Adil Kərimlidən yeni təyinat .....                     “Putin NATO-su”ndan Zəngəzur .....                     “Yeməkləri evlərinə aparırlar” .....                     YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı .....                     “Həmin vaxt o dünyanı görüb gəldim” .....                     Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq .....                     Bakını susuz qoyanlar .....                     Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb .....                     Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi .....                     Sənədsiz evlərlə bağlı təklif: .....                     Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil .....                     Bakının bu ərazilərində torpaq qiymətləri .....                     9 ildir aliment ödəməyən kişi .....                     Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? .....                     Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır .....                     Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: .....                     Moskva İrəvanı indi də belə hədələdi .....                     Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır .....                     Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib .....                     Qalibaf Bakıda açıqladı .....                     XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... .....                     Taxta materialları bahalaşdı .....                     Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi .....                     Azərbaycanlılar Tiflis vağzalında qalıb .....                     Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? .....                     Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı .....                     Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... .....                     Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq .....                     Bu icra başçıları yola salına bilər, yerinə isə... .....                     Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş .....                     Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır .....                     "Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     CERT göstərişlərinə əməl etməyən .....                     "Azərbaycan İstehlakçılar Şurası" yaradılıb .....                     “Jurnalist-bloger” həbs edildi .....                     ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? .....                     Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun .....                 

Xaricdəki “təhqir müxalifəti”ni onlar idarə edib - sabiq nazirdən sensasion iddialar
Tarix: 26-02-2021, 09:06 | Çap et
Xaricdəki “təhqir müxalifəti”ni onlar idarə edib
Son dövrlərdə, xüsusən hakimiyyət daxilində kök salmış iri fiqurların vəzifələrdən “təmizlənməsi”ndən sonra xaricdəki “yutub qəhrəmanları”nın fəallığının tempi aşağı düşüb, tənqid və təhqir dozası azalıb. Təhlilçilərin qiymətləndirmələrinə görə, bu iki faktor arasında zəncirvari və gizli əlaqə olub, məhz onların işdən azad edilməsi, həlqəsinin daralması “təhqir müxalifəti”nin də xeyli dərəcədə ağzını yumub. Çünki onların maliyyə bulaqları, gəlir qaynaqları qapanıb, təlimatçıları öz canlarının hayındadır.

“Yeni Müsavat” xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında bu məsələyə toxunub və çox ciddi nüansları açıqlayıb. Onun sözlərinə görə, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da hakim elitanın bir hissəsi mühafizəkar, bir hissəsi islahat yönümlü idi. T.Zülfüqarovun müşahidələrinə görə, bir qayda olaraq, “qərbyönümlülər” islahatçılar, “rusiyapərəstlər” mühafizəkarlar idi.

Onun fikrincə, mühafizəkarlar mövqelərini möhkəmləndirmək üçün Qərblə münasibətlərdə insan hüquqları, seçki və bu kimi sahələrdə problemlər yaratma taktikasından istifadə edirdilər, tez-tez siyasi “qapazaltılar” seçilir, onlar tamamilə əsassız və nümayişkaranə şəkildə “əzilirdilər”. Sabiq XİN rəhbəri qeyd edib ki, bütün bunlar Qərbin insan haqları təşkilatlarının etiraz dalğasına səbəb olurdu və nəticədə ruspərəst “mühafizəkarlar”ın daxili siyasi mövqelərini gücləndirirdi: “Vəziyyətin dəyişməz qalmasını təmin etmək üçün mexanizm belə işləyirdi. Bu səbəbdən təhqiredici yayımların çoxunun rusiyapərəst mühafizəkarlar tərəfindən maliyyələşdirildiyi birdən-birə aydın oldu. Əlbəttə, sual yaranır ki, bu praktika onların öz təşəbbüsləridir, yoxsa Rusiya xüsusi xidmət orqanları ilə əlaqələndirilmiş işdir? Bu suala cavabı həmişə bilmişəm. Bəs siz?” - deyə, keçmiş nazir izləyicilərinə sual verib.

T.Zülfüqarovun bu sualında bir ritorika və eyham sezilməmiş deyil. Görünür, sabiq nazir “cavabı həmişə bilmişəm” deməklə, Rusiyadakı dairələrin də bu məsələdə əhəmiyyətli rol olduğuna işarə vurub. Çünki gedişat ruspərəst qüvvələrin maraqlarına uyğundursa, niyə də onlardan hər hansı dəstək olmasın?! Bu minvalla həmin qüvvələr illərlə Azərbaycanın dünyada insan haqları sahəsində imicini bərbad günə salıblar və özlərinin hakimiyyət kluarlarında əhəmiyyətini artırıblar.

Bu, əslində ölkənin siyasi rəhbərliyinə qarşı bir təxribat idi. Hakimiyyətdəki “köhnə qvardiya”nın yola salınmasından sonra iqtidarın siyasi opponentlərinə münasibətindəki loyallıq, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevin müxalif partiya sədrləri ilə görüşləri, mərhələli şəkildə siyasi məhbus kimi tanınan şəxslərin azad edilməsi, partiya sədrlərinin efirlərə çıxması, Əfv Komissiyasının artıq 350-dən artıq məhbusun siyahısını hazırlaması göstərir ki, həmin “mahafizəkar” qüvvələr islahatları tormozlamaqda maraqlı imişlər.

Bəs xaricdəki bu “müxalifət”i niyə hərəkətə keçirmişdilər? Məqsəd nə idi və Rusiya kəşfiyyatı haqda iddia nə dərəcədə həqiqətdir?

Politoloq, sabiq deputat Cümşüd Nuriyev “Yeni Müsavat”a bildirdi ki, T.Zülfüqarov kifayət qədər məlumatlı adamdır, dedikləri tamamilə doğrudur. Onun sözlərinə görə, həmin ruspərəst qüvvələr yenə fəallaşıblar: “Bir var münaqişə yarana, bir də var ki, onun fitrətində münaqişə olsun. İqtidarda belə adamlar olub, özünün əvəzsizliyini göstərməyə çalışıb, onlar indi də var. Bu qüvvələrin hədəfində Prezident və ailəsidir”.

C.Nuriyev hesab edir ki, xaricdəki söyüş müxalifətini aktivləşdirmək həmin qrupların marağında olub: “Çünki Prezidentə təzyiq göstərməklə öz əvəzsizliyini nümayiş etdirməyə çalışıblar. Bu söyüşün ideoloqu isə Əli Həsənov idi. Əli Əlirzayevin yazısını oxudum, deyirdi ki, Əli Həsənov ”Səs" qəzetində olanda Ramiz Mehdiyevin xəbərçisi olub. Onlar bu cür yollarla mesaj verirdilər ki, “əvəzedilməz” duetdirlər. Ancaq medianı, milli dəyərləri məhv etdilər, efirə əxlaqı “sünnət olmuş” adamları çıxardılar. Ona görə də Tofiq Zülfüqarov haqlıdır".

Siyasi şərhçinin sözlərinə görə, Təhlükəsizlik Şurasında, yaxud Prezident yanında hansısa məsələ müzakirə olunur, çox çəkmir xaricdəkilər bu haqda məlumat yayırlar: “Bunu necə bilirlər? Deməli, buradan və xaricdən vəsait ötürürlər. Məsələn, xaricdə tez-tez çıxış edənlərdən biri burada yüksək vəzifədə olan şəxslə əlaqəlidir, onun qardaşı da vəzifədədir. Ümumiyyətlə, Rusiya kəşfiyyatı burada güclü işləyir, onların Azərbaycanda müxtəlif yerlərdə adamları var. Həmin şəxslər üçün dövlətin maraqları yoxdur, öz maraqları var...”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, T.Züflüqarov sabiq nazirdir, keçmiş təcrübələrini bölüşür. “Mənim müşahidələrimə görə, əvvəl Rusiya qanadı güclü idisə, indi hakimiyyətdən kənarlaşdırılıblar, həmin ”5-ci kolon" zəifləyib, yerini dolduran yoxdur. Düşünmürəm ki, indi yeni ruspərəst qruplar var. Sadəcə, islahatları dəstəkləyənlər və köhnə ənənəvi idarəçilik tərəfdarı olanlar var, belə təsnifatlaşdırardım. İkincilərin bir hissəsinin adı korrupsiyada hallanır. Korruspionerin nə qərbpərəsti, nə rusiyapərəst olacaq? Onun yeganə məqsədi qazanc əldə etməkdir", - deyə ekspert vurğuladı. E.Şahinoğlu hesab edir ki, Azərbaycanda ideoloji mübarizə olmayıb. O, xaricdəki “söyüş müxalifəti”ni izləmədiyini qeyd etdi. Politoloqun sözlərinə görə, əvvəllər həmin “yutub fəalları”nın öz arasında belə qırğınlar olub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Adil Kərimlidən yeni təyinat - ƏMR
Bu gün, 18:03
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Bu gün, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Bu gün, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Bu gün, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Bu gün, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Bu gün, 17:40
Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Bu gün, 17:38
Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Bu gün, 17:32
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Bu gün, 17:29
Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Bu gün, 17:26
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Bu gün, 17:16
Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Bu gün, 17:12
Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Bu gün, 17:10
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Bu gün, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Bu gün, 15:18
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:45
Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Bu gün, 14:32
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Bu gün, 14:30
Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Bu gün, 13:19
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:16
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Bu gün, 13:05
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Bu gün, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Bu gün, 12:05
Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Bu gün, 12:03
Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:00
Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Bu gün, 11:49
Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:44
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Bu gün, 11:40
Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Bu gün, 11:34
Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Bu gün, 11:31
Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Bu gün, 11:28
Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Bu gün, 11:25
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Bu gün, 11:12
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Bu gün, 11:10
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Bu gün, 11:02
CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
Bu gün, 11:00
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Bu gün, 10:59
“Jurnalist-bloger” həbs edildi - 10-dan çox şikayətçi var
Bu gün, 10:54
ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? - Bred Şerman yenə yalanları sıralayıb
Bu gün, 10:18
Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı?
Bu gün, 10:10
“TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - 4 il həbs cəzası
Bu gün, 10:05
Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb
Bu gün, 09:59
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Bu gün, 09:48
Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu gün, 09:45
”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:33
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Bu gün, 09:28
400 illik pivə şirkəti müflis oldu - «Bild»
Bu gün, 09:20
ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd - “Tramp yolu”nda kimlər olacaq?
Bu gün, 09:10
ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
Bu gün, 09:05
Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 09:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru