Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR: .....                     “Anamın ağrılardan canı qurtardı” .....                     İran yola gəlməsə... .....                     Azərbaycanda 31 il əvvəl başlayan proses .....                     FHN əməkdaşı olan Mahirin ölümünün təfərrüatı .....                     NATO-nun gizli təyyarəsi havadan Rusiyanı izləyir .....                     "Putinin hərbi iqtisadiyyatı çat verir: Rusiya mülki sektoru çökür" .....                     Qarabağ qazisi və polis oğlunun məzarı Laçına köçürüldü .....                     SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər... .....                     "Televiziyalar onları yığışdırmalıdır” .....                     “Dərbəndin sahibi kimdir?” .....                     "Nazir o vaxt yeni gələndə demişdi ki..." .....                     Binəqədinin Hacıbalası olmasa da... .....                     "Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..." .....                     "Yaxşı ki, Vasif Talıbovu götürdülər" .....                     "Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" .....                     Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı .....                     Ərdoğan Bakıya görə Putinlə danışacaq? .....                     İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb .....                     Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? .....                     Yoldaş Mikayılovun QUDA SEVGİSİ .....                     Bakıdakı RUS AGENTURASI .....                     Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü .....                     Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” .....                     Mobil telefon təhsilə əngəlmi, fürsətmi? .....                     "1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." .....                     Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. .....                     Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. .....                     Ermənistanda faşizm əleyhinə abidəni sökürlər .....                     Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI .....                     Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? .....                     Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər .....                     Yeni doktrina formalaşır... .....                     "Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir" .....                     Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı .....                     İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir .....                     Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır .....                     Tur şirkətlərinin FIRILDAĞI .....                     Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb .....                     Bakı Kremlə bu jesti də etdi .....                 

"Yaxşı bilirlər ki, 10 noyabr bəyanatının icra edilməməsi Ermənistan üçün bir intihardır" - deputat
Tarix: 23-03-2021, 08:35 | Çap et
"Yaxşı bilirlər ki, 10 noyabr bəyanatının icra edilməməsi Ermənistan üçün bir intihardır"
DİA.AZ Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanovun Pravda.az-a müsahibəsini təqdim edir:

- Martın 18-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda diqqətinizi hansı məqam çəkdi?

- Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktubda bir sıra vacib məqamlar var. Qeyd olunub ki, ABŞ iqtisadiyyatın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səyləri dəstəkləyir. Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır. Xüsusi vurğulanıb ki, ABŞ administrasiyası təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaq. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalır. Bu, Prezident İlham Əliyevə münasibət, bölgədə yaradılmış yeni reallığa baxışdır. ABŞ yeni reallığı qəbul edir, Azərbaycanla tərəfdaşlıq etmək niyyətindədir.

- ABŞ Qarabağ məsələsində bundan sonra hansı rolu oynaya bilər?

- Bu, Baydenin məktubunda ümumi halda qeyd olunub. ABŞ kommunikasiyaların açılması, birgəyaşayışa hazırlıq üçün töhfəsini verməyə hazır olduğunu bildirib. Hər halda növbəti mərhələdə hansı addımların atılacağını görəcəyik.

- Co Bayden Rusiya prezidenti Vladimir Putin barəsində kəskin ifadələr işlədib. Artıq Rusiyaya qarşı sanksiyaların tətbiq olunacağı anons edilir. Bu gərginlik Azərbaycana da təsir edə bilərmi?

- Azərbaycan bir çox ölkələrlə tərəfdaşlıq edir. Vətən Müharibəsində də gördük ki, Azərbaycanın çoxlu sayda dostları var. Azərbaycan müstəqil siyasət yürüdən ölkədir, tərəfdaşlarını özü müəyən edir. Hansısa dövlətlər arasında olan fikir ayrılığı Azərbaycanın bu ölkələrlə olan münasibətinə kölgə sala bilməz. Təbii ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bölgəyə də təsirsiz ötüşməyə bilməz.

- SOCAR və “Qazprom Export” şirkəti Rusiya qazının nəqli üzrə qısamüddətli müqavilə imzalayıb. Bu, “Şimali Qafqaz – Zaqafqazya” qaz kəmərində planlı təmir işləri zamanı Ermənistandakı istehlakçılara qaz tədarükünün Azərbaycan ərazisi ilə davam etdirilməsinə imkan verəcək. Bunun Azərbaycana hər hansı faydası ola bilərmi?

- Azərbaycan qarşılıqlı əlaqələrin bərpasına, kommunikasiyaların açılmasına hazırdır. Prezident İlham Əliyev bu istiqamətdə bir neçə dəfə təşəbbüslə çıxış edib. SOCAR və “Qazprom Export” şirkətinin Rusiya qazının Ermənistana Azərbaycan ərazisindən nəqli üzrə imzaladığı qısamüddətli müqavilə göstərdi ki, biz qarşılıqlı əlaqələrin qurulmasının tərəfdarıyıq. Qaz nəqli Azərbaycanın təsiri imkanına malik olması kimi qiymətləndirilməlidir. Prezidentin qeyd etdiyimi kimi, sözümüz imzamız qədər təsirlidir. Bunu dünya ictimaiyyəti görməlidir.

- Bəzi siyasətçilər bu addımın yolverilməz olduğunu bildirirlər...

- Bu, yanlış yanaşmadır. Ermənistana verilən Azərbaycanın qazı deyil, biz, sadəcə, vasitəçiyik. Bu vasitəçilik Azərbaycan üçün yeni imkandır. Doğrudur, Ermənistanın daxilində müharibə ritorikasından çıxış edənlər var. Baxın, müharibə ritorikasından çıxış edənlərin əlləri vaxtilə azərbaycanlıların qanına batıb. Müharibə istəyənlər Köçəryan və Sərkisyan cütlüyünün tərəfdarlarıdır. Burada da məqsəd hakimiyyətə gəlməkdir. Ermənistan hələ uzun illər özünə gələ bilməyəcək, ölkə tənəzzül edir, xaotik vəziyyət yaranıb. Bu cütlük də vəziyyətdən istifadə edib hakimiyyəti ələ keçirməyə cəhd edirlər. Yaxşı bilirlər ki, 10 noyabr bəyanatının icra edilməməsi Ermənistan üçün bir intihardır. Azərbaycan kommunikasiyaların açılması üçün vacib olan bütün addımları atır.

- Sizcə, Ermənistan Azərbaycanın bu humanist addımını qiymətləndirəcəkmi?

- Daşnaksütyun Partiyasının nümayəndəsi bildirib ki, Azərbaycan üzərində gələn qaza ehtiyacları yoxdur. Təbii ki, belə qüvvələrin olması normaldır, müharibə dörd aydır bitib, yaraların sağalması üçün xeyli müddət lazımdır. Amma müşahidələr göstərir ki, erməni xalqı Köçəryan və Sərkisyan cütlüyünün əməllərindən boğaza yığılıblar. O cütlüyün ətrafında ciddi elektorat da yoxdur. Düşünürəm ki, erməni xalqının sağlam düşüncəli kəsimi Azərbaycanın qaz nəqli ilə bağlı razılığını müsbət qiymətləndirməyi bacaracaqlar.

- Məsələn, Xankəndini, Xocalını tərk edə bilərlərmi?

- Bu sualın cavabını Prezident İlham Əliyev fevralın 26-da xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında verib. Dövlət başçısı bildirdi ki, Xocalıya, Xankəndiyə və digər ərazilərə qayıdacağıq, buna kiminsə şübhəsi olmasın. O ərazilərdə vaxtilə Azərbaycan vətəndaşı olan ermənilər də yaşayacaqlar. Hərbi əməliyyatlar başa çatıb, artıq siyasi prosedurlar həyata keçirilir. Prezident İlham Əliyevin atdığı addımlar bizə qətiyyətlə deməyə əsas verir ki, Xankəndiyə də, Xocalıya da qayıdacağıq.

- Rusiya sülhməramlı kontingentinin hazırki fəaliyyətini fəaliyyətini necə qiymətləndirirsiniz?

- Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Bir məsələni qeyd edim, sülhməramlıların bölgəyə gəlişini normal qiymətləndirmək lazımdır, çünki 44 gün şiddətli döyüşlər gedib, hər iki tərəfdən itkilər və yaralılar var, bundan əlavə, 30 il müddətində xalqlar arasında düşmənçilik davam edib... Amma sülhməramlı qüvvələr tərəfindən ermənilərə yardımların çatdırılması qəbulolunmazdır. Əvvəllər narahatlıqlar daha çox idi. Artıq Monitorinq Mərkəzində qardaş Türkiyənin Silahlı Qüvvələrinin nümayəndələri də təmsil olunurlar.

- Ermənistan minalanmış ərazilərin xəritələrini niyə vermir?

- Ermənilərin minalanmış ərazilərin xəritələrini verməməsi bir çox dövlətlər tərəfindən pislənməkdədir. Təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar məsələyə ikili standartlarla yanaşırlar, sanki, belə hal baş verməyib. Ermənilərin bu əməli beynəlxalq təşkilatlar tərəfindən qınanmalıdır. İstənilən müharibə müqavilə ilə bitir, minalanmış ərazilərlə də bağlı qərar qəbul edilir, xəritələr təqdim olunur. Ermənistanın daxilindəki xaotik vəziyyət bu addımları atmağa imkan vermir. Çünki onlar məğlub olublar. Bu məğlubiyyəti də təkcə Ermənistanın baş naziri Nikol Paşinyanın ayağına yazmamalıyıq. Bu, həm də Köçəryan və Sərkisyanın 30 illik hakimiyyətinin məğlubiyyətidir. Amma daxildə ritorika ondan ibarətdir ki, müharibəni Paşinyan hakimiyyəti uduzub. O, hakimiyyəti qorumaq üçün anlaşmalarda müəyyən ləngitmələrə də yol verir. Düşünürəm, minalanmış ərazilərin xəritələrinin verilməməsinin səbəbi budur. Çünki Paşinyan hakimiyyətini itirə bilər. O, istəsə də, bəzi addımları ata bilmir.

- Tutaq ki, xəritələri təqdim etdilər, inanmaq olarmı?

- Ermənidən danışırıqsa, gərək onların hiyləsini, xislətini unutmayaq. Dövlət başçısı işğaldan azad edilən ərazilərə səfərləri zamanı çıxışlarında vurğulayıb ki, “dəmir yumruq” hələ də mövcuddur. Ermənilər “dəmir yumruq”dan sarsıntı keçiriblər. Onlar xəritələri versələr belə, ehtiyatı əldən verməməliyik.

- Mülki şəxslər minalanmış ərazilərə gedirlər, çağırışlara məhəl qoymurlar. Onlara nə tövsiyə edərdiniz?

- Dövlət qurumları, ictimai siyasi xadimlər dəfələrlə müraciət ediblər ki, vətəndaşlar minalaşmış ərazilərə getməsinlər. İnsanlar o əraziləri görməyə tələsirlər, bu, başadüşüləndir, dədə-baba yurdlarıdır. Amma təhlükəsizliyimiz ən əsas məsələdir. Baxın koronavirus pandemiyası bütün dünyada tüğyan edir, 3 milyona yaxın insan vəfat edib, amma bəziləri buna inanmırlar. İşğaldan azad edilmiş ərazilərə də gedənlər düşünürlər ki, gedəcəklər, gələcəklər, problem də olmayacaq. Amma elə deyil, düşmən o əraziləri minalayıb. Təəssüflər olsun ki, insanlar yaxınlarının, əzizlərinin həyatını təhlükəyə atırlar. Vətəndaşlardan bir daha xahiş edirik ki, minalanmış ərazilərə getməsinlər, bir qədər də dözsünlər.

- Müsavat Partiyasının rəhbərliyi bildirir ki, hökumət onların işğaldan azad edilən ərazilərə səfərinə şərait yaratmalıdır. Məlumdur ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə siyasi partiyaların rəhbərləri Ağdama səfər ediblər, vəziyyətlə tanış olublar. Amma Müsavat Partiyasının rəhbərliyi bu səfərdən imtina edib. Partiyanın səfərini ayrıca təşkil etmək mümkündürmü?

- Milli məsələlərdə hər kəs bir nöqtəyə vurmalıdır. Hazırda təhlükəsizlik məsələsi diqqət mərkəzindədirsə, əməl etmək lazımdır. Söhbət təkcə minadan getmir, müharibədən sonra gördük ki, erməni terrorçularının qalıqları bu ərazilərdə qalıblar. Ona görə də siyasi partiyalar milli məsələlərdə birlik nümayiş etdirməlidirlər. Müsavat Partiyasının rəhbərliyi partiyanı xüsusi, əhəmiyyətli partiya hesab edirsə, bu, keçməyəcək. Çünki ölkənin və regionun ən böyük partiyası olan Yeni Azərbaycan Partiyası Ağdam səfərində iştirak edirdi. Müsavat Partiyası bu cür mövqedən çıxış etməməlidir.

- Azərbaycan Prezidentin İlham Əliyev martın 18-də əfv sərəncamı imzalayıb, sərəncam 625 nəfərə şamil edilib. Dövlət başçısının bu addımı milli həmrəyliyin gücləndirilməsinə töhvədir. Bu barədə fikirləriniz maraqlıdır...

- Prezident İlham Əliyev müxtəlif vaxtlarda bu cür humanist addımlar atıb. Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə amnistiya aktlarının qəbul edilməsi üçün təşəbbüslərlə çıxış edib. Bu, hər zaman dəstəklənib. Müəyyən vaxtlarda həbsdə olan bəzi şəxslərin adı qabardılır, “siyasi məhbus” terminindən istifadə olunur. Bu, düzgün deyil, kimsə siyasi partiya mənsubiyyətinə və ya peşə fəaliyyətinə görə həbs edilmir. Əfv sərəncamı qaydalara əməl edən hər kəsə şamil edilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR: - Paşinyan sözündən dönmür
Bu gün, 19:23
“Anamın ağrılardan canı qurtardı” - Milli qəhrəmanın qardaşı
Bu gün, 19:21
İran yola gəlməsə... - ŞƏRH
Bu gün, 16:47
Azərbaycanda 31 il əvvəl başlayan proses – Əliyevdən vacib gediş
Bu gün, 16:43
FHN əməkdaşı olan Mahirin ölümünün təfərrüatı - Nişanı da təxirə salınmışdı
Bu gün, 16:40
NATO-nun gizli təyyarəsi havadan Rusiyanı izləyir - Business Insider
Bu gün, 16:38
"Putinin hərbi iqtisadiyyatı çat verir: Rusiya mülki sektoru çökür" - “Bloomberg”
Bu gün, 14:51
Qarabağ qazisi və polis oğlunun məzarı Laçına köçürüldü - Torpaqlarımız azad olunandan sonra bir ilk
Bu gün, 14:48
SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:42
"Televiziyalar onları yığışdırmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:03
“Dərbəndin sahibi kimdir?” – keçmiş XİN rəhbəri rus millətçilərə cavab verdi
Bu gün, 12:00
"Nazir o vaxt yeni gələndə demişdi ki..."
Bu gün, 09:17
Binəqədinin Hacıbalası olmasa da... - HACIBABASI VAR...
Bu gün, 09:15
"Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..."
Bu gün, 07:44
"Yaxşı ki, Vasif Talıbovu götürdülər" - "...yoxsa Naxçıvan özü əldən gedirdi"
Bu gün, 07:40
"Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" - Xalq artisti
Bu gün, 07:17
Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı - FOTO
Bu gün, 07:14
Ərdoğan Bakıya görə Putinlə danışacaq? – Xankəndidə mesaj verdi, sonra isə…
Bu gün, 07:12
İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb - KİV
Bu gün, 07:01
Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? - AKTUAL
Bu gün, 06:59
Yoldaş Mikayılovun QUDA SEVGİSİ - Qanun hərləyən kimdir ki...
Bu gün, 06:56
Bakıdakı RUS AGENTURASI - İLGİNC İDDİALAR
Bu gün, 06:37
Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü - BU NƏDİ BELƏ?
Bu gün, 06:27
Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” - Zərdabda su işində xaos
Bu gün, 06:19
Mobil telefon təhsilə əngəlmi, fürsətmi? - Baxır, kim nə üçün istifadə edir...
Bu gün, 06:11
"1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." - "Bunu bütün bağçalar belə edir..."
Bu gün, 06:08
Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. - GƏLİŞMƏ
Bu gün, 06:01
Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. - “O heç nə deməyəcək...”
Bu gün, 05:59
Ermənistanda faşizm əleyhinə abidəni sökürlər
Bu gün, 05:55
Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
Bu gün, 05:50
Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? - AKTUAL
Bu gün, 05:46
Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər - "X"
Bu gün, 05:44
Yeni doktrina formalaşır... - layihə təkcə region deyil, dünya üçün də əhəmiyyətlidir
Bu gün, 05:42
"Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir"
Dünən, 22:01
Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı
Dünən, 21:59
İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir - TƏFƏRRÜAT
Dünən, 21:57
Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır - AMMA...
Dünən, 18:00
Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
Dünən, 17:02
Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb
Dünən, 16:57
Bakı Kremlə bu jesti də etdi – Sərhədimizə ordu yığan Rusiyanın 3 hədəfi, sonra isə...
Dünən, 16:55
"Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" - Partiya sədri
Dünən, 16:53
Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir - Deputatın “dadlı biznesi”
Dünən, 16:49
Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" HAKİM QARŞISINDA
Dünən, 16:43
Kremlin İrəvandakı emissarları iş başında: - “Naxçıvan dəhlizi” yaradılsın”
Dünən, 16:36
Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı – İranı qorxuya salan plan
Dünən, 16:30
Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi - GƏLİŞMƏ...
Dünən, 16:28
Diana Qasparyan barəsində cinayət işi açıldı - KİV
Dünən, 16:26
"Mixail Qusmanı tək qoymayacağıq" - Ekspert
Dünən, 16:23
Ermənipərəst konqresmenlərin Trampa məktubu - NƏ ETMƏLİ?
Dünən, 16:15
350 manat nizamnamə kapitalı var, 12 milyonluq layihəsi...
Dünən, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru