“ЗОЛОТОЙ КОЛОДЕЦ QIZIL QUYU” adı ilə bağlı iddia qaldıırldı .....                     Tofiq Zülfüqarovun Dərbənd çıxışı Rusiyada millətçiləri silkələdi .....                     Həkim söz versə də, Mənzurənin pulunu qaytarmadı .....                     Aleyna Tilkidən təəccübləndirən ETİRAF: .....                     “Qızımın üzərində ləkə qalmasın deyə evlənməsinə etiraz etmədim” .....                     18 yaşında qatil olan Elnurun işi: Namus cinayəti, yoxsa... .....                     Kreml Ankaraya təşəkkür etdi: “Türkiyə bütün tərəflərə uyğundur” .....                     "Yaxın günlərdə iki nazir postunda dəyişiklik olacaq..." .....                     “Hicab taxıb bədənşəkilləndirmə etdirmək də günahdır” .....                     Ermənistan üzərindən verilən mesajlar .....                     Kreml azərbaycanlı iş adamları ilə bağlı hərəkətə keçdi .....                     DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançılarla zərərçəkənlər barışıb .....                     Azərbaycandan qaz alan Ukraynanın sanksiya siyahısı da var .....                     Saleh Məmmədov dövlətin texnikasını DƏDƏ MALI BİLİR? .....                     “Satmaq kişilikdən deyil”: Həkimə getməyən şəxs qanitirmədən ölübmüş .....                     Gəncədə şəhid plakatlarının söküntüsünə start verildi .....                     Zəngəzur dəhlizi Azərbaycanın regionda strateji mövqeyini gücləndirəcək .....                     “Rusdan çox rusluq etmək” .....                     BADAMOV HƏLƏ DƏ PUTİNƏ İNANIR... .....                     DMA 2 milyona anbar icarəyə götürür: .....                     Bakıda qalmaqallı məhkəmə başlayır: .....                     Rusiyanın Sovetdən qalma silahları tükəndi .....                     Qısamüddətli az yağış yağacağı ehtimalı var .....                     Azərbaycanda özəl neft-qaz şirkətinə rəhbər təyin edilib .....                     Azərbaycanda ən çox izləyicisi olan 100 “xəbər və siyasət” kanalı .....                     Ata oğlunun həbsxana yoldaşlarını aldatdı .....                     “Get balonunu bağla!” .....                     Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi? .....                     Paşinyan böyük savaşa HAZIRLAŞIR .....                     Əmrullayevin görəv başında 5 İLİ: BACARDIMI? .....                     İran Bakı və İrəvanı sülh sazişinin imzalanmasını sürətləndirməyə çağırıb .....                     Gümrüdəki fəvvarələrdə rusca məşhur “vor-zakon” mahnısı səsləndi... .....                     Kişi ona kobud cavab verən arvadını döydü .....                     Qazaxıstan neftinin Rusiyadan yan keçməklə nəqli: Azərbaycan nəqli məhdudlaşdıracaq .....                     Rusiyanın Ermənistandakı adamının yeni planı məlum oldu .....                     AHİK-in keçmiş sözçüsünə Milli Məclisdə vəzifə verildi .....                     Mobil sağlamlıq platforması yaradılacaqdı .....                     "Nazir yığılan pullara ortaqdır..." .....                     Rusiyada azərbaycanlı bloqer axtarışa verilib .....                     "Gör, indi ETSN-ə nə qədər pul veriblər ki..." .....                 

“Qurana and içərəm ki, rüşvət almamışam” - Aqil Abbas
Tarix: 15-02-2021, 09:31 | Çap et
“Qurana and içərəm ki, rüşvət almamışam”
Kulis.az yazıçı, millət vəkili Aqil Abbasla müsahibəni təqdim edir.

- Qarabağı azad görmək ən böyük arzunuz idi. Şükür bu arzunuza çatdınız. Nə hisslər keçirirsiniz?

- Mən həmişə Qarabağda qalib gələcəyimizə inanmışam, əsərlərimdə, yazılarımda da bunu həmişə yazmışam. Bununla bağlı üç roman, povest, hekayələr yazmışam. Demişəm ki, Qarabağa bayrağımız sancılacaq, “Cıdır düzü”ndə himnimiz oxunacaq. Həmişə də demişəm ki, ora bayrağı İlham Əliyev sancacaq. Məndən də gözəl deyib bunu Seyran Səxavət. Ondan Qarabağ haqqında əsər yazmaq haqda soruşmuşdular, cavab vermişdi ki, Qarabağa aid ən gözəl əsəri İlham Əliyev yazacaq. Və yazdı.

Nə hisslər keçirəcəm? Çox kövrəldim Ağdama, öz həyətimizə, Pənahəli xanın məqbərəsinə ziyarətə gedəndə. Şəhərə girəndə telefonumu söndürmüşdüm ki, oğlum zəng etsə, kövrəldiyimi bilməsin. Ordan xanımıma zəng edib danışanda da kövrəldim.

- Ən böyük arzunuz yerinə yetdi. Bundan sonrakı arzunuz nədir?

- Yoxdu başqa arzum! Neyləyirəm arzunu? Özümə 300 il ömür arzulayacam? Ağdamdakı evimizi yenidən tikmək istəyirəm. Bir də Ağcabədinin Boyat kəndində tikdirdiyim “Füzuli” kitabxanası kimi bir kitabxana da Ağdamda tikdirmək istəyirəm.

- Mənə çox maraqlıdır, Ağdam məscidinin önündə qol qaldırıb oynayanda, hansı hissləri keçirirdiniz?

- Məscidin qarşısında yox. Məscidin qarşısında oynamazlar. Ağdam Dram Teatrının qarşısında oynamışam. Mənsum (İbrahimov – red.) oxuyurdu, özümdən asılı olmadı, paltomu çiynimdən yerə atdım, oynamağa başladım. Sonra bir nəfər də qoşuldu mənə, sonra “Qarabağ”ın futbolçuları. Xoşbəxtlikdən, sevincimdən oynayırdım. Hamıya da dedim, girin oynayın, bundan xoşbəxt gün yoxdur, Ağdamdayıq, muğama, mahnıya qulaq asırıq. Bunu mənə irad tutanlar da oldu. Olsun.

- Qarabağ işğal olunanda “Dolu”nu yazmışdınız. İndi nəsə yazmaq fikriniz var?

- Qələbəmizə aid bir əsərim var. Film üçün nəzərdə tutulub. İnşallah çəkdirəcəm. Özü də çox əziyyətlə yazmışam. Bu “Dolu”dan da güclü olmalıdır. Olmasa, cırıb ataram.

- Bu qısa müddətdə necə yazdınız ki?

- Aprel döyüşlərindən sonra bu günü, yəni qələbəmizi görüb yazmışam. Mənim “Dolu”da verdiyim mesajların hamısı həyata keçdi. Romandakı “Mən qız görmədən e” epizodu kimi "Mən Şuşanı görmədim e" deyib üzülərək şəhid olan əsgərlərimiz oldu. Filmdə yoxdu, amma romanda var, bir ana soruşur ki, türklər niyə gəlmədi? Cavab verirlər ki, gəliblər, ana da sevinir. Bu gün türklər Qarabağa gəlib. Romanda SSRİ-nin bayrağını təpikləyib atırlar. Bizim əsgərlər də Ermənistan bayrağını o cür endirib təpiklə kənara atdılar. Sonra Pələngin qana bulaşmış köynəyini bayraq kimi qaldırırlar. “SeKa”dan zəng gəlir ki, orada Türkiyənin bayrağı niyə qaldırılıb? Halbuki, o Türkiyənin bayrağı deyildi, amma bu gün Qarabağda Türkiyənin bayrağı da dalğalanır. O əsərin axırında da Ağdama, Qarabağa piyada getdiyimizi göstərmişdim, yazmışdım. Mən bu sonluqla onu deyirdim ki, bir gün bu millət piyada da olsa, əliyalın da olsa, öz evlərinə qayıdacaq. Elə də oldu.

- Təzə əsərin adını nə qoymusunuz? Romandı?

- Yox, roman deyil, film ssenarisi kimi yazmışam, roman eləmək fikrim yoxdur. Hamı deyir, adını “Dolu - 2” qoy, yəqin elə də qoyacam.

- Nə vaxta planlaşdırılıb?

- Ssenarini rejissor Elxan Cəfərova vermişəm. Ayrı adamın çəkməsini istəmirəm. İnşallah tezliklə reallaşar.

- Bədii yaradıcılığınız nə yerdədir? Yaza bilirsiniz nəsə?

- Yazıram. Əsas da çalışıram əsərlərimdə Qarabağ koloritini göstərim. Xüsusən, gənclərə... Qoy bilsinlər Qarabağ kişiləri, oranın adamları necə olublar. Sənə deyim, Şuşa və Ağdam insanlarının yumoru çox güclüdür. Azərbaycanda üç bölgə yumoru, hazırcavablığı ilə məşhurdur: Şuşa, Ağdam və Şəki. Hətta Şəki yumoru, hazırcavablığı Ağdam və Şuşaya nisbətdə beş faiz də deyil. Çalışıram o koloriti ötürüm. Kimsə bunları yazmalıdır. Tək yumor yox, oranın kişilərinin, qadınlarının hansı xarakterdə olduğunu gənclər bilməlidir. Dağılan evi tikərsən, dağılan arxı təzədən düzəldərsən, amma dağılan mədəniyyəti yenidən qurmaq çox uzun vaxt ala bilər.

- Aqil müəllim, fikirləşmirsiniz ki, Millət vəkili adı yazıçı Aqil Abbasa kölgə salır?

- Qətiyyən! Niyə ki? Yazılarımı yazıram, kitablarım çap olunur, romanlarım çıxır. Niyə kölgə salsın? Millətimə də ləyaqətlə qullu edirəm. Sadəcə, bir fərqim var mənim; elədiklərimi mətbuata demirəm. Nə öz qəzet və saytımızda, nə dostlarımın qəzet və saytlarında... İstəsəm edə bilmərəm?

O deyim var e, balığı at dəryaya... Mən də deyirəm, Allaha niyə minnət qoyursan? Balığı at dəryaya, özün bilirsən bəsindir. Gərək, Allahdan əvəzini istəyəsən?

O gün əsəbiləşmişdim. Müharibə zamanı camaat yazırdı ki, deputatlar hardadır? Mən 44 günlük müharibə vaxtı üç dəfə Qarabağa yollandım. Yaralı əsgərlərlə, onların ailələri ilə görüşdüm. Nələr elədiyimi deməyə ehtiyac duymuram. Amma mən orada olmuşam. Ağdamda güllənin altındaydım, Tərtərdə üstümüzə mərmi yağırdı. Ən birinci Füzuliyə gedib oradakı xəstəxanada yaralı əsgərlərlə görüşmüşdüm. Hamısının da şəkilləri var, mətbuata çıxarmamışam. Millət vəkili kimi əlimdən gələn hər şeyi edirəm.

- Vaxtıyla “Aqil Abbas təqaüdü” deyilən bir ifadə vardı. Gənclərə öz cibinizdən pul verməyinizi deyirəm. O təqaüdü hansı kriteriyalara görə verirsiniz? Məbləğ standart olur, ya dəyişir?

- Mən istedadlı adamlara, xüsusən gənclərə ən əsası mənəvi kömək etməyə çalışıram, Qəzetimizi vermişəm gənclərə, işçilərim istedadlı gənclərdi, yazırlar, çap edirlər, bölgədən olan gənclərə də deyirəm yazılarınızı göndərin. Həm də kiminsə nəsə problemi olanda, çalışıram imkan daxilində kömək eləyim. Hansısa istedadlı bir gəncin işsiz olduğunu eşidən kimi çağırıram qəzetimizə. İndi qəzetlərin vəziyyəti elə də yaxşı deyil, amma imkan daxilində yaxşı maaş da verməyə çalışıram. Çünki mən də gənc olmuşam, mənə də kömək ediblər.

- Kimlər kömək eləyib sizə?

- Mənə əsasən üç adam kömək eləyib: Anar, Əjdər Xanbabayev, Sabir Rüstəmxanlı. Bu üç adamın mənim çap olunmağımda xüsusi rolu olub.

- Əlisəmid Kür deyir, Aqil mənim taleyimin böyük qardaşıdır. Bəs yaxşı, sizin taleyinizin adamı kimdir? Kimə borclusunuz özünüz olmağı?

- Anar! Anar mənim povestimi çap elətdirdi. O vaxt çap olunmaq, hələ povest çap etdirmək asan deyildi. Kənddən gəlmiş bir uşaq idim. Povesti çap olunurdu Əkrəm Əylislinin, Anarın, Elçinin, İsi Məlikzadənin. 26-27 yaşında bir gəncin “Ulduz” jurnalında povestinin çap olunması on minlərlə oxucunun onu tanıması demək idi. Jurnal 80 min tirajla çap olunurdu, bir jurnalı da azı 5-6 adam oxuyurdu. Mənim povestimi çap elədilər və bomba kimi də partladı. Amma Aqil Abbas olmağımda Bəxtiyar Vahabzadənin, Firudin Hüseynovun, Tofiq Hacıyevin, Elçibəyin böyük rolu olub. Həmçinin, universitet, orta məktəb müəllimlərimin. Oxuduğum müəlliflərin də rolu olub.

- Məsələn, hansı yazıçıların?

- Məsələn, Dostoyevski. Mənə görə Dostoyevski dünyanın ən nəhəng yazıçısıdır. Markes Dostoyevskinin heç topuğuna da çata bilməz. Yaxud öz yazıçılarımız. İsmayıl Şıxlı, ya da Süleyman Rəhimovun özü… İsi Məlikzadə, Əkrəm Əylisli…

- Məmməd Arazın sizin həyatınızda hansı rolu olub?

- Mən Məmməd Araza qaynata gözüylə baxmamışam, ata kimi baxmışam, o da mənə ata olub. Əvvəla, mən onu şair kimi sevmişəm, əzbər bilmişəm şeirlərini. Heç onda ağlıma da gəlməzdi ki, qohum olarıq. Hətta, onda rəssamlıqla da məşğul olurdum, Məmməd Arazın bir şeirinə illüstrasiya çəkmişdim. Rəhmətlik Siyavuş Sərxanlıyla dost idim. İlk dəfə Yazıçılar Birliyinin qarşısında rastlaşmışdıq, Siyavuş Sərxanlı məni Məmməd Araza gənc yazıçı kimi təqdim etmişdi, 20 yaşım olardı onda, şeirinə illüstrasiya çəkdiyimi də demişdi. Heyf, indi o şəkil durmur. İlk tanışlığımız elə olmuşdu.

Uzun müddətdə Məmməd Arazın evində yaşadıq. Bir il kirayədə qalandan sonra dedi, mənim nəvələrim kirayədə qala bilməz və bizi öz evinə gətirdi. 8 ilə qədər orada yaşadıq. Çox da narahat qaldım orada. Siqaret çəkmirdim yanında, dostlarımı dəvət edə bilmirdim, divanda uzanıb televizora baxa bilmirdim. Onun yanında özümü başqa cür aparırdım. Bir də o yadımdadır ki, Məmməd Araz insanların rüşvət ala biləcəyinə inanmırdı…

- Yaxşı gəldiniz rüşvət söhbətinə… Son zamanlar bir çox məmurlar, icra başçıları, nazirlər bu cür məsələlərə görə işindən azad edildi, həbs olundu.

- Düzgün işləyəydilər, xalqın malını, dövlətin əmlakını talamayaydılar, tutulmayaydılar. Sadəcə olaraq, daha vaxtında əncam çəkmək lazım idi. Vaxtında mətbuatda belə məsələlər yazılırdı ki, filankəsin belə işi var, elə işi var, vecə almırdılar. Bir müddət sonra həbs olunanda da mətbuatın vaxtilə yazdığı o yazıları üzə çıxarırlar. Mətbuat yazanda, vaxtında bu işlə məşğul olmaq lazımdır.

- Həmkarınız Əjdər Olun həbsi olunması ilə bağlı nə düşünürsünüz?

- Çox təəssüf eləyirəm! Əjdər Ol çox gözəl yazıçı, çox gözəl şair və çox gözəl insandır. İndi onun orada nə işi olubsa, hüquq mühafizə orqanları araşdırıb deyə bilər. Çox təəssüflənirəm. Əjdər Ol ədəbiyyatımızda xüsusi yeri olan bir imzadır.

- Siz vaxtilə öz qəzetinizdə belə qısa xəbərlər yazırdınız ki, məsələn, filan rayonun icra başçısının maaşını hələ də filankəs alır, ya da filan nazir vəzifəsində hələ də filankəsdir. Yəni, həmin şəxslərin işləmədiyini deyirdiniz, nəsə təsiri olurdu?

- Hə, olurdu. Sonradan həmin adamların çoxunu işdən çıxarırdılar.

- Təzyiq olmurdu sizə?

- Olurdu, amma vecimə deyildi.

- Rüşvət almısınız heç?

- Yox, almamışam. Qurana and içə bilərəm.

- Ədalətsiz yazı necə, yazmısınız?

- Heç vaxt! “Ədalət” qəzetinin arxivləri durur, “Sovet kəndi” qəzetində işləmişəm, durur, “Elm və həyat” jurnalında işləmişəm, onun da arxivi durur. Bir dənə ədalətsiz yazımı tapa bilməzlər.

- Yazmaq istəyib yazmadığınız, yaza bilmədiyiniz yazılar necə, olub?

- Olub. Xahiş eləyiblər ki, yazma, yazmamışam. Hansısa bir təşkilatdan, ya hardansa zəng eləyib xahiş ediblər. Bir dəfə yanıma burda işləyən bir fəhlə gəldi, dedi, qəzetinizdə mənim bir qohumum haqqında tənqidi yazı gedir. Tez çağırdım uşaqları, dedim, o yazını cırın tullayın o yana. Yəqin, ərklə gəlmişdi yanıma ki, mən Aqil müəllimə deyərəm. Mən də onu niyə sındırım? Yəni, belə şeylər də olub. Sifarişlə də heç vaxt yazı yazmamışam.

- Deyirlər, Aqil Abbas qanuni silah gəzdirir, doğrudan tapançanız var?

- Birinci Qarabağ savaşında düz 1994-cü ilə kimi cəbhə xəttində, səngərdə idim. Onda bizim əsgərlər ermənilərdən qənimət kimi ələ keçirdiyi bir silahı mənə verdilər. Mən də onu Daxili İşlər Nazirliyinə gətirib təhvil verəndə, silahı elə özümə qaytardılar ki, bütün günü müharibənin içindəsən, lazımın olar. Özü də tək mənim yox, bir çox jurnalistin silahı vardı. Mənim cəbhə müxbirim var idi - Faiq, indi AzTV-də çalışır, onun da varı idi. Bəxtiyar Sadıqovun silahı var idi, Allahverdi Əsədovun da. Yəni 1994-cü il atəşkəsinə kimi oldu silahım, sonra nəyimə lazımdır ki?

- Aqil bəy, hansı yazarların layiqli qiymət almadığını düşünürsünüz?

- Sabir Əhmədov, İsi Məlikzadə, sağlardan Əlisa Nicat…

- İradə xanım deyir, Aqil Abbas çox şuluq adamdı. Nəyi nəzərdə tutur?

- Bilmirəm. Bir az davakaram, bir az əsəbiyəm. Belə.

- Başqa məsələlər yoxdur ki?

- Bəlkə də. Nə bilim. Bir az qaynayıb-qarışan adamam, insanları çox yaxına buraxıram, sonra görürəm, dəyməzmiş. Özün də burada işləmisən, görmüsən, mən işçilərimlə məsafə saxlamıram. Nə olsun məndən 40 yaş balacasan, mənim üçün sən elə sənsən. Sənin dədən (mərhum şair Akif Səməd – red.) mənim ən sevdiyim adam olub. Mən ona “ağır taxtalı kişi” deyirdim, deyirdim, Səməd Vurğunsan sən.

- Xalqın arasında olan, sadə insanlar tərəfindən sevilən yazıçısınız. “Xalq yazıçısı” fəxri adını almaq istəmirsiniz?

- İstəyirəm! Niyə istəməyim? Xalqın yazıçısıyam da. Həm yazdıqlarımla xalqa xidmət edirəm, həm də Millət vəkili kimi xalqın qulluğundayam.

- Sizcə, bu ad sizə veriləcək?

- Çətin sualdır. Onu mən bilə bilmərəm. Gərək Yazıçılar Birliyi, müvafiq qurumlar və şəxslər adımı təqdim edə.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“ЗОЛОТОЙ КОЛОДЕЦ QIZIL QUYU” adı ilə bağlı iddia qaldıırldı - DETALLAR
Bu gün, 14:58
Tofiq Zülfüqarovun Dərbənd çıxışı Rusiyada millətçiləri silkələdi – “Yerli xalq niyə köçməlidir?”
Bu gün, 14:50
Həkim söz versə də, Mənzurənin pulunu qaytarmadı - AXI NİYƏ?
Bu gün, 14:40
Aleyna Tilkidən təəccübləndirən ETİRAF: - "Bir anda evlənib uşaq doğa bilərəm"
Bu gün, 14:38
“Qızımın üzərində ləkə qalmasın deyə evlənməsinə etiraz etmədim” - TƏFƏRRÜAT
Bu gün, 14:26
18 yaşında qatil olan Elnurun işi: Namus cinayəti, yoxsa... - ŞOK TƏFƏRRÜAT
Bu gün, 14:23
Kreml Ankaraya təşəkkür etdi: “Türkiyə bütün tərəflərə uyğundur” - Peskovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 14:21
"Yaxın günlərdə iki nazir postunda dəyişiklik olacaq..." - İLGİNC İDDİALAR
Bu gün, 14:15
“Hicab taxıb bədənşəkilləndirmə etdirmək də günahdır” – YENİ QALMAQAL
Bu gün, 14:08
Ermənistan üzərindən verilən mesajlar – Rusiya sülhə yox, savaşa hazırlaşır?
Bu gün, 14:00
Kreml azərbaycanlı iş adamları ilə bağlı hərəkətə keçdi – Elə şeylər olacaq ki…
Bu gün, 13:10
DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançılarla zərərçəkənlər barışıb - MƏHKƏMƏ
Bu gün, 13:05
Azərbaycandan qaz alan Ukraynanın sanksiya siyahısı da var - ARAŞDIRMA
Bu gün, 13:00
Saleh Məmmədov dövlətin texnikasını DƏDƏ MALI BİLİR? - BU NƏDİ BELƏ?
Bu gün, 12:57
“Satmaq kişilikdən deyil”: Həkimə getməyən şəxs qanitirmədən ölübmüş - ŞOK TƏFƏRRÜAT
Bu gün, 12:47
Gəncədə şəhid plakatlarının söküntüsünə start verildi - FOTO
Bu gün, 12:43
Zəngəzur dəhlizi Azərbaycanın regionda strateji mövqeyini gücləndirəcək - Fitch Solutions
Bu gün, 12:39
“Rusdan çox rusluq etmək” – Kremlin ruporları niyə azərbaycanlılardan QORXURLAR?
Bu gün, 12:36
BADAMOV HƏLƏ DƏ PUTİNƏ İNANIR... - Ümid edir ki...
Bu gün, 12:33
DMA 2 milyona anbar icarəyə götürür: - Bir ildə eyni şirkətlə iki dəfə anlaşma
Bu gün, 12:29
Bakıda qalmaqallı məhkəmə başlayır: - Zərərçəkənlər arasında tanınmışlar da var
Bu gün, 12:26
Rusiyanın Sovetdən qalma silahları tükəndi – Üç ölkə köməyə gəldi
Bu gün, 12:24
Qısamüddətli az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:21
Azərbaycanda özəl neft-qaz şirkətinə rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:18
Azərbaycanda ən çox izləyicisi olan 100 “xəbər və siyasət” kanalı - SİYAHI
Bu gün, 12:11
Ata oğlunun həbsxana yoldaşlarını aldatdı - Özü də həbsxanaya düşdü
Bu gün, 12:02
“Get balonunu bağla!” - Günel Rəqsanəni AŞAĞILADI
Bu gün, 12:00
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi? - BU NƏDİ BELƏ?
Bu gün, 11:56
Paşinyan böyük savaşa HAZIRLAŞIR - TƏFƏRRÜAT
Bu gün, 11:49
Əmrullayevin görəv başında 5 İLİ: BACARDIMI? - AKTUAL
Bu gün, 11:47
İran Bakı və İrəvanı sülh sazişinin imzalanmasını sürətləndirməyə çağırıb
Bu gün, 11:43
Gümrüdəki fəvvarələrdə rusca məşhur “vor-zakon” mahnısı səsləndi... -Paşinyan əsəbləşdi və...
Bu gün, 11:42
Kişi ona kobud cavab verən arvadını döydü - MƏHKƏMƏ
Bu gün, 11:40
Qazaxıstan neftinin Rusiyadan yan keçməklə nəqli: Azərbaycan nəqli məhdudlaşdıracaq - “Nezavisimaya qazeta”
Bu gün, 11:34
Rusiyanın Ermənistandakı adamının yeni planı məlum oldu – İrəvandan reaksiya
Bu gün, 11:25
AHİK-in keçmiş sözçüsünə Milli Məclisdə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 11:19
Mobil sağlamlıq platforması yaradılacaqdı - TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:16
"Nazir yığılan pullara ortaqdır..." - İTTİHAM VAR...
Bu gün, 11:11
Rusiyada azərbaycanlı bloqer axtarışa verilib - “pressa24.ru”
Bu gün, 11:03
"Gör, indi ETSN-ə nə qədər pul veriblər ki..." - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:02
“Ermənistan yaxın zamanda fəlakətlə üzləşəcək: - Oskanyan ANONS ETDİ
Bu gün, 10:55
Azərbaycanlı dostların Bali əməliyyatı: 19 min dollarlıq qarət - TƏFƏRRÜAT
Bu gün, 10:52
“Həyat gözəldir” yazdı, bir neçə saat sonra vəfat etdi - Foto
Bu gün, 10:49
“Naftogaz” SOCAR-la Azərbaycan qazının alınması ilə bağlı ilk sazişi imzalayıb - KİV
Bu gün, 10:46
Uçdu göylərə bizim peykimiz: BƏS FAYDASI NECƏ... VARMI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:41
Avropa Rusiyaya son zərbəni vurur: Neft sanksiyası Putinin büdcəsini çökdürür – 4 trilyonluq itki gözlənilir
Bu gün, 10:37
Rusiya və Azərbaycan arasında MƏDƏNİYYƏT SAVAŞI... - Burda da geri deyilik, hətta...
Bu gün, 10:31
“Turan dəhlizi artıq İran ərazisindən keçir..." - FAKT BUDUR!
Bu gün, 10:29
Sahib Məmmədovun onlayn "putyovka biznesi" - Möhbalıyev yolu gedir
Bu gün, 10:20
Azərbaycan və Avropa İttifaqı: diplomatik illüziyadan strateji realizmə doğru - İNCƏLƏMƏ
Bu gün, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru