Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır .....                     "Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     CERT göstərişlərinə əməl etməyən .....                     "Azərbaycan İstehlakçılar Şurası" yaradılıb .....                     “Jurnalist-bloger” həbs edildi .....                     ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? .....                     Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun .....                     “TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi .....                     Ermənistanda həbslər davam edir, .....                     Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib .....                     Azərbaycan nefti 79.76 dollara ticarət olunur .....                     ”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu .....                     Rusiyanın Afrikada hədəfi nədir? .....                     400 illik pivə şirkəti müflis oldu .....                     ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd .....                     ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib .....                     Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib .....                     Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı .....                     AMEA-da 200 minlik cari təmir: .....                     Neft 4 aydan sonra yenidən .....                     Tramp Ukrayna üçün hazırdır .....                     DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... .....                     "Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" .....                     Putin artıq xalqı aldada bilmir .....                     Maaş və sosial ödənişlərdə artım olacaq? .....                     Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? .....                     İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? .....                     Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! .....                     Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? .....                     Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər .....                     "Əsl ustad elə Arif Babayevdir" .....                     TRİPP "3+3"-ü arxa plana atdı .....                     Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR .....                     "Son zəng" üçün hər şagirddən 1800 MANAT! .....                     Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir .....                     Kremlin Paşinyanı devirmək planı yoxdur .....                     Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır .....                     Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə .....                     1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR .....                 

İlqar Məmmədov müxalifəti oliqarxlara işləməkdə suçladı - QALMAQAL
Tarix: 9-04-2021, 09:18 | Çap et
İlqar Məmmədov müxalifəti oliqarxlara işləməkdə suçladı
REAL Partiyası ilə müxalifətin digər təşkilatları arasında qovğa davam edir. Partiya sədri İlqar Məmmədov uşaqpulu ilə bağlı narazılıq yaradan açıqlamadan sonra bu dəfə müxalifəti bolşevizmdə ittiham edib. “Yeni Müsavat” xəbər verir ki, o, sosial şəbəkədəki hesabında bəzi partiyaları populist fikirlər söyləməklə cəmiyyəti çaşdırmaqda ittiham edib.

REAL sədrinin sözlərinə görə, populistlər bir çox azərbaycanlının şüuruna yeridiblər ki, ali və orta məmurların, onların qohum-əqrəbasının birbaşa, ya da dolayısı ilə korrupsiyadan əldə etdikləri var-dövlət müsadirə olunarsa və yoxsullara birbaşa yardıma sərf edilərsə, xalq yaxşı yaşayacaq. İ.Məmmədov hesab edir ki, bu böyüklükdə yalanı tarixdə ancaq kommunistlər xalqa danışmışdı, sonra isə elə həmin xalqı güllələmiş, ya da acından öldürmüşdülər.

Partiya sədri oliqarxiyanın var-dövlətinə qarşı səslənən bir sıra şüarları tənqid edib və bunu “bolşevik şüarları” adlandırıb. REAL sədri çıxış yolunu məmur olqarxiyasının əlində olan pulu inkişafa cəlb etməkdə görür: “Kapitalın cəmləşməsi faktını milli inkişafın xidmətinə qoymalıyıq. Qismən maliyyə amnistiyası, qismən müsadirə, əsasən isə bu cəmləşmiş var-dövlət iş yerləri, elm və mədəniyyətə təkan verəcək sərmayələrə çevrilməlidir”.

Onun fikrincə, hazırda oliqarxik çevrələrdə baş verən daxili çəkişmələr çox ziyanlıdır: “Yerli populistlərin bir çoxunun sponsoru da bəlkə elə o oliqarx qruplaşmalarıdır. Məhz bu cür çəkişmələr kapitalın cəmləşməsi kimi bir tarixi faktı başqa xalqlarda milli inkişafa xidmətdən yayındırıb, bizdə də yayındıracaq - əgər məsuliyyətli siyasi planlama əvəzinə qeyri-sağlam, populistlərə söykənən oliqarxlararası rəqabət üstün çıxarsa”.

İ.Məmmədov əlavə edib ki, “populistlərin gündəmini indi məhv etməsək, seçkidə onların öhdəsindən gəlmək hər kəsə daha da çətin olacaq”.

Onun çıxışında iki məsələ diqqət çəkir: bu, oliqarxların müdafiəsidirmi, yoxsa milli inkişafın strategiyasını təqdim etməkdir? İkinci məsələ isə müxalifəti bəzi oliqarxlardan pul almaqda ittiham edir. REAL-ın müxalifətlə arasında çat yaradan bu mövqenin səbəbi nədir? Bu gedişlə patiya AXCP və Müsavat kimi özünü müxalifətdən təcrid yolunu tutmurmu? Müxalifəti nəzərdə tutaraq “onların gündəmini indi məhv etməsək, seçkidə onların öhdəsindən gəlmək hər kəsə daha da çətin olacaq” nə deməkdir?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, İ.Məmmədovu müxalifət kimi qəbul edən adam yoxdur: “Özlərini zorla cəmiyyətə müxalifət kimi sırımaq istəyirlər. Düzdür, onun sözlərinin mənə aidiyyəti yoxdur, heç vaxt belə söz deməmişəm ki, oliqarxların pulunu alıb kasıba paylamalıyıq. Amma İlqar Məmmədovun bütövlükdə xalqına baxışı, siyasətə münasibəti antimillidir, dövlət maraqlarına uyğun deyil. Onlar bir proyektdirlər, xaricə işləyiblər”.

S.Cəlaloğlu hesab edir ki, indi iqtidarın əlinə keçiblər, ondan istifadə edirlər: “Mən 4 dəfə Avropa Məhkəməsində udmuşam, amma o, 1 dəfə udub, artıq 234 min manat təzminat alıb. Bundan görünür ki, oliqarxiyaya münasibəti nədəndir. O, savadsız, mill şüura yad adamdır. Nə vaxt istəsə, onunla debata çıxa bilərəm. Deyir ki, prezidentliyə namizəd olmuş adamla debata çıxmaq istəyir. Gəlsin, danışaq, mən 3 dəfə prezidentliyə namizəd olmuşam”.

ADP sədrinin fikrincə, ümumiyyətlə, ölkədə müxalifət liderləri göz qabağındadır: “Xalq hər şeyi görür, gözü açılıb, bilir kim hökumətin adamıdır, kim rusa, kim Qərbə xidmət edir. Ona görə İlqar Məmmədov özünü alternativ müxalifət kimi soxuşdura bilməz”.

AĞ Partiya başqanı Tural Abbaslı lakonik şəkildə bildirdi ki, partiya olaraq qeyri-ciddi siyasətçilərə və nüfuzu olmayan strukturlara reaksiya verməmək barədə qərar qəbul edilib, ona görə İ.Məmmədovun fikirlərini şərh etmək istəmir.

AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, İ.Məmmədovun fikirləri onlara aid deyil: “Mən rast gəlməmişəm ki, hansısa müxalifət partiyası ”oliqarxlardan pulları alıb kasıblara verək" yanaşması ortaya qoysun. Ona görə İlqar Məmmədovun sözlərini şərh etmək istəmirəm. Sadəcə, partiya rəhbəri oponnentlərinə yönəlik fikir səsləndirəndə bir qədər diqqətli olmalıdır, etik çərçivəni keçməməlidir. Bu, siyasi mühitdə barış deyil, münasibətlərin korlanmasına gətirib çıxara bilər. Eyni zamanda partiyanın özünü təcrid etməsinə, tək qalmasına səbəb olar. Çox təəssüf ki, bu cür xoşagəlməz tərz seçilib".

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı qeyd etdi ki, İ.Məmmədovun “bolşevizm” və “populizm” deyə qiymətləndirdiyi fikirlər hər hansı siyasi partiya və ya siyasətçi tərəfindən səsləndirilməyib: “Oliqarxların kapitalının xalq nəfinə müsadirə olunması sosial şəbəkələrdə sadə vətəndaşlar tərəfindən ifadə olunub və bunu müəyyən mənada ictimai sifariş saymaq olar. İllərlə bu ölkənin gəlirlərini öz nəfinə keçirərək varidat toplayanlara ciddi xalq qəzəbi var və bu qəzəb ancaq həmin şəxslərin hüquqi yolla siyasi və maddi cəzalandırılması ilə səngiyə bilər. Buna görə də İlqar bəyin özünü oliqarxiya cəfakeşi kimi göstərməsi gülüncdür. Adam həm deyir ki, oliqarxlar müxalifətə dəstək verir, həm də deyir ki, müxalifət onların kapitalının müsadirə olunmasını təklif edir. Ziddiyyətlidir”.

VHP sədrinin müavini bildirdi ki, bəli, zaman-zaman oliqarxların hansısa siyasi qüvvələrlə separat maddi-siyasi əlaqədə olmasına rast gəlinib: “Bu tamam başqa mövzudur və məsələyə aidiyyəti yoxdur. Cəmiyyətə ”ağ atlı oğlan" kimi sırınan İlqar Məmmədov özü üçün qırmızı xətlərdən elə bir çərçivə yaradıb ki, onun gerçəkdən gündəmə düşməsi üçün fikir ifadə etmək problemi var. Buna görə də adam digər siyasi qüvvələrin gündəmdə olmasından haqlı narahatlıq keçirir".

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublunun fikrincə, 60 siyasi partiya varsa, deməli, 60 mövqe ortaya qoyulur: “Mən müxalifətçilərin fikirlərinə şərh verməməyə çalışmışam. Ancaq görünür ki, hörmətli İlqar Məmmədov gündəmdə qalmaq üçün siyasi opponentlərini ucuz sözlərlə ittiham edir. Onun ittihamlarını anlamaq olmur ki, nəyə əsaslanır? Sadəcə, ölkənin siyasi sistemində azad seçki olmayanda belə fəsadlar yaşanır, hamı özünü həqiqət hesab edir. Seçki azad şəkildə keçiriləndə bütün partiyalar öz yerlərini tutacaqlar, hər kəsin yeri bilinəcək”.

X.Teyyublu hesab edir ki, siyasətçi fikirlərində korrekt olmalıdır və rəqiblərinə qarşı aşağılayıcı sözlərlə reytinq toplamaq olmaz: “ReAL Partiyasına bu leksikonu yaraşdırmıram. Yeni yaranan təşkilatdır, ətrafına müəyyən adamlar toplayıb, ölkənin siyasi həyatında əməyi olmuş, Meydan Hərəkatından gələn adamları ittiham etmək düzgün deyil. ”Sirkə nə qədər tündə olsa, öz qabını çatladar". Ona görə bu zərərli yanaşmadan imtina etməlidir. Seçki komissiyaları, seçki institutları haqda fikir söyləmirlər, azad seçki mühiti yaratmaq üçün mübarizə aparılmalıdır, nəinki siyasi opponentlərinə qarşı pafoslu fikirlər səsləndirməlidir".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Bu gün, 11:12
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Bu gün, 11:10
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Bu gün, 11:02
CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
Bu gün, 11:00
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Bu gün, 10:59
“Jurnalist-bloger” həbs edildi - 10-dan çox şikayətçi var
Bu gün, 10:54
ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? - Bred Şerman yenə yalanları sıralayıb
Bu gün, 10:18
Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı?
Bu gün, 10:10
“TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - 4 il həbs cəzası
Bu gün, 10:05
Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb
Bu gün, 09:59
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Bu gün, 09:48
Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu gün, 09:45
”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:33
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Bu gün, 09:28
400 illik pivə şirkəti müflis oldu - «Bild»
Bu gün, 09:20
ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd - “Tramp yolu”nda kimlər olacaq?
Bu gün, 09:10
ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
Bu gün, 09:05
Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 09:03
Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 08:10
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
Bu gün, 08:08
Neft 4 aydan sonra yenidən BU QİYMƏTƏ OLDU
Bu gün, 08:06
Tramp Ukrayna üçün hazırdır - Detallar razılaşdırılacaq
Bu gün, 08:04
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
Bu gün, 07:45
"Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" - Zaur GİZLİNLƏRİ AÇDI
Bu gün, 07:38
Putin artıq xalqı aldada bilmir - Britaniyalı polkovnik
Bu gün, 07:31
Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…
Bu gün, 07:30
Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? - Belə deyirlər...
Bu gün, 07:28
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
Bu gün, 07:25
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
Bu gün, 07:15
Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? - TƏBİB ARAŞDIRIR
Bu gün, 07:08
Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər - ARAŞDIRMA
Bu gün, 07:04
"Əsl ustad elə Arif Babayevdir" - Xalq artisti
Bu gün, 06:58
TRİPP "3+3"-ü arxa plana atdı - Görünəni odur ki...
Bu gün, 06:44
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:42
"Son zəng" üçün hər şagirddən 1800 MANAT! - BU NƏDİ BELƏ?
Bu gün, 06:40
Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 06:33
Kremlin Paşinyanı devirmək planı yoxdur - ŞƏRH
Bu gün, 06:31
Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır - DETALLAR
Bu gün, 06:29
Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə - NƏ BAŞ VERİR?
Bu gün, 06:27
1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR - TƏFƏRRÜAT
Bu gün, 06:24
Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir? - AKTUAL
Bu gün, 05:32
Paşinyana qarşı SƏFƏRBƏRLİK... - KREML HƏRƏKƏTDƏ...
Bu gün, 05:24
"Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi" - Bennet deyir ki...
Bu gün, 05:19
Hökumətin icra qolu problemləri etiraf edirsə... - AKTUAL
Bu gün, 05:07
Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:03
"Fəhləni ixtisar etməyin, maaşını artırın..." - ÇAĞIRIŞ
Bu gün, 04:53
Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... - Ekspert deyir ki...
Bu gün, 04:09
Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
Bu gün, 03:59
Ronaldo üçün hələ hər şey indi başlayır... - Çünki indi-indi ipə-sapa yatır...
Bu gün, 03:34
Özbək futbolu ÖLÜB... özü də neçə il əvvəl... - Pulu boşuna sərf etməsinlər...
Bu gün, 03:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru