"Zəngəzur yolu açılmasa, Azərbaycan bəyan etməlidir ki..." - deputat
Tarix: 5-03-2021, 09:44 | Çap et
 Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fazil bəy, ötən günlərdə Qarabağa gizlin yollarla mülki geyimdə, mülki maşınlarda erməni əsgərlərinin göndərilməsi ilə bağlı faktlar ortaya çıxdı. Bu addımların 10 noyabr razılaşmasına təsirini ümumi necə şərh etmək olar?
- Bu məsələlər hər kəs üçün açıqdır. O ərazilərə qanunsuz olaraq gələn hər bir şəxs Azərbaycan üçün terrorçu statusundadır. Bu cür terrorçuların da zərərsizləşdirilməsi üçün hər an antiterror əməliyyatları keçirilə bilər. Həmin ərazilərə Azərbaycanın iradəsindən kənar, hətta sülhməramlıların vasitəsi ilə gələnlər belə terrorçu kimi tanınır. Ona görə də bu ərazilərə gələnlər onlara qarşı antiterror əməliyyatlarının olacağını da bilməlidirlər. Məsələnin mahiyyəti də məhz bundan ibarətdir. Buna başqa cür də bir ad vermək olmaz. Başqa formada bu cür hallara göz yumulması mümkün deyil.
- Məğlub ölkə olan Ermənistanda siyasi gərginlik hökm sürür. Sizcə, proseslər necə nəticələnək?
- Ermənistanda yeni bir dalğa - müharibə dalğasıdır. Müharibə dalğasının da davam etməsi Ermənistan cəmiyyəti üçün arzuolunan deyil. Çünki birmənalı olaraq məğlubiyyətdən sonra ikinci - daha bir ağır məğlubiyyəti yaşamaq riskləri olduqca böyükdür. Bunu Ermənistanda anlayırlar. Ona görə də buna münasibət bir az fərqlidir. Amma nə olmasından asılı olmayaraq, biz öz işimizi görməliyik. Qarabağın hər hansı bir şəkildə Ermənistanla əlaqəsinin yaranmasına imkan tanınmamalıdır. Bunun üçün də sərt tədbirlər görülməlidir.
- Cənab Prezident Zəngəzur dəhlizi ilə bağlı xüsusi bir mesaj verdi. Bu layihənin hədəflərini necə qiymətləndirirsiniz?
- Bundan sonra hədəflər odur ki, bəyanatda nəzərdə tutulan müqavilə şərtlərində yer alan məsələlər burada öz təsbitini tapsın. Ermənistan bu sənədə imza atıb. İmza atıbsa da, əməl etməlidir. Əgər bundan imtina olarsa, bütün razılaşmanın pozulması anlamı gündəmə gəlir. Bunun qarşısında kimsə dura bilməz. Ona görə də Azərbaycan artıq addım-addım öz iradəsini həyata keçirir. Zəngəzurla bağlı da koridor açılmalıdır. Buna da Rusiya tərəfi təminat verir.
- Ermənistanın sabiq prezidentləri Moskvadan dəstək ala bilmədi. Əksinə Paşinyan isə son zamanlar Rusiya ilə bağlı fikirlərində ciddi dəyişikliklər edir. Proseslərin gedişində daha hansı reallıqlar ortaya çıxara bilər?
- Paşinyanın burada hər hansı bir yolu izləməsi onun məcburiyyətindən qaynaqlanır. Çünki onun indiki reallığı dəyişmək imkanı yoxdur. O artıq Rusiyayönümlü bir referans götürmək məcburiyyətindədir. İmzalanan müqavilənin davam etdirən, onun şərtlərinə əməl edən iqtidar lazımdır. Bu olmasa problemlər daha çox böyüyə bilər. Bu baxımdan Paşinyanın üstünlüyü həm də Rusiyanın dəstəyi ilə bağlıdır. Çünki Rusiya Paşinyanın getməyini istəsə, tamam fərqli trayektoriya cızardı.
- Moskvada ötən günlərdə baş nazirlərin müavinləri səviyyəsində növbəti görüş oldu. Yeni əməkdaşlıq üçün bu görüşlərin əhəmiyyəni necə dəyərləndirmək olar?
- Müqavilənin şərtlərinə əsasən bu görüşlər davam edir. Azərbaycanın əməkdaşlıqla bağlı fəaliyyəti imzaladığı bəyanata əsaslanır. Bəyanatda nəzərdə tutulan bütün müddəalar icra olunmalıdır. Bunun davamında Zəngəzur yolu açılmalıdır. Zəngəzur yolu açılmasa, Azərbaycan bəyan etməlidir ki, Laçın dəhlizi bağlanacaq. Bununla da rus sülhməramlılarına da xəbərdarlıq olunacaq ki, bəyantın bir bəndi icra olunur. Digər bəndi isə icra olunmur. Ona görə də bu məsələdə Azərbaycan öz prinsipial mövqeyini ortaya qoymalıdır.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Bu gün, 15:21 |
|
|
|
| • 9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Bu gün, 15:18 |
|
|
|
| • Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:45 |
|
|
|
| • Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Bu gün, 14:32 |
|
|
|
| • Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Bu gün, 14:30 |
|
|
|
| • Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Bu gün, 13:19 |
|
|
|
| • Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:16 |
|
|
|
| • Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Bu gün, 13:05 |
|
|
|
| • Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Bu gün, 12:10 |
|
|
|
| • XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Bu gün, 12:05 |
|
|
|
| • Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Bu gün, 12:03 |
|
|
|
| • Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:00 |
|
|
|
| • Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Bu gün, 11:49 |
|
|
|
| • Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:44 |
|
|
|
| • Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Bu gün, 11:40 |
|
|
|
| • Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Bu gün, 11:34 |
|
|
|
| • Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Bu gün, 11:31 |
|
|
|
| • Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
| • Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Bu gün, 11:25 |
|
|
|
| • Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Bu gün, 11:12 |
|
|
|
| • "Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Bu gün, 11:10 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Bu gün, 11:02 |
|
|
|
| • CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
Bu gün, 11:00 |
|
|
|
| • "Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Bu gün, 10:59 |
|
|
|
| • “Jurnalist-bloger” həbs edildi - 10-dan çox şikayətçi var
Bu gün, 10:54 |
|
|
|
| • ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? - Bred Şerman yenə yalanları sıralayıb
Bu gün, 10:18 |
|
|
|
| • Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı?
Bu gün, 10:10 |
|
|
|
| • “TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - 4 il həbs cəzası
Bu gün, 10:05 |
|
|
|
| • Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb
Bu gün, 09:59 |
|
|
|
| • Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Bu gün, 09:48 |
|
|
|
| • Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu gün, 09:45 |
|
|
|
| • ”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:33 |
|
|
|
| • Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Bu gün, 09:28 |
|
|
|
| • 400 illik pivə şirkəti müflis oldu - «Bild»
Bu gün, 09:20 |
|
|
|
| • ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd - “Tramp yolu”nda kimlər olacaq?
Bu gün, 09:10 |
|
|
|
| • ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
Bu gün, 09:05 |
|
|
|
| • Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 09:03 |
|
|
|
| • Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 08:10 |
|
|
|
| • AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
Bu gün, 08:08 |
|
|
|
| • Neft 4 aydan sonra yenidən BU QİYMƏTƏ OLDU
Bu gün, 08:06 |
|
|
|
| • Tramp Ukrayna üçün hazırdır - Detallar razılaşdırılacaq
Bu gün, 08:04 |
|
|
|
| • DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
Bu gün, 07:45 |
|
|
|
| • "Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" - Zaur GİZLİNLƏRİ AÇDI
Bu gün, 07:38 |
|
|
|
| • Putin artıq xalqı aldada bilmir - Britaniyalı polkovnik
Bu gün, 07:31 |
|
|
|
| • Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…
Bu gün, 07:30 |
|
|
|
| • Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? - Belə deyirlər...
Bu gün, 07:28 |
|
|
|
| • İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
Bu gün, 07:25 |
|
|
|
| • Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
Bu gün, 07:15 |
|
|
|
| • Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? - TƏBİB ARAŞDIRIR
Bu gün, 07:08 |
|
|
|
| • Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər - ARAŞDIRMA
Bu gün, 07:04 |
|
|
|
|