Adil Kərimlidən yeni təyinat .....                     “Putin NATO-su”ndan Zəngəzur .....                     “Yeməkləri evlərinə aparırlar” .....                     YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı .....                     “Həmin vaxt o dünyanı görüb gəldim” .....                     Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq .....                     Bakını susuz qoyanlar .....                     Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb .....                     Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi .....                     Sənədsiz evlərlə bağlı təklif: .....                     Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil .....                     Bakının bu ərazilərində torpaq qiymətləri .....                     9 ildir aliment ödəməyən kişi .....                     Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? .....                     Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır .....                     Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: .....                     Moskva İrəvanı indi də belə hədələdi .....                     Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır .....                     Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib .....                     Qalibaf Bakıda açıqladı .....                     XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... .....                     Taxta materialları bahalaşdı .....                     Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi .....                     Azərbaycanlılar Tiflis vağzalında qalıb .....                     Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? .....                     Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı .....                     Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... .....                     Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq .....                     Bu icra başçıları yola salına bilər, yerinə isə... .....                     Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş .....                     Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır .....                     "Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     CERT göstərişlərinə əməl etməyən .....                     "Azərbaycan İstehlakçılar Şurası" yaradılıb .....                     “Jurnalist-bloger” həbs edildi .....                     ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? .....                     Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun .....                 

“İlham Əliyev həm də ona görə müdafiə olunmalıdır ki...” - Partiya sədri
Tarix: 24-02-2021, 08:56 | Çap et
“İlham Əliyev həm də ona görə müdafiə olunmalıdır ki...”
Son günlər cəmiyyətdə Qarabağda yenidən müharibənin başlaya biləcəyi haqda rəylər var və bu ətrafda müzakirələr aparılır. Müzakirələrdə heç şübhəsiz cəmiyyətin ehtimal olunan savaşda orduya, Ali Baş Komandana dəstəyinin necə olacağıdır. Müxalifət belə bir əməliyyat istəyirmi? Bu əməliyyatı lokal antiterror əməliyyatları, yoxsa miqyaslı müharibə kimi ehtimal edir?

AG Partiya sədri Tural Abbaslı deyib ki, ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın şərtləri yerinə yetirilmirsə, Azərbaycan qaldığı yerdən davam etməlidir: “Üçtərəfli bəyanat imzalananda Prezident İlham Əliyevin çıxışında da qeyd olunmuşdu ki, şərtlər icra olunmasa, Azərbaycan müharibəyə qaldığı yerdən davam etmək hüququnu özündə saxlayır”.

T.Abbaslı bildirib ki, yenidən hərbi əməliyyatlar başlasa, bunun adını müharibə qoymaq düzgün deyil: “Çünki Azərbaycan ikinci bir dövlətlə mübarizə aparmır. Öz ərazisi daxilində separatçı rejimə qarşı mübarizə aparır. Bunun adı da antiterror əməliyyatıdır. Necə ki, Türkiyə özünün bəzi şəhərlərində aylarla bu əməliyyatları həyata keçirir. Eləcə də Bakının hüququ var ki, istənilən an Xankəndində, Xocalıda, Xocavənddə antiterror əməliyyatları aparsın. Bu hüququ heç kim bizim əlimizdən almayıb. Görünən odur ki, üçtərəfli anlaşmadan sonra Ermənistan tərəfi üzərinə düşən şərtləri icra etmir. Məsələn, oradakı silahlı birləşmələrin çıxarılması məsələsi yubanır və ya Xankəndindəki rejim özünün varlığını sübut etməyə çalışır və təxribatçı addımlar atılır. Bütün bunlar Azərbaycana antiterror əməliyyatlarını keçirməyə əsas verir. Belə davam edərsə, mən də gözləyirəm ki, yaz aylarında qısa müddətli, ildırım sürətli əməliyyatlar ola bilər. Əgər bunun olmasını istəmirlərsə, üçtərəfli bəyanatda olan şərtləri yerinə yetirməlidirlər”.

Tural Abbaslı söyləyib ki, əgər antiterror əməliyyatları başlayarsa, müxalifət yenə də qeydsiz-şərtsiz dəstəyini verəcək: "Siyasi partiyalar məsuliyyəti anlayır və üzərlərinə düşən missiyanı başa düşür. Bilirik ki, bu, Azərbaycan dövlətinin taleyinin həll olunduğu anlardır. Güman eləmirəm ki, kimsə öz siyasi ambisiyalarını öndə tutsun və öz siyasi maraqlarından çıxış etsin. Əgər belə bir çıxış olarsa, cəmiyyət həmin siyasi partiyanı, siyasi anlamda linç edər. Düşünmürəm ki, müxalifətin vahid mövqedə duraraq hökumətə, orduya dəstəyində problem ola".

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də yenidən əməliyyatların başlamasının tərəfdarıdır və bildirib ki, bu məsələdə hökuməti tam dəstəkləmək lazımdır: “Hadisələrin gedişi onu göstərir ki, ermənilər əvvəlki niyyətlərində əl çəkməyiblər. Eyni dərəcədə həyasızlıqla köhnə əməllərinə davam edirlər. İstər Qarabağın dağlıq hissəsində olan qondarma rejimin nümayəndələri, istərsə də Ermənistan rəhbərliyi eyni addımları atır. Ermənilərin xarici işlər naziri də ”artsax"ın “müstəqilliyindən” danışır. Üç dövlət başçısının razılaşmalarına da əməl etməməyə çalışır. Belə olan halda Azərbaycanın antiterror əməliyyatları keçirməsindən başqa əlacı qalmır".

E.Musayev deyib ki, Qarabağ məsələsində hökumətin atdığı addımlar birmənalı şəkildə dəstəklənməlidir: "Cəmiyyətdə əməliyyatların başlayacağı ehtimalı ilə bağlı düşüncələr var. Bizim başqa çıxış yolumuz yoxdur. Qarabağ müharibəsi başlayandan bir siyasi partiyanın rəhbəri kimi mövqeyimi elan etmişəm. Bu gün də birmənalı şəkildə deyirəm ki, Ali Baş Komandan, ordu müdafiə olunmalıdır. İlham Əliyev həm də ona görə müdafiə olunmalıdır ki, proseslərdə əli gücü olsun. Azərbaycan siyasilərinin, bizim qarşımızda duran əsas vəzifə Qarabağ məsələsini tam həll etməkdir. Bu dəqiqə nə parlament, nə də prezident seçkiləri keçirilir. Qalan sosial-iqtisadi məsələləri tənqid edirik, təkliflər veririk. Amma Qarabağla bağlı məsələdə biz vahid mövqedən çıxış etməliyik. Onu da qeyd edim ki, Azərbaycan hökumətinin səhvi ondan ibarətdir ki, informasiya məsələsində xəsislik edir. Ona görə də siyasi təşkilatların bir qismi erməni təbliğatının təsirinə düşür. Ona görə də erməni mətbuatında nə yazılsa, burada müzakirə olunmağa başlayır. Hesab edirəm ki, bu, çox böyük səhvdir. Bir daha bu fikrimi də təkrar edirəm ki, ermənilərlə bizim birgə yaşayışımız mümkün deyil. Xorvatiya necə ki, öz tərkibində serblərdən ibarət separatçı qüvvələri zərərsizləşdirib, biz də eyni bunu etməliyik. Biz kimin nə deməsindən asılı olmayaraq, eyni qətiyyətlə bu prosesin üzərinə getməliyik".

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Adil Kərimlidən yeni təyinat - ƏMR
Bu gün, 18:03
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Bu gün, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Bu gün, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Bu gün, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Bu gün, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Bu gün, 17:40
Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Bu gün, 17:38
Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Bu gün, 17:32
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Bu gün, 17:29
Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Bu gün, 17:26
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Bu gün, 17:16
Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Bu gün, 17:12
Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Bu gün, 17:10
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Bu gün, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Bu gün, 15:18
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:45
Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Bu gün, 14:32
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Bu gün, 14:30
Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Bu gün, 13:19
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:16
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Bu gün, 13:05
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Bu gün, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Bu gün, 12:05
Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Bu gün, 12:03
Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:00
Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Bu gün, 11:49
Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:44
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Bu gün, 11:40
Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Bu gün, 11:34
Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Bu gün, 11:31
Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Bu gün, 11:28
Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Bu gün, 11:25
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Bu gün, 11:12
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Bu gün, 11:10
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Bu gün, 11:02
CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
Bu gün, 11:00
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Bu gün, 10:59
“Jurnalist-bloger” həbs edildi - 10-dan çox şikayətçi var
Bu gün, 10:54
ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? - Bred Şerman yenə yalanları sıralayıb
Bu gün, 10:18
Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı?
Bu gün, 10:10
“TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - 4 il həbs cəzası
Bu gün, 10:05
Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb
Bu gün, 09:59
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Bu gün, 09:48
Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu gün, 09:45
”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:33
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Bu gün, 09:28
400 illik pivə şirkəti müflis oldu - «Bild»
Bu gün, 09:20
ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd - “Tramp yolu”nda kimlər olacaq?
Bu gün, 09:10
ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
Bu gün, 09:05
Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 09:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru