Adil Kərimlidən yeni təyinat .....                     “Putin NATO-su”ndan Zəngəzur .....                     “Yeməkləri evlərinə aparırlar” .....                     YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı .....                     “Həmin vaxt o dünyanı görüb gəldim” .....                     Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq .....                     Bakını susuz qoyanlar .....                     Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb .....                     Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi .....                     Sənədsiz evlərlə bağlı təklif: .....                     Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil .....                     Bakının bu ərazilərində torpaq qiymətləri .....                     9 ildir aliment ödəməyən kişi .....                     Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? .....                     Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır .....                     Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: .....                     Moskva İrəvanı indi də belə hədələdi .....                     Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır .....                     Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib .....                     Qalibaf Bakıda açıqladı .....                     XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... .....                     Taxta materialları bahalaşdı .....                     Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi .....                     Azərbaycanlılar Tiflis vağzalında qalıb .....                     Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? .....                     Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı .....                     Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... .....                     Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq .....                     Bu icra başçıları yola salına bilər, yerinə isə... .....                     Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş .....                     Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır .....                     "Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     CERT göstərişlərinə əməl etməyən .....                     "Azərbaycan İstehlakçılar Şurası" yaradılıb .....                     “Jurnalist-bloger” həbs edildi .....                     ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? .....                     Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun .....                 

Rəsul Quliyev Azərbaycana qayıtmaq istəyir - "korrupsioner deyiləm" deyir
Tarix: 17-02-2021, 08:52 | Çap et
Rəsul Quliyev Azərbaycana qayıtmaq istəyir
Milli Məclisin sabiq spikeri, Amerikada yaşayan siyasətçi Rəsul Quliyevin sosial şəbəkə paylaşımları son zamanlar haqqında bəzi iddialara səbəb olub. Belə ki, sabiq spikerin izləyiciləri onun Azərbaycana qayıtmaq istəyində olduğunu, münasib üsul və yol axtardığını düşünürlər.

Yaşı 70-i haqlamış siyasətçinin siyasi iddialarından əl çəkdiyi halda, sabiq prezident Ayaz Mütəllibov kimi ölkəyə qayıtması mümkün hesab edilir.

Onun korrupsiya ilə bağlı son açıqlamaları da diqqət çəkir. R.Quliyev Sovet İttifaqının dağılmasının son illərində, yəni 1987-1991-ci illərdə Azərbaycanda ən çox maaş alan şəxs olduğunu yazır: “Ölkədə orta əmək haqqı 200, işlədiyim zavodda 600 rubl olanda, təxminən 9 min rubla qədər maaş alırdım. Müxtəlif mükafatlar, çox saylı ixtiralara görə. Azərbaycan müstəqillik əldə edəndən sonra, yəni 1992-ci ildən bir gün də bizneslə məşğul olmamışam. Korrupsiya üçün imkan da yox idi. Azərbaycanın, sadəcə olaraq, pulu yox idi. Çıxardığı neft zorla özünə çatırdı. Bu tip məmurlara o vaxtlar nə rast gəlmişdim, nə də mövcud ola biləcəklərinə inanırdım”.

R.Quliyevin qayıtması nə qədər realdır? Siyasi iddialarından əl çəkibmi? Korrupsioner olmadığını deməsi nəyə hesablanıb? O, vaxtilə ADP-yə sədrlik edib. İndi ADP-nin sədri olan Sərdar Cəlaloğlu nə deyir bu qayıdışa və R.Quliyevin korrupsioner olmaması mesajına?

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, daha ağır cinayətlərdə ittiham olunan keçmiş prezident Ayaz Mütəllibovun Azərbaycana qayıtmasına, hətta eks-prezident statusu verilərək imtiyazlarla təmin olunmasına şərait yaradılıbsa, Rəsul Quliyevin də ömrünün bundan sonrakı hissəsini vətəndə yaşamasına imkan tanına bilər. Ayaz Mütəllibovla müqayisə eləyəndə Rəsul Quliyevə qarşı daha yüngül ittihamlar irəli sürülmüşdü: “Mütəllibovun qayıdışına şərait yaradıldısa, niyə də Rəsul Quliyevin ölkəyə gəlişinə imkan yaradılmasın? İkincisi, Rəsul Quliyev hakimiyyət iddialarını kənara qoyacağı təqdirdə Azərbaycana buraxılacaq. Onu Azərbaycana ona görə buraxmırdılar ki, iqtidarın həm real alternativi idi, müəyyən mənada da xalqın bir hissəsi ona dəstək verirdi. İndi zaman keçib, həmin o dəstək də yoxdur, real alternativ imkanlarını da itirib.

Həmçinin mən bilən Rəsul Quliyev əvvəlki kimi hakimiyyət iddiasında da deyil. Hətta ötən il Qarabağ müharibəsində açıq-aşkar Prezident İlham Əliyevi dəstəklədi. Həm də Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin edilməsini çox düzgün siyasi gediş adlandırdı. Yəni son bir neçə ildə verdiyi bəyanatlar Rəsul Quliyevin hakimiyyətə münasibətinin necə dəyişdiyini göstərir. O, əgər həqiqətən də Vətəndə yaşamaq istəyirsə, hər halda, gəlib yaşayacaq. Üçüncüsü, Rəsul Quliyevə qarşı açılmış cinayət işinin əslində qüvvədə olma müddəti də keçib. Qanuna görə, istintaqın müddəti var, həmin müddət keçdikdən sonra həmin cinayət işi ilə bağlı istintaq aparılmır. Bu baxımdan Rəsul Quliyevin Azərbaycana qayıtmasında problem qalmayıb. Məncə, artıq Rəsul Quliyevin ölkəyə gəlməsi İlham Əliyevin qərarından asılıdır. Prezident etiraz etməyəcəyi halda, onun Vətənə qayıtmasına hüquqi maneə yoxdur”.

R.Quliyevin korrupsioner olub-olmaması məsələsinə gəldikdə, ADP sədri dedi ki, sovet hökuməti başqa cür rejim idi, müstəqil Azərbaycanda isə fərqli sistemdir: “Sovet hökumətində iqtisadi cinayətkarlığın xarakteri başqa idi, indiki dövrdə isə fərqlidir. Azərbaycanın müstəqilliyinin ilk illərində böyük neft gəlirləri olmadığı dövrdə korrupsiya üçün elə də böyük imkanlar yox idi. Neft gəlirləri artdıqca ölkədə korrupsiya artdı, korrupsionerlərin sayı çoxaldı. O baxımdan da Rəsul Quliyevin vəzifədə olduğu dövrdə dövlət vəsaitlərindən şəxsi məqsədlə qeyri-qanuni bəhrələnməklə indiki dövrlərdəki bəhrələnmək arasında çox böyük fərq var. Rəsul Quliyev hətta müəyyən həddə korrupsiyaya yol veribsə belə, dediyim kimi artıq qanuna görə, açılmış cinayət işi təqibinin vaxtı bitib”.

S.Cəlaloğlu Rəsul Quliyevlə heç bir əlaqəsinin qalmadığını da bildirdi: “Rəsul Quliyevlə yollarımız onun ADP-dəki bir sıra təxribatçı adamların sözlərinə uymasından sonra ayrıldı. Hələ ADP-yə sədrliyinin son 6 ayında o, mənimlə əlaqələri kəsmişdi, mənə qarşı yanlış fikirlərə düşmüşdü. Onu mənə qarşı yanlış fikirlərə inandırmışdılar. Aydın Quliyev və digər bir neçə şəxs ona demişdilər ki, guya Sərdar Cəlaloğlu sədr olmaq, hətta partiyanın prezidentliyə namizədi olmaq istəyir. Rəsul Quliyev də bu cür dezinformasiyalara inanırdı. Onun belə bir zəif xüsusiyyəti var ki, kim birinci ona söz desə, həmin sözə inanır. Qətiyyən ona deyilən fikri, məlumatı araşdırmaq, əks tərəfin fikrini dinləmək keyfiyyəti yox idi. Mənim başım qarışmışdı partiyanın işlərinə, onun hakimiyyətə gəlməsinə çalışmağa, əleyhdarlarım da gecə-gündüz ona haqqımda yalan məlumatlar verirdilər, o da özünə əziyyət verib yoxlamırdı, araşdırmırdı. Həmin təxribatçıların sözlərinə uyub mənimlə münasibətləri dayandırdı, sonra da partiya bölündü və Rəsul Quliyev kiçik bir bölüklə birlikdə partiyadan getdi. Onu aldadıb məndən uzaqlaşdıran adamların heç biri sonradan onun yanında olmadılar, yaratdığı partiyaya daxil olmadılar. Həmin adamların bir çoxu hakimiyyətdəki müəyyən adamların qurduğu proyektdə iştirak edirdilər. Həmin proyektin məqsədi ADP-ni zəiflətmək, Rəsul Quliyevi güclü partiyası olmayan, zəifləmiş adi bir siyasətçiyə çevirmək idi. Buna da nail oldular. Bu oyuna qoşulan şəxslərin bəzilərinə sonradan yüksək şərait yaradıldı. 2007-ci ildə Rəsul Quliyevin məlum xarakterindən özünə qarşı istifadə etdilər və Rəsul Quliyev öz əli ilə perspektivli siyasi lider şanslarını məhv etmiş oldu. İndi qətiyyən Rəsul Quliyevin harada nə dediyini, nə yazdığını izləmirəm. Onun barəsində, ümumiyyətlə, maraqlanmıram. Biz Rəsul Quliyevə görə 10 il dəhşətli məhrumiyyətlərə düçar olduq. Rəsul Quliyevin isə bəzi qohumları məhz həmin dövrlərdə bizim apardığımız mübarizədən istifadə edib, külli miqdarda xeyir götürmüşlər. Onun özü də bundan iqtisadi cəhətdən bəhrələnib”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Adil Kərimlidən yeni təyinat - ƏMR
Bu gün, 18:03
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Bu gün, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Bu gün, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Bu gün, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Bu gün, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Bu gün, 17:40
Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Bu gün, 17:38
Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Bu gün, 17:32
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Bu gün, 17:29
Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Bu gün, 17:26
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Bu gün, 17:16
Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Bu gün, 17:12
Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Bu gün, 17:10
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Bu gün, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Bu gün, 15:18
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:45
Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Bu gün, 14:32
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Bu gün, 14:30
Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Bu gün, 13:19
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:16
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Bu gün, 13:05
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Bu gün, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Bu gün, 12:05
Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Bu gün, 12:03
Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:00
Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Bu gün, 11:49
Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:44
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Bu gün, 11:40
Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Bu gün, 11:34
Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Bu gün, 11:31
Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Bu gün, 11:28
Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Bu gün, 11:25
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Bu gün, 11:12
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Bu gün, 11:10
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Bu gün, 11:02
CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
Bu gün, 11:00
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Bu gün, 10:59
“Jurnalist-bloger” həbs edildi - 10-dan çox şikayətçi var
Bu gün, 10:54
ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? - Bred Şerman yenə yalanları sıralayıb
Bu gün, 10:18
Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı?
Bu gün, 10:10
“TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - 4 il həbs cəzası
Bu gün, 10:05
Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb
Bu gün, 09:59
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Bu gün, 09:48
Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu gün, 09:45
”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:33
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Bu gün, 09:28
400 illik pivə şirkəti müflis oldu - «Bild»
Bu gün, 09:20
ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd - “Tramp yolu”nda kimlər olacaq?
Bu gün, 09:10
ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
Bu gün, 09:05
Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 09:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru