Bakının bu ərazilərində torpaq qiymətləri .....                     9 ildir aliment ödəməyən kişi .....                     Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? .....                     Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır .....                     Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: .....                     Moskva İrəvanı indi də belə hədələdi .....                     Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır .....                     Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib .....                     Qalibaf Bakıda açıqladı .....                     XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... .....                     Taxta materialları bahalaşdı .....                     Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi .....                     Azərbaycanlılar Tiflis vağzalında qalıb .....                     Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? .....                     Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı .....                     Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... .....                     Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq .....                     Bu icra başçıları yola salına bilər, yerinə isə... .....                     Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş .....                     Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır .....                     "Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     CERT göstərişlərinə əməl etməyən .....                     "Azərbaycan İstehlakçılar Şurası" yaradılıb .....                     “Jurnalist-bloger” həbs edildi .....                     ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? .....                     Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun .....                     “TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi .....                     Ermənistanda həbslər davam edir, .....                     Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib .....                     Azərbaycan nefti 79.76 dollara ticarət olunur .....                     ”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu .....                     Rusiyanın Afrikada hədəfi nədir? .....                     400 illik pivə şirkəti müflis oldu .....                     ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd .....                     ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib .....                     Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib .....                     Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı .....                     AMEA-da 200 minlik cari təmir: .....                     Neft 4 aydan sonra yenidən .....                 

“Yaxşı olar ki, aprelin 1-nə qədər bu rejimdə qalaq" - deputat
Tarix: 16-03-2021, 08:56 | Çap et
“Yaxşı olar ki, aprelin 1-nə qədər bu rejimdə qalaq"
Dünyada və onun bir parçası olan Azərbaycanda COVİD-19 virusu ilə mübarizə davam edir. Bu pandemiyaya qarşı bir neçə şirkət tərəfindən vaksin hazırlansa da, vaksinasiya prosesi böyük sürətlə davam etsə də, yoluxma sayında artım davam edir.

Hələ ki covidə qarşı dərman hazırlanmayıb. Lakin müxtəlif müalicə metodları sayəsində indiyə qədər dünyada 97 milyon 24 min 311 nəfər yoluxan sağala bilib. Bu, rəsmi rəqəmlər əsasında müəyyənləşən saydır. Təbii ki, qeyri-rəsmi rəqəmlər daha çoxdur.

Ümumilikdə isə biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların sayı 120 milyon 478 min 621 nəfərdir. İndiyədək koronavirusdan 2 milyon 666 min 621 nəfər dünyasını dəyişib.

Onu da qeyd edək ki, hələ koronavirus dünyada geniş yayılmadan öncə bir çox mütəxəssislər hesab edirdilər ki, bu virusdan ümumi ölənlər 3 milyondan bir qədər artıq olacaq. Həmin vaxt proqnozlara kimsə inanmırdı, lakin hazırda 3 milyona ciddi say qalmayıb...

Proqnozlara görə, koronavirusun yayılması bu il ərzində davam edəcək. Lakin il sonuna doğru artıq xeyli adam vaksinasiyada iştirak edəcəyi üçün virusu idarə etmək asanlaşacaq.

Azərbaycanı nə gözləyir?

Azərbaycanda hazırda koronavirusa yoluxma sayı ötən həftələrlə müqayisədə artıb. Artıq növbəti həftədən bayram günləri başlayır. Qeyri-iş günləri ilə bağlı xaricə, rayonlara səfər etməyi planlayanlar var. Təkcə Azərbaycanda deyil, dünyada da insanlar sərt karantindən, qapalı şəraitdən beziblər. Lakin başqa çıxış yolu da yoxdur. Sosial məsafə azaldıqca, yoluxma artır...

Məlum olduğu kimi, dünyada koronavirusun Britaniya, Braziliya ştammı kimi yeni növləri yayılır. Bu ştamlar mütəxəssislərin sözlərinə görə, insandan-insana daha sürətlə keçir. Bəs xaricə gedənlər ölkəyə bu ştamları daşıya bilərlərmi?

“Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirib ki, Azərbaycanda hazırda sözügedən ştamların yayılıb-yayılmadığı bəlli deyil:

“Kim deyə bilər ki, Azərbaycanda hazırda həmin ştamlar mövcud deyil? Bunu bilmək olmaz. Çünki bu istiqamətdə yoxlama, araşdırma aparılmayıb. Təbii ki, xaricə gedən varsa, ölkəyə yeni ştammların daşınması riski da mövcuddur. Ancaq indiki şəraitdə də Azərbaycanda epidemioloji vəziyyət yaxşı deyil. Pisləşmə müşahidə edilir. Əgər bu cür davam edərsə, bunun adını 3-cü dalğa qoymaq olar. Gedişat göstərir ki, artım davam edə bilər”.

Bəs Azərbaycanda birdən-birə nə üçün artım baş verdi?

Bir çox şəxslər hesab edirlər ki, ölkədə bu cür artımın baş verməsi insanların maskadan düzgün istifadə etməmələri, ictimai nəqliyyatda sıxlığın olması, iş yerlərinin açılması, ancaq nəqliyyatın bu yükü qaldıracaq səviyyədə çalışmaması ilə əlaqədardır. Elə professor da məsələ ilə bağlı oxşar fikirlər söylədi:

“Bu, ictimai nəqliyyatdakı sıxlıqla da bağlı ola bilər. İnsanlar məsafə saxlamırlar və ya saxlaya bilmirlər. Nəticədə virus yayılır, epidemioloji vəziyyət pisləşir. Düşünürəm ki, indiki vəziyyətdə metronun fəaliyyətə başlaması doğru olmaz. Əksinə, əgər belə davam edəcəksə, karantin rejimi daha da sərtləşdiriləcək. Çünki başqa yol qalmır”.

Adil Qeybulla bütün bunlara rəğmən hesab edir ki, bu ilin yay ayında virusa yoluxma xeyli azalacaq və vəziyyət idarəolunan hala gələcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə məsələ ilə bağlı bildirib ki, karantin rejimi ilə bağlı sərtləşmə və ya yumşalmaların olacağı barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir.

“Ölkədəki vəziyyətlə bağlı ən dolğun məlumatlar onlardadır. Mən müşahidəçi və vətəndaş olaraq subyektiv fikrimi söyləyə bilərəm. Yaxşı olar ki, aprelin 1-nə qədər bu rejimdə qalaq. Yəni yenidən karantin rejiminin sərtləşdirilməsinə gedilməsin. İnsanlarımız psixoloji gərginlik keçirir, həm də iqtisadiyyatı düşünməliyik. Təklif edirəm ki, bayram günlərini bu qaydada keçirək. Aprelin 1-dən isə yumşalmalara gedilə bilər”.

Komitə sədri hesab edir ki, indidən karantin rejiminin yumşaldılması tezdir: “Vaksinasiya tədbirləri davam edir. Səhiyyə işçisi olaraq insanlarımıza çağırış edirəm ki, peyvənd olunsunlar. Bu bəladan, çətinlikdən qurtulmaq üçün yeganə çıxış yolumuz budur. Əhalinin bir hissəsi vaksinasiya olunub, bir hissəsi olunmadıqda peyvəndin əhəmiyyəti, effekti də aşağı düşəcək. Aprelin 1-nə qədər vaksinasiya olunanların sayı bir qədər artar və yumşalmalara keçə bilərik”.

M.Quliyev eyni zamanda Novruz bayramı ilə əlaqədar vətəndaşlara çağırış edib:

“Bayram günləri ilə bağlı bütün vətəndaşlarımıza çağırış edirəm ki, karantin rejimini qorusunlar. Qəbir üstünə getmək, bayramlaşmaq kimi adətləri növbəti ilə saxlayaq, koronavirus bitsin, sonra edərik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Bu gün, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Bu gün, 15:18
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:45
Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Bu gün, 14:32
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Bu gün, 14:30
Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Bu gün, 13:19
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:16
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Bu gün, 13:05
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Bu gün, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Bu gün, 12:05
Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Bu gün, 12:03
Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:00
Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Bu gün, 11:49
Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:44
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Bu gün, 11:40
Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Bu gün, 11:34
Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Bu gün, 11:31
Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Bu gün, 11:28
Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Bu gün, 11:25
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Bu gün, 11:12
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Bu gün, 11:10
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Bu gün, 11:02
CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
Bu gün, 11:00
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Bu gün, 10:59
“Jurnalist-bloger” həbs edildi - 10-dan çox şikayətçi var
Bu gün, 10:54
ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? - Bred Şerman yenə yalanları sıralayıb
Bu gün, 10:18
Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı?
Bu gün, 10:10
“TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - 4 il həbs cəzası
Bu gün, 10:05
Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb
Bu gün, 09:59
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Bu gün, 09:48
Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu gün, 09:45
”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:33
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Bu gün, 09:28
400 illik pivə şirkəti müflis oldu - «Bild»
Bu gün, 09:20
ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd - “Tramp yolu”nda kimlər olacaq?
Bu gün, 09:10
ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
Bu gün, 09:05
Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 09:03
Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 08:10
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
Bu gün, 08:08
Neft 4 aydan sonra yenidən BU QİYMƏTƏ OLDU
Bu gün, 08:06
Tramp Ukrayna üçün hazırdır - Detallar razılaşdırılacaq
Bu gün, 08:04
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
Bu gün, 07:45
"Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" - Zaur GİZLİNLƏRİ AÇDI
Bu gün, 07:38
Putin artıq xalqı aldada bilmir - Britaniyalı polkovnik
Bu gün, 07:31
Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…
Bu gün, 07:30
Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? - Belə deyirlər...
Bu gün, 07:28
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
Bu gün, 07:25
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
Bu gün, 07:15
Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? - TƏBİB ARAŞDIRIR
Bu gün, 07:08
Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər - ARAŞDIRMA
Bu gün, 07:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru