Qalibaf Bakıda açıqladı .....                     XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... .....                     Taxta materialları bahalaşdı .....                     Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi .....                     Azərbaycanlılar Tiflis vağzalında qalıb .....                     Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? .....                     Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı .....                     Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... .....                     Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq .....                     Bu icra başçıları yola salına bilər, yerinə isə... .....                     Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş .....                     Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır .....                     "Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     CERT göstərişlərinə əməl etməyən .....                     "Azərbaycan İstehlakçılar Şurası" yaradılıb .....                     “Jurnalist-bloger” həbs edildi .....                     ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? .....                     Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun .....                     “TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi .....                     Ermənistanda həbslər davam edir, .....                     Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib .....                     Azərbaycan nefti 79.76 dollara ticarət olunur .....                     ”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu .....                     Rusiyanın Afrikada hədəfi nədir? .....                     400 illik pivə şirkəti müflis oldu .....                     ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd .....                     ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib .....                     Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib .....                     Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı .....                     AMEA-da 200 minlik cari təmir: .....                     Neft 4 aydan sonra yenidən .....                     Tramp Ukrayna üçün hazırdır .....                     DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... .....                     "Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" .....                     Putin artıq xalqı aldada bilmir .....                     Maaş və sosial ödənişlərdə artım olacaq? .....                     Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? .....                     İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? .....                     Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! .....                 

"Sosial şəbəkələrdə də gördük ki, xalqımız onunla qürur duyur"
Tarix: 3-04-2021, 09:39 | Çap et
"Sosial şəbəkələrdə də gördük ki, xalqımız onunla qürur duyur"
“Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ”Qarabağ" ordeninə layiq görüldüyüm üçün böyük şərəf və qürur duyuram", - deyə Bayraqdar qeyd edib. Paylaşılan fotolarda prezident İlham Əliyevə Bayraqdar tərəfindən verilən özəl hədiyyə diqqət çəkib. Belə ki, hədiyyə olunmuş gödəkçənin bir tərəfində Türkiyə bayrağı, digər tərəfində isə dövlət başçısının ad-soyadı əks olunub.

Azərbaycanın vətən müharibəsində seçdiyi döyüş taktikasında böyük rolu olan PUA-ların istehsalçısı olan şirkətin rəhbərinin ölkəmizə gəlməsi, dövlət başçısı ilə görüşü xalqımız tərəfindən də müsbət qarşılanıb. Sosial şəbəkələrdə sözügedən fotolar trend olub. Ekspertlər, ictimaiyyət nümayəndələri də bu əlamətdar səfəri müsbət qiymətləndiriblər.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Selçuk Bayraktarın hazırladığı BayraktarTB2 təkcə Azərbaycanın vətən müharibəsi üçün deyil, dünyanın hərb sənayesi üçün yeni bir səhifə açır: “Dünya hərbi ekspertləri bunu etiraf edəcəklərmi, deyə bilmərəm. Ancaq artıq PUA-ların əhəmiyyəti ilə bağlı fikirlər səslənir ki, onların istehsalı hərb sənayesində yeni bir mərhələdir. Dünyanın hər yerində bu texnikalar öyrənilir. Bu yeniliyi yaradan insanlara diqqət olmalıdır. Xüsusən də Azərbaycanın apardığı müharibədə PUA-lar xüsusi rol oynadı - həm qələbənin əldə olunmasında, həm itkilərimizin az olmasında.

Ona görə də, Azərbaycanın dövlət rəhbərliyi tərəfindən Selçuk Bayraktarın yüksək səviyyədə qəbul olunması, orderlə təltif olunması çox müsbət haldır. Onun özünün də Azərbaycana xüsusi sevgisini, məhəbbətini gördük. O özü də qürur duydu ki, Azərbaycanın haqq işində o da öz köməyini göstərib. Hər bir azərbaycanlı onun ölkəmizə gəlişinə sevinməlidir, onunla fəxr etməlidir. Sosial şəbəkələrdə də gördük ki, xalqımız onunla qürur duyur”.

Hərbi ekspert Emin Həsənli isə qeyd etdi ki, Selçuk Bayraktar Azərbaycana xüsusi sevgisi olan bir şəxsdir və vətən müharibəsinə bu qədər töhfə verdiyi üçün özü də qürur duyur: “Biz də həmin gün Selçuk Bayraktarla görüşdük, söhbət etdik, Azərbaycan xalqının təşəkkürlərini ona çatdırdıq. Çox pozitiv insandır, Azərbaycanı həddindən artıq sevən biridir. Türk millətçisidir, Türkiyə və Azərbaycana bağlıdır, Turan ideyalarının daşıyıcısı olan biridir. Dünyanın ən böyük mühəndislərindən biridir, Amerikada təhsil alıb. Qarabağ müharibəsindən sonra dünyada orduya, texnikaya münasibət dəyişib. Dünya artıq böyük texnika və böyük ordularla yox, kiçik texnika və kiçik xüsusi təyinatlı qruplarla müharibəyə, pilotsuz uçuş aparatlarına üstünlük verməyə başlayıb.

Müharibəyə baxış dəyişib, hərbi strategiyaya baxış dəyişib. XXI əsrin müharibəsini Azərbaycan özünün apardığı 44 günlük müharibə ilə göstərdi. Orada klassik müharibə metodları da var idi, Şuşanın, Hadrutun alınmasını da unutmamalıyıq. Orada yaxın məsafədə əlbəyaxa döyüş olub, müasir silahlarla silahlanmış xüsusi təyinatlılarımız Şuşanı azad edib. Ancaq ümumilikdə Qarabağ savaşında qələbənin qazanılmasında PUA-ların müstəsna xidmətləri olub. Ona görə də, cənab prezident Selçuk Bayraktarı ”Qarabağ" ordeni ilə təltif etdi. Bu onun halal haqqıdır. Azərbaycan xalqı onu sevir".

Ekspertin sözlərinə görə, sözügedən şirkət müharibədə müstəsna rol oynayan bu silahın müxtəlif versiyasını Azərbaycanla birgə hazırlayacaq: “Onun ”Bayraktar" adı ilə hazırladığı silahı daha da təkmilləşdiriləcək. Azərbaycanla birgə hazırlayacağı pilotsuz uçuş aparatının müxtəlif versiyaları olacaq. Bu PUA-lar düşmənin başına od yağdırdı, nə qədər hərbi texnikasını sıradan çıxardı, hava hücumundan müdafiə sistemindən tutmuş tanklarını, artilleriya qurğularını, zenit-raket qurğularını məhv etdi. Əlbəttə ki, ən böyük rol Azərbaycan prezidentinindir, ordusunundur, xalqınındır, əsgərinin, o qurğuları idarə edən hərbçilərindir. Ancaq silahların da rolu böyükdür, bu danılmazdır, o cür dəqiq vuran silahlar olmasaydı, bizim itkilərimiz daha çox olardı. Düşmənin istehkamlarının dağıdılmasında, 30 illik müdafiə sisteminin yarılmasında, düşmənin arxasına keçərək böyük qələbənin əldə edilıməsində “Bayraktar”ın müstəsna rolu var".

Məlumat üçün qeyd edək ki, Selçuk Bayraktar 2000-ci ildə İstanbul Texniki Universitetini Elektronika ixtisası üzrə bitirib. Sonralar Pensilvaniya Universitetinin magistrantı və Massaçusets Texnologiya İnstitutunun doktorantı olub. 2015-ci ildə BayraktarTB2-nin təqdimatını keçirib. Sonralar silah istehsalçıları və alıcılarının diqqətini cəlb edən bu dron 7 km hündürlükdə 24 saat uçuş müddətinə malikdir. Gövdəsində 50 -60 kq bomba daşıya və 150 km məsafəyə uçuş edə bilir. Bu dronlar Türkiyənin PKK-ya qarşı apardığı mübarizəsində, həmçinin sonralar Liviya və Suriyada müharibələrdə ciddi uğurlar qazandı. Bayraktar TB2 dron sürüləri ən məşhur hava hücumu silahlarından, zenit qurğularından yayınaraq vacib hədəflərə dəqiq zərbələr endirə bilir. İndi məlum olur ki, milyonlarla dəyəri olan zenit kompleksləri, S-300 -lər adi dronlar qarşısında effektiv deyilmiş. Hələlik dron sürüsünə qarşı effektiv mübarizə apara biləcək elə bir ciddi vasitələr də istehsal olunmayıb. BayraktarTB2-nin qiymətinin 5 milyon dollar olduğu deyilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Bu gün, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Bu gün, 12:05
Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Bu gün, 12:03
Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:00
Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Bu gün, 11:49
Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:44
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Bu gün, 11:40
Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Bu gün, 11:34
Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Bu gün, 11:31
Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Bu gün, 11:28
Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Bu gün, 11:25
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Bu gün, 11:12
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Bu gün, 11:10
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Bu gün, 11:02
CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
Bu gün, 11:00
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Bu gün, 10:59
“Jurnalist-bloger” həbs edildi - 10-dan çox şikayətçi var
Bu gün, 10:54
ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? - Bred Şerman yenə yalanları sıralayıb
Bu gün, 10:18
Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı?
Bu gün, 10:10
“TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - 4 il həbs cəzası
Bu gün, 10:05
Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb
Bu gün, 09:59
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Bu gün, 09:48
Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu gün, 09:45
”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:33
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Bu gün, 09:28
400 illik pivə şirkəti müflis oldu - «Bild»
Bu gün, 09:20
ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd - “Tramp yolu”nda kimlər olacaq?
Bu gün, 09:10
ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
Bu gün, 09:05
Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 09:03
Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 08:10
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
Bu gün, 08:08
Neft 4 aydan sonra yenidən BU QİYMƏTƏ OLDU
Bu gün, 08:06
Tramp Ukrayna üçün hazırdır - Detallar razılaşdırılacaq
Bu gün, 08:04
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
Bu gün, 07:45
"Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" - Zaur GİZLİNLƏRİ AÇDI
Bu gün, 07:38
Putin artıq xalqı aldada bilmir - Britaniyalı polkovnik
Bu gün, 07:31
Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…
Bu gün, 07:30
Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? - Belə deyirlər...
Bu gün, 07:28
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
Bu gün, 07:25
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
Bu gün, 07:15
Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? - TƏBİB ARAŞDIRIR
Bu gün, 07:08
Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər - ARAŞDIRMA
Bu gün, 07:04
"Əsl ustad elə Arif Babayevdir" - Xalq artisti
Bu gün, 06:58
TRİPP "3+3"-ü arxa plana atdı - Görünəni odur ki...
Bu gün, 06:44
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:42
"Son zəng" üçün hər şagirddən 1800 MANAT! - BU NƏDİ BELƏ?
Bu gün, 06:40
Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 06:33
Kremlin Paşinyanı devirmək planı yoxdur - ŞƏRH
Bu gün, 06:31
Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır - DETALLAR
Bu gün, 06:29
Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə - NƏ BAŞ VERİR?
Bu gün, 06:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru