Qalibaf Bakıda açıqladı .....                     XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... .....                     Taxta materialları bahalaşdı .....                     Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi .....                     Azərbaycanlılar Tiflis vağzalında qalıb .....                     Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? .....                     Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı .....                     Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... .....                     Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq .....                     Bu icra başçıları yola salına bilər, yerinə isə... .....                     Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş .....                     Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır .....                     "Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     CERT göstərişlərinə əməl etməyən .....                     "Azərbaycan İstehlakçılar Şurası" yaradılıb .....                     “Jurnalist-bloger” həbs edildi .....                     ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? .....                     Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun .....                     “TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi .....                     Ermənistanda həbslər davam edir, .....                     Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib .....                     Azərbaycan nefti 79.76 dollara ticarət olunur .....                     ”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu .....                     Rusiyanın Afrikada hədəfi nədir? .....                     400 illik pivə şirkəti müflis oldu .....                     ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd .....                     ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib .....                     Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib .....                     Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı .....                     AMEA-da 200 minlik cari təmir: .....                     Neft 4 aydan sonra yenidən .....                     Tramp Ukrayna üçün hazırdır .....                     DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... .....                     "Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" .....                     Putin artıq xalqı aldada bilmir .....                     Maaş və sosial ödənişlərdə artım olacaq? .....                     Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? .....                     İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? .....                     Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! .....                 

“Ölkəmizdə qadınların yüksək vəzifələrə, postlara gətirilməsində heç bir problem yoxdur” - deputat
Tarix: 2-04-2021, 08:25 | Çap et
“Ölkəmizdə qadınların yüksək vəzifələrə, postlara gətirilməsində heç bir problem yoxdur”
Dünya İqtisadi Forumunun “Qlobal Gender Bərabərsizliyi 2021" hesabat yayıb. Qlobal Gender Bərabərsizliyi İndeksi dörd göstərici əsasında dəyərləndirilir: iqtisadi iştiraklılıq və fürsət; təhsil səviyyəsi; sağlamlıq; siyasi səlahiyyət.

Artıq 12-ci dəfədir İslandiya dünyada gender bərabərliyinə görə birinci yeri tutur. Ondan sonra Finlandiya, Norveç, Yeni Zelandiya, İsveç, Namibiya, Ruanda, Litva, İrlandiya və İsveçrə gəlir.

İndeks 156 ölkəni əhatələyir. Bu ildən indeksə salınan Əfqanıstan sonuncu - 156-cı yerdə qərarlaşıb. Azərbaycan sıralamada 100-cü yerdədir. Ermənistan 114, Gürcüstan 49, Rusiya 81, İran 150-cidir. Hesabatda deyilir ki, Azərbaycan daxil olmaqla, doqquz ölkədə bir nəfər belə qadın nazir yoxdur. Digər ölkələr Ermənistan, Bruney Darüssəlam, Papua Yeni Qvineya, Səudiyyə Ərəbistanı, Tailand, Vyetnam və Yəməndir.

Hesabatın əhatələdiyi ölkələrin hamısında sağlamlıq üzrə gender bərabərsizliyinin azı 93 faiz qapandığı, 56 ölkənin bu sahədə tam bərabərliyə nail olduğu vurğulanır.

Doğrudur, Azərbaycanda birinci vitse-prezident, Milli Məclisin sədri, ombudsman qadındır. Həmçinin ölkədə xeyli sayda deputat, icra başçısı, icra başçısının müavini və komitə sədri olan qadınlar var. Bəs niyə qadın nazir yoxdur?

Mövzu ilə bağlı millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Yeni Müsavat”a danışıb: “İstərdim ki, gender bərabərliyi, qadınların yüksək vəzifələrdə yer almaqları ilə bağlı hesabat hazırlayanlar 30 il ərzində məcburi köçkün olan azərbaycanlı qadınların hansı əzab və çətinliklər, məişət problemləri, maddi sıxıntılar çəkdiyini də görərdilər və bu haqsızlığa, ədalətsizliyə son qoymaq üçün bir haray qoparıb, bunu törədən Ermənistana sərt reaksiya göstərərdilər.

Dünya unutmasın ki, Azərbaycan qadını hər zaman azad olub. Hətta ABŞ-dan öncə Azərbaycanda qadınlara seçkilərdə iştirak hüququ verilib".

Bəxtiyar Sadıqov qeyd edib ki, ölkəmizdə qadınların yüksək vəzifələrə, postları gətirilməsində heç bir problem yoxdur: “Məsələn, Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədridir. Bunu elə nazir postu hesab etmək olar. Bahar Muradova bundan əvvəl Milli Məclis sədrinin müavini olub. Daha bir məsələ, ölkəmizdə Milli Məclisin sədri xanımdır. Çox az ölkələr var ki, bu vəzifəni qadın icra edir. Həmçinin Mehriban xanım Əliyeva ölkədə ən yüksək postlardan biri olan Birinci vitse-prezident vəzifəsini daşıyır. Mehriban xanım hər zaman bu vəzifəsini çox layiqincə yerinə yetirib, etimadını doğruldub. Onu da qeyd edim ki, baş redaktoru olduğum ”Azərbaycan" qəzetində 3 xanım şöbə müdiri var. Bunu bizə hansısa qurum, məmur deməyib. Əgər insanın hansısa bacarığı, biliyi varsa, irəli çəkilir. Bir daha qeyd edirəm ki, Azərbaycanda qadın kişi fərqləndirilmir".

Qadın hüquqları müdafiəçisi Mehriban Zeynalova isə bildirdi ki, Azərbaycanda kifayət qədər potensialı, gücü olan qadınlar var: “Onlar həm siyasətdə həm də digər sferalarda kifayət qədər aktivdirlər və heç də kişilərdən geri qalmırlar.

Xarici ölkələrdə kifayət qədər qadınlarımız var ki, onlar tanınır və yaşadıqları ölkələr onlara dəyər verir. Problem əslində müəyyən mənada gender stereotipləridir. Bəzən qadınların özləri də vəzifələrə getməkdən çəkinirlər ki, bu da yenə stereotiplərlə bağlı olur. Ümumiyyətlə, cəmiyyətimiz daha çox ailə ilə bağlı olduğundan bəzən görürük ki, yüksək şəkildə ailənin razılığını almaq məcburiyyətində qalırıq, hətta dövlət səviyyəli işlərdə belə. Ola bilsin ki, hansısa önəmli məsələ ilə bağlı ailə qadına icazə verməsin. Həmçinin qeyd etdiyim kimi, stereotiplər qadınların irəli getməsinə mane olur. Əgər ailə əngəl törətməsə belə, bəzən kənarda hansısa ayrı-ayrı şəxslər tərəfindən stiqma yaradılır, əxlaq məsələləri önə çəkilir. Yəni, əxlaq məsələləri proletit məsələ kimi önə çəkilir, qadının həyat tərzi “bayraq” kimi əldə tutulur, bu zaman bilik və bacarıqlar kənarda qalır. Bu gün istənilən kişi ailəli olsa belə kiminləsə görüşə bilir, rahat şəkildə “yeyib-içməyə” gedir. Yəni çox ciddi şəkildə meyarlar var. Qadın rəhbər olarsa, o, demək olar ki, yaşamamalıdır. Avropada da bu cür hallar var, amma kişilərə qarşı da eyni tələb var - sənin öz həyat tərzin olmalıdır və sən digər şəxslərə nümunə olmalısan, hətta yaşamamalısan. Qeyd etdiyim ki, Avropada bu cür tələb kişilərə qarşı da var, amma Azərbaycanda bu tələblər yalnız qadınlara şamil edilir. Ümumilikdə isə bütün dünyada vəzifəli şəxslərə qarşı tələblər çox ciddidir. Hətta vəzifədə olan kişilərin həyat tərzi tezislərinin, vəzifə tutduğu ərazidə yaşayan insanların qarşısında məsuliyyət daşıyır. Bizdə isə bu öhdəliyi daha çox qadından tələb edirlər. Qadının şəxsi həyatında istənilən cüzi bir səhv onun linçinə gətirib çıxardır və o, vəzifədən gedir. Yəni bir səhv rəyi tamamilə dəyişir. Bunun üçün də irəli getmək istəyən, güclü qadınların bəziləri bunu dərk edərək ya özləri irəli getmir, ya da ki, irəli etmək məqamında bu cür məsələlərlə üzləşir. Əhali arasında da belə düşüncə var ki, qadın irəli gedəndə belə bir hadisələr ola bilər, yəni mənfi rəylər formalaşdırmağa çalışırlar".

“Gündəlik Teleqraf” MMC-nin direktoru, sabiq deputat Aynur Camalqızı isə məsələyə bu cür şərh bildirdi: “Təbii ki, bu hesabat kifayət qədər maraq doğurur, amma düşünürəm ki, gender bərabərsizliyi məsələsini yalnız ”ölkədə qadın nazir yoxdur" deyə formalaşdırmaq doğru olmaz. Ölkədə vitse-prezident, ombusdman qadındır. Həmçinin parlamentdə xeyli sayda qadın deputatlarımız var. Yəni kifayət qədər qadınlarımız öndədir. Əgər ölkənin ikinci şəxsi qadındırsa, burada qadın nazirin olub-olmaması o qədər də önəmli deyil".

Aynur Camalqızı da həmçinin vurğulayıb ki, ölkəmizdə qadın nazir müavinləri, icra hakimiyyətlərinin qadın müavinləri kifayət qədər çoxdur: “Yəni elə sahələr var ki, orada qadınların sayı kişilərin sayından xeyli üstündür. Məsələn, təhsil, səhiyyə sahəsində və sairə. Hesab edirəm ki, bu həm də bir qədər də qadınların istəklərindən qaynaqlanan bir məsələdir. Biz bunu süni şəkildə qabarda bilmərik. Qadın nazir və digər yüksək postlara özü haqq etməli, özü qazanmalı, özü diqqəti üzərinə çəkməlidir. Yəni Azərbaycan hökumətində yüksək vəzifələrdə təmsil olunmaq üçün qadınların özləri iddialı və həvəsli olmalıdırlar. Yəni bizdə gender bərabərliyi haqqında qanun var. İllər öncə bu qanun Milli Məclisdə müzakirə olunanda belə bir söhbətlər var idi ki, bizdə də Skandinaviya ölkələrində olduğu kimi qadınlar üçün kvota nəzərdə tutaq. O zaman elə qadın deputatların özü buna qarşı çıxdı ki, ”biz süni şəkildə qadınlara yerlərin nəzərdə tutulmasını, kvotanın ayrılmasını doğru saymırıq". Yəni hər bir qadın öz qabiliyyəti, intellektuallığı ilə, eyni zamanda öz zəhmətləri ilə həmin posta gəlib çıxmalıdır. Doğrudur, Skandinaviya ölkələrində bu məsələnin çox yaxşı nəticəsi oldu. Belə ki, seçki orqanlarında qadınlar üçün kvota nəzərdə tutdular, bunun nəticəsində parlamentdə, istərsə də siyasi qərarların qəbulu prosesində qadınların iştirakı həddindən artıq artdı. Yəni böyük bir yüksəliş nəzərdə çarpdı. İndi həmin ölkələrin parlamentlərində, digər yüksək postlarda yarıdan çox qadınlar təmsil olunur.

Yəni biz bunu süni şəkildə artıra bilərik. Amma bunun bir səmərəsi olacaqmı? Bir daha qeyd edirəm ki, hər şeydən öncə qadınların özləri bu məsələyə həvəsli, inadlı olmalıdır".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qadınların yüksək vəzifələrdə ola bilməməsini kişi qısqanclığı ilə əlaqələndirdi: “Niyə ölkəmizdə qadınlar nazir ola bilməzlər? Halbuki ölkəmizdə nazir ola biləcək xeyli sayda bacarıqlı, bilikli qadınlar var. Niyə səhiyyə, təhsil və sosial müdafiə nazirliyində rəhbər qadınlar olmasın? Qadınlar məktəb direktoru, baş həkim, nazir müavinləri ola bilir, amma nazir ola bilmirlər? Həmçinin qadın icra başçısı barmaq sayı qədərdir. Halbuki icra başçılarının əksəriyyətinin müavinləri qadınlardır. Qadın necə ki, bütün ailəni idarə edə bilir, eləcə də vəzifəsini bacarıqla yerinə yetirir.

Hesab edirəm ki, ölkəmizdə qadın nazirin olmamasının səbəbi kişi qısqanclığıdır. Kişilər bir çox hallarda qadınların vəzifəyə gətirilməsinə qısqanclıqla yanaşır".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Bu gün, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Bu gün, 12:05
Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Bu gün, 12:03
Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:00
Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Bu gün, 11:49
Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:44
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Bu gün, 11:40
Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Bu gün, 11:34
Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Bu gün, 11:31
Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Bu gün, 11:28
Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Bu gün, 11:25
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Bu gün, 11:12
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Bu gün, 11:10
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Bu gün, 11:02
CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
Bu gün, 11:00
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Bu gün, 10:59
“Jurnalist-bloger” həbs edildi - 10-dan çox şikayətçi var
Bu gün, 10:54
ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? - Bred Şerman yenə yalanları sıralayıb
Bu gün, 10:18
Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı?
Bu gün, 10:10
“TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - 4 il həbs cəzası
Bu gün, 10:05
Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb
Bu gün, 09:59
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Bu gün, 09:48
Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu gün, 09:45
”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:33
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Bu gün, 09:28
400 illik pivə şirkəti müflis oldu - «Bild»
Bu gün, 09:20
ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd - “Tramp yolu”nda kimlər olacaq?
Bu gün, 09:10
ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
Bu gün, 09:05
Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 09:03
Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 08:10
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
Bu gün, 08:08
Neft 4 aydan sonra yenidən BU QİYMƏTƏ OLDU
Bu gün, 08:06
Tramp Ukrayna üçün hazırdır - Detallar razılaşdırılacaq
Bu gün, 08:04
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
Bu gün, 07:45
"Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" - Zaur GİZLİNLƏRİ AÇDI
Bu gün, 07:38
Putin artıq xalqı aldada bilmir - Britaniyalı polkovnik
Bu gün, 07:31
Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…
Bu gün, 07:30
Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? - Belə deyirlər...
Bu gün, 07:28
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
Bu gün, 07:25
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
Bu gün, 07:15
Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? - TƏBİB ARAŞDIRIR
Bu gün, 07:08
Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər - ARAŞDIRMA
Bu gün, 07:04
"Əsl ustad elə Arif Babayevdir" - Xalq artisti
Bu gün, 06:58
TRİPP "3+3"-ü arxa plana atdı - Görünəni odur ki...
Bu gün, 06:44
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:42
"Son zəng" üçün hər şagirddən 1800 MANAT! - BU NƏDİ BELƏ?
Bu gün, 06:40
Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 06:33
Kremlin Paşinyanı devirmək planı yoxdur - ŞƏRH
Bu gün, 06:31
Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır - DETALLAR
Bu gün, 06:29
Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə - NƏ BAŞ VERİR?
Bu gün, 06:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru