zəng" üçün hər şagirddən 1800 MANAT! - BU NƏDİ BELƏ?
Bu gün, 06:40
Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 06:33
Kremlin Paşinyanı devirmək planı yoxdur - ŞƏRH
Bu gün, 06:31
Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır - DETALLAR
Bu gün, 06:29
Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə - NƏ BAŞ VERİR?
Bu gün, 06:27
1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR - TƏFƏRRÜAT
Bu gün, 06:24
Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir? - AKTUAL
Bu gün, 05:32
Paşinyana qarşı SƏFƏRBƏRLİK... - KREML HƏRƏKƏTDƏ...
Bu gün, 05:24
"Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi" - Bennet deyir ki...
Bu gün, 05:19
Hökumətin icra qolu problemləri etiraf edirsə... - AKTUAL
Bu gün, 05:07
Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:03
"Fəhləni ixtisar etməyin, maaşını artırın..." - ÇAĞIRIŞ
Bu gün, 04:53
Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... - Ekspert deyir ki...
Bu gün, 04:09
Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
Bu gün, 03:59
Ronaldo üçün hələ hər şey indi başlayır... - Çünki indi-indi ipə-sapa yatır...
Bu gün, 03:34
Özbək futbolu ÖLÜB... özü də neçə il əvvəl... - Pulu boşuna sərf etməsinlər...
Bu gün, 03:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru