Moskva İrəvanı indi də belə hədələdi .....                     Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır .....                     Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib .....                     Qalibaf Bakıda açıqladı .....                     XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... .....                     Taxta materialları bahalaşdı .....                     Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi .....                     Azərbaycanlılar Tiflis vağzalında qalıb .....                     Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? .....                     Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı .....                     Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... .....                     Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq .....                     Bu icra başçıları yola salına bilər, yerinə isə... .....                     Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş .....                     Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır .....                     "Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     CERT göstərişlərinə əməl etməyən .....                     "Azərbaycan İstehlakçılar Şurası" yaradılıb .....                     “Jurnalist-bloger” həbs edildi .....                     ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? .....                     Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun .....                     “TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi .....                     Ermənistanda həbslər davam edir, .....                     Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib .....                     Azərbaycan nefti 79.76 dollara ticarət olunur .....                     ”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu .....                     Rusiyanın Afrikada hədəfi nədir? .....                     400 illik pivə şirkəti müflis oldu .....                     ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd .....                     ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib .....                     Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib .....                     Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı .....                     AMEA-da 200 minlik cari təmir: .....                     Neft 4 aydan sonra yenidən .....                     Tramp Ukrayna üçün hazırdır .....                     DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... .....                     "Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" .....                     Putin artıq xalqı aldada bilmir .....                     Maaş və sosial ödənişlərdə artım olacaq? .....                 

“Budəfəki əfv miqyasına görə ikinci ən böyük humanitar aktdır” - deputat
Tarix: 20-03-2021, 08:42 | Çap et
“Budəfəki əfv miqyasına görə ikinci ən böyük humanitar aktdır”
Azərbaycan Prezidenti İlham Əliyevin martın 18-də imzaladığı əfv sərəncamı 625 dustağa şamil olundu. Onlardan 475-i birbaşa azadlığa çıxdı.

Əfv sərəncamı ərəfəsində bir sıra müzakirələr açılıb. Xüsusilə siyasi məhbus sayılanlarla bağlı daha çox fikirlər səslənir. Doğrudur, bu sərəncamla azadlığa çıxanlar arasında siyasi məhbus hesab edilənlər də oldu. Lakin hələ də belə şəxslərin həbsxanada qaldığı yönündə fikirlərə rast gəlirik. Bir sıra tanınmış məhbuslar da var ki, onların nə üçün azad edilməməsi sualı ətrafında fərqli mövqelər səslənməkdədir. O sırada daha çox ömürlük “OMON”çu məhbuslar - Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun adları çəkilir. “Qarabağ partizanı” adı ilə tanınan və ömürlük cəza çəkən Məmməd Məmmədovun da bu sırada adı keçir.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu əfv sərəncamını “Yeni Müsavat”a bu cür dəyərləndirdi: “Azərbaycanda məhkum olunmuş şəxslərin Prezident İlham Əliyev tərəfindən əfv edilməsi artıq bir ənənə halını alıb. 2003-cü ildən bu günə qədər prezident tərəfindən 36 əfv sərəncamı imzalanıb ki, bu da hər ildə ən azı iki əfv sərəncamının imzalanması deməkdir. Bu humanitar akt sayəsində indiyədək ümumilikdə minlərlə məhkum edilmiş vətəndaşımız bu və ya digər səviyyədə əfv aktının əhatə dairəsinə düşüb və azadlığına qovuşub. 18 mart 2021-ci il tarixində imzalanan sərəncam isə 625 məhkuma şamil edilib ki, bu da yalnız 2018-ci ildə əfv edilənlərlə müqayisədə bir qədər azdır. 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar imzalanan əfv sərəncamı 634 məhkuma şamil edilmişdi. Yəni indiki əfv məhkumları əhatə etmə miqyasına görə ikinci ən böyük humanitar aktdır. Nəzərə almaq lazımdır ki, əfv edilənlərin böyük əksəriyyətinin, yəni 475 məhkumun cəzasının çəkilməmiş hissəsinə xitam verilib və onlar birbaşa azadlığa çıxıblar. İkinci ən mühüm məsələ ondan ibarətdir ki, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə ilə cəzası ilə əvəz edilib.

Bu özlüyündə ayrıca bir humanist aktdır. Digər məsələlərə gəldikdə isə, əfv olunan məhkumların sırasında 2015-ci ildə Nardaran hadisələri ilə əlaqədar məhkum edilmiş 30 nəfər şəxsin, İslam Partiyasının sədr müavininin, AXCP-dən olan 5 siyasi fəalın və 2018-ci ildə Gəncədə baş vermiş kütləvi iğtişaşla bağlı məhkum edilmiş 3 nəfərin də adının olması xüsusi qeyd edilməlidir. Onların hər birinin törətdiyi cinayət əməlləri qanunla sübuta yetirilmiş hal sayılmaqla cəza tədbirləri görülsə də, indi əfv edilmələri yenə də cinayət törədənlərə qarşı dövlətin humanist siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, məhkum olunmuş şəxslərin əfv edilməsi onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq həyata keçirilir. Burada məqsəd təkcə dövlətin humanizm siyasətini nümayiş etdirmək deyil, eyni zamanda məhkumların öz törətdikləri əməllərindən peşman olaraq onu bir daha təkrar etməməsi üçün məhkumlara verilən şansın onlar tərəfindən düzgün qiymətləndirilməsidir. Azadlıq çox qiymətli nemətdir və hər hansı səbəbə yaxud hər hansı emosional davranışa görə onun qanun tərəfindən məhdudlaşdırılmasına səbəbiyyət verən hərəkətləri əsla etmək olmaz”.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı isə bunları söylədi: “Əlbəttə, 600-dən çox insanın bayramda əfvə salınması böyük sevincdir. Bu böyük addıma görə Prezidentə təşəkkür payı düşür. Bizim siyahıda olan tanınmışlarla, eləcə də, siyasi motivli insanlarla bağlı cəmiyyətin çağırışlarına haradasa cavab verilib. Siyahımızdan 39 nəfər azadlığa buraxılıb. Onların arasında siyasi partiyaların nümayəndələri var. Məsələn, AXCP-dən 5 nəfər azad olundu. Bu şəxslər sırasında dindarlar, Gəncə və Nardaran hadisələrinə görə həbs edilənlər var. Təqdirəlayiq haldır. Hər kəsi sevindirməyə bilməz. Amma siyahımızda bloggerlər, jurnalistlərin adı da var idi. Təəssüflər olsun ki, onlar azad edilmədilər. Amma bu son deyil. Əfv Komissiyası verdiyimiz təqdimatlara diqqətlə yanaşdı. İşimizi davam etdiririk. Çalışacağıq ki, digərləri də tezliklə ailələrinə qovuşsunlar. Bu, həyatın sonu deyil. Siyasi məhbus deyəndə burada bir az düzəliş etmək istəyirəm. İşlərində siyasi motiv olan məhbuslar var. Üç nəfər ömürlük cəza alanların da işinə baxıldı. Onların cəza müddəti 25 ilə salındı. Siyahımızda I Qarabağ müharibəsində iştirak edənlərin də adları var idi. Biz bu işlə məşğul olacağıq. Digər tərəfdən bilirsiniz ki, Avropa Məhkəməsinin siyasi məhbus kimi qəbul etdiyi Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov kimi isimlər də var. Orada ”Qaranquş dəstəsi"ndən 3 nəfər də var. Onların işlərində ağır maddələrin olduğunu hamımız bilirik. Amma bu insanlar 1996-cı ildən həbsdədirlər. Qobustan həbsxanası kimi qapalı yerdə saxlanılırlar. Onlar I Qarabağ savaşında iştirak da ediblər. Onların çoxunun ağır xəstəlikləri var. Ümid edirəm ki, bu il ərzində onların da işlərinə baxılacaq, hansısa müsbət qərar veriləcək.

Cəza müddətlərinin azaldılması çox sevindirici olardı. Əfv sözü özü-özlüyündə humanizm deməkdir. Biz daim Yeni il və Novruz bayramları ərəfəsində bu hissi yaşamışıq. Elə illər olub ki, siyahımızda 716 nəfər olub. Onların hamısı tədricən azadlığa buraxılıb. Bunları qiymətləndirməmək olmaz. Onlar azadlıqdan məhrum ediliblər, həyatdan təcrid olunmayıblar. Ona görə də, onların bu əziz bayramda yaxınlarının yanında olması çox vacib idi. İstənilən halda bu əfv sərəncamını təqdirəlayiq bilirəm. Amma siyasi məhbus probleminin tamamilə bağlanması da çox vacibdir. Heç kəs narahat olmasın, biz işimizə davam edirik. Çox ümid edirəm ki, bu il yenidən bir əfv sərəncamı veriləcək. İşimizin davamı kimi bəhrəsini görəcəyik".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Bu gün, 13:19
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:16
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Bu gün, 13:05
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Bu gün, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Bu gün, 12:05
Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Bu gün, 12:03
Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:00
Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Bu gün, 11:49
Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:44
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Bu gün, 11:40
Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Bu gün, 11:34
Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Bu gün, 11:31
Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Bu gün, 11:28
Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Bu gün, 11:25
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Bu gün, 11:12
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Bu gün, 11:10
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Bu gün, 11:02
CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
Bu gün, 11:00
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Bu gün, 10:59
“Jurnalist-bloger” həbs edildi - 10-dan çox şikayətçi var
Bu gün, 10:54
ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? - Bred Şerman yenə yalanları sıralayıb
Bu gün, 10:18
Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı?
Bu gün, 10:10
“TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - 4 il həbs cəzası
Bu gün, 10:05
Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb
Bu gün, 09:59
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Bu gün, 09:48
Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu gün, 09:45
”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:33
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Bu gün, 09:28
400 illik pivə şirkəti müflis oldu - «Bild»
Bu gün, 09:20
ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd - “Tramp yolu”nda kimlər olacaq?
Bu gün, 09:10
ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
Bu gün, 09:05
Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 09:03
Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 08:10
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
Bu gün, 08:08
Neft 4 aydan sonra yenidən BU QİYMƏTƏ OLDU
Bu gün, 08:06
Tramp Ukrayna üçün hazırdır - Detallar razılaşdırılacaq
Bu gün, 08:04
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
Bu gün, 07:45
"Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" - Zaur GİZLİNLƏRİ AÇDI
Bu gün, 07:38
Putin artıq xalqı aldada bilmir - Britaniyalı polkovnik
Bu gün, 07:31
Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…
Bu gün, 07:30
Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? - Belə deyirlər...
Bu gün, 07:28
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
Bu gün, 07:25
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
Bu gün, 07:15
Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? - TƏBİB ARAŞDIRIR
Bu gün, 07:08
Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər - ARAŞDIRMA
Bu gün, 07:04
"Əsl ustad elə Arif Babayevdir" - Xalq artisti
Bu gün, 06:58
TRİPP "3+3"-ü arxa plana atdı - Görünəni odur ki...
Bu gün, 06:44
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:42
"Son zəng" üçün hər şagirddən 1800 MANAT! - BU NƏDİ BELƏ?
Bu gün, 06:40
Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 06:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru